Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   2   3   4   5   6   7   8   9   ...   27
iqt d iti 25 02 15

Problemin öyrənilmə səviyyəsi.
Bütünlükdə bazarın formalaşması-
nın nəzəri və metodoloji problemləri Abalkin L.İ., Asselya Q.A., Bryu 
S.L., Dornbus R, Fişer S., Fridman M., Kene F., Keyns J., Makkonel 
K.R., Marşall A., Marks K., Petti U., Rikkardo D., Smit A., Tirolya J.P., 



Xayek F.L və başqa görkəmli iqtisadçı alimlərin elmi əsərlərində bu və 
ya digər səviyyədə araşdırılmışdır. 
Bazar iqtisadiyyatına uyğun olaraq istehsal vasitələri bazarının for-
malaşması və inkişafı prosesi bir-birilə qarşılıqlı əlaqədə olan mürəkkəb 
münasibətlər kompleksini əhatə edir. Bunların hərtərəfli öyrənilməsi və 
sistemli istifadə olunması bazar mexanizminin hərəkətverici qüvvəsi-
nin reallaşması, bazarın tənzimləmə imkanlarından, bazarın idarə edil-
məsi forma və metodlarından tam istifadə üçün olduqca əhəmiyyətlidir. 
Ümumbazar sisteminin tərkib hissəsi hesab edilən istehsal vasitələ-
ri bazarının formalaşmasının bazar iqtisadiyyatına keçid şəraitində müx-
təlif aspektləri Rusiya Federasiyası və Ukrayna Respublikasının alim-
lərindən Afanasyev N.V., Baskin A.İ., Bokov V.V., Qolikova E.A., 
Qordon M.P., Kaluqin V.K., Karnauxov S.M.,Koldin V.S.,Kostoqladov 
D.D., Limarev V.Y., Meşkov A.A., Mirotina L.N., Nesteroviç N.V., 
Novikov D.T., Novikov O.A., Purlik V.M., Proçenko O.D., Semenov 
N.S., Tyapuxin A.P., Uvarov S.A., Şerbakov V.V. və digərlərinin apar-
dıqları elmi araşdırmalarda öz əksini tapmışdır. 
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda is-
tehsal vasitələri bazarının makroiqtisadi təhlili və bazar tipli inkişaf 
amillərinə əsaslanan tədqiqi iqtisadçı alimlər Allahverdiyev H.B., 
Axundov Ş.Ə., Feyzullabəyli İ.Ə., Cəbiyev R.M., Hüseynov T.Ə., 
Novruzov V.T., Məmmədov C.C., Meybullayev M.X., Paşayev K.P., 
Rzayev P.Q., Şəkərəliyev A.Ş., 
Сямядзадя З.Я.,
Səmədov A.H., 
Yuzbaşıyeva G.Z.
və başqaları tərəfindən aparılmış və istehsal vasitələri 
bazarının inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Bu 
tədqiqatlarda göstərilən problemin ayrı-ayrı cəhətləri öyrənilmiş, elmi-
praktiki baxımdan böyük əhəmiyyətə malik nəticələr əldə olunmuşdur. 
Lakin bu sahədə aparılan tədqiqatları yüksək qiymətləndirərək 
qeyd etmək lazımdır ki, istehsal vasitələri bazarı kompleks şəkildə de-
yil, yalnız onu təşkil edən ayrı-ayrı elementlər tədqiq edilmişdir.
Beləliklə, problemin aktuallığı və respublikamızda kifayət qədər 
öyrənilməməsi, onun mühüm elmi və praktiki əhəmiyyəti tədqiqatın 
seçilməsini əsaslandırmışdır. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə