Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə168/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

336 
 
Hər şey öz adı ilə adlanmalıdır. Mafiya, klanlar layiq olduqları payı almalı, 
terrorçulara dəstək verənlər, maddi yardım göstərənlər konkret ifşa edilməli, qanun 
qarşısında  cavab  verməlidirlər.  Bu  mübarizə  pərdəsi  altında  vətəndaşların 
konstitutsiya  hüquqlarının  pozulmasına  yol  vermək  olmaz.  Milli,  irqi 
mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir  vətəndaş  özünün  toxunulmaz 
hüquqlarından maniəsiz istifadə etmək imkanına malik olmalıdır. Bir qrup mafioza 
görə  bütöv  millət  barədə  şübhə  toxumu  səpmək  ölkədəki  vətəndaş  həmrəyliyinə 
ziyan  vurur,  ayrı-seçkilik,  bir-birinə  yadlaşma  kimi  arzuolunmaz  prosesə  əlavə 
intensivlik  verir.  Mafiya,  klan  ədədi  əmtəədir,  onu  ovlamaq  üçün  bütün  meşəni 
yandırmaq zərurəti böyük ağıldan xəbər vermir. Bu məsələyə münasibətdə qədim 
Romanın  nəcib  imperatorlarından  biri  olan  Trayanın  qanunlara  etdiyi  bir 
düzəlişdən  istifadə  etmək  daha  düzgün  olardı:  «Yaxşı  hal  odur  ki,  qoy  cinayət 
törətmiş günahkar cəzasız qalsın, nəinki günahsız olan cəzalansın.» 
Kiminsə,  milli  mənsubluğuna  görə  əsassız  olaraq  ittiham  edilməsi 
yolverilməzdir. Çünki hətta ibrət dərsi vermək üçün olan hər bir cəzanın özündə də 
ədalətsizlik  payı  vardır  və  bu  ayrı-ayrı  adamlar  üçün  bəla  verən  cəhət  isə  ondan 
ibarət olur ki, əvəzi guya ictimai fayda ilə ödənilir. İstənilən cəza ayrı-ayrı fərdlər 
üçün ağrı və mərhumiyyət bəxş edir, cəza ədalətsiz olduqda isə onun vurduğu yara 
daha  dərin  olur,  ictimai  rifahın  yaxşılaşması  belə,  həmin  əziyyətləri  unutdurmağa 
qadir olmur. 
Söz  yarası güllə  yarası  qədər dağıdıcı, bəzən  məhvedici olmasa  da,  heç də 
onun  qədər  tez  və  asanlıqla  sağalmır.  Evdə  tüfəng  saxlandıqda  uşaqların  onunla 
ehtiyatsız  davranması  təhlükəsi  olan  kimi,  sözdən  naşılıqla  istifadə  etmənin  də 
başqalarının  əsəbinə,  əhval-ruhiyyəsinə  zəhər  qatmaq  qorxusu  vardır.  Dodaqdan 
çıxan  söz,  qələm  ucundan  süzülən  hərflərdən  əmələ  gələn  ifadə  uçan  quşa 
bənzəyir, sərbəstlik, azadlıq mühitini sevir. Lakin hər bir azadlığı qoruyan, həm də 
onun üçün daşınan məsuliyyət hissidir. Bu məsuliyyət quşun qanadları üçün dayaq 
rolunu oynayan hava ilə müqayisə oluna bilər. Havasızlıqda isə nəinki uçuş, hətta 
quşun mövcudluğu da sual altında olur.  
Bu yazıdakı müddəalar, çıxarılan nəticələr kimlərinsə narazılığına səbəb ola 
bilər, müəllifi mentor tonu ilə danışmaqda ittiham edənlər də tapılar. Səmimi etraf 
edim ki, kiməsə yol göstərmək həvəsindən və meylindən uzağam, sadəcə olaraq öz 
mülahizələrimi,  rəylərimi  bildirməyə  səy  göstərdim.  Ən  tutarlı  cavabı  isə  faşist 
hərbi  canilərini  mühakimə  edən  Nyurnberq  tribunalında  şahid  kimi  çıxış  edən 
Ermitajın direktoru olan məşhur tarixçi akademikin sözləri ilə vermək istərdim. O, 
böyük  incəsənət  məbədi  və  memarlıq  abidəsi  olan  Ermitajın  havadan  aramsız 
olaraq  bombardman  edilməsini,  bunun  vəhşilik,  vandalizm  nümunəsi  olmasını 
dilinə gətirdikdə, həmin dövrün Almaniyasında Hitlerdən sonra ikinci şəxs sayılan, 
imperiya  aviasiya  naziri  olmuş  German  Gerinq  tarixçi  alimi  isteza  qaydasında 
naşılıqda ittiham etdikdə, belə cavab almışdı: 
-  Mən  bu  sahədə  mütəxəssis  deyiləm.  Ancaq  onu  bilirəm  ki,  yaxınlıqdakı 
hərbi  obyektlərə  bir  dənə  də  olsun  bomba  düşmədiyi  halda  Ermitajda  isə  biz  çox 
vaxt  bütün  günü  yandırıcı  bombaları  söndürməyə  sərf  edirdik.  Hərbi  obyektlərlə 
muzey kompleksi arasında məsafə çox kiçik idi. Belə məsafədə, bu ölçülərə qiymət 


337 
 
verməkdə mən özümü aviasiya mütəxəssisi hesab edirəm. 
İxtisasca jurnalist olmasam da, əslində, indiki naşirlərin və baş redaktorların 
böyük əksərəyyətinin bu ixtisasla heç bir əlaqəsi yoxdur,- mən öz rəyimi bildirmək 
hüququndan  istifadə  edirəmsə,  bu  heç  kəsi  narahat  etməməlidir.  Jurnalistlərlə 
məhkəmə zalında üzləşməyə cəhd edənlərə də yalnız bu qaydada fikir mübadiləsi 
aparmağı məsləhət görərdim. 
Məsələnin  digər  cəhəti  isə  qanun  müdafiəçilərinin  mövqeyindən, 
münasibətindən  asılıdır.  Onlar  söz  sahiblərinə  qarşı  mərhəmətlilik  nümayiş 
etdirsələr,  bu  qanunun  hətta  sərt  münasibətlərini  də  xeyli  yumşaltmış  olar. 
Prokurorlar jurnalistlər əleyhinə olan məhkəmə proseslərində ittihamla çıxış etmək 
əvəzinə,  «prokuror»  sözünün  latın  dilindəki  mənasından  irəli  gələn  «qayğı 
göstərməni»  qanunun  həyata  keçirilməsinə  olduğu  kimi,  onun  digər  mənası  olan 
«təmin  etməni»  isə  söz  azadlığı  hüququna  şamil  etsəydilər,  vəziyyət  daha  ürək 
açan olardı. O ki, qaldı hakimlərə, onlar öz vəzifə borclarını yerinə yetirirlər, lakin 
belə  bir  stereotip  rəy  geniş  yayılmışdır  ki,  məhkəmələr  yalnız  sifarişlə  işləyir. 
Hakimləri  kütləvi  şəkildə  qanunu  pozmaqda  günahlandırmaq  ən  azı  insafsılıqdır, 
bir  az  dəqiq  deyilsə,  sərsəm  təxəyyülün  məhsuludur.  Hətta  sifariş  qəbul  edən 
hakim  də,  birbaşa  qanuna  xəyanət  yolunu  tutmur,  səriştəsiz  adamlardan  fərqli 
olaraq  o,  qanunun  sərtliyini  yaxşı  bilir  və  yaddan  çıxarmır  ki,  hökmdə  qəsdən 
buraxdığı  səhv  və  ədalətsizlik  bir  gün  onun  özünü  yaxalaya  bilər.  Hökmün 
ədalətliliyinə görə hakimin məsuliyyət daşıması bundan hələ otuz səkkiz əsr əvvəl 
işıq üzü görmüş Hammurabi kodeksində öz əksini tapmışdı.  
Hakimləri  yalnız  avam  adamlar  naşılıqda  təqsirləndirə  bilər,  onlar  daim 
sayıqlıqlarını qoruyub  saxlayırlar.  Bu, keçən  əsrin ortalarında Şərqi  Afrikada baş 
vermiş  bir  ibrətamiz  hadisəni  yada  salır.  1959-cu  ildə  may-may  üsyanı  vaxtı 
ingilislər  masailəri  ələ  alıb,  onlara  göstəriş  verdilər  ki,  gedib  yaxınlıqdakı 
kikuyyilərin  silahını  götürüb  gəlsinlər.  Onlar  tapşırığı  yerinə  yetirməkdən 
qayıtdıqda,  kəsilmiş  insan  əlləri  ilə  dolu  zənbilləri  məğrur-məğrur  göstərdilər. 
İngiliscə  «silah»  mənasını  verən  «arms»  sözünü  onlar  bunun  başqa  mənası  olan 
«əllər»  kimi  başa  düşmüşdülər  və  əmri  hərfi  mənada  səhv  icra  etməmişdilər. 
Hakimlər  isə  qanundan  hərtərəfli  və  yaxşı  baş  çıxardıqlarından,  hökmü 
formalaşdırdıqda  bəzən  qanunlarla  müəyyən  hədlərdə  sərbəst  davranmağı  da 
bacarırlar.  
Nəhayət,  jurnalistin  həbs  edilməsi,  dustaqxanaya  salınması  faktına 
münasibətimi soruşsalar, mən hökmən mənfi cavab verərdim. Axı günahsız insana 
dustaqxana həyatının özü də işgəncədir, fikirə, ideyaya görə cəzanı isə bu qəbildən 
saymaq lazımdır. Lakin həmin mülahizəmə bir şərti də əlavə edərdim ki, jurnalist 
adını daşıyan adam cinayət törətməsin, qanundan kənar əməldə bulunmasın. Sözün 
mühakiməsininin  geniş  yayılması  yaxşıdır,  nəinki  hansısa  söz  sahibinin 
mühakiməyə  cəlb  edilməsi.  Bu  arzuya  bir  diləyi  də  əlavə  etmək  lazım  gəlir  ki, 
hamımız  qanunlara  hörmətlə  yanaşaq,  riayət  edək,  bu  təkcə  bütövlükdə 
dövlətimizin  deyil,  həm  də  ən  başlıcası  hər  birimizin  təhlükəsizliyinə  təminat 
yaradacaqdır.  Qanunsuzluq  mühitində,  yalan  səltənətində  yaşamağa  üstünlük 
verənlər  cəmiyyətin  uca  mərtəbələrində  məskunlaşsalar  da,  üçüncü  minilliyin  hər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə