Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə170/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

340 
 
istəyənlərlə heç cür razılaşmırdı. 
Sabir  Azəri  bizi  cismən  tək  etsə  də,  əsərləri  ilə,  şəxsiyyəti  barədəki  şirin 
xatirələri ilə bizim aramızda qalmaqda davam edir. Horatsinin sözləri ilə desək, o, 
sağlığında  «öz  əli  ilə  özünə  heykəl  qoymuşdu»  və  bu  heykəli  uçurub  dağıtmağa 
böyük  zaman  məsafəsi  lazım  gələcəkdir.  Ona  görə  də  bu  nəcib  insanı  son 
mənzilinə  yola  salarkən  ona  bütünlüklə  «əlvida»  demirik,  axı  onun  sakitlik 
bilməyən  ruhu  bizdən  uzaqlaşmayacaqdır,  sehrli  işığı  ilə  onu  tanıyanların  qəlbini 
nurlandıracaqdır. Lakin onun epitafiyasında yəqin ki, özü və həyatı kimi sadə olan 
sözlər yazılacaqdır, axı böyüklüyün özü də patetikaya ehtiyac duymur. 
“525-ci qəzet”.04.02.2010 
 
 
 
İstedadlar ətraf  mühitin qayğısına möhtacdır  
 
F.K.-ya 
Vaxtaşırı  ünsiyyətdə  olduğum yazıçı  dostumun  məişət  qayğıları  barədə  elə 
bir  ciddi  narazılığı  olmasa  da,  son  dövrlərdə  o,  ədəbiyyata  marağın  azalmasını, 
oxucu qıtlığının, yaradıcılıq aləminin dünya sobasından çıxmış qiymətli məhsullara 
belə,  laqeyd  münasibət  göstərilməsini  özünün  ən  böyük  dərdi  kimi,  az  qala  şəxsi 
faciəsi kimi qəbul edir. Onun özünün yaxın tarixi keçmişimizi təsvir edən dəyərli 
nəsr əsərlərində xalq dilindən istifadəni bəzi naşı opponentlərin arxaizm əlamətləri 
hesab etməsi də fədakar qələm sahibini ağrıtmamış qalmırdı. Ürək ağrısı ilə onu da 
qeyd  edirdi  ki,  indi  çoxları  kitab  almağa  ağılsızlıq  kimi  baxır,  bəziləri  isə 
müəlliflərin onlara verdikləri kitabları şkafa düzməklə, onu adi və əslində yararsız 
bir  bəzək  əşyasına  çevirirlər.  Hətta  elələri  də  var  ki,  hədiyyə  kimi  verilmiş 
kitabların  qarajda  saxlanılmasına  üstünlük  verir  ki,  otaqlarının  səliqə-səhmanına 
xələl  gəlməsin.  Bunları  sadalayandan  sonra  İncildən  yaxşı  tanış  olan  bir  misalı 
çəkdi və əlavə etdi ki, əlbəttə, incilər onun qiymətini bilənlərə çatmalıdır, bəziləri 
onların  ayaqlar  altına  səpildiyini  görəndə  özünü  fərqli  qaydada  aparmağı  da 
bacarmır. Ömründə bir kitab belə oxumayan, mədəniyyətlə heç bir əlaqəsi olmayan 
guya mədəni adamların əsər haqqında tənqidi fikir yürütməsi, öz biabırçı cəhalətini 
zəka nişanəsi kimi qələmə verməsi də onu çox incidir. 
Bəzən  onun  sözlərini   ifrata  varmaq  kimi  qəbul  etsəm  də,  bu  dünyagörmüş 
ziyalı insanın qətiyyən yanılmadığına, narazılığında yalnız reallığı  əks etdirdiyinə 
yəqinlik  tapdım. Onu  sakitləşdirmək  üçün  bir dəfə  bu  cəhəti də  qabartdım  ki, axı 
indi çox adam guya qələmə sarılmışdır, öz şücaətləri barədə nəinki kitab, hətta iri 
foliantlar  yazmağa  girişmişdir.  İndi  müəllifin  özü  haqqındakı  700-800  səhifəlik 
nəsr  janrında  yazılmış  mədhiyyələri  nadir  hadisə  olmayıb,  əslində  dəb  əlamətinə 
çevrilmişdir.  Belə  «yazıçıların»  mahiyyətini  açıb  göstərmək  üçün  Ezopun 
təmsillərindən  birini  misal  çəkdim.  Təmsildə  deyilir  ki,  bir  dəfə  dolaşa  qartalın 
qoyun  sürüsünə  hücum  çəkib,  caynağında  kiçik  bir  quzunu  havaya  qaldırıb 
apardığını  gördü.  O  da  belə  ov  etmək  eşqinə  düşdü,  götür-qoy  edəndə,  quzu 
əvəzinə iri qoçu götürməyi qət etdi və öz planını həyata keçirmək üçün sürüdəki ən 


341 
 
iri  qoçun  üstünə  şığıyıb,  caynaqlarını  onun  yununa  ilişdirsə  də,  onu  qaldıra 
bilmədi.  Bu  dəfə  artıq  özünü  xilas  etməyə  çalışsa  da,  caynaqları  yunda 
dolaşdığından,  qoçun  böyründən  başı  aşağı  asılı  qaldı.  Çoban  bunu  görüb,  onu 
yundan ayırdı və ayaqlarını bağlayıb axşam evinə apardı. Uşaqları bu quşun adını 
soruşduqda,  çoban  dedi  ki,  quş  özünü  qartal  hesab  etsə  də,  dolaşadır.  İndi 
qartalların sayı çox azalsa da, dolaşa sürüsü çoxalıb və onların hər biri özünü ən azı 
qartal hesab edir. 
Yazıçı dostum  bu  fikirlə tamamilə  razı  olduğunu  bildirdi  ki,  hər  halda  dən 
ilə dəlicə buğdanı ayırd etmək o qədər də çətin deyildir. Qurbağa özünü nə qədər 
şişirtsə  də,  heç  kəs  onu  başqa  adla  adlandırmır.  Onu  da  qeyd  etdi  ki,  dolaşalara 
maneə  yaratmaq  üçün  qartalların  qədri  bilinməlidir,  onlara  qayğı  göstərilməlidir. 
Təbiətin  bir  sirli  cəhətindən  misal  çəkərək  bildirdi  ki,  karbon  qazı  olmasa  bitki 
aləmi  yaşaya  bilməz,  tezliklə  solar,  məhv  olar.  Qəribədir,  istedad  sahibləri  də 
belədir,  onlar  da  öz  yaradıcılıqları  üçün  insan  nəfəsinə  (axı  bu  da  əslində  karbon 
qazıdır),  adi  qayğıya  möhtacdır.  Bircə  şərtlə  ki,  bu  zəhərli  olmasın,  harınlıqdan 
əmələ gələn üfunətli nəfəs kimi havanı tamam korlamasın, istedadın təzahürlərini, 
guya  ona  qiymət  verən  özünün gözünü örtən laqeydlik dumanından seyt  etməsin. 
Allah istedad sahiblərini belə cahil zərgərlərdən, naşı bilicilərdən qorusun. 
Yazıçının özünün böyük dərdi kimi qaldırdığı həmin məsələ başqa bir hadisə 
ilə  əlaqədar  tam  təsdiqini  tapdı.  Bu  dəfə  təkcə  laqeydlik  deyil,  tam  başqa  bir 
münasibətin,  istedad  sahibinə  qarşı  şıltaq,  bəlkə  də  təhqiramiz  tələbkarlığın, 
amansızlığa  bərabər  olan  düşüncə  tərzinin  şahidi  oldum.  Elə  bil  ki,  bu  adama 
inkviziya  məhkəməsi  qurulmuşdu,  guya  onu  sevənlər  həyatdakı  hansısa  bir 
addımına  görə  ona  az  qala  autodafe  tələb  edirdilər.  Bu  adam  mühakimənin 
şərtlərini qəbul etsə də özünü müdafiə üçün nəyə əl atırdısa, bu ən azı qalın karlıq 
divarına dəyib, geri qayıdırdı. Heç kəs bu adamı anlamaq istəmirdi, hamı xəyalən 
axan qandan dadmaq üçün bu ovun üstünə atılmışdı. 
İnkvizisiya  qarşısında  dayanan  isə  bir  qladiator  mərdliyi  ilə  müqavimət 
göstərsə də, hücum edənlər öz nizəsini, qılıncını onun başında sınamaq istəməklə, 
rəhmdillik  nə  olduğunu  anlamadan  uzaq  olduqlarını  nümayiş  etdirirdilər.  Belə 
amansızlıq yəqin ki, kənardan buna qulaq asanları da hiddətləndirməyə biliməzdi. 
Söhbət  bir  məşhur  müğənni  qadının  «Azadlıq»  radiosuna  verdiyi  müsahibədən 
gedir.  Bu  günlərdə  təsadüfən  İnternetdə  həmin  müsahibənin  mətnini  oxudum, 
çoxlarına təsir göstərən təəccüb və etiraz hissi məni də bürüdü. 
Özlüyündə müsahibə maraqlı idi, müəyyən mənada müğənni xanımın etiraf 
çalarları  ilə  dolu  idi.  Aparıcı  öz  peşə  prinsipinə  uyğun  olaraq  dolaşıq,  bəzən  də 
məkrli  suallar  verirdi,  hətta  gözlənilən  cavabı  əvvəlcədən  çətinlik  quyusuna 
salmaqla  verilişin  dramatizmini  yüksəltməyə  çalışırdı.  Əslində  bunda  elə  bir 
qəbahət  də  yoxdur.  Dinləyicilərin  sualları  isə  amansızlığı  ilə  seçilirdi,  elə  bil  ki, 
onların  bir  hissəsi  bu  qadından  özlərinə  də  səbəbi  məlum  olmayan  bir  intiqam 
almaq istəyirdilər. 
Söhbət heç   də  müğənninin  yarım  əsrdən  çox  bir  tarixə  malik  olan  sənət 
həyatından,  uğurlarından  və  ya  uğursuzluqlarından  getmirdi.  Əsas  diqqət  ona 
yönəldilmişdi  ki,  müğənni  əgər  bir  neçə  il  bundan  əvvəl  fəal  siyasi  mübarizənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə