Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ


V FƏSİL.AZƏRBAYCANDA İSTEHSAL VASİTƏLƏRİ BAZARI-



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
iqt d iti 25 02 15

V FƏSİL.AZƏRBAYCANDA İSTEHSAL VASİTƏLƏRİ BAZARI-
NIN İNKİŞAFININ PRİORİTET İSTİQAMƏTLƏRİ
5.1.İnkişaf edən bazar münasibətləri sistemində istehsal vasitələri baza-
rının tənzimlənməsi meylləri
5.2.Tədarükat siyasəti və onun hazırlanması mexanizmi 
5.3.İstehsal vasitələri bazarının
 
inkişafının proqnozlaşdırılması 
Nəticə
Ədəbiyyat siyahısı 
Əlavələr 

12 
DİSSERTASİYA İŞİNİN QISA MƏZMUNU 


 
Təqdim olunan dissertasiya işinin məzmunu və nəticələri aşağı-
dakı ən mühüm və ümumiləşdirilmiş müddəalarda şərh olunmuşdur:
1. Bazar münasibətləri sisteminin tələblərinə uyğun istehsal 
vasitələri bazarının formalaşması qanunauyğunluqları 
Azərbaycanın milli iqtisadiyyatının bazar iqtisadiyyatına transfor-
masiyası bütün sferaları, sektorları və sahələri əhatə edir. Əsaslı keyfiy-
yət dəyişikliklərinin aparılmasının sürəti və dərinliyi bu sahələrin, sfera-
ların və sektorların səciyyəvi cəhətlərindən və əlamətlərindən asılı ola-
raq müxtəlifdir. Müəyyən spesifik cəhətlər istehsal vasitələri bazarı
üçün də xarakterikdir. 
İqtisadiyyatın bu sahəsində yeni iqtisadi sistemin tələbləri baxımın-
dan keyfiyyət dəyişikliklərinin aparılması zamanı baş verən gecikmələr 
və ya bazar islahatları üzrə həyata keçirilən tədbirlərin ardıcıl olmaması 
bazarın hərəkətverici qüvvəsindən tam və hərtərəfli istifadə edilməmə-
sinə və eləcə də bazar tələbindən irəli gələn struktur dəyişikliklərinin 
aparılması üçün iqtisadi islahatlara və investisiya proseslərinə əhəmiy-
yətli dərəcədə təsir göstərir. İqtisadiyyatın bu sahəsinin əhəmiyyətinin 
və rolunun nəzərə alınmaması, habelə onun tələb olunan səviyyədə və 
dərəcədə qiymətləndirilməməsi bütünlüklə bazar münasibətlərinin qu-
rulmasına və mübadilə sferasının fəaliyyətinə mənfi təsir göstərir. Bu 
hər şeydən əvvəl aşağıda qeyd edilən bir sıra obyektiv amillərlə şərtlə-
şir: 
Birincisi, uzun illər istehsal və material resurslarının mübadiləsi 
sferasında mütləq hökmranlığa malik olan maddi-texniki təchizat sis-
temi bazar yönümlü iqtisadi islahatların aparılması nəticəsində əsaslı 
surətdə kəmiyyət və kefiyyət dəyişikliklərinə məruz qaldı. İqtisadiyya-
tın bu sektoruna aid edilən müəssisə və təşkilatlar dövlətsizləşdirilərək 
istehsal-kommersiya fəaliyyətini həyata keçirən müxtəlif təşkilatı-hüqu-
qi formalı müstəqil təsərrüfat subyektinə çevrildilər. Nəticə etibarı ilə 
yeni iqtisadi şəraitdə istehsal vasitələrinin istehsalçısı və istehlakçısı 
arasında qarşılıqlı iqtisadi münasibətlərin yeni forması kimi formalaşan 
istehsal vasitələri bazarı çıxış edir.
İkincisi, bazar təsərrüfatçılığı sisteminə keçidlə bağlı olaraq yeni 
iqtisadi şəraitdə qiymətin rolu həm istehsalçı və istehlakçının qarşılıqlı 
münasibətinin nəticəsi, həm də material resurslarından səmərəli istifadə 
edilməsi vasitəsi kimi durmadan artır.


13 
Üçüncüsü, istər istehsal vasitələri bazarının, istərsə də ona xidmət 
göstərən infrastruktur sahələrinin formalaşması istehsal resurslarından 
səmərəli istifadə olunması vasitəsinə çevrilir, istehsal vasitələrinin is-
tehsalına çəkilən faydalı məsrəfləri qiymətləndirməyə, istehsal vasitələ-
rini iqtisadiyyatın sahələri və sferaları arasında rasional bölüşdürməyə
şərait yaradır. 
Dördüncüsü, həm ölkədaxili, həm də dünya təsərrüfat sistemində 
inteqrativ əlaqələrin artması ilə müşahidə edilən bazar iqtisadiyyatında 
istehsal-kommersiya fəaliyyətinin ağırlıq mərkəzinə çevrilən tədavül 
sferasında xərclərin artması bazar fəaliyyətinin yeni - optimal forması-
nın axtarılıb tapılmasını və xərclərin minimumlaşdırılmasını aktuallaş-
dırdı. 
Bazar təsərrüfatçılığı şəraitində istehsal vasitələri bazarı ümumi ba-
zar konyunkturasına nisbətən həssas struktur hesab olunur. Bu bazar va-
sitəsilə iqtisadiyyatın digər sahələrinin (sektorlarının) tənzimlənməsi 
mexanizmi müəyyənləşir, yerinə yetirəcəyi vəzifə və funksiyalar aşkar 
edilir, investisiya axınlarının hərəkət istiqaməti əsaslandırılır. Bununla 
əlaqədar olaraq ümumbazar prinsipləri əsasında qurulan istehsal vasitə-
ləri bazarının digər xarakterik cəhəti həm də ondan ibarətdir ki, o xüsusi 
müəssisələrin və kiçik sahikarlıq sektorunun yaranmasının bir növ təmi-
natçısına çevrilir. 
İstehsal vasitələri bazarının “xüsusi” keyfiyyəti, sosial-iqtisadi sis-
temdə yeri, oynadığı rol və funksiyaya görə müəyyənləşdirilir. Bu ba-
zarın konkret kəmiyyət və keyfiyyət tərəflərinin müəyyənləşdirilməsi 
onun səviyyəsi ilə məhdudlaşmamalıdır. İstehsal vasitələri bazarı nə 
özü-özünə formalaşır, nə də inkişaf edir. Bu bazar özünün ətraf mühi-
tində mövcud olan şərtlər və fəaliyyət göstərən qanunauyğunluqlarla
determinələşdirilir.
Makroiqtisadiyyatın nisbi mənada müstəqil vəsiləsi və təkrar isteh-
sal prosesinin isə bütünlükdə üzvü hissəsi kimi çıxış edən istehsal vasi-
tələri bazarı özünün təşəkkülü prosesində geniş spektrli iqtisadi təşkila-
ti, institusional və digər əlaqə və münasibətlərin uçota alınmasını nəzər-
də tutur. Bu zaman istehsal vasitələri bazarının formalaşması prinsipcə 
yeni sosial - iqtisadi sistemin təşəkkül tapdığı bir şəraitdə baş verdiyin-
dən onun genezisi bazarın yetkinliyi, müasir inkişaf mərhələsi, keyfiy-
yət baxımından onun təkamülü haqqında müəyyən təsəvvürlərə söykən-
məlidir.
İstehsal vasitələri bazarının formalaşması prosesinə bazarın mahiy-
yəti və iqtisadi məzmununu hərtərəfli öyrənməyə imkan verən əsaslan-
14 
dırılmış makroiqtisadi yanaşma tələb olunur. Məsələlərin bu kontekst-
dən həlli zamanı istehsal vasitələri bazarı təkcə istehsal vasitələrinin tə-
darükatı və satışını həyata keçirən müəyyən müəssisə və təşkilatlar top-
lusu kimi deyil, eyni zamanda bazar infrastrukturu, kompleks bazar ins-
titutları və qanunvericilik bazasını özündə birləşdirən mürəkkəb altsis-
tem kimi nəzərdən keçirilir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə