Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   2   3   4   5   6   7   8   9   ...   27
iqt d iti 25 02 15

Ясас мцдафия олунан мцддяалар:

istehsal vasitələri bazarının formalaşması və inkişafına şərait 
yaradan istehsal vasitələrinin tədavülünün konseptual əsaslarının işlənib 
hazırlanmаsı; 

təsərrüfatçılığın bazar modeli əsasında istehsal vasitələrinin 
tədavülü prosesində logistik bazar tarazlığı şərtlərinin müəyyənləşdiril-
məsi; 

istehsal vasitələri bazarında marketinqin tətbiqi üçün elmi 
tövsiyələrin işlənib hazırlanmаsı; 

istehsal vasitələri bazarının infrastruktur təminatının yaradılması
və istehsal vasitələrinin mübadilə prosesinin təşkilində onun mövcud 
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi; 

müasir iqtisadi şəraitdə bölgü kanallarının formalaşdırılması
məqsədi ilə ticarət vasitəçiləri və onların sayının müəyyənləşdirilməsi 
metodikasının işlənib hazırlanmаsı; 

iqtisadi mühitin qeyri-müəyyənlik səviyyəsinə adekvat olaraq 
topdansatış ticarətinin idarəedilməsi üzrə yeni mexanizmin əsaslandırıl-
mаsı; 

ölkəmizdə istehsal vasitələri bazarının tənzimlənməsi meylləri-
nin müəyyənləşdirilməsi;. 

istehsal vasitələri bazarının inkişafının proqnozlaşdırılması üzrə 
konseptual tövsiyələrin işlənib hazırlanmаsı.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti 
makrosəviyyədə
 
istehsal 
vasitələri bazarının dayanıqlı vəziyyətinin və rəqabətqabiliyyətinin tə-
min edilməsi, respublikanın sənaye potensialının, iqtisadi subyektlərin 
maddi-texniki təminatı və məhsul satışının yaxşılaşdırılması, istehsal 
vasitələri bazarının infrastrukturunun kompleks inkişafı ilə bağlı müx-
təlif təklif və tövsiyələrin verilməsindən ibarətdir. Bu təklif və tövsiyə-
lərdən istehsal vasitələri bazarının formalaşması və inkişafı üçün əsas 
istiqamətləri müəyyənləşdirən qanunvericilik, proqnoz və proqram xa-
rakterli sənədlərin işlənib hazırlanmasında, sosial-iqtisadi proseslərin 
təhlili və proqnozlaşdrılmasında, ali məktəblərdə “Logistika”, “Marke-
tinq”,“Bazar infrastrukturu”,“Maddi-texniki təchizatın iqtisadiyyatı, 
təşkili və planlaşdırılması”,“Əmtəə bazarının proqnozlaşdırılması”kimi 
10 
fənlərin tədrisi prosesində, eləcə də elmi-tədqiqat işlərində istifadə 
oluna bilər.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə