Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə167/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

334 
 
yalvarışı  ilə  adamlardan  aman  dilədikdə,  bir  qayda  olaraq  tamaşaçılar  ona  rəhm 
etmək  istəmir  və  barmaqların  işarəsi  ilə  ölümünə  razı  olduqlarını  bildirdikləri 
halda,  məğlubiyyətdən  sonrakı  ölüm  ərəfəsində  belə,  öz  ləyaqətini  qoruyub 
saxlayan,  mərhəmət  ummayan  qladiatorun  sağ  qalması  hökmünü  verirlər.  İnsanın 
sifətini,  bəzən  həyatını  da  heç  də  yalvarış,  aman  diləmək  deyil,  ləyaqət,  mərdlik 
müdafiə edir. Səhvin etirafının özü də ləyaqətə şübhə yaratmır.  
 
Ölkənin  müxalifət  mətbuatının  gündəliyindən  düşməyən  və  təqdir 
olunmalı ən aktual mövzulardan biri korrupsiya və ona qarşı mübarizə məsələsidir. 
Korrupsiya,  rüşvətxorluq  dəhşətli  bəladır  və  onların  zərərsizləşdirilməsi,  bu 
gidranın çox saydakı başlarının kəsilməsi sahəsində hər bir kəsin və ya institutun 
xidməti,  töhfəsi  ümumi  rəğbət  mükafatını  almalıdır.  Hər  bir  korrupsiyalaşmış 
məmurun  ifşasına  xalqın,  dövlətin  mənafeyi  baxımından  yanaşılmalı,  onların 
haqqında  rəy  formaladıralanda  kastalar  məsələsi  ortaya  atılmamalıdır,  ona  qələm 
vasitəsilə  Qay  Yuli  Sezarın  tətbiq  etdiyi  qalxanlardan  qurulan  «tısbağa»  müdafiə 
çanağı düzəldilməməlidir. Dəlillər bu zirehi bir andaca deşib, sıradan çıxara bilir. 
Korrupsiyaya  nifrət  edən  qələm  əhli  başqalarını  atəşə  tutmaqla  yanaşı  öz 
ləyaqətinin ləkələnməməsi qayğısına da qalmalıdır. Jurnalistin şantaj yolu ilə əldə 
olunmuş haram vəsaitdən pay umması faktları az da olsa mövcuddursa, bu biabırçı 
hal hesab olunmalıdır. Belə hadisə təkcə dələduzluq, qanunsuz yolla pul qoparmaq 
cəhdi olmayıb, həm də «ovladığı» rüşvətxora jurnalistin sirdaş, həmkar olmasıdır. 
Tarixdə ilk dəfə türklər atın yəhərinə iki üzəngi qoymağı icad etdilər, bu atı sürətlə 
çapanda  ayaqları  üzəngiyə  möhkəm  söykəyib,  düşmənə  sərrast  ox  atmağa  imkan 
verirdi. Türk süvarisinə bu ixtira böyük üstünlük verirdi, bundan  əvvəl isə çinlilər 
bir  üzəngidən  istifadəni  tətbiq  etmişdilər.  Jurnalist  də  döyüş  səhnəsindəki  oxatan 
süvariyə bənzəyir, çünki köçəri xalqlar kimi o da rahatlıq bilmir, onun da atəşinin 
hədəfə  dəyməsi  üçün  qərəzsizlik  və  təmannasızlıq  adlanan  üzəngilərə,  dayaq 
nöqtəsinə  ehtiyacı  vardır.  Əks  halda,  jurnalistin  özününmüdafiəsi  çətinləşəcək, 
təhqir  və  böhtan  timsalındakı  «axilles  dabanı»  söz  azadlığından  yaranan  qalanın 
divarlarının uçmasına səbəb olacaqdır. 
Qəzet  oxucuya  ona  məlum  olan  və  olmayan  hadisələr,  insanlar  barədə 
məlumatlar  təqdim  etməklə,  onun  biliyi  ilə  yanaşı  bütünlükdə  dünyagörüşünü  də 
zənginləşdirir.  Xarici  aləmlə  oxucu  arasında  əlaqə  yaradan  körpü  rolunu  oynayır, 
burada  oxucu  kütləsinin  zövqü, onu  yaxşılaşdırmaq  ehtiyacı  da  nəzərə  alınmaqla, 
əsas  götürülməlidir.  Onun  səhifələrinin  əksər  yerini,  əlbəttə  ki,  yeni 
xəbərlər,məlumatlar,  ölkədə  və  dünyada  baş  verən  mühüm  hadisələr  tutmalıdır. 
Mətbuat  təbliğat  ruporu  olmaqdan  uzaqlaşıb,  daha  çox  informasiya  daşıyıcısı 
olmalıdır.  Elə  «qəzet»  sözü  də  XVI  əsrdə  Venetsiyada  çap  olunan  məlumatları 
almaq  üçün  verilən  «gazzetta»  adlı  xırda  pulun  adından  götürülmüşdür.  Bu 
məlumatların təzə olmasını isə fransız dilindəki «journal» (jurnal) sözü daha yaxşı 
ifadə  edir,  həmin  anlayışın  kökü  «gün»  mənasını  verir  və  ifadə  isə  «gündəlik» 
sözünə bənzər tələffüz olunur. Fars dilində də qəzet “ruznamə” adlanır, bu da “gün 
xəbəri”  mənasını  verir.  Oxucunu  hər  gün  yeniləşən,  təzələnən  məlumat  daha  çox 
cəlb  edir,  iki-üç  gündən  sonra  qəzet  istehlaka  yaramayan  məhsula  çevrilir,  bir 
qayda olaraq, tarixi tədqiq edənlərdən başqa heç kəsi köhnə qəzet maraqlandırmır.  


335 
 
Gündəlik  məlumatın  prioritetliyi  qəzetin  mövzu  rəngarəngliyinə  xələl 
gətirməməlidir.  Burada  mövzuların  çeşidinə  sərt  bölgü  qoymaq  da  təşəbbüsü 
buxovlamaq effekti verir. Məlumatlar seçimində toxunulmaz hədlərin mövcudluğu 
da fayda vermir. Viktoriya epoxası İngiltərəsinin puritan əxlaqı qaydalarını təqlid 
etmək  də  ağılsızlıq  olardı.  İngilislər  o  vaxtlar  bunu  əsas  götürərək  qadınlar  və 
kişilər  üçün  kitabları  çeşidləyib  ayrıca  düzdülər  ki,  onları  oxumaqda  səhvə  yol 
verilməsin, çünki guya bu əxlaqa ciddi ziyan vura bilər. Digər tərəfdən vay o günə 
ki,  çap  məhsullarında  tənqid  qadağaya  məruz  qala,  tərif  isə  bezdirci  mantra 
səviyyəsinə  qaldırıla.  Ölkəmiz  təkamül  qaydasında  demokratik  islahatlara 
uğradıqca, yəqin ki, belə təhlükə birdəfəlik yoxa çıxacaqdır.  
Qəzet oxucu  zövqünün  müxtəlifliyini nəzərə  alaraq bol  ziyafət  süfrəsi kimi 
olmalıdır, axı burada geniş çeşiddə olan xörəklər, qəyanaltılar qonaqların tələbatını 
ödəməyə  və  zövqünə  uyğun  gəlməyə  xidmət  edir.  Süfrəyə  heç  kəs  üfunət  yayan 
xörək qoymur. Yəqin ki, cənubi-şərqi Asiyada olduqca faydalı meyvə hesab edilən, 
kəsildikdə və yeyildikdə olduqca pis qoxu verən duryanı heç kəs ümumi məclisdə 
yemir,  ona  olan  iştahını  yalnız  tək  olanda  söndürür,  kəsilib  satılanda  da  örtülü 
qabda  olur.  Qəzet  redaktorları  da  belə  süfrə  mədəniyyətini  əsas  götürsələr  heç  də 
səhv  etməzlər.  Peyin  torpağı  münbitləşdirmək  üçün  olduqca  qiymətli  vasitədir, 
lakin  onun  öz  təyinatından  kənar  istifadə  edilməsi  yolverilməzdir.  Oxucu 
müəllifdən  qələm  ifrazı  deyil,  qələm  məhsulunu  gözləyir,  özünə  hörmət  edən 
jurnalist bu müddəanı yaddan çıxarmamalıdır.  
Hər  bir  qələm  əhlində  seyr  etdiyi  və  qələmə  aldığı  hadisələri 
ümumiləşdirmək  meyli  güclüdür,  çünki  bu  yazının  təsir  dalğasını  genişləndirir. 
Lakin  ümumiləşdirmə  də  ümumiləşdirmədən  fərqlidir.  Hansısa  terror  təşkilatının, 
istər  onun  hərbi,  istərsə  də  siyasi  qanadının  cinayətkar  fəaliyyətini  bütöv  bir 
millətin,  xalqın  adına  şamil  etmək  heç  də  məqbul  sayılmamalıdır.  Bu  məsələdə 
Türkiyənin  təcrübəsi  ibrətamizdir.  Burada  PKK  terrorunu,  kürd  separatçılarının 
cəhdlərini bütövlükdə millətin adına yazılmasına, milli ədavət yaradılmasına imkan 
verilmir,  bu  dövlətin  həm  terrora,  həm  də  separatizmin  eybəcərliklərinə  qarşı 
uğurlu mübarizə aparmaq səylərini nəinki zəiflətmir, əksinə onun səmərəsini daha 
da  yüksəldir.  Bu  problemdən  daha  iri  ziddiyyətlər  yaranmasının  mümkünlüyü 
bütünlüklə  yoxa  çıxır.  Türkiyə  respukblikası  vətəndaşlarının  vətənpərvərlik 
potensialı, ölkənin iqtisadi və hərbi qüdrəti PKK terrorçularını zərərsizləşdirməyə, 
əsasən  sıradan  çıxarmağa  imkan  verir.  Dünya  da  Türkiyə  dövlətinin  apardığı 
mübarizənin haqlı xarakter daşıdığı qənaətinə gələrək, onu müdafiə edir.  
Bizdə  isə  bəzən  mafiyanın,  klanların  ifşası,  onalara  qarşı  ittihamlar  öz 
mahiyyətin  itirərək,  hansısa  milli  hissləri  hədəf  seçir.  Milli  mənsubluğun  belə 
şişirdilməsi  az  qala  adamların  DNK  müayinəsindən  keçirilməsi  kimi  ağılsız 
tələblərə gəlib çıxır. Bundan isə mafiya öz faydası, özünə əlavə tərəfdarlar yığmaq 
üçün  istifadə  etməyə  çalışır.  Axı  kiməsə  öz  milli  adət-ənənələrini  unutdurmaq 
cəhdi  nə  vaxt  yaxşı  nəticə  verib?  Bu  məsələdə  ifrata  varmaqdan  yalnız  ziyan 
görmək  olar.  XX  əsrin  birinci  yarısında  Əlcəzairdə  fransız  müstəmləkəçilərinə 
yaranmaq üçün dərs kitablarında yazırdılar ki, «bizim əcdadlarımız qallardır». Belə 
münasibət öz acı nəticəsini göstərməkdə gecikmədi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə