Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   2   3   4   5   6   7   8   9   ...   27
iqt d iti 25 02 15

Tədqiqatın predmetini
Azərbaycan Respublikasında istehsal vasi-
tələri bazarının formalaşması və inkişafı ilə bağlı yaranan iqtisadi mü-
nasibətlər sistemi təşkil edir. 
Tədqiqatın obyektini
 
istehsal vasitələri bazarı təşkil edir.

Tədqiqat işinin nəzəri-metodoloji
əsasını sivil istehsal vasitələri 
bazarının formalaşması və inkişafı dünyanın və ölkəmizin aparıcı alim-
lərinin son illərdə apardıqları fundamental və tətbiqi xarakterli tədqi-
qatlarin əsas müddəaları və nəticələri
,
Azərbaycan Respublikasının 
Konstitusiyası

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına 
dair qanun və Dövlət Proqramları

Azərbaycan Respublikası 
Preziden-
tinin F
ərman və Sərəncamları, Azərbaycan Respublikası
M
illi 
Məclisi-
nin və Nazirlər Kabinetinin qərarları, normativ hüquqi sənədlər təşkil 
edir.
Problemin nəzəri hissəsinin işlənib hazırlanması zamanı tarixi və 
məntiqi-nəzəri təhlil üsulları tətbiq edilmiş, ekspert qiymətləndirmə, 
eləcə də ümumi anlayış və kateqoriyalardan konkret iqtisadi proseslərə 
istiqaməti müəyyənləşdirən deduktiv metodlardan istifadə olunmuşdur. 
Təqiqat işi sistemli və müqayisəli təhlil prinsipi üzərində qurulmuş, 
statistik və qrafik metodların tətbiqinə üstünlük verilmişdir. 
Tədqiqatın informasiya bazasını 
Azərbaycan Dövlət Statistika 
Komitəsinin rəsmi materialları, Respublikanın İqtisadi İnkişaf, Nəqliy-
yat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, “Azərkontr-
akt” ASC-nin statistik və hesabat materialları, İnternet saytları təşkil 
edir. 
Dissertasiya işinin elmi yeniliyi
aşağıdakılardan ibarətdir.

базар игтисадиййатынын
spesifik xüsüsiyyətləri, qanunauyğun-

luqları və iqtisadiyyatın assosial transformasiyası istiqamətində mövcud 
olan boşluqlar nəzərə alınmaqla Azərbaycan Respublikasında istehsal 
vasitələri bazarının formalaşması və inkişafı probleminə ilk dəfə 
kompleks şəkildə baxılmışdır;

ölkə iqtisadiyyatının bazar transformasiyasının təhlili və xarici 
ölkələrin bazar təsərrüfatçılığı təcrübəsinin ümumiləşdirilməsi əsasında 
istehsal vasitələri bazarının formalaşması xüsusiyyətləri və spesifik 
cəhətləri əsaslandırılmışdır; 

istehsal vasitələri bazarının formalaşmasının sosial-iqtisadi şərt-
ləri əsaslandırılmaqla istehsal vasitələrinin spesifik xüsusiyyətləri, onla-
rın mübadiləsi prosesinin səciyyəvi cəhətləri, istehsal və istehlakın 
coğrafiyasından asılı olaraq hər bir amilin təsiretmə imkanları tədqiq 
olunmuşdur; 

makro və mikrosəviyyədə son istehlakın spesifik cəhətləri nəzərə 
alınmaqla istehsal vasitələrinin tədavülünün konseptual əsasları işlənib 
hazırlanmış və təsərrüfatçılığın bazar modeli əsasında istehsal vasitələ-
rinin tədavülü prosesində logistik bazar tarazlığı şərtləri müəyyənləşdi-
rilmişdir; 

marketinq fəaliyyəti üzrə qabaqcıl təcrübənin öyrənilməsi və 
ümumiləşdirilməsi əsasında istehsal vasitələri bazarında marketinqin 
geniş tətbiqi üçün elmi tövsiyələr işlənib hazırlanmışdır; 

istehsal vasitələri bazarının infrastruktur təminatının yaradıl-
ması,inkişaf etdirilməsi onun eləcə mövcud fəaliyyətin təkmilləşdiril-
məsi istiqamətləri müəyyənləşdirilmişdir;

müasir iqtisadi şəraitdə bölgü kanallarının formalaşdırılması 
zamanı ticarət vasitəçiləri və onların sayının müəyyənləşdirilməşi meto-
dikası işlənib hazırlanmış, sahibkarlığın ticarət vasitəçilik növünün 
inkişaf ənənələri aşkar edilmişdir; 

makroiqtisadi aspektdən istehsal vasitələri bazarının idarəedil-
məsi qiymətləndirilmiş və onun inkişaf istiqamətləri göstərilmişdir; 

iqtisadi subyektlərin bazara məhsulyeridilişinin idarəedilməsini 
əsaslandırmaq məqsədi ilə hər bir bölgü kanalından istifadəni təyin edən 
faktorlar aşkar olunmuş, məhsulyeridilişi sisteminə çəkilən xərclərin 
minimumlaşdırılması yolları müəyyənləşdirilmişdir;

iqtisadi mühitin qeyri-müəyyənlik səviyyəsinə adekvat olaraq 
topdansatış ticarətin idarəedilməsinin yeni mexanizminin formalaşdırıl-
ması zəruriliyi əsaslandırılmışdır;

ölkəmizdə istehsal vasitələri bazarının tənzimlənməsi meylləri 
müəyyənləşdirilmişdir;




bazar təsərrüfatçılığının xüsusiyyətlərinə uyğun olaraq istehsal 
vasitələri üzrə tədarükat siyasəti və onun fəaliyyət mexanizmi forma-
laşdırılmışdır; 

istehsal vasitələri bazarının inkişafının proqnozlaşdırılması üzrə 
konseptual tövsiyələr işlənib hazırlanmışdır;

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə