Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə166/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

332 
 
Jurnalist  qüsurlara,  çatışmazlıqlara  qarşı  mübarizə  apardıqda  onun 
daşıyıcıları əleyhinə də öz süngüsünü işlətməli olur və cavab kimi həmin adamların 
düşmənçiliyi  ilə  üzləşir.  Bu  düşmənçilikdə  vasitələrin  seçilməsinə  o  qədər  də 
əhəmiyyət verilmir, qələm sahibini sıradan çıxarmaq üçün bəzən iyrənc üsullar da 
yarayır. Jurnalistlərə qarşı səlib yürüşü elan etmək həvəsində olanlara bu məfhumu 
ilk dəfə tarixə bəxş edənlərin acı taleyini yada salmaq lazım gəlir.  
XI  əsrin  sonunda  başlanan  səlib  yürüşləri  xristian  dininin  bayrağı  və 
bilavasitə  rəhbərliyi  altında  aparılsa  da,  əslində  İusus  Xristin  təbliğ  etdiyi  əxlaq 
prinsiplərinə  tam  zidd  olmaqla  yanaşı  Qərbin  sonralar  genişlənən  və  gur  inkişaf 
edən  biabırçı  müstəmləkəçilik  siyasətinin  başlanğıc  nöqtəsi  rolunu  oynadı.  Bu 
yürüşləri  təşkil  edənlər  və  onların  başçıları  bədnam  ad  və  Herostrat  şöhrəti 
qazanmaqdan  başqa  heç  nəyə  nail  olmadılar.  Yəqin  ki,  tarixi  səlibçiliyi  təqlid 
etmək istəyənləri da buna bənzər bir sonluq gözləyir. Jurnalistikanın son üç əsrlik 
tarixinə nəzər salsaq görərik ki, qələm əhli nə qədər təqiblərə, cəzalara məruz qalsa 
da,  nəticə  etibarilə  qələbə,  özü  də  tam  və  geniş  miqyaslı  zəfər  onların  tərəfində 
olmuşdur.  Bu  mənada  mətbuatı  feniks  quşuna  bənzətmək  olar,  onu  yandırmaq 
eşqinə  düşənlər  arzularının  tam  əksi  olan  bir  möcüzənin  şahidi  olmuşlar  –  bu 
küldən o yenə dirilib, qanad açmağa bacarmışdır. 
Bunu  nəzərə  alaraq,  tarixə  müraciət  etmək,  bəzi  faktları  yada  salmaq  pis 
olmazdı. 
1734-1735-ci illərdə Nyu-Yorkda Zenqer işi deyilən bir hadisə baş vermişdi. 
Bu adam « New York weekly Journal» həftəlik qəzetinin naşiri idi. Həmin qəzetdə 
qubernatora  hücumlar  edilir  və  o,  kəskin  tənqidə  məruz  qalırdı.  Qubernator  bu 
həmlələrdən  qəzəblənib,  böhtana  görə  qəzeti  yandırmaq  və  naşiri  həbs  etmək 
göstərişini  verdi.  Məhkəmədə  Zenqeri  güclü  vəkil  müdafiə  edirdi  və  iş  ittiham 
olunan  naşirin  tam  qələbəsi  ilə  nəticələndi.  İttiham  isə  ondan  ibarət  idi  ki,  bu 
hücumlar  guya  «Alihəzrət  idarəçiliynin  (həmin  dövrdə  bu  əyalət  başqaları  kimi 
Böyük  Britaniya  imperiyasının  müstəmləkəsi  idi  və  ona  görə  də  mətndə  kral 
hakimiyyəti  nəzərdə  tutulurdu)  xarakterini  alçaldır  və  burada  yaşayan  adamları 
yoldan çıxarmaq, iğtişaş yaratmaq məqsədini güdür». Məhkəmə təkcə bu ittihamı 
bütünlüklə  rədd  etmədi,  həm  də  qərarına  qeyri-adi  bir  maddəni  də  əlavə  etdi.  Bu 
maddəyə  görə  mətbuatda  böhtana  icazə  verildi.  Jüri  hesab  etmişdi  ki,  bu  hər  bir 
adamın koloniyanın qubernatorluğu haqqında həqiqət kimi fikirləşdiyi hər bir şeyi 
demək  hüququdur.  Bu  daha  çox  indi  geniş  işlədilən  «diffamasiya»  anlayışına 
uyğun bir qərar idi, başqa sözlə mətbuatda kimisə biabır edən həqiqi və ya saxta 
məlumatların  çap  edilməsi  hüququnu  nəzərdə  tuturdu.  Bizdəki  bəzi  müəlliflər  isə 
hələ  qanunla  icazə  verilməmiş  diffamasiyadan  da  uzağa  gedərək,  daha  çox  şantaj 
üslubuna üstünlük  verirlər. Bu isə  müəyyən  məqsədlər naminə həqiqi və  ya  saxta 
ləkələyici  məlumatları  elan  etmək  yolu  ilə  adamları  qorxuzmaq,  hədələmək 
vasitəsidir. Bu fransız sözü xeyli dillərə keçsə də, onun ingilis dilindəki sinonimii 
olan  «blackmail»  hərfi  mənada  olmasa  da,  məna  tutumuna  görə  bizdəki 
«qarayaxma»  anlayışına  daha  yaxındır,  birbaşa  bu  niyyətin  məkrliliyini  açıb 
göstərir.  
Ölkəmizdə  hələ  də  diffamasiya  barədə  hüquqi  akt  olmadığından  uydurma 


333 
 
vasitələrlə adamları biabır etmək, şəxsiyyətin ləyaqətini alçaltmaq metodu sayılan 
böhtan  bilavasitə  cinayət  əməli  hesab  olunur  və  onun  müəllifi  qanunla 
cəzalandırılır.  Ona  münasibətdən  asılı  olmayaraq  qanunun  sərtliyi  öz  varlığını 
yaddan  çıxarmağa  qoymur,  onun  ruhuna  və  hərfinə  qeyd-şərtsiz  riayət  etmək 
zərurəti yaranır. Qədim yunan filosoflarından biri iddia edirdi ki, qanun bizə korluq 
bəxş edir. Korluq deyəndə, yəqin onu nəzərdə tuturdu ki, qanun hadisələrə qiymət 
verdikdə bizim görmə, baxış bucağımızı daraldır, onlara yalnız özünün tələb etdiyi 
kiçik prizmadan yanaşmağı tələb edir. 
Jurnalist şərə, qüsurlara, anaxronizmə, cəmiyyətin məsamələrinə nüfuz edən 
bəlalara  qarşı  biganə  qalmamalıdır.  Lakin  onun  bu  mövqeyi  şəxsi  ədavət,  kin, 
qəzəb  müstəvisinə  keçməməlidir.  Bu  barədə  jurnalist  üçün  lakonik  deviz  böyük 
tarixçi Tatsitin sözlərində öz əksini tapmışdır : «Sine ira et studio» - «Qəzəbsiz və 
qərəzsiz».  Yəni  qabaqcadan  hasil  olan  yalnış  qənaətə  əsaslanmamaq,  əvvəlcədən 
səhv istiqamətlənmiş rəyə uymamaq. Lakin bu o demək deyildir ki, həmin müddəa 
qələm əhlini ətalətə, eybəcərliklərə qarşı biganəliyə, ümumən, laqeydliyə səsləyir, 
«mənim  komam  kənardadır»  prinsipi  ilə  yaşamağı  təlqin  edir.  İti  söz,  qüsurları 
qamçılayan  məqalə  cəmiyyəti  mürgüləməyə  qoymur,  adamları  qüsurlara  qarşı 
həssas olmağa, dözməməyə  çağırır.  Sokrat  deyirdi ki, mozalan sancması  ilə  atları 
qaçmağa məcbur etməklə, onları kökəlməyə, tənbəlləşməyə qoymur. O, afinalıları 
da  belə  harınlaşmaqdan  uzaqlaşdırmaq  üçün  sözlə  onların  sancdırılmasını 
məqsədəuyğun  hesab  edirdi.  Jurnalistlər  də  məhz  belə  nəcib  məqsədlərə  xidmət 
edən  əsgərlər  hesab  edilməlidir.  Axı  qüsurların  tənqidi  onların  böyüməsinin, 
metastaz  verməsinin  və  daha  ağır  fəsadlara  yol  açmasının  qarşısını  alır,  bu 
baxımdan ictimai söz, qələm məhsulu olduqca faydalı bir fəaliyyət növündən xəbər 
verir, ən azı mənəvi saflaşma prosesində onun fəal iştirakını danılmaz edir. 
Nöqsanların  tənqidi  heç  də  onlardan  vəcdə  gəlmək,  ilham  almaq,  onların 
daimi  mövcudluğunu arzulamaq deyildir. Jurnalisti heç vaxt vampir keyfiyyətləri 
cəzb etməməlidir, cəmiyyətin bədəni üçün zəlinin olması isə vacibdir, çünki o pis 
qanı,  qan  irinini  sorub,  təmizləməklə,  orqanizmin  sağalmasına  kömək  edir. 
Vampir, qaniçən , qansoran isə lap qədimdən indiyədək mənfur əməlin təcəssümü 
kimi nəzərdə tutulur. 
Jurnalist  öz  istəyindən  asılı  olub-olmayaraq  yazılarında  həm  də  öz 
şəxsiyyətini,  fərdi  düşüncələrini,  daxili  aləmini  əks  etdirir.  Yazıda,  məqalədə 
nəzərə  çarpan  kin,  nifrət  çox  hallarda  zəiflikdən,  gücsüzlükdən,  natamamlıqdan 
xəbər  verir.  Müəllif  hücum  edəndə  özünü  rıtsar  qiyafəsində  gördüyü  halda, 
iddialarını,  ittihamlarını  müdafiə  etmək  anı  gələndə  bu  zahiri  igidlikdən  əsər-
əlamət  də qalmır.  Ona görə  də bir  çox hallarda  irəli  sürülən  fikirlərin, ideyaların 
bütövlüyünə,  davamlılığına,  sarsılmazlığına  şübhələr  yaranmağa  başlayır.  Xətaya 
yol  verildikdən  sonra  suda  boğulan  adam  kimi  çabalamaq,  əsassız  olaraq  kömək, 
aman diləmək fayda vermir. Böyük natiq Tsitoseron Milonun məhkəməsində vəkil 
kimi  iştirak  edərkən  buradakı  məşhur  nitqində  müdafiə  etdiyi  şəxsin  özünü  necə 
ləyaqətlə  apardığını,  güzəşt  barədə  xahişi  dilə  gətirməkdən  uzaq  olduğunu 
vurğulayaraq,  məhz  belə  mərdanə  davranışına  görə  ona  mərhəmətlə  yanaşmasını 
israr edir və belə bir müqayisəni yada salır ki, döyüşdə uduzan qladiator nəzərləri, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə