Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə8/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Praktika Mövzuları

3.Obyekt haqqında məlumat yazmaq .

Hər bir obyektin nitqi yazıya köçürüldükdən sonra onun haqqında aşağıdakı məlumatlar götürülmlədiri.:1.Obyektin adı,familyası və atasının adı qeyd edilməlidir.2.onun yaşı və cinsi göstərilməlidir.3.obyektin təhsili və peşəsi yazılmalıdır.4.Danışığından şivə faktları toplanmış şəxsin yerli olub-olmaması yazıda öz əksini tapmalıdır.5.Həmin qeydlərin nə vaxt və kim tərəfindən aparıldığı yazılmalıdır.



V MÖVZU: DİALEKTOLOGİYADAN ÇÖL TƏCRÜBƏSİNİN KEÇİRİLMƏSİ

Təcrübəçilər qrupun rəhbərilə yola düşürlər. Onlar, əvvəlcədən müəyyənləşdirilmiş yera gəlirlər. Qabaqcadan göndərilmiş nümayəndənin hazırladığı plan üzrə hərəkət edilir. Məişət məsələləri həll edilmək üçün kənd soveti sədri, deputatlar, kənd fəalları, müəllimlər, kolxoz idarə heyətinin üzvləri ilə tanışlıq başlanır. Yerlilərdən bir nümayəndə qrup üzvləri ilə hərəkət edir ki, bələdçilik etsin. Yerli əhali kəndə gəlmiş bu yeni adamlardan çəkinməsin. Həm də bu zaman təcrübəçilər camaatda, yerli əhali ilə çox səmimi va mehriban olmalı, onları bir növ alə almalıdırar. Hər şey rəsmiyyətdən kənar olmalıdır. Bu zaman kiçik ehtiyatsızliq, təkəbbür və lovğaliq işə mənfi təsir edir.İlk gündən təcrübəçilər camaata qaynayıb-qarışmalı və onlarla iş prosesinda, istehsalatda görüşməli, lazım gəlsə fərqli söhbətlərdən də istifadə etməlidirlər. Təcrübə zamanı kolxoz iclaslarında, maktab valideyn yığıncaqlarında, toy və yaslarda ümumiyyətlə ictimai yerlərdə daha çox olmalı və bu zaman tələsik qeyd etmələr aparılmamalıdır. Yaxşı olar ki, birinci gün heç bir qeyd aparılmasın. Sonrakı gedişlər, dönə-dönə eşitmələr şivələrin qabarıq cəhətlərini ortaya çıxarandan sonra qeyd etmələr başlanmalıdır. Ona görə də bir kand obyekt seçildikdə ona dəfələrlə gedilməli və bəlkə də bütün iki həftal işi orada aparmaq lazımdır. Bu zaman çox yeri əhatə etməyə çalışmaq, tələsiklik işin keyfiyyətini aşağı salar. Faktlar səbrlə, dəqiq yoxlanmalıdır.Dialektoloji təcrübə zamanı obyekti tacrübəçilərlə görüşə dəvət etmək formasından da istifadə etmək olar. Bele olduqda obyektin danışığının qeydi, maqintofona yazma ya gizli aparılmalıdır (o tam sərbəst danışsın deyǝ) ya da əvvəlcədən ona bildirilməlidir ki, onun danışığı dilimizin tarixini öyrənmək üçün çox lazımdır. Elǝ edilməlidir ki, danışan şəxs özünü tam sarbast hiss etsin. Tacrübəya başlayarkən ən əsas məsələ tərcübəçi ilə dialektoloji obyekt arasında əlaqədir. Bu məqamda təcrübəçi özünü sadə aparmalı, adi, sərbəst hərəkətlər etməli, ayrı-ayrı adamlarla həmsöhbət olmalı, özünü dartıb şəhərli olduğunu hiss etdirməməlidir. Təcrübəçilər şivo obyektlərinə dərin hörmət va ehtiram göstərməli, məqsədinin söz toplamaq olduğunu açıq şəkildə onlara bildirməlidir. Hatta imkan olarsa kənd əhalisinə bildirilməlidir ki, bu qrup kəndə nə üçün gəlmişdir. İndi bütün kolxozların radio qovşağı olduğundan istifadə edib kand radiosu ilə çıxış edib qrupun görməli olduğu iş., onun əhəmiyyəti haqqında danışmaq olar. Yerli qazetdə məqalə ilə çıxış etməklə dǝ camaata bu haqda məlumat vermək olar. Dialektoloji təcrübənin gedişi zamanı anketdən istifadə və mətnlərin bütöv qeydə alınması da müəyyən sistem tələb edir.




Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə