Mühazirə Üzvi kimyanın predmeti Üzvi kimya karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir



Yüklə 1,59 Mb.
səhifə1/108
tarix22.03.2024
ölçüsü1,59 Mb.
#180750
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   108
C fakepathuzvi kimya qida(1)




Mühazirə 1. Üzvi kimyanın predmeti


Üzvi kimya - karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir.
Ümumiyyətlə üzvi kimya karbon birləşmələrini və onların törəmələrini öyrənir. Bura, karbon və hidrogendən başqa oksigen, azot, kükürd, halogenlər, fosfor daxildir. Üzvi maddələrin tərkibində göstərilən əsas elementlərdən başqa, dövri sistemə daxil olan bütün elementlər az miqdarda da olsa vardır. Hal-hazırda məlum olan 10 mln. kimyəvi birləşmədən 8 mln.-dan çoxu üzvi maddələrdir.
Üzvi kimya qeyri-üzvi kimyadan fərqli olaraq elm kimi XIX əsrdə meydana gəlmişdir. Üzvi kimyanın inkişaf tarıxını 4 dövrə ayırırlar:
1)empirik dövr- üzvi kimya anlayışının yarandığı dövr. 19-cu əsrə qədər üzvi maddələr bitki və heyvan orqanizmlərindən alınır, maddələrin təmizlənməsi üsulları- quru distillə, distillə, sublimasiya, qıcqırma prosesləri öyrənilirdi. 1908-ci ildə ilk dəfə Bertselius üzvi kimya termini işlədir. O vaxt belə hesab edilirdi ki, canlı və bitki mənşəli maddələr xüsusi xassələrə malik olmaqla, hər hansı həyati qüvvənin təsirindən əmələ gəlir. (vitalistlər nəzəriyyəsi).
2) İkinci dövr- 1827-ci ildə Bertselius canlı və cansız aləmin kimyəvi elementlərdən təşkil olunduğunu sübut etdi və bununla da o vaxta qədər mövcud olan vitalist nəzəriyyəyə son qoydu. 1828-ci ildə Völer qeyri-üzvi maddə olan ammonium-sianatdan qızdırmaqla üzvi maddə karbamid aldı: NH4OCN t  H2N─CO─NH2
1845-48-ci ildə alman alimi A.Kolbe ağac kömüründən S, Cl və sudan üzvi maddə olan sirkə turşusu aldı. 1851-ci ildə P.Bertlo süni yolla benzol naftalin sintez etdi. O, 1860 ildə qliserin və yağ turşusundan yağları sintez etdi.
3) Üçüncü dövr- sintez və quruluş nəzəriyyəsi dövrü , 19-cu əsrin ortalarından 1920-ci ilə qədər bir dövrü əhatə edir. 3 böyük faktla müəyyənləşir: həyat qüvvəsi nəzəriyyəsinin məğlubiyyətı, A.M.Butlerovun quruluş nəzəriyyəsi, daş kömür qətranının emalı ilə əlaqədar sintetik kimyanın tərəqqisi
4) 1920-ci ildən başlayaraq zəmanəmizə qədər dövrü əhatə edir.
Üzvi kimyanın müstəqil elm kimi ayrılması səbəbləri: üzvi birləşmələrin çoxsaylı olması, yanıcıdırlar, canlı materiya əmələ gətirir və onlardan müəyyən məqsədlər üçün istifadə edilir.
Üzvi maddələrin ən perspektiv alınma üsulu onları hazır halda təbiətdən: neft, qaz, kömür, torf, yanar şistlər, kənd təsərrüfatı məhsullarından almaqdır.
Üzvi maddələr alınma metoduna görə üç qrupa bölünür: sənaye, sintetik və preparativ (laboratoriya). Onlar arasında prinsipial fərq vardır. Birincisi-laboratoriyada bir qramdan tutmuş sənayedə milyon tona qədər istehsaında olan fərq. İkincisi-təmizlik dərəcəsi. Sənayedə istehsal olunan maddələrdə çox vaxt qarışıq olur, Laboratoriyada əsasən təmiz maddələr-reaktivlər işlədilir. Üçüncü fərq isə dəyərindədir. Reaktivlər adətən bahalı olur. Sənaye və neft-kimya sintezi üçün istifadə olunan xammal ucuz və asan əldə edilir. Digər fərq maddələrin zəhərliliyidir. Belə ki, laboratoriyada zəhərli maddədən qorunmaq asan olsa da sənayedə bunu həyata keçirmək çətindir. Daha bir prinsipial fərq də vardır-çıxım. Sənayedəki proses tsiklik olduğundan, reaktorda məhsulun aşağı çıxımı ilə işləmək də mümkündür.
Hazırda neft məhsullarının yanacaq kimi istifadəsini alternativ növ yanacaq ilə əvəz etməyə çalışırlar. Məsələn, kömürü karbohidrogenlərə çevirmək, metanol, etanoldan, sudan istifadə və s.
Buna misal kimi aseton-butanol qarışığının kənd təsərrüfatı tullantılarından alınan biokütlənin: ağacın, şəkər çuğunduru qalıqlarınun fermentativ qıcqırmasından alınmasını göstərmək olar. Bu tullantılardan Braziliyada ildə bir neçə miliyon ton metanol və etanol istehsal olunur. İnkişaf etmiş ölkələrdə üzvi tullantını süni neftə, qaza, metanola çevirməyə çalışırlar. Bu göstərir ki, üzvi maddələrin perspektiv mənbəyi-canlı təbiət və ilk növbədə bitki və kənd təsərrüfatı məhsullarıdır.
Sellülozadan çox böyük miqdarda kağız, sellüloid, süni liflər alınır. Oduncaqdan texniki etil spirti, skipidar, kanifol, furfurol, nişastadan, taxıldan, kartofdan isə yeyinti spirti alınır. Bitki yağından əlif yağı alınır. Az miqdarda isə təbii piqmentlər (xinonlar, karotinoidlər, porfirinlər), tibbi preparatlar, bitki alkaloidləri (xinin, strixnin), antibiotiklər (mentol, kamfora, qeraniol) alınır.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə