Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi, təkliflərin hazırlanması



Yüklə 103,71 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü103,71 Kb.
#6973


 

 

Azərbaycan Respublikası 



İqtisadiyyat və Sənaye Nazirliyi 

 

 

 

 

Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma 

və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi üzrə 

beynəlxalq təcrübə 

A R A Y I Ş 

 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye layihələri sektorunun  

baş məsləhətçisi Dilşad Şirinova 

 

 

 

 

 

Bakı  2015

 





MÜNDƏRİCAT 

 

1. Giriş ..................................................................................................................... 3 

2. Beynəlxalq təcrübə ............................................................................................. 5 

3. Azərbaycanda vəziyyət ..................................................................................... 13 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 




Giriş 

 

Hazırda ölkə iqtisadiyyatlarının məhsuldarlıq səviyyəsi və istehsal quruluşu sabit 

iqtisadi  inkişafı  təmin  etmək  və  rifah halını  yüksəltmək  baxımından  böyük  əhəmiyyət 

kəsb  edir.  Məhsul  və  xidmət  çeşidinin  getdikcə  artdığı  bir  dövrdə  bazarda  fərq 

yaratmaq, yeni məhsullar hazırlamaq və bu rəqabətdə bir addım önə keçmək məqsədilə  

şirkətlərin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə yönəlməsi tendensiyası müşahidə 

olunur.  

Araşdırma  və  inkişaf  etdirmə  fəaliyyəti  –  yeni  məhsulun  hazırlanması,  məhsul 

keyfiyyəti  və  ya  standartının  yüksəldilməsi,  xərci  azaldan  və  standartı  yüksəldən 

üsulların  tətbiqi,  yeni  istehsal  texnologiyalarının  inkişaf  etdirilməsi  məqsədilə  həyata 

keçirilən  tədqiqatlar  və  bu  tədqiqat  nəticələrinin  tətbiqi  ilə  bağlı  yeni  texnikaların 

yaradılması,  mövcud  olanların  təkmilləşdirilməsi  ilə  bağlı  çalışmalardır.  Bu  fəaliyyət 

mövcud  bir  məhsulun  daha  səmərəli  və  ucuz  istehsalı  və  ya  heç  istehsal  olunmamış 

lakin gələcəkdə istehsalı planlaşdırılan məhsulun hazırlanması məqsədini daşıyır. 

Müəssisənin  həyata  keçirdiyi  araşdırma  və  tədqiqat  işləri  onun  innovasiya 

fəaliyyətinin  əsasını  təşkil  edir.  Müəssisənin  innovasiya  fəaliyyəti  məhsulların 

keyfiyyətinin və texniki səviyyəsinin yüksəldilməsinə, məhsul çeşidlərinin artmasına və 

yenilənməsinə  şərait  yaradaraq  onun  kommersiya  nəticələrinə  əhəmiyyətli  dərəcədə 

təsir göstərir. 

Araşdırma  və  inkişaf  etdirmə  fəaliyyətləri  nəticələrin  istifadəsi  baxımından  üç 

növə  ayrılır:  fundamental  araşdırmalar,  tətbiqi  araşdırmalar  və  eksperimental  inkişaf. 

Fundamental  araşdırmalar  istifadəsi  baxımından  konkret  məqsəd  müəyyən  olunmadan 

yeni biliklərin əldə olunmasına yönəldilmiş təcrübi və ya nəzəri araşdırmalardır. Tətbiqi 

araşdırmalar  yeniliklərin  hazırlanmasında  praktik  istifadə  olunması  məqsədilə  yeni 

biliklərin  əldə  edilməsinə  yönəldilmiş  araşdırmalardır.  Eksperimental  inkişaf  həyata 

keçirilmiş elmi araşdırmalar nəticəsində əldə edilmiş biliklərə və ya praktik təcrübəyə 

əsaslanan  fəaliyyətdir  və  yeni  məhsulların,  materialların,  proseslərin,  avadanlıqların, 

xidmət və sistemlərin, metodların yaradılması və ya gələcək təkmilləşdirilməsini təmin 

edir.     



Ölkələrin  araşdırma  və  inkişaf  etdirmə  xərclərinin  məbləği  ilə  onların  iqtisadi 

inkişafı,  rəqabətqabiliyyətlilik  səviyyəsi  və  gəlirləri  arasında  böyük  əlaqə  vardır. 

Ölkənin  araşdırma  xərclərinin  həcminə  təsir  edən  edən  faktorlara  ölkənin  inkişaf 

səviyyəsi,  iqtisadiyyatın  və  sənayenin  strukturu,  ölkədə  olan  böyük  şirkətlərin  sayı, 

texniki  personalın  hazırlılıq  səviyyəsi,  ölkənin  elm  və  texnoloji  infrastrukturu,  xarici 

bazarlara  çıxma  imkanları, bu sahəyə  olan  dövlət  dəstəklərinin  həcmi  və  s.  aid  etmək 

olar.  Belə  fəaliyyətlərə  çəkilən  xərclər  ölkə  iqtisadiyyatına  bir  sıra  üstünlüklər 

qazandırır: 

- Rəqabət üstünlüyü;  

- Xarici investisiyanın cəlb olunması; 

- Məhsuldarlıq artımı; 

- Texnoloji asılılığın azaldılması. 

Elm  və  texnologiyaya  verilən  önəmin  ölçüsünü  göstərən  araşdırma  və  inkişaf 

etdirmə  xərclərinə  ayrılan  büdcənin  ÜDM-dəki  payı  ölkələrin  əsas  inkişaf 

göstəricilərindən  hesab  olunur.  İnkişaf  etmiş  ölkələrdə  bu  xərclərin  ÜDM-dəki  payı  2 

%-dən  yüksəkdir.  Hazırda  dünya  üzrə  çəkilən  cəmi  araşdırma  xərclərinin  95%-i  20-ə 

yaxın  inkişaf  etmiş  ölkənin  payına  düşür.  Dünya  əhalisinin  70%-dən  ibarət  inkişaf 

etməkdə olan ölkələr isə bu xərclərin cəmi 5%-ni ödəyir.    

Tədqiqat  və  araşdırma  işlərinin  aparılması  elmtutumlu  sahələrin  inkişafını 

stimullaşdırır və bunun da sayəsində istehsalın enerji və resurs tutumluluğu azalır, yeni 

proqressiv  materiallar  yaranır,  ekoloji  təmiz  istehsala  keçid  təmin  olunur.  Bazar 

iqtisadiyyatı  şərtlərində  elmi-texniki  inkişaf  təsərrüfat  strategiyasının  ən  vacib 

elementlərindən  biridir.  Bu  elementin  aşağı  qiymətləndirilməsi  müəssisənin  bazardakı 

yerinin tezliklə itirilməsi ilə nəticələnə bilər.   

 

 



 

 

 



 




Beynəlxalq təcrübə 

 

 

 Beynəlxalq  rəqabətin  gücləndiyi  hazırki  dövrdə  sənayenin  modernləşdirilməsi 



dayanıqlı iqtisadi inkişafın təmin olunmasının vacib şərtlərindən biridir. Son zamanlar 

dövlətlərin  sənaye,  sosial  və  innovasiya  (elmi-texniki)  siyasətləri  arasında  sıx  əlaqə 

müşahidə  etmək  mümkündür.  İnnovativ  sənaye  siyasəti  ilə  sosial  siyasətinin  vahid 

kompleksdə aparılması iqtisadi və sosial inkişafa eyni zamanda nail olmağa imkan verir. 

 

Beynəlxalq  təcrübə  göstərir  ki,  son  zamanlar  dövlətlərin  innovasiya 



proseslərindəki  iştirakı  geniş  vüsət  almağa  başlayıb.  Hazırda  dünyada  dörd  əsas  elmi-

texniki mərkəz formalaşmışdırki, bunlara ABŞ, Avropa İttifaqı, Yaponiya və Çin aiddir. 

Belə ki, araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə çəkilən dünya üzrə xərclərin 36 %-i 

ABŞ-ın, 25 %-i Avropa İttifaqının, 13 %-i Yaponiyanın və 11 %-i Çinin payına düşür.        

Eyni zamanda, inkişaf etmiş ölkələrin tədqiqat xərclərinin ÜDM-dəki payı əhəmiyyətli 

dərəcədə  artmaqda  davam  edir.  2014-cü  üçün  bu  göstərici  ABŞ-da  2,8%,  Almaniyada 

2,9%, Yaponiyada 3,4%, İsraildə 4,2 % təşkil etmişdir. 2014-cü ildə ümumi araşdırma 

və inkişaf etdirmə xərcləri (gross expenditures on R&D) ABŞ-da 465 mlrd.$, Çində 284 

mlrd.$,  Yaponiyada  165  mlrd.$,  Almaniyada  92  mlrd.$  təşkil  etmişdir.  2014-cü  ildə 

araşdırma və inkişaf etdirməyə sərf olunmuş xərclərin 47%-i kompüter-elektronika və 

səhiyyə sahələrinin payına düşür.  

 

İnnovativ  şirkətlər  yeni  texnologiyaların  tətbiqi  sayəsində  xərclərin  ixtisarı 



hesabına  bazarda  öz  üstünlüklərini  saxlaya  bilirlər.  Müəssisənin  uğurlu  araşdırma  və 

inkişaf etdirmə fəaliyyəti həm də yeni məhsulların yaranmasına səbəb olur ki, onların da 

satışı yeni bazar yaratmaq və ya mövcud bazarda payları artırmaqla müəssisə qarşısında 

geniş  imkanlar  açır.  Müəssisənin  tədqiqat  fəaliyyətinin  qiymətləndirilməsi  üçün 

Araşdırma  və  İnkişaf  Etdirmə  İntensivliyi  (R&D  intensity)  göstəricisndən  istifadə 

olunur. Göstərici şirkətin tədqiqat və araşdırma xərclərinin satışlarına olan nisbəti kimi 

hesablanır.  “Strategy&”  məsləhət  xidməti  2014-cü  il  üzrə  tədqiqat  xərcləri  ən  yüksək 

olan  20  şirkətin  siyahısını  (Top  20  R&D  spenders)  açıqlamışdır.  Siyahı  aşağıdakı 

kimidir:  

 





 

2014-cü il üzrə tədqiqata ən çox xərcləyən şirkətlərin reytinq siyahısı   

(2014: Top 20 R&D spenders) 



Reytinq 

Şirkət 

Ölkə 

Sahəsi 

Tədqiqata 

çəkilmiş xərc 

(mlrd.$) 

Volkswagen 

Almaniya 

Avtomobil 

 13.5 

Samsung 


Cənubi 

Koreya 


Kompüter və elektronika 

 13.4 


Intel 


ABŞ 

Kompüter və elektronika 

 10.6 

Microsoft 

ABŞ 

Proqram təminatı və internet 



 10.4 

Roche 


İsveçrə 

Səhiyyə 


 10.0 

Novartis 

İsveçrə 

Səhiyyə 


 9.9 

Toyota 


Yaponiya 

Avtomobil 

 9.1 

Johnson & Johnson 

ABŞ 

Səhiyyə 


 8.2 

Google 


ABŞ 

Proqram təminatı və internet 

 8.0 

10 

Merck 


ABŞ 

Səhiyyə 


 7.5 

11 

GM 


ABŞ 

Avtomobil 

 7.2 

12 

Daimler 


Almaniya 

Avtomobil 

 7.0 

13 

Pfizer 


ABŞ 

Səhiyyə 


 6.7 

14 

Amazon 


ABŞ 

Proqram təminatı və internet 

 6.6 

15 

Ford 


ABŞ 

Avtomobil 

 6.4 

16 

Sanofi-Aventis 

Fransa 

Səhiyyə 


 6.3 

17 

Honda 


Yaponiya 

Avtomobil 

 6.3 

18 

IBM 


ABŞ 

Kompüter və elektronika 

 6.2 

19 

GlaxoSmithKline 

Birləşmiş 

Krallıq 


Səhiyyə 

 6.1 


20 

Cisco 


ABŞ 

Kompüter və elektronika 

 5.9 



“Global İnnovation 1000” nəşrinin açıqlamasına əsasən, 2005-2014-ci illər üçün 

sənaye üzrə çəkilən araşdırma xərclərinin strukturu aşağıdakı kimidir:  

 

 



 

 

Almaniya 

Almaniya  qabaqcıl  elmi  araşdırmaların  keçirilməsində  və  patentlərin  

hazırlanmasında öndə olan ölkələr sırasındadır. Ölkə nano, bio və yeni texnologiyalar, 

eləcə də bərpa olunan enerji sahəsindəki patent fəaliyyətinə görə ABŞ və Yaponiya ilə 

bərabər dünyanın ən aktiv ölkələrindən sayılır. 2014-cü ildə Almaniyanın araşdırma və 

inkişaf etdirmə xərcləri 92 mlrd.$ və ya ÜDM-in 2,9 faizini təşkil etmişdirki, bu xərcin 

də üçdə bir hissəsi dövlət hesabına, üçdə iki hissəsi isə özəl sektor hesabına ödənmişdir. 

Sənaye  sahəsində  araşdırma  və  innovasiya  fəaliyyəti  Almaniya  Hökumətinin 

yüksək  prioritet  sahələrindən  olduğundan  ölkə  ərazisində  tədqiqat  və  araşdırma 

fəaliyyətləri  ilə  məşğul  olan  çoxsaylı  universitetlər,  akademiyalar,  federal  institutlar, 

sənaye  tədqiqat  assosiasiyaları  fəaliyyət  göstərir.  Alman  şirkətləri  Avropanın  ən 

innovativ  şirkətləri  sırasındadır  və  burada  həyata  keçirilən  bütün  araşdırma  və  inkişaf 

etdirmə fəaliyyətlərinin üçdə iki hissəsini sənaye subyektləri tərəfindən təşkil olunaraq 

maliyyələşdirilir.  Sənaye  yönümlü  tədqiqat  xərclərinin  isə  37%-i  avtomobil  sektoruna, 

28% 

22% 

16% 


10% 

7% 


7% 

4% 


3% 

2%  1% 


Kompüter və elektronika - 28% 

Səhiyyə - 22% 

Avtomobil - 16% 

Sənaye xidmətləri - 10% 

Proqram təminatı və internet - 

7% 


Kimya və enerji - 7% 

Aerokosmik və müdafiə - 4% 

İstehlak məhsulları - 3% 

Telekommunikasiya - 2% 

digər - 1% 



14%-i  elektrik  mühəndisliyi  sektoruna,  14%-i  kimya  və  əczaçılıq  sektoruna,  9%-i  isə 

mexaniki mühəndislik sektoruna investisiya olunmuşdur.  

Almaniyada sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin 

dövlət dəstəklənməsi Almaniya Sənaye Tədqiqatları Assosiasiyaları Federasiyası (AIF) 

tərəfindən həyata  keçirilir. Federasiya  ideyaları  uğurlu  məhsul və  xidmətlərə  çevirmək 

məqsədilə dövlətlə sənaye və elm müəssisələrinin ittifaqını yaradır, kiçik və orta sənaye 

müəssisələrinin  rəqabətqabiliyyətliliyini  gücləndirmək  üçün  həyata  keçirilən  federal 

dövlət  proqramlarını  idarə  edir.  Hazırda  AIF  100  sənaye  tədqiqat  assosiasiyası,  1200 

tədqiqat institutu və 50000 şirkətlə əməkdaşlıq edir. Dövlət tərəfindən həyata keçirilən 

dəstək layihələrinə aşağıdakılar  daxildir: 

-

 



Araşdırma və İnnovasiya üzrə Birgə Təşəbbüs (Joint Initiative for Research and 

Innovation):  Layihə  çərçivəsində  ölkənin  araşdırma  və  innovasiya  potensialının 

artırılmasına  böyük  töhfələr  verən  əsas  dörd  təşkilatın  -  Fraunhofer-Gesellschaft 

İnstitutu,  Helmholtz  Assosiasiyası,  Leibniz  Assosiasiyası  və  Max-Planck-Gesellschaft 

İnstitutunun və Almaniya Araşdırmalar Fondunun (DFG) fəaliyyətləri əlaqələndirilir və 

yüksək  subsidiyalar  ayrılır.  Layihənin  əsas  məqsədi  araşdırma  və  tədqiqat  sisteminin 

inkişafı,  tədqiqat  və  sənaye  arasında  dayanıqlı  əməkdaşlığın  yaradılmasıdır,  dövlət 

maliyyələşməsi illik xərclərin 5 %-i həcmindədir.  

-

 

Elm və Tədqiqatın Beynəlmiləlləşdirməsi Strategiyası (Strategy for the 



Internationalisation of Science and Research):  Strategiyanın əsas məqsədi dünyanın ən 

yaxşı  institutları,  tədqiqatçıları  və  mütəxəssisləri  ilə  əməkdaşlığı  genişləndirmək, 

dünyanın  innovasiya  potensialına  giriş  əldə  etmək  və  inkişaf  etməkdə  olan  ölkələrlə 

təhsil,  araşdırma  və  inkişaf  etdirmə  üzrə  nailiyyətlərini  bölüşməkdir.  Strategiya 

çərçivəsində  dünya  üzrə  beş  şəhərdə  (Nyu-York,  Moskva,  Yeni  Delhi,  Tokio,  San-

Paulo) Araşdırma və İnnovasiyalar üzrə Alman Evləri (DWIH) yaradılmışdır. 

-

 

Yüksək Texnologiyalar Strategiyası 2020  (High-tech Strategy 2020):  



Strategiyanın  əsas  məqsədi  Almaniyanı  dünyanın  və  Avropanın  innovasiya  liderinə 

çevirmək,  aparıcı  sənaye  və  ixrac  ölkəsi  kimi  mövqeyini  gücləndirməkdir.  Strategiya 

Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyi ilə Federal Təhsil və Tədqiqat 

Nazirliyi tərəfindən həyata keçirilir, büdcəsi 2012-2015-ci illər üçün 8,4 mlrd. avrodur. 




Strategiya  çərçivəsində  sənaye  müəssisələrinin  araşdırma  və  inkişaf  etdirmə 

fəaliyyətlərinin dəstləklənməsi məqsədilə bir sıra proqramlar, o cümlədən Kiçik və orta 

müəssisələr üçün Mərkəzi İnnovasiya Proqramı (ZIM) və Korporativ Sənaye Tədqiqatı 

Proqramı (IGF), “KMU-Innovativ”, “Autonomics for Industry 4.0” proqramları həyata 

keçirilir. 

Bundan  əlavə,  innovativ  “start-up”  layihələrinin  dəstəklənməsi  məqsədilə  qabaqcıl 

universitetlərlə  “EXIST”,  “GO-Bio”,  “IKT  Innovativ”,  “INVEST”  və  “High-Tech 

Gründerfonds” maliyyələşdirmə proqramları yerinə yetirilir.  

Almaniya,  eyni  zamanda,  Avropa  İttifaqının  araşdırma  və  innovasiya  sahəsində 

həyata  keçirdiyi    “Horizon  2020:  Tədqiqat  və  İnnovasiya  üzrə  Çərçivə  Proqramı”, 

“EUREKA”  Avropa  Dövlətlərarası  Araşdırma  Təşəbbüsü”,  “COST”  Elmi-texniki 

tədqiqat  üzrə  Avropa  Əməkdaşlığı”    kimi  layihələrdən  də  geniş  faydalanır.  “Horizon 

2020” Aİ Proqramı 2014-2020-ci illəri əhatə edir və ümumi büdcəsi 80 mlrd. avrodur. 

Proqramın  “sənaye  liderliyinin  dəstəklənməsi”  aləti  çərçivəsində  mikroelektronika, 

nanotexnologiya,  qabaqcıl  materiallar,  İKT,  biotexnologiya  sahəsində  layihə  ilə 

müraciət  edən  kiçik  və  orta  müəssisələrə  xərcin  70  %-i  həcmində  ilkin  mərhələdə  50 

min avro, daha sonrakı mərhələlərdə 500 min - 2,5 mln. avro məbləğlərində innovasiya 

qrantları  ayrılır.  “EUREKA”  Təşəbbüs  Proqramının  çərçivəsində  qlobal  bazarda 

Avropa rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə 38 üzv ölkə arasında ixtisaslı kadr 

hazırlığı,  sənaye  müəssisələri,  tədqiqat  institutlarının  və  universitetlərin  araşdırma 

fəaliyyətlərinin dəstəklənməsi, əlaqələndirilməsi və  mübadiləsi həyata keçirilir.  

 

Türkiyə 

Son  zamanlar  araşdırma  və  inkişaf  etdirmə  fəaliyyətlərinə  ayırdığı  diqqət 

sayəsində Türkiyə müəssisələri təkcə ölkə daxili üçün deyil, həm də dünya bazarı üçün 

rəqabətqabiliyyətli  məhsullar  istehsal  etməyə  başlamışdır.  Türkiyənin  ilbəil  artan 

araşdırma xərcləri artıq ÜDM-in 1%-i həcminə yaxınlaşmışdır və 2023-cü ilə qədər bu 

xərclərin  ÜDM-in  3%-i  həcminə  çatdırılması  hədəflənmişdir.  Türkiyənin  2013-cü  il 

üzrə  araşdırma  və  inkişaf  etdirmə  xərcləri  əvvəlki  ilə  nisbətən  13,4%  artaraq  14,8 

mlrd.TL  (7,8  mlrd.$)  və  ya  ÜDM-in  0,95%-i  həcmində  olmuşdur.  Bu  xərcin  47,5%-i 



10 

özəl  sektor,  42,1%-i  ali  təhsil  müəssisələri,  10,4%-i  dövlət  orqanları  tərəfindən 

ödənilmişdir.    

Türkiyədə  sənaye  müəssisələrinin  araşdırma  fəaliyyətinin  dövlət  dəstəklənməsi 

2008-ci  ildən  qüvvəyə  minən  “Araşdırma  və  inkişaf  etdirmə  fəaliyyətlərinin 

dəstəklənməsi  haqqında  Qanun”la  tənzimlənir  və  bir  sıra  dövlət  orqanlarının  həyata 

keçirdiyi  proqramlar  vasitəsilə  həyata  keçirilir.  Belə  proqramlar  həyata  keçirən  dövlət 

orqanlarına  İqtisadiyyat  Nazirliyi,  Bilik,  Sənaye  və  Texnologiya  Nazirliyi,  Türkiyə 

Texnoloji  İnkişaf  Vəqfi  (TTGV),  Kiçik  və  Orta  ölçülü  Sənaye  Araşdırma  və  İnkişaf 

etdirmə  İdarəsi  (KÖSGEB),  Türkiyə  Elmi  və  Texnoloji  Araşdırma  Qurumu 

(TUBİTAK) aiddir. 

Kiçik  və  Orta  ölçülü  Sənaye  Araşdırma  və  İnkişaf  etdirmə  İdarəsi  (KÖSGEB) 

tərəfindən həyata keçirilən araşdırma dəstəklərinə aiddir: 

-  Araşdırma-İnkişaf,  İnnovasiya  və  Sənaye  Tətbiqi  Dövlət  Proqramı:  Proqramın 

məqsədi  yeni  fikir  və  ixtiralara  sahib  müəssisələrin  dəstəklənməsi,  araşdırma  və 

innovativ  potensialın  artırılması,  araşdırma  və  innovativ  layihə  nəticələrinin 

kommersiyalaşdırılması  və  sənayedə  tətbiqi  mexanizminin  qurulmasıdır.  Proqram 

çərçivəsində  layihənin  mərhələlərindən  asılı  olaraq,  18-24  ay  ərzində  30  000-150  000 

lirə məbləğlərində 70-100% həcmində maliyyələşdirmə aparılır.    

Türkiyə  Elmi  və  Texnoloji  Araşdırma  Qurumu  (TUBİTAK)  tərəfindən  həyata 

keçirilən araşdırma dəstəklərinə aiddir: 

- Sənaye Araşdırma-İnkişaf Layihələrinin Dəstək Proqramı: Proqramın məqsədi sənaye 

müəssisələrinin  araşdırma  fəaliyyətlərini  təşviq  etmək  və  türk  sənayesinin  araşdırm  və 

inkişaf  etdirmə  qabiliyyətini  yüksəltməkdir.  Proqram  çərçivəsində  müəssisələrin 

araşdırma xərclərinin 60%-ə qədər hissəsi qrant şəklində maliyyələşir. 

-  Universitet-Sənaye  İşbirliyi  Dəstək  Proqramı:  Proqramın  məqsədi  universitetlər, 

araşdırma mərkəzi və institutların əldə etdikləri innovativ nailiyyətlərin sənayeyə tətbiq 

yolu  ilə  kommersiyalaşdırılmasına  yardım  etməkdir.  Proqram  çərçivəsində  yeni 

məhsulun  yaradılması,  mövcud  məhsulun  inkişaf  etdirilməsi,  keyfiyyətinin  və  ya 

standartının yüksəldilməsi, xərci azaldan yeni texnikaların yaradılmasının nəzərdə tutan 




11 

layihələr  həyata  keçirilir.  Həyata  keçirilən  layihələr  24  aya  qədər  müddətlə  ən  çoxu  1 

mln. lirə məbləğində 60-75% həcmində maliyyələşir. 

-  Qabaqcıl  Araşdırma-İnkişaf  Laboratoriyaları  Dəstək  Proqramı:  Proqramın  məqsədi 

türk  elm  adamlarının  araşdırma  qabiliyyətlərinin  yüksəldilməsi  və  ölkənin  elm, 

texnologiya  sahəsində  qlobal  mərkəzə  çevrilməsidir.  Proqram  çərçivəsində  ən  prioritet 

sahələrə maşınqayırma, avtomobil, rabitə texnologiyaları, müdafiə, kosmos, enerji, qida 

və səhiyyə aiddir. Dəstək müddəti 5 ildir və xərcin ən çoxu 75%-i olmaqla bir il üçün 

maks. 10 mln. lirə təşkil edir.   

Türkiyə  Texnoloji  İnkişaf  Vəqfi  (TTGV)  tərəfindən  həyata  keçirilən  araşdırma 

dəstəklərinə aiddir: 

- Texnoloji İnkişaf  Layihələri Dəstəyi: Proqram çərçivəsində sənaye müəssisələrinin və 

proqram təminatı şirkətlərinin araşdırma və inkişaf etdirmə fəaliyyətləri geri qaytarılan 

şərtlərlə maliyyələşdirilir. Dəstək məbləği ən çoxu 1 mln. ABŞ dolları, müddəti maks. 2 

ildir. 

-  Kommersiyalaşdırma  Layihələri  Dəstəyi:  Dəstək  çərçivəsində  prototip  hazırlanma 



mərhələsini  uğurla  tamamlamış  sənaye  müəssisəsləri  layihə  nəticələrinin  bazar 

şərtlərinə  uyğun  şəkildə  ticariləşdirilməsinə  (istehsal  və  satışyönümlü  hazırlıq)  geri 

qaytarılma  əsasında  ən  çoxu  1  mln.  ABŞ  dolları  məbləğində  maks.  1  il  müddətinə 

maliyyələşdirilir.  

-  Qabaqcıl  Texnologiyaları  Layihələri  Dəstəyi:    Dəstək  çərçivəsində  kənd  təsərrüfatı, 

səhiyyə,  təhsil  və  ətraf  mühit  sahəsində  hazırlanmış  yeni  məhsul  layihələrinin 

araşdırma-inkişaf və ticarilədirmə xərcləri 250 min - 3 mln. ABŞ dolları məbləğində, ən 

çoxu 3 il müddətinə maliyyələşdirilir.      

Bilik,  Sənaye  və  Texnologiya  Nazirliyi  tərəfindən  həyata  keçirilən  araşdırma 

dəstəklərinə aiddir: 

-  Sənaye  Tezisləri  Proqramı  (SAN-TEZ):  Proqramın  əsas  məqsədlərinə  akademik 

bilginin  kommersiyalaşdırılması,  sənaye  yönümlü  araşdırma-inkişaf  personalının 

sayının artırılması, yeni və yenilikçi şirkətlərin yaradılması, sənayenin rəqabət gücünün 

yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsidir. San-Tez layihələri 




12 

Nazirlik  tərəfindən  75%,  şirkət  tərəfindən  isə  25%  həcmində  3  il  müddətində 

maliyyələşdirilir.  

-  Texnoloji  İnkişaf  Bölgələri:  yeni  və  qabaqcıl  texnoloji  məhsul  yaratmaq  istəyən 

sahibkarların,  tədqiqatçı  və  alimlərin  sənaye  və  kommersiya  fəaliyyətlərini 

universitetlərin  yaxınlığında  və  onların  nailiyyətlərindən  yararlanaraq  keçirə  bilmələri 

üçün  universitetlərin  yaxınlığında  qurulmuş  məhəllələrdir.  Bölgələrin  yaradılmasının 

əsas  məqsədləri  məhsulda  və  istehsal  üsullarında  yeniliyin  inkişafı,  məhsul 

keyfiyyətinin  və  standartının  yüksəldilməsi,  məhsuldarlığın  artırılması,  istehsal 

xərclərinin  aşağı  salınması,  elmtutumlu  investisiyaların  və  sahibkarlığın  inkişafı, 

tədqiqatçı  və  ixtisaslı  kadrlara  iş  imkanının  yaradılması,  texnologiya  transferinə  şərait 

yaratmaqdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


13 

Azərbaycanda vəziyyət 

 

Yerli müəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi 

ilə  ölkəmizin  istehsal  və  innovasiya  texnologiyalarının  tətbiqi  sahəsində  başqa  aparıcı 

ölkələrdən  geriliyini  minimuma  endirmək  əsas  hədəflərdən  biri  kimi  qarşıya 

qoyulmuşdur.  Bununla  əlaqədar  olaraq  innovasiya  fəaliyyətinin  inkişafının 

stimullaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər həyata keçirilir. 

Azərbaycanda sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2014-cü il üçün 

21,5  mln.  manat  olmuşdur  ki,  bunun  da  13,5  mln.  manatı  məhsul  innovasiyalarına,  8 

mln.  manatı  isə  proses  innovasiyalarına  ayrılmışdır.  Ümumilikdə,  2013-cü  ildə  dövlət 

büdcəsindən  elmə  çəkilən  xərclər  117  mln.  manat,  tədqiqat  və  işləmələrə  çəkilmiş 

xərclər isə  125 987 manat olmuşdur.     

Ölkədə  innovativ  və  yüksək  texnologiyalar  əsasında  rəqabət  qabiliyyətli  sənaye 

istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, 

qeyri-neft  sektorunun  davamlı  inkişafını  təmin  etmək  və  əhalinin  istehsal  sahəsində 

məşğulluğunu artırmaq məqsədi ilə olkəmizdə sənaye və yüksək texnologiyalar parkları 

yaradılır.  

İqtisadiyyatın  tənzimlənməsində  ən  təsirli  vasitələrdən  biri  hesab  olunan 

vergitutma  mexanizminin  hazırkı  inkişaf  səviyyəsi  müəssisələrin  innovasiya 

fəaliyyətinin dəstəklənməsi üçün təsirli güzəştləri təklif etmək iqtidarındadır.  

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə” 

Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu və bu qanunun tətbiqi 

barədə  Azərbaycan  Respublikası  Prezidentinin  29  dekabr  2012-ci  il  tarixli  Fərmanı 

ökəmizin vergi sisteminin modernləşməsi istiqamətində mühüm addımlardan olmuşdur. 

Sözügedən  Qanunla  sənaye  və  texnologiyalar  parkında  fəaliyyət  üçün  əsaslı  vergi 

güzəştləri nəzərdə tutulmuşdur.  

Belə ki, sənaye və texnologiyalar parkının infrastrukturunun, istehsal sahələrinin 

yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi 

məqsədilə  sənaye  və  texnologiyalar  parkının  idarəedici  təşkilatı    (operatoru)  və 




14 

rezidentləri  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiqedici  sənədi  əsasında 

texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilmişdir. 

Həmçinin, sənaye və texnologiyalar parkının yaradılması və bu parkda fəaliyyətin 

təmin  edilməsi  üçün  tələb  olunan  əsas  vəsaitlərin  alınmasının  ƏDV-dən  azad  edilməsi 

innovativ  fəaliyyətin  maliyyə  tutumunu  azaltmaqla  investisiyaların  maliyyə  və 

inflyasiya  risklərinin  xeyli  yumşaldılması  və  beləliklə  sahibkarların  bu  istiqamətdə 

motivasiyasının əhəmiyyətli dərəcədə dəstəklənməsi üçün geniş imkanlar açır. 

Hazırda  Azərbaycan  Respublikasında  elmi  araşdırmalar  əsasən  AMEA-nın  elmi-

tədqiqat müəssisələrində,  nazirlik, dövlət komitələri, səhmdar cəmiyyətlər və şirkətlərin 

nəzdindəki  sahə  elmi  tədqiqat  müəssisələrində  və  ali  təhsil  müəssisələrində  kafedra, 

laboratoriya və müxtəlif elmi tədqiqat qurumlarında aparılır. 



 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  –  2001-ci  ildən  “Milli  Elmlər 

Akademiyası”  statusu  alan  AMEA  ölkədə  elmin  inkişafı,  elmi-texniki  potensialın 

güclənməsi,  yüksəkixtisaslı  elmi  kadrların  hazırlanması,  cəmiyyətdə  elmi  işçilərin 

nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirir. Hazırda Akademiyanın 

fizika-riyaziyyat  və  texnika  elmləri,  kimya  elmləri,  Yer  elmləri,  biologiya  və  tibb 

elmləri,  aqrar  elmlər,  humanitar  və  ictimai  elmlər  olaraq  6  bölməsi  üzrə  37  İnstitutu 

fəaliyyət göstərir. Bundan əlavə, Akademiyanın Rəyasət Heyətinin nəzdində 13 qurum 

fəaliyyət  göstərir  ki,  bunlardan  biri  Elmi  İnnovasiyalar  Mərkəzidir.  Mərkəzin 

fəaliyyətinin  məqsədi  respublikada  elmi-tədqiqat  işlərinin  təhlili,  elmtutumlu  sahələrin 

inkişafı  ilə  bağlı  qabaqcıl  texnologiya  və  innovasiyalarının  toplanması  və  məlumat 

bazasının  yaradılmasıdır.  Mərkəz  verilənlər  bazaların  yaradılması,  qrantların  tərtibatı, 

innovasiyaların  səmərəliliyinin  hesablanması,  ənənəvi  və  elektron  nəşrlərin 

hazırlanması xarici bazalara çıxışın təmin edilməsi, zəruri xarici əlaqələrin yaradılması, 

beynəlxalq sərgilərdə iştirakın təmin edilməsi kimi xidmətlər həyata keçirir. 

 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondu  –  2009-cu 



ildə  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamına  əsasən  yaradılmış,  dövlət 

sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi 

tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin 

inkişafına  xidmət  edən  qeyri-kommersiya  qurumudur.  Fond  il  ərzində  qrant 




15 

müsabiqələri təşkil edərək qalib layihələri  maliyyə həcmi 100 000-500 000 manat olan 

qrantlarla və həcmi 500 000 və daha yuxarı olan meqa qrantlarla  maliyyələşdirir. Belə 

ki,  2014-cü  ilin  “Sənaye  ili”  elan  edilməsi  ilə  bağlı  Tədbirlər  Planı”nın  “Sənayenin 

inkişafı  sahəsində  aparılan  elmi  araşdırma  və  tədqiqatların  dəstəklənməsi”  maddəsinə 

uyğun olaraq, keçən ilin oktyabr ayında Fond tərəfindən elan edilmiş, həcmi 500 min 

manat  dəyərində  olan  “Sənaye  qrantı”  müsabiqəsi  üzrə  38  layihə  daxil  olmuş,  bu 

layihələrdən 6 qalib layihə müəyyənləşdirilmişdir.   



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 103,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə