Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə163/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   159   160   161   162   163   164   165   166   ...   171

326 
 
dairələri qarşısında da diz çökməmiş, öz sarsılmaz mövqelərinin haqq işi olduğunu 
sübuta yetirə bilmişlər. 
1734-1735-ci illərdə Nyu-Yorkda “Zenqer işi” deyilən bir hadisə baş verdi. 
Ştatın  qubernatoru  Kosbi  məhkəmə  qarşısında  müəyyən  məbləğ  pul  barədə  iddia 
qaldırdı  və  işi  uduzdu.  Sonra  o,  həmin  hakimi  uzaqlaşdırıb,  yenisini  təyin  etdi. 
“New  York  Weekly  Journal”  qəzetinin  naşiri  Con  Piter  Zenqer  bir  il  əvvəl 
buraxmağa  başladığı  bu  qəzetində  qubernatoru  kəskin  tənqid  etdi.  Böyük 
hakimiyyət  sahibi  olan  qubernator  guya  böhtana  görə  qəzeti  yandırmaq  və  naşiri 
həbs  etmək  barədə  göstəriş  verdi.  Məhkəmədə  naşir  qələbə  çaldı.  Bu  hələ 
müstəqillik qazanmamış Amerikada mətbuatın azadlığının ilkin və böyük qələbəsi 
idi və onun sonralar həqiqətən dördüncü hakimiyyət olmasına geniş yol açdı. 
Bu misalın bizim şəraitə uyğun olmadığını təsdiq edənlər də tapıla bilər və 
onlar  əsas  kimi  bunu  gətirə  bilərlər  ki,  axı  bizdə  məhkəmələr  müstəqil  deyil, 
böhtan  iddiası  təsdiq  olunmayanda  belə  qəzetlər  təqib  edilir,  məsuliyyətə  cəlb 
edilir,  cərimələnir.  Qəzet  naşirlərinin  dustaqxanaya  salınması,  hətta  qətlə 
yetirilməsi  faktı  da  mövcuddur.  Belə  dəlilləri  gətirənlərə,  daha  çox  isə  onlara  bu 
danışıqlar üçün şərait yaradanlara bir cəhəti xatırlatmaq yaxşı olardı ki, mətbuatın 
azadlığı  heç  də  şüar  olmayıb,  real  qaydada  həyata  keçirilməlidir.  Nyu-Yorkdakı 
hadisə ilə bizi  270 ilə  bərabər bir tarixi məsafə  ayırır,  axı  demokratiyanı  bərqərar 
etmək  üçün,  -  söz  azadlığı  isə  onun  təməl  prinsiplərindən  biridir,  -  əsrlər  lazım 
olduğunu  düşünənlər,  bu  ali  prinsipi  sadəcə  olaraq  kabusa  çevirmək  arzusu  ilə 
yaşamağa üstünlük verənlərdir. Amerikadakı hadisədən üç onillik sonra İngiltərədə 
baş  verən  hadisə  uzun  müddət  siyasət  dəhlizlərini  tərk  etmədi.  İngiltərənin  baş 
naziri  Qrenvillin  başçılıq  etdiyi  hökumət  1763-cü  ildə  gömrük  xidməti,  vergi 
yığmaq  sahəsində  bir  sıra  tədbirlər  gördü  ki,  bunlar  daha  da  sərtləşərək  sonra 
Amerika  ərazisindəki  koloniyalara  ağır  iqtisadi  zərbələr  vuracaq  və  olduqca  pis 
nəticələrə gətirib çıxaracaqdı. Bu vaxt Con Uilkis adlı naşir özünün “North Briton” 
qəzetində  hökuməti  ciddi  tənqidə  məruz  qoydu.  Elə  bu  qəzetdə  o,  kral  II  Corca 
qarşı,  İngiltərənin  müharibə  qənimətlərinin  əldən  çıxmasına  səbəb  olan  Paris 
müqaviləsini müdafiə etdiyini əsas götürərək, hücum xarakterli məşhur “N 45” adlı 
məqaləsini  dərc  etdi.  Həmin  yazıda  kral  saxtakarlıqda  ittiham  edilirdi.  Hökumət 
buna  kralı  müdafiə  etməklə  cavab  verdi,  üstəlik  Uilkis  həbs  edildi.  Məhkəmə 
hökumətin  Uilkisə  olan  hücumlarını  qətiyyətlə  dəf  etdi,  lakin  parlament  də 
hökumətin tərəfini saxladıqda, Uilkis Parisə qaçmalı oldu və o, İcmalar Palatasının 
üzvlüyündən xaric edildi. 
Bir  neçə  il  sonra  Uilkis  mühacirətdən  vətənə  döndü  və  yenə  parlamentin 
üzvü  seçildi.  Köhnə  böhtana  görə  yenə  onu  mühakimə  edib  cərimələdilər  və 
dustaqxanaya saldılar. Lakin artıq o, kütlənin bütünə çevrilmişdi və kütlə “Uilkis 
və Azadlıq” şüarı altında bunt qaldırdı. Beləliklə, Uilkis böyük siyasi populyarlıq 
qazandı və uzun müddət parlamentin üzvü oldu. 
Ən başlıcası Uilkis öz cəsarətli yazısı ilə çoxlarına müyəssər olmayan bir iş 
görmüşdü.  Ölkəni  siyasi  böhrana  cəlb  etmişdi.  Bəzi  tarixçilər  bu  hadisəni 
qiymətləndirərkən,  onun  İngiltərənin  xarici  siyasətinə  və  inteqrasiyanın  taleyinə 
necə  böyük  təsir  göstərdiyini  qeyd  edirlər.  Bir  çoxları  güman  edir  ki,  İngiltərə 


327 
 
hökumətinin  və  parlamentinin  Uilkis  əhvalatına  başı  ciddi  surətdə  qarışdığından, 
Şimali  Amerikadakı  koloniyalarda  meydana  gələn  müstəqillik  hərəkatına  lazımi 
qiymət  verməyi  bacarmadı.  Amerikada  inqilab  baş  verdi,  istiqlaliyyət  uğrunda 
uzun  müddətli  qanlı  müharibə  getdi  və  İngiltərə  Amerikadakı  on  üç  varlı  ştatı 
itirməyə  məcbur  oldu.  Dünyada  ABŞ  adlı  yeni  dövlət  meydana  gəldi  və  iki  əsr 
keçməmiş  o  fövqəldövlət  ləyaqətinə  yiyələndi.  Uilkis  adi  bir  qəzetçi  olsa  da, 
İngiltərə imperiyasının parçalanmasında və Yeni Dünyanın taleyində özünəməxsus 
rol oynadı. 
Digər  böyük  bir  qələm  sahibi  olan  Tomas  Peyn  çap  etdirdiyi  “Sağlam 
düşüncə” pamfletində Amerikada müstəqilliyi birbaşa elan etmək çağırışı ilə çıxış 
etmiş, onun bu müraciəti geniş yayılaraq, böyük əks-səda doğurmuşdu. 47 səhifəlik 
yazının  çap  olunduğu  elə  həmin  1776-cı  ildə  Birləşmiş  Ştatlarda  İstiqlaliyyət 
Deklarasiyası  elan  olundu.  Müəllif  dövrün  tələbini  düzgün  tutaraq,  inqilab 
məsələsinin  bilavasitə  gündəliyə  daxil  edilməsini  təklif  etdi  və  onun  zəfərinin 
şahidi oldu. 
Yaxud,  XIX  əsrin  ortalarında  A.İ.Gertsen  xaricdə  buraxdığı  “Kolokol”  – 
“Zəng”  qəzeti  isə  təhkimçiliyin  ləğv  olunduğu  1861-ci  ilə  qədər  Rusiyada  ciddi 
demokratik  islahatları  –  kəndlilərin  azad  olunmasını,  senzuranın  və  bədən 
cəzalarının ləğv edilməsini tələb edirdi. O, qəzetdə Rusiya mütləqiyyətini daim ifşa 
edirdi. 
Onların  şəxsi  talelərinə  gəldikdə  Tomas  Peyn  ahıl  yaşlarında  Amerikada 
ostrakizmə  məruz  qaldı,  ömrünü  kasıblıqda  başa  vurdu,  Gertsen  isə  vətənindən 
uzaqlarda həyatdan vaxtsız köçdü. Lakin onların öz həmvətənləri qarşısında böyük 
xidmətləri  heç  vaxt  unudulmadı.  Çünki  onlar  alov  törədəcək  qığılcımı  yandıra 
bilmişdilər. Bu qığılcım isə azadlığın, demokratiyanın yoluna işıq saçırdı. 
KİV  indi  daha  geniş  və  daha  böyük  miqyasda  şüurlara  təsir  göstərmək, 
ictimai  rəyi  formalaşdırmaq  imkanına  malikdir.  Bu,  həmin  sahədə  çalışan  hər  bir 
işçinin  çiyinlərinə  düşən  məsuliyyət  yükünü  daha  da  ağırlaşdırır.  Jurnalist  ağır 
zehni və fiziki əməklə məşğul olur, daim  axtarışdadır. Bu cəhətdən onun əməyini 
geoloqların  ağır  zəhməti  ilə  müqayisə  etmək  olar.  Geoloqlar  yerin  təkinin 
məchulluqlarına  nüfuz  etdikləri  kimi,  qələm  sahibləri  də  insanların  zəkalarına  və 
könüllərinə müraciət edirlər, öz tədqiqatlarını aparırlar. Ona görə də ölkəmizin bu 
günü  və  sabahının  taleyində  onların  rolunu  inkar  etmək  olmaz.  Bu  rol  o  vaxt 
böyüyəcəkdir  ki,  hər  bir  qələm  əhli  özünü  xalqın  işıqlı  amallarına  həsr  etsin,  heç 
vaxt  vətəndaşlıq  hissini  unutmasın.  Deməli,  jurnalist  silahından  istifadə 
məsələsində  öz ləyaqətini  ön  plana  çəkməlidir. Ləyaqətin  aparıcı  olduğu işdə heç 
şübhəsiz,  nəticə də  qazanılacaq.  Ləyaqətli  insanın  sözünün  vəzninə isə bir  qayda 
olaraq,  heç  kəs  şübhə  ilə  yanaşmır.  Ləyaqət  dedikdə  birinci  növbədə  həqiqət 
ilahəsinə  sitayiş  nəzərdə  tutulmalıdır,  heç  kəsin  məğlub  edə  və  ya  qəsb  edə 
bilmədiyi  iradə  işə  salınmalıdır.  Qədim  Romanın  sonuncu  imperatoru  olmuş, 
böyük  filosof  Mark  Avreli  insanlara  müdrik  bir  məsləhət  vermişdir:  “Əgər  nəsə 
düzgün deyilsə onu etmə, əgər nəsə doğru deyilsə, onu söyləmə”. Bu ağıllı nəsihəti 
bilavasitə  jurnalistlərə,  sözdən  ictimai  şüura  təsir  mənbəyi  kimi  istifadə  edənlərin 
hamısına ünvanlamaq olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə