Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə164/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   160   161   162   163   164   165   166   167   ...   171

328 
 
“525-ci qəzet”. 19.07.2005 
 
Söz mühakiməsi və ya mühakimə sözü 
 
 Başqalarına  sözü  ilə  deyil,bütün  həyatı  ilə  ləyaqət  moizəsi  təlqin  edən 
R. A-ya 
 
Ötən ili yola salarkən ölkədə də, paytaxtda da sevinc notları, fərəh nişanələri 
daha  çox  gözə  çarpırdı.  Yeni  il  axşamı  Bakı  sakinlərinin  xeyli  hissəsi  izdihamlı 
şənliyin bilavasitə iştirakçısı, demək olar ki, hamısı isə müşahidəçisi oldu. Şəhərin 
səmasını  o  qədər  də  öyrəşmədiymiz  və  uzun  dəqiqələr  ərzində  davam  edən 
atəşfəşanlıq  al-əlvan  rəngə  boyadıqca,  memarlıq  incilərinin  büründüyü  qövsi-
qüzeh örtüyü, küçələrin bəzəyi və ağacların budaqlarından sallanan miniatür lampa 
salxımları bərq vurduqca, adamlara elə bil ki, əlavə nikbinlik hissələri bəxş edirdi, 
gələcəyə  inamı  möhkəmləndirirdi, könüllərdə  közərən  ümid  odunu  alovlandırırdı. 
Axı  romantik  duyğu  adamı  həyatda  ümidsizlikdən,  bədbinliyin  əsarətindən  xilas 
etməyə qadir olur. 
Həmin şənliklər ərəfəsində ölkə prezidentinin fərmanı ilə müxtəlif müddətə 
azadlıqdan  məhrum  edilmiş  bir  qrup  jurnalist  əfv  edildi,  onlar  dustaqxana 
kameralarını və baraklarını tərk edib, azadlığa, həm də öz ailələrinə və uşaqlarına, 
dostlarına və yaxınlarına qovuşdular. Siyahının bütöv olmaması müəyyən təəssüf 
hissləri  doğursa  da,  əksəriyyət  bu  humanist  addımı  alqışladı,  məhbəsdən 
qurtulanların sevincinə şərik çıxdı.  
Onu  da  qeyd  etmək  lazım  gəlir  ki,  bütövlükdə  jurnalistlərə,  xüsusən  də, 
cəzaya məhkum edilmişlərə münasibət heç də birmənalı deyildir. Çünki son illərdə 
meydana  gələn  qəzetlərin,  elektron  kütləvi  informasiya  vasitələrinin  bolluğu 
onların  məhsullarının  keyfiyyət  göstəricilərinin  yaxşılaşması  ilə  müşayiət 
olunmadı,  əksinə,  mətbuatdan  və  televiziya  efirindən  mənəvi  terror  məqsədilə 
istifadə etmək ənənəsi özünü daha böyük hədyanlıqla biruzə verdi. Bədnam «reket 
jurnalistləri» məfhumu altında gizlədilən qatı söz terrorunun birbaşa nümunələri və 
hədələri geniş ayaq açmağa başladı, bu üzdəniraq yolu arqumentə çevirmək həvəsi 
böyüdü. 
Lakin  cəmiyyətin  də  mətbuata  münasibətini  normal  saymaq  olmaz,  çünki 
bəzi  hallarda  öz  qüsurlarının  səbəbini  özündə  axtarmaq,  onun  batsillalarrından 
xilas  olmaq  qayğısına  qalmaq  əvəzinə,  bütün  günahları  rəy  sahiblərində,  qələm 
əhlində  görmək  kimi  hamar  güman  edilən,  ancaq  qeyri-məhsuldar  olan  bir  yol 
tutulur.  Yəqin  ki, güzgünün  parlaqlığına  nail  olmaq  cəmiyyəti  cilalamaqdan  daha 
asan  hesab  olunur.  Güzgünü  ləkə  basanda  onun  əksetdirmə  qabiliyyəti  xeyli 
zəifləyir. 
Təəssüf  ki, bir  sıra  hallarda  qəzetlər  daha  çox  sensasiya  arxasınca  qaçaraq, 
öz məzmun və oxunaqlılıq xüsusiyyətlərini itirməyə dözür. Bəziləri isə kin, nifrət 
ruporuna  çevrilməklə,  əslində,  xeyirə,  ədalətə,  haqqa  xidmət  kimi  borcu  unudub, 
şərə qulluq göstərməyə girişir, ədavət yaymaq imkanını reallaşdırmaqdan həzz alır. 
Kin toxumlarını səpmək, buna əkinçilik, bağbanlıq etmək isə heç də xeyirxah bir iş 


329 
 
deyildir.  Obyektiv,  əsaslandırılmış,  tutarlı  tənqid  bir  çox  hallarda  təhqir,  iyrənc 
söyüş, böhtan və iftira ilə əvəz edilir. Ona görə də şiddətlənən qərəz qasırğasında 
qüsurların sağlam tənqidi, quldurların, yaramazların, tör-töküntülərin həqiqi ifşası 
itib batır, ümumi hiddət dumanı onları diqqətdən yayındırır. Belə mühit istedadlı 
jurnalistlərin  böyük  zəhmətini  də  yerə  vurur,  onların  söz  əlkimyaçılığı,  əziyyəti 
ucuz  ərintilərə  qarışaraq  udulur.  Bu  məsələdə  adi  ölçü  hissi  gözlənilmədiyindən 
nəyin  ciddi,  nəyin  şaiyə  səviyyəsində  olduğunu  ayırd  etmək  mümkün  olmur. 
Ağlabatmayan  proqnozlar  baş  alıb  gedir,  elə  təsəvvür  yaranır  ki,  ölkədə  heç  kəs 
yaradıcı  işlə  məşğul  olmur,  oğurluğa,  harama  meyl  aparıcı  rol  oynayır, 
hakimiyyətin  bütün  pillələrində,  cəmiyyətin  əksər  təbəqələri  arasında  ölüm-dirim 
savaşı  gedir.  Beləliklə,  inkar,  bütün  təzahürləri  qara  rəngdə  görmək  hakim 
mövqeləri  qəsb  edir.  İş  ona  gəlib  çatıb  ki,  parazitlərlə  mübarizəyə  də  əks 
mövqedən  yanaşmağa  girişirilir.  Hakimiyyət  isə  dövlət,  xalq  mülkiyyətini  çapıb-
talayan,  rüşvətxorlar  ordusuna  generallıq  edən  iki-üç  vəzifə  sahibini 
səlahiyyətlərdən  məhrum  edib,  zərərsizləşdirdikdə  bəzi  qəzetlər  bu  çılpaq 
korrupsiya krallarına az qala qəhrəman libası tikməklə məşğul olur, onların hədd 
bilməyən  tamahkarlığının  dəlil-sübutlarını  qəbul  etməkdən  imtina  edir,  əvəzində 
asket  həyat  tərzi  sürmələri  barədəki  saxta  rəyi  adamların  şüurlarına  təlqin  etmək 
istəyir. Xalqın qanını sormaqdan uzaqlaşdırılmaq üçün qəfəslərə salınan qurdlar bir 
andaca öz şəklini dəyişib, quzu dərisində təsvir edilir. Hamıya uyaxşı məlum olan 
real  xüsusiyyətləri  silinib,  yerində  onlara  gildən  ən  təmiz  və  halal  insan  heykəli 
tökülür, ancaq ona azacıq əl dəydikdə bu saxta abidə ovxalanıb bir andaca sıradan 
çıxır.  
Belə  əllaməliklər  sözə,  yazıya  hörməti,  inamı  azaldır,  əcayib  standartların 
mövcudluğunu  yada  salır.  Bunlar  nadir  nümunələr  olsa  da,  mətbuatın  adına  və 
şərəfinə kölgə salmamış qalmır. İtirilən nüfuz isə bir də bərpa olunmur, ingilislərin 
ifadəsincə  desək,  bu,  dənizin  onda  həlak  olanları  nə  vaxtsa  geri  qaytarması 
ehtimalına daha çox bənzəyir. 
Bəla  burasındadır  ki,  ədalətli,  obyektiv  tənqidə  də  bir  çox  hallarda  məhəl 
qoyulmur.  Bəzi  vəzifə  sahibləri  bundan  istifadə  edib,  istənilən  tənqidə  qarşı 
gülləkeçməz  zirehə  yiyələnirlər.  Məmur  özbaşınalığı  barədə  olan  məlumatlara 
müvafiq  səviyyədə  reaksiya  verilmədiyindən,  mənsəb  sahiblərində  özünə 
güvənmə,  öz  toxunulmazlığına  inam  yaranır,  nəticədə  isə  hərəkətləri  və  onların 
nəticələri  üçün  hökmən  məsuliyyət  daşımalı  olduqları  barədəki  düşüncə  əriyib 
yoxa  çıxmağa  başlayır.  Belə  arzuolunmaz  metamorfozalar  qanunların  maniəsiz 
fəaliyyətinə  əngəllər  yaradır,  cəzasızlıq  mühitinin  formalaşmasına,  anarxiyapərəst 
meyllərə yol açır. Real tənqid qulaqardına vurulur, ağır səhv şəklində təmiz suyun 
bulandırılması  kimi  qiymətləndirilir.  Cəhalətin,  xurafatın  ifşası  bəzən  insanların 
dini  inanclarına  hücum  kimi  qəbul  edilir.  Ehtiraslar  coşanda  isə  düzgün  qərar 
vermək xeyli çətinləşir. Bütün bunlar yazının ədəb-ərkan çərçivəsində olması üçün 
jurnalistin  məsuliyyətini  azaltmamalıdır.  İnvektivadan  istifadə  həvəsi  milli 
mentalitetə, dini hisslərə məhəl qoymamağa gətirib çıxarmamalıdır. Dini rəmzlərə 
xırda  bir  hörmətsizlik  dindarlar  tərəfindən  öz  ruhlarının  təhqiri  kimi 
qiymətləndirilir. Unutmamaq lazım gəlir ki, söz azadlığı heç də hər cür hədyanlığa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə