Telman iman oğlu imanov müASİR İQTİsadi ŞƏRAİTDƏ İstehsal vasiTƏLƏRİ bazarinin formalaşmasi və İNKİŞafi problemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix22.03.2024
ölçüsü0,56 Mb.
#183042
1   2   3   4   5   6   7   8   9   ...   27
iqt d iti 25 02 15

Ə.M.Əliyev
 



İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 
 
Mövzunun aktuallığı
XX əsrin sonlarında iqtisadi müstəqillik qa-
zanmış Azərbaycan Respublikası dünya birliyinə özünün müstəqil inki-
şaf yolu ilə daxil olur. Ölkəmizin milli müstəqil inkişaf yoluna qədəm 
qoyması, tam suveren dövlət kimi fəaliyyətə başlaması xalqımızın tari-
xində misli bərabəri olmayan nailiyyətdir. Bu gün Azərbaycanın uğur-
larının təməlində Ümummilli lider H.Əliyev və onun davamçısı, ölkə
prezidenti İ.Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət və 
iqtisadi islahatlar durur. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu 
siyasət ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanmasına, təbii 
və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə xidmət edir. Ölkə 
iqtisadiyyatının hansı formada inkişaf etdirilməsi isə bu gün baş verən 
gərgin intellektual fəaliyyətdən və bazar islahatlarının aparılması səviy-
yəsindən çox asılıdır. Müasir şəraitdə islahatların aparılması mövcud 
iqtisadi sistemdə köklü dəyişikliklərin həyata keçirilməsinə, təsərrüfat-
çılıqda köhnə forma və metodların ləğv edilməsinə, iqtisadiyyatda bazar 
mexanizminin tətbiqi və genişləndirilməsinə, müxtəlif mülkiyyət forma-
larının meydana gəlməsinə və bu əsasda bazar subyektlərinin sərbəst 
fəaliyyətinin təminatına istiqamətlənmişdir. 
Бir 
iqtisadi sistemin keyfiyyət baxımından yenisi ilə əvəz edilməsi, 
ölkə iqtisadiyyatının yenidən qurulması iqtisad elmi qarşısında bir çox 
problemlər meydana çıxarmışdır ki, onlardan ən başlıcası ayrı-ayrı 
bazar subyektlərini tələb olunan kəmiyyətdə və keyfiyyətdə, lazımi 
vaxtda və zəruri yerdə istehsal vasitələri ilə təmin etmək və ilkin 
yaranma mənbəyindən son təyinat məntəqəsinə qədər material axınları-
nın hərəkətini optimallaşdırmaqdan ibarətdir. Bazar təsərrüfatçılığına 
keçidlə əlaqədar olaraq qeyd edilən fəaliyyətlərin yerinə yetirilməsi za-
manı yaranan iqtisadi münasibətlər əhəmiyyətli dərəcədə genişlənir. 
Bununla əlaqədar bazar iqtisadiyyatına adekvat olaraq material resursla-
rının hərəkətinə xidmət göstərən mübadilə sferasının formalaşması 
problemi, eləcə də istehsal vasitələrinin tədavülü sferasında uzun müd-
dət hökmranlıq etmiş maddi-texniki təchizat sisteminin köklü formada 
dəyişilməsi mühüm əhəmiyyət kəsb edir. Daha doğrusu, istehsal vasitə-
ləri bazarının formalaşması və inkişafı ilə bağlı məsələlərin kompleks 
həlli ilk öncə bir sistemə mənsub olan iqtisadi münasibətlərin keyfiyyət-
cə yenisi ilə əvəz edilməsi zamanı meydana çıxan çox böyük çətinlik-
lərin aradan qaldırılmasından asılıdır. 
Bazar iqtisadiyyatı şəraitində istehsal vasitələri bazarına iqtisadi 

subyektlər (istehsalçı, istehlakçı, institut və ya vasitəçilər, onların infra-
strukturu) arasında məcmu iqtisadi münasibətlər sistemi kimi baxılır. İs-
tehsal vasitələri bazarının formalaşması və inkişafında əsas məqsəd 
Azərbaycan Respublikasında rəqabət qabiliyyətli iqtisadiyyatın yaradıl-
masına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə köməklik göstə-
rən yüksək məhsuldarlığa malik məhsul və xidmətlər istehsalı üçün 
maddi baza yaratmaqdan ibarətdir. 
Buna görə istər Azərbaycan Respublikasında, istərsə də MDB öl-
kələrində sivil bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadi is-
lahatlar kursunu strateji və taktiki baxımdan davam etdirmək məqsədilə 
istehsal vasitələri bazarının formalaşması və inkişafı ilə bağlı elmi mü-
badilələrin aparılması xüsüsilə aktuallıq kəsb edir və bir çox tədqiqat-
ların mühüm problemləri sırasına daxil edilir. Bu ciddi problemin mü-
zakirəsi heç də təsadüfü deyil. 
Birincisi, ilkin təsərrüfat sistemləri - istehsalçılar arasında əmtəə 
mübadiləsi funksiyasını həyata keçirən istehsal vasitələri bazarında bir 
çox sahələrin, müəssisə və təşkilatların bazar münasibətləri üçün xarak-
terik olan maraqları çarpazlaşır.
İkincisi, ictimai sistemin normal fəaliyyəti və inkişafı üçün özünün 
xüsüsi ictimai təyinatına görə istehsal vasitələri bazarı makroiqtisadi sə-
viyyədə mal-material qiymətlilərinin həm istehsalı, həm də tədavülü ilə 
bağlı ikili funksiyanı yerinə yetirir və buna görə də o, hər şeydən əvvəl 
əmtəə-pul münasibətləri üzrə mövcud imkanları qiymətləndirmək üçün 
həssas struktur hesab edilir. Məhz buna görə də tədavül sferası, o cüm-
lədən istehsal vasitələri bazarı, hər şeydən əvvəl bazar forması və struk-
turunu qəbul edir.
Üçüncüsü, bu bazar vasitəsilə iqtisadiyyatın digər sahələrinin (sek-
torlarının) tənzimlənməsi mexanizmi müəyyənləşir, yerinə yetirəcəyi 
vəzifə və funksiyalar aşkar edilir, investisiya axınlarının hərəkət istiqa-
mətləri əsaslandırılır. Bununla əlaqədar olaraq, ümumbazar prinsipləri 
əsasında qurulan istehsal vasitələri bazarının digər xarakterik cəhəti 
həm də ondan ibarətdir ki, o, xüsusi müəssisələrin və kiçik sahikarlıq 
sektorunun yaranmasının bir növ təminatçısına çevrilir. 
Bütün bu qeyd olunanlar tədqiqat işinin mövzusunun seçilməsini 
və onun aktuallığını əsaslandırmağa imkan verir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə