Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə14/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   ...   7   8   9   10   11   12   13   14   15
Praktika Mövzuları

MƏTNLƏRİN QEYD OLUNMASI

Təcrübə keçirilən yerin dil xüsusiyyətlərini, ədəbi dildən fərqləri hesaba almaqda tək-tək faktların qeyd olunması işin bir tərəfidir. Ümumiyyətlə məhəlli danışığı hərtərəfli , kompleks halında əks etdirmək, ədəbi dil ilə yerli şivələrin oxşar və fərqlərini geniş planda təsəvvür etmək üçün ,şivələri əsaslı şəkildə öyrənmək, onun mürəkkəb və çoxcəhətli əlamətlərini ortaya çıxarmaq işində mətnlərin bütövlükdə qeyd olunmasının böyük əhəmiyyəti var. Mətnin yazılması zamanı yerli danışıq tam halda əhatə edilir, onun fonetik, qrammatik və leksik xüsusiyyətləri birlikdə göz önündə canlandırılır. Bəllidir ki, canlı xalq danışığı çox rəngarəngdir, janr və üslubca müxtəlifdir . Məs.: Məişət, istehsalat prosesi danışığı, ictimai- publisist nitq və s. Xüsusilə məişət mövzularına aid mətnlərin qeyd edilməsi maraqlı şivə faktları verir . Təcrübəçi belə söhbətlərin mətnini tam köçürməlidir . Xüsusilə şivələr obyekt olanda söhbəti kolxoz,sovxoz quruculuğu , Böyük Vətən müharibəsi mövzuları istiqamətində aparmaq lazım gəlir. Hətta bu zaman folklor materialları da etibarlı mənbə ola bilər. Düzdür folklor materiallarında janr müxtalif olacaqdır. Buna baxmayaraq xalqın şifahi odəbiyyat nümunələri qiymətli dialektoloji faktlarla zəngin olur. Nağillar, bayatılar, atalar sözləri və nəğmələr, əmək şərqilari tacrübəçinin diqqatini cəlb etməlidir. Bu zaman söhbəti aparma metodikası ciddi bir iş kimi qarşıya çıxır. Nitq, danışıq tabii, o yerdə deyildiyi kimi, söyləndiyi şəkildə yazıya köçürülməlidir. Təcrübəçi sualları verəndə heç də həmişə ədəbi dildə danışmamalıdır. Çünki o adabi dildə danışsa, informator onun arxasınca gedər, ədəbi dildə danışar ki, bu da işin keyfiyyətcə aşağı olmasına səbəb olar. Fakt toplanışı zamanı obyektin işə maraqla girişməsini də təşkil etmək mümkündür. Bunun üçün obyektin sərbast danışığının, onun faktlarının faydalı olmasından söhbət açmaq olar. Ona çox bildiyini, zəngin faktlarla dolu danışığının nə qədər lazımlı olduğunu göstərmək lazımdır.Təcrübə zamanı atüstü qeydlər, üzdən getmələr, ilim-dadım yoxlamalar az faydalı olur. Unutmaq olmaz ki, ilk dəfə eşidiləni doğru kimi qəbul etmək olmaz. Bəlkə həmin adam o yerə gəlmədir. Ona görə obyekt seçilərkən onun yerli olması əsas şərtdir. Bir də imkan olduqca yaşlı adamların nitqi obyekt seçilməlidir. Çünki onların danışığı daha çox şiva faktları verir. Bu zaman yaşlı, evdar qadınlara isə daha çox üstünlük verilməlidir. Təcrübə zamanı tələbələrin diqqətini bir məsələyə də cəlb etmək gərəkdir. Bu da Azərbaycan ərazisində olan azlıq təşkil edən xalqların dili, onun Azərbaycan dili ilə qarışması prosesidir. Bunlar tələbələrin dilin dialektik mahiyyətini başa düşməsi üçün çox faydalı olar. Bu zaman elə obyekt seçilməlidir ki, onun nitqi qüsurlu olmasın, ham da obyekt ömrünü bu yerdə keçirmiş olsun.Adi müşahidə ila yanaşı şivə danışığını maqnitofona yazmaq metodu da əhəmiyyətlidir. Obyektin danışığı maqnitofona yazılmaqla onun nitqi dəqiq şəkildə bir növ konservləşdirilir. Bunun bir üstünlüyü odur ki, həmin danişığı sonralar təkrar-təkrar dinləməyə imkan verir. Bu da faktları dəqiq almağa səbəb olur.Yerlərdə məhəlli danışıği ortaya çıxarmaqda orada təşkil edilən mübahisələr də yaxşı nəticə verir. Bu zaman əsas diqqət mübahisə mövzusuna yönəlir, obyekt tam sərbəst şəkildə öz şivəsində danışır. Təcrübəçiyə də ela bu lazımdır. Mübahisə zamanı obyektin yaşı, cinsi nəzərə alınmalıdır. Məs.: yaşlı qadınlara ev, ailə, adət-ənənə, məişətlə əlaqədar suallar verib, bunlar ətrafında mübahisə açmaq faydalı olduğu kimi, yaşlı kişilərlə təsərrüfat, beynəlxalq vəziyyətlə bağlı söhbətlər, mübahisələr bollu şivə materiali verir. Lakin bu o demak deyil ki, yerli gənclər diqqətdən kənarda qalmalıdır. Bəllidir ki, şivə xüsusiyyətləri çox mühafizəkar olur. Onlar nəsillər dəyişdikcə də yaşayır. Ona görə məktəblilər də bu işdə obyekt ola bilər. Bu zaman yerli müəllimlərdən eləsi tapıla bilər ki, elə bu işin həvəskarı olar. Görüşlər təşkil edər, ümumiyyətlə ümumi işa çox kömək edər.Şive faktlarının toplanması haqqında standart, vahid qayda yoxdur. İşin yüksək dərəcədə aparılması üçün təcrübəçinin şəxsi bacarığı əsasdır. Təcrübənin ikinci günündən başlayaraq aparılan qeydlər hər gün axşam yekunlaşdırılır. Təcrübənin sonuna iki-üç gün qalmış yekunlaşdırma işləri başlayır

.


Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə