Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   2   3   4   5   6   7   8   9   ...   27
iqt d iti 25 02 15

Tədqiqatın məqsədi və vəzifələri..
Tədqiqatın məqsədi ölkəmizdə
bazar münasibətlərinin formalaşması xüsüsiyyətlərini nəzərə almaqla 
makroiqtisadi səviyyədə istehsal vasitələri bazarının formalaşması və 
inkişafının nəzəri-metodoloji məsələlərini araşdırmaq, qloballaşma
şəraitində sözügedən bazarın formalaşması və inkişafını şərtləndirən 
başlıça meyarların qarşılıqlı əlaqələndirilməsi əsasında bu sahədə elmi 

istiqaməti müəyyənləşdirmək, yeni keyfiyyət meyllərini aşkar etmək və 
müvafiq problemin həlli ilə bağlı kompleks təklif və tövsiyələr işləyib 
hazırlamaqdan ibarətdir. Mövcud məqsədə uyğun olaraq tədqiqat işində 
aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: 

bazar iqtisadiyyatına transformasiyanın ümumi qanunauyğunluq-
larını nəzərə almaqla istehsal vasitələri bazarının formalaşması təmayül-
lərini və spesifik xüsusiyyətlərini müəyyənləşdirmək;

iqtisadi resursların “istehsalçı-istehlakçı” tsikli üzrə hərəkəti za-
manı istehsal vasitələri bazarının iqtisadi subyektləri və real bazar və-
ziyyətindən asılı olaraq onların məqsəd və vəzifələrini aşkar etmək; 

istehsal vasitələri bazarının formalaşmasının sosial-iqtisadi şərt-
lərini aşkara çıxarmaqla bazarın perspektiv inkişafı baxımından hər bir 
amilin təsir imkanlarını qiymətləndirmək; 

iqtisadiyyatın transformasiyası prosesində əmtəə tədavülünün iq-
tisadi təbiəti, funksiyaları və strukturunu genişlənən iqtisadi münasibət-
lər aspektindən əsaslandırmaq;

təsərrüfatçılığın bazar modeli əsasında istehsal vasitələrinin təda-
vülü prosesinin iqtisadi mahiyyətini təhlil edərək, bu prosesin bazar ta-
razlığı şərtlərini müəyyənləşdirmək;

istehsal vasitələri bazarının konyunkturasının və inkişaf ənənələ-
rinin hərtərəfli öyrənilməsinə söykənən marketinqin istehsal vasitələri-
nin tədavülü sisteminin inkişafında yeri və rolunu əsaslandırmaq; 

inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla respublikamız-
da istehsal vasitələri bazarının infrastrukturunun konseptual əsaslarını 
və inkişaf istiqamətlərini müəyyənləşdirmək; 

iqtisadi subyektlərin bazara məhsulyeridilişinin idarəedilməsi sis-
temini formalaşdırmaq məqsədilə məhsulyeridilişinin ümumi qanunauy-
ğunluqlarını, məhsulyeridilişi prosesinin iqtisadi mahiyyətini və fəaliy-
yət mexanizmini aşkar etmək;

istehsal vasitələri bazarının infrastruktur elementi kimi məhsul-
yeridilişinin nəqliyyat təminatını təhlil etməklə onun yaxşılaşdırılması 
yollarını müəyyən etmək; 

institusional münasibətlər baxımından istehsal vasitələrinin isteh-
salçıdan istehlakçıya qədər əlverişli hərəkətini təmin edən topdansatış 
vasitəçilərinin iqtisadi funksiyalarını əsaslandırmaq və bazar şəraitində 
onların fəaliyyət strategiyasını işləyib hazırlamaq; 

müasir iqtisadi şəraitdə istehsal vasitələri bazarının idarəedilməsi 
məqsədilə topdansatış bazarında istehsal vasitələri ticarətinin mövcud 
vəziyyətini analitik qiymətləndirmək; 




təchizat-satış fəaliyyətinin təşkili vasitəsi kimi lizinqin istehsal 
vasitələri bazarının idarəetmə sistemində yeri və rolunu analitik qiymət-
ləndirmək;

inkişaf edən bazar münasibətləri sistemində istehsal vasitələri 
bazarının inkişaf konsepsiyasını işləyib hazırlamaq məqsədilə sözüge-
dən bazarın tənzimlənməsinin prioritet istiqamətlərini müəyyənləşdir-
mək; 

bazar təsərrüfatçılığının xüsusiyyətlərinə uyğun olaraq istehsal 
vasitələri üzrə tədarükat siyasəti və onun fəaliyyət mexanizmini forma-
laşdırmaq;

mövcud iqtisadi şəraitin tələbləri baxımından istehsal vasitələri 
bazarının inkişafının proqnozladırılması üzrə metodiki tövsiyələr işləyib 
hazırlamaq. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə