TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   83   84   85   86   87   88   89   90   91

şəkili Məhəmmədhəsən xanla dost olmağa başladı. Məhəmmədhəsən xan 
onu aldadıb dedi ki, mən bir kor adamam, Mustafa xanın hökmündən 
cana gəlmişəm. Mənim yanıma gəlsən, qızımı  sənə verərəm.  Şəkidə 
hökumət sürməyə başlarsan. 
Məhəmməd bəy aldanıb, özünün adlı-sanlı övladından və hörmətli 
əmisindən  əl çəkərək, Məhəmmədhəsən xanın yanına getdi. 
Məhəmmədhəsən xan haman saat Məhəmməd bəyi həbs edib, yanında 
olan cavahirata, nağd pula və qiymətli şeylərinə sahib oldu. Mustafa xan 
Məhəmməd bəylə  qədimdən qanlı idi. Çünki Məhəmməd bəy atasının 
qanını almaq üçün Mustafa xanın atasını və qardaşını öldürmüşdü. Odur 
ki, Məhəmmədhəsən xanın yanına adam göndərib, Məhəmməd bəyi 
apartdırıb öldürtdü. 
Mustafa xan bu dəfə  mərhum  İbrahim xanın qardaşı  oğlunu 
öldürtdüyü üçün qorxuya düşdü, onunla düşmənçilik etməyə başladı. O 
tərəfdən də  Məhəmmədhəsən xan və  Gəncə hakimi Cavad xan İbrahim 
xanla düşmən oldular. 
Bu zaman xəbər yetişdi ki, Ağa Məhəmməd  şah tərəfindən Fars 
vilayəti və Şiraz şəhərinə vali təyin etdiyi Baba xan sərdar adlanan Fətəli 
şah, Ağa Məhəmməd  şahın öldürüldüyünü eşidib hücum etmiş, Tehranı 
tutub, şahın xəzinəsinə və malına sahib olmuş və taxtında əyləşmişdir. 
Bu tərəfdən də  Şuşa qalasından qaçmış Sadıq xan Şəqaqi, 
Azərbaycanı sahibsiz görərək, başına çoxlu adam toplayıb Tehranı 
tutmaq və girov aparılmış ailəsini geri qaytarmaq üçün İraq tərəfə getdi. 
Bu zaman Fətəli  şaha birdən xəbər yetişdi ki, Sadıq xan Şəqaqi 
Azərbaycan vilayətini  əlinə keçirmiş  və başına çoxlu adam yığıb,  İraq 
vilayətləri sərhədinə girişmişdir. Onun niyyəti Qəzvini almaq, 
Azərbaycan xanlarının Ağa Məhəmməd  şahın  əmri ilə  əmanət saxlanan 
ailələrini xilas edib, öz vilayətlərinə çatdırmaq və sonra Tehran qalasının 
üstünə gəlməkdir. 
Mərhum Fətəli  şah Fars, Xorasan, Mazandaran, Astarabad və başqa 
vilayətlərin qoşunlarını toplayıb böyük calal və istiqlaliyyətlə Sadıq xanın 
qarşısına çıxdı. Arada baş verən böyük müharibədə Sadıq xanın qoşunu 
basıldı. 
Azərbaycanın və sair vilayətlərin  əhalisi dəstə-dəstə  Fətəli  şahın 
yanına gəldilər. Sadıq xan öz yaxın adamları ilə qaçdı və ailəsini 
 
  
 266


götürüb  Şirvan vilayətinə getdi. Orada bir müddət qaldıqdan sonra, 
nəhayət,  şaha itaət etməkdən başqa bir çarə tapmadı. Onun yanına elçi 
göndərib, günahının bağışlanmasını xahiş etdi. Şah tərəfindən etimadlı 
adamlar gəlib ona xatircəmlik verdilər. 
Sadıq xan Ağa Məhəmməd  şahın həmailini, tacını  və bazubəndini 
götürüb, Ağa Məhəmməd şahın qatili olan Abbas bəylə Tehrana getdi və 
orada bir neçə müddət qaldı. Nəhayət, Fətəli  şah, Sadıq xanı 
öldürməyəcəyinə and içdiyinə baxmayaraq, onu bir otağa salıb qapısını 
möhkəm bağladılar və Sadıq xan orada acından öldü. 
Fətəli şah İbrahim xanın yanına böyük ehtiramla elçi göndərərək, Ağa 
Məhəmməd  şahın nəşini istəyib, onu itaət etməyə çağırdı. O zaman 
Qarabağ vilayətinin vəziyyəti ağır və ətraf xanların hamısı İbrahim xanın 
düşməni olduğundan  şahla yola getməyi məsləhət bilərək Ağa 
Məhəmməd şahın nəşini böyük ehtiramla Tehrana göndərdi. 
Fətəli şah, mərhum İbrahim xanın belə münasibətini gələcək taleyinin 
xoşluğuna yozaraq, onun göndərdiyi elçiləri peşkəşlər və  xələtlərlə yola 
saldı. Qaradağ hökumətinin və o vilayətin bütün mədaxilini mərhum 
İbrahim xanın öhdəsinə qoyub ona xələt və  qılınc göndərdi. Onunla 
qohum olmaq istəyib xəbər göndərdi ki, hər iki tərəfin xatircəmliyi üçün 
öz  əziz qızı  Ağa Bəyim ağanı bizim hərəmxanamıza layiq bilsin. Ağa 
Bəyim ağa bizim hərəmxanamızın xanımı olsun. Müşavirədən sonra 
İbrahim xan şahın bu təklifıni də qəbul etməyi məsləhət bildi. 
O tərəfdən şah xanları tədarüklə göndərdi. Şah tamam calal və izzətlə 
Ağa Bəyim ağanı alıb, öz hərəminin xanımı və hərəm əhlinin ən böyüyü 
etdi. Mərhum  İbrahim xan Əbülfət ağa adlanan Əbülfət xanı da şahın 
yanına göndərdi.  Şah, onu böyük xanlar sırasına keçirib, öz məclisinin 
yaxın adamı etdi. Şah Əbülfət xanı həmişə əziz və möhtərəm tuturdu. Hər 
il Fətəli  şah tərəfindən mərhum  İbrahim xana və  mərhum 
Məhəmmədhəsən ağaya xələt, qılınc, qızıl yəhərli at göndərilirdi. Bu 
vəziyyət Rusiya sərdarının Tiflisə gəldiyi günə qədər davam edirdi. 
Yüksək Rusiya dövlətinin böyük imperatoru tərəfindən bir sərdar, 
ixtiyarında olan qoşunla Tiflisə gəlib, müstəqil olaraq Gürcüstanın Tiflis 
şəhərində yerləşdi. Hələ İrəvan, Gəncə, Şirvan və Qarabağ 
 
  
 267


vilayətlərini zəbt etmək fikri Rusiya dövləti başçılarının xatirindən 
keçmədiyi vaxtda belə mərhum İbrahim xan mərhəmətli padşah mərhum 
Yekaterinanın zamanından başlamış daimi olan Rusiya dövlətinə dostluq 
və ixlas göstərmək istəyirdi. 
General-anşef Zubov gələn vaxtda, bəlkə  də ondan daha əvvəl 
Gürcüstan valisinin məsləhəti ilə  İbrahim xanın elçiləri böyük valinin 
elçisi ilə birlikdə Mozdok liniyasında sərdar qraf Qudoviçin yanına 
gedərək, onların Rusiya əbədi dövlətinə olan səmimiyyətlərini və itaət 
edəcəklərini bildirmişdilər. Bu dəfə  də  məktub yazıb, Tiflisə  gəlmiş 
yüksək Rusiya dövləti sərdarının yanına göndərdilər və  qədim dostluğu 
təzələdilər. 
Keçmiş  sərdar qayıdandan sonra general Kovalevski sərdarlığa təyin 
olundu. Gürcüstan valisi və mərhum İbrahim xan yenidən Kovalevskinin 
yanına elçilər və  hədiyyələr göndərib, dostluqlarını ona bildirdilər. 
Həqiqətən, general Kovalevski elçilərə olduqca hörmət edib, onları 
sovqat və peşkəşlə yola saldı  və  İbrahim xanın haqqında çox 
mehribanlıqlar göstərdi. 
Nəhayət, böyük sərdar knyaz Sisianov Gürcüstana gəldi. Knyaz 
qeyrətli və cürətli sərdar olduğundan bir para Car və Tala ləzgilərinin 
hərəkətini və  Gəncə hakimi Cavad xanın dönüklüyünü və müxalifətini 
görüb, sair sərdarlar kimi bu işə dözə bilmədi. O, Gürcüstan əhalisinin 
rahatlığı üçün Car və Tala ləzgilərinin və Cavad xanın tənbeh edilməsini 
lazım bildi. 
Knyaz Sisianov 1803-cü ilin axırlarında Gəncə qalasına gələrək, oranı 
mühasirə etdi, birayhq mühasirədən sonra Cavad xanın yanına neçə dəfə 
elçi göndərib onu böyük imperatora tabe olmağa və qalanı təhvil verməyə 
dəvət etdisə  də, bir fayda vermədi. Haman il ramazan ayının axırıncı 
gecəsi bayram axşamı yürüş edib qalanı aldı. Cavad xan və onun oğlu 
Hüseynqulu ümumi qırğında öldürüldü. Bütün əhli-əyalı  əsir düşdü. 
Şəhər əhalisindən bir parası öldürüldü. Qalanı isə ölümdən xilas oldu. 
General cənab mayor Lisaneviçi Gəncə qalasından mərhum  İbrahim 
xanın yanına göndərib, onu həmişə mərhəmətli olan padşaha tabe olmağa 
dəvət etdi. 
Mərhum  İbrahim xan mayora xoş cavablar verərək, hörmətlə geri 
qaytardı və onunla ehtiramını bildirən məktub göndərdi. 
 
  
 268


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə