Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə169/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

338 
 
bir  nemətindən  bədxərcliklə  istifadə  etsələr  də,əslində  mənəviyyat  nöqteyi-
nəzərindən  mağara  dünyasının  həyat  və  düşüncə  tərzinə  yaxınlaşırlar,  bu  isə 
tarixdən  əvvəlki qaranlığa  qayıtmağa  can atmaq  cəhdi kimi  qiymətləndirilməli  və 
güzəştə gedilmədən məhkum edilməlidir.  
“525-ci qəzet”.18,19.01.2008  
 
 
 
 
Onunla vidaldaşsaq da birdəfəlik «əlvida» demədik 
 
Ölkəmizin  ədəbiyyat  aləmi,  özü  bunu  hiss  edib-etməməyindən  asılı 
olmayaraq  güclü  bir  yaradıcı  insanını  itirdi,  sayı  o  qədər  də  çox  olmayan  parlaq 
ulduzlardan biri də qeybə çəkildi. 
Tanınmış  yazıçı  Sabir  Azəri  son  əsərini  bitirməmiş  həyatdan  getdi.  Onun 
ölümü  təkcə  yaxınları,  dostları,  tanışları  üçün  deyil,  vaxtilə  cərgələri  heç  də  az 
olmayan  oxucular  ordusu  üçün  böyük  itkidir.  O,  heç  vaxt  yüksək  yer  tutmaq 
iddiasında olmamışdı, ambisiyalardan xali idi. Lakin ona layiq olduğu yeri verməyi 
də  bədxərclik  hesab  edənlər  var  idi.  Özünə  qarşı  belə  biganəliyə  cavab  kimi  son 
illərdə o, ədəbi mühitdən uzaqlaşmışdı, dostlarının əhatəsi nəzərə alınmasa, bir növ 
guşənişin  həyatı  yaşayırdı.  Həmkarları  ilə  az  hallarda  görüşən  bu  adam  adi 
həssaslığın  yoxluğu  ucbatından  yuvasından  perikdirilmiş  quşa  bənzəyirdi. 
Yaradıcılıq  uğurlarına  göz  yumanlar  onu  ədəbi  fərqləndirmə  vasitələrindən 
məhrum  etsələr  də,  əsərlərini  oxucu  laqeydliyi  kimi  ağır  hökmə  məhkum  etməyi 
bacarmırdılar. 
Sabir Azəri belə münasibətdən elə də qeyzlənmirdi, anlayırdı ki, yaradıcılığı 
ilə ümumi axına qoşula bilmir. Bir tərəfdən bu onun müstəqilliyinin nişanəsi idisə, 
digər  tərəfdən  onun  zəhmətinin  qiymətləndirilməməsi  kimi  ağır  bir  cəza  idi.  O, 
yaxşı başa düşürdü ki, hər dövr öz qaydaları ilə yaşayır, kimlərisə əzizlədiyinə görə 
başqaları  üçün  ağuşunu  qapalı  saxlayır.  Bəla  orasındadır  ki,  çox  vaxt  bədii 
yaradıcılıq bağını alın tərilə əkib becərənlər ikincilərin sırasına daxil olmaqla, layiq 
olmadıqları və müəyyən ölçüdə mövcud olan izqoy həyatı sürməli olurlar. Saxta iri 
pyedestallar  üzərinə  qaldırılanlar  hər  cür  nəvazişlə  əhalə  edildikləri  halda,  oxucu 
zövqünü  dadlı  nemətlərlə  sevindirənlər  bunun  bircə  atomu  iləı  də  qarşılaşmırlar. 
Dağ çiçəklərinin gözəllyinə qiymət verilmədiyi bir vaxtda, qanqal çiçəyinə xüsusi 
pərəstiş  olunması  təlqin  edilir.  Axırıncını  özünə  milli  rəmz  seçmiş  şotlandları  da, 
bu sahədə ötüb keçmək istəyirik. 
Sabir  Azərini  laqeydlik  deyil,  heç  həyatın  ən  ağır  sınaqları  belə  sındıra 
bilməmişdi. Hələ gəncliyində özünü bütöv şəxsiyyət kimi təsdiqləməyi bacarmışdı. 
Öz  məsləkinə  görə  SSRİ  rəhbərliyinə  həcv  xarakterli  etirazını  bildirdiyinə  görə 
universitet  tələbəsi  DTK-nın  ağır  həmləsinə  məruz  qalaraq  zindanlara  atılmışdı. 
Lakin  dustaxqana  həyatı  da  onun  mənəvi  dünyasını  uçurmağa  müvəffəq 
olmamışdı, o, ruhən güclü olaraq qalmışdı. 
Jurnalist  təhsili  alsa  da,  öz  ixtisasına  uyğun  olaraq  ədəbi  mətbuatda  çalışsa 


339 
 
da,  çox  tezliklə  qələmini  nəsr  janrında  sınamağa  başlamış  və  qısa  müddətdə 
müəyyən populyarlıq qazanmışdı. 
Ötən  əsrin  70-80-ci  illərində  onun  çox  sayda  roman,  povest  və  hekayələri 
işıq  üzü  görmüşdü.  Respublikada  təşəkkül  tapan  kənd  nəsrinin  tanınmış 
müəlliflərindən  birinə  çevrilmişdi.  Kənd  nəsri  sosialist  kəndini  tərənnüm  edən 
bayağı  əsərlərdən  tam  fərqli  olmaqla,  kənd  adamının  psixoloji  aləmini  tədqiq 
etmək  vəzifəsini  seçmişdi,  patriatxallığın  təbliğ  edilməsindən  də  uzaq  idi.  Bu 
əsərlər  Vergilinin  «Bukolika»sındakı  çoban  nəğmələrinə  də  bənzəmirdi,  kənd 
problemlərinə dərin nüfuz etmək vasitəsi idi. 
Sabir Azəri hələ də üzərində elan olunmamış tabu saxlanılan bəy obrazını ilk 
dəfə  milli  ədəbiyyata  yenidən  gətirərək,  əslində,  sonralar  dəbə  düşən  bu  qayda 
üçün  yol  açmışdı.  Lakin  zaman  hətta  həyat  tərzini  dəyişdirməyə  məcbur  olmuş 
bəyə  qarşı  da  öz  amansızlığından  əl  çəkmir.  Romanda  yazıçı  həm  də  dövrün 
mürəkkəb  ziddiyyətlərini  tam  çılpaqlığı  ilə  açıb  göstərməyi  bacarır.  Zamanın  bu 
zümrə barədə verdiyi hökm axıra qədər yerinə yetirilməli idi. 
Sabir Azərinin əsrələrində fövqəltəbii qabiliyyətlərə malik olan qəhrəmanlar 
yoxdur, o, əksinə sadə, bir qədər də özünü təsdiq edə bilməyən, bədbəxt insanların 
taleyini  qələmə  almağı  sevirdi.  Cəmiyyətin  inkar  edib  həyatın  dibinə  atdığı 
insanların nəcib xüsusiyyətlərini təsvir etməklə, onları az qala canlı bütlərə çevirən 
dahiləri  təqlid  etmədən,  o,  real  həyatda  qarşılaşdığı  insanların  daxili  aləmini 
öyrənməyə,  açıqlamağa  can  atırdı.  Belələri  onları  əhatə  edib,  boğan  dar  barama 
qılafından  xilas  olma  yollarını  arayıb  axtarır  və  haray  çəkirdilər  ki,  yol  dalana 
dirənmişdir,  bu  divar  uçurulmasa  irəliyə  doğru  bir  addım  da  atmaq  mümkün 
olmayacaqdır.  Şekspir  dühasının  məhsulu  olan  Hamlet  «Bu  səltənətdə  nəsə 
çürümüşdür»  deyirdisə,  Sabir  Azərinin  fağır  qəhrəmanı  real  sosializmin 
bütövlükdə çürümədə olduğunu anlamağa başlayır. 
Onu  fərqləndirən  cəhətlərdən  biri  təkcə  yaradıcılığında  deyil,  həyatda  da 
müqəddəs  saydığı  dəyərlərə  sitayiş  etməsi  idi.  Millətinə,  xalqına  ürəkdən  bağlı 
olan  bir  insan  idi.  Vətənə  sədaqəti,  bağlılığı  anaya  olan  münasibətdən  də  üstün 
hesab edirdi, axı uşaqla ananı birləşdirən göbəkbağı kəsildiyi halda, insanı Vətənlə 
birləşdirən həqiqi və ülvi hissləri kəsmək mümkün deyildir. 
Bir  ovçu  kimi  də  respublikanın  ərazisinə  yaxşı  bələd  olduğundan  o,  təbiət 
vurğunu  idi,  ölkəmizin  faunası  barədə  onun  biliyinə,  müşahidələrinə  yalnız  qibtə 
etmək  olardı.  Böyük  rus  yazıçısı  A.P.Çexovun  sözlərini  təkrar  edərək  deyirdi  ki, 
«Vətənin  havası  da  ən  sağlam  havadır».  Təbiət  hadisələrini  elə  vurğunluqla 
danışırdı  ki,  onun  nitqindəki  həqiqət  uydurmalardan  belə  möcüzəli  görünürdü. 
Onun  ovçu  hekayələri  isə  bu  janrın  ən  uğurlu  nümunələri  hesab  edilə  bilər. 
Ümumiyyətlə  isə,  o,  sözçülükdən  uzaq  adam  idi,  yazıçı  əməyini  sözün  bir  aləti 
hesab etsə də, bu materiala olduqca qənaətlə yanaşırdı. Bəzilərinin yaradıcılığında 
indi  dəbə  düşmüş  və  mantra  kimi  səslənən  çoxsaylı  isimlərin,  sifətlərin,  feillərin 
təkrarından yaranan və ədəbi hədik dadı verən yazıları heç cür bəyənmirdi. 
O, həm  də  ləyaqətli vətəndaş  idi. Millətin  taleyinə  aid  olan  məsələlər  onun 
üçün  sakral  əhəmiyyət  daşıyırdı.  Tufanlardan  qorxmayan  bu  insan  vətəndaşlıq 
mövqeyini  hər  şeydən  uca  tuturdu,  onu  korporativ  mənafelərə  qurban  vermək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə