Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə12/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   ...   7   8   9   10   11   12   13   14   15
Praktika Mövzuları

IV.Leksik xüsusiyyətlər. Şivələr bu cəhətdən çox zəngindir. Ona görə təcrübə zamanı şivə sözlərinin müşahidəsi daha çox maraq doğurur. Təcrübə zamanı tələbələrin müşahidəsi bunlara yönəlməlidir: qohumluq münasibətləri bildirən sözlər, evin və alətlərin hissələrinin adları, çəki, ölçü və həftənin günlərinin adları, köhnə təsərrüfatla bağlı sözlər, şivələrdə yeni yaranan sözlər, köhnəlmiş sözlər və terminlər, o yerin əsas təsərrüfatına aid istilah xarakterli sözlər,adət-ənənə ilə bağlı sözlər və toponimik adlar və s.

Belə bir cəhət də unudulmamlıdır ki, terminoloji səciyyə daşımayan sözlər sırasında ədəbi dil sözü ilə omonimlik təşkil edən, lakin mənaca ayrı olan sözlər ədəbi dil sözlərinin sinonimi ola biləcək şivə sözləri qiymətli dil faktlarıdır. Ona görə bu istiqamətdə işə daha ciddi yanaşılmalıdır. Onu da qeyd edək ki, alınma sözlər şivələrdə tələffüz formasını dəyişdiyi kimi öz təcrübəçi tələbələr müşahidə zamanı belə sözləri də diqqət mərkəzinə gətirməlidirlər. Ən ündəsi isə buna səy etmək lazımdır ki, ədəbi dildə qarşılığı olmayan yeni-yeni şivə sözləri ortaya çıxarılsın. Əgər belə olarsa onda dialektologiya elminə, tarixi leksikoloiyaya yeni-yeni faktlar vermiş olarıq. Şivə sözlərinin müşahidə edilməsi və toplanması, şivələrin lüğət tərkibinin öyrənilməsi dialektoloji lüğət üçün, habelə gələcəkdə ayrı-ayrı şivələr qrupunun lüğətlərini yaratmaq üçün material verə bilər. Belə lüğətlər isə çox qiymətli məxəz olar. Təsadüfi deyil ki, V.İ.Lenin V.Dalın bu tipli lüğətinə böyük qiymət vermişdir. İndi xalq dili şivələrinin sözlərini toplamağı həyat, təcrübə və dilçiliyin ehtiyacı tələb edir.

Müşahidəçi tələbələr şivələrin lüğət tərkibini hərtərəfli və dəqiq qeydə almaq üçün iki-iki ayrılır. Hər ikilik müəyyən sahələrə aid sözləri toplamaqla məşğul olur. Bu zaman yerin xüsusiyyətləri, əhalinin məşğuliyyəti əsas götürülür.Təcrübəçilər arasında bölgü təxminən belə olur. Birinci ikilik ev, məişət, ailə, biş-düşlə, xərəklərlə, torpaq, onun becərilməsi - əkinçiliklə əlaqədar sözləri, ikinci iki nəfər bitkilər, meyvələr, yabanı otlar və tərəvəzçiliklə bağlı olan sözləri, üçüncü ikilik isə maldarlıq, quşçuluq, arıçılıq, balıqçılıq üzrə, dördüncü ikilik yabanı bitkilər, vəhşi heyvanlar, ovçuluq, nəqliyyat məsələləri ilə əlaqədar sözləri, beçinci ikilik adamlar arası münasibətləri – qohumluq, toy, yas, adət-ənənələri ilə bağlı sözləri, nəhayət altıncı ikilik isə geyimlə, toxuçuluğa, yer adlarına – çay, göl, dağ, meşə, əkin yerlərinin, məhəllənin adlarına aid sözləri qeyd etməlidirlər. Bu qruplaşma, bölgü təxminidir. Təcrübə rəhbəri şivələr leksikasını tam əhatə etmək üçün başqa üsul və bölgüdən də istifadə edə bilər.

Şivələrdən söz toplamaq, onların ədəbi dil sözləri ilə tutuşdurulması, lüğət materialının ədəbi dil sözləri ilə qarşılıqlı əlaqəsi kimi vacib bir məsələni aydınlaşdırır. Hətta şivələr leksikasında baş verən yeniliklər kəndin ümumi inkişafı ilə əlaqədar olaraq necə dəyişdiyini tədqiqatçı izləməlidir. Təcrübəçi şivə sözlərinin xüsusiyyətlərini bilməli, onu ədəbi dil sözlərindən fərləndirməlidir. Belə sözlər aşağıdakı kimi qruplaşdırılmalıdır:

1.Müasir ədəbi dildə olmayan xüsusi şivə sözləri.

2.Ədəbi dildən fərqli əmələ gələn sözlər.

3.Ədəbi dildən fərqli fonem tərkibli sözlər.

4.Ədəbi dildən qrammatik formasına görə fərqlənən sözlər.

5.Vurğusu ədəbi dildən ayrılan sözlər.

6.Forması ədəbi dildəki sözlərə oxşar, mənası başqa olan sözlər.

7.Mənaca ədəbi dil sözünə bərabər, formaca başqa olan sözlər.

8.Şivələrdə işlənən frazeoloji birləşmələr.

Şivələr leksikasının toplanması işində təcrübəçilərə köməklik məqsədilə onların Azərbaycan dili dialekt və şivələrinin monoqrafik tədqiqinə dair proqram (Azərb. SSR EA,1956, əlyazması hüququnda, tərtib edənlər: K.T. Ramazanov, R.Ə. Rüstəmov, M.Ş. Şirəliyev) və Azərbaycan dilinin dialektoloji atlasının tərtibi üçün toplanan materialların proqramına (Azərb. SSR EA, Bakı, 1958, əlyazması hüququnda. Tərtib edənlər: prof. M.Şirəliyev, dos. R.Rüstəmov) baxması vacibdir. İşlədilən sözlərin mənasının dəqiq qeyd olunması əsas məsələdir. Sözlərin bir və ya bir neçə mənası olduqda onlar ayrı-ayrı göstərilməlidir. Bu zaman həqiqi, məcazi mənalar işlənməli və sözlərin semantikası, məna hüdudu göstərilməlidir. Habelə bir əşyanın müxtəlif adla deyilməsi də diqqət mərkəzində olmalıdır. Şivələr leksikası üzərindəki müşahidələr zamanı sözlərin sinonimliyi də maraq doğurur. Bu zaman sözlərdə cüzi məna fərqi, habelə üslubi fərqlə işlənmə də nəzərə alınmalıdır. Dialektoloji təcrübəyə hazırlıq dövründə universitet rəhbərliyi, dilçilik kafedrası və filologiya fakültəsinin rəhbərliyi də bir çox işlər görür. Hər bir qrup maddi və maliyyə cəhətdən təchiz edilir. Təcrübəçilərin səmərəli işləməsi üçün onlara maqintofon, fotoaparat verilir. Təcrübə yerini müəyyənləşdirillər, qruplara rəhbər təyin edilir. Əsas iş qrup rəhbərinin üzərinə düşür. O həm təşkilatçı, həm metodist, elmi rəhbər, həm də tərbiyəçilik xüsusiyyətlərinə malik olmalıdır. Praktikanın rəhbəri təcrübəyə apardığı tələbələri yaxşı tanımalı, onların xüsusiyyətlərini, xarekterlərini, zəif və güclü cəhətlərini bilməlidir.

Qruplar obyektlərə paylananda yaxından uzağa prinsipinə riayət etməlidir. Yəni təcrübə əvvəl yaxın obyektlərdən başlamalı və sonrakı illər bu iş get-gedə öz dairəsini genişdirməlidir. Hər il təcrübə yeni obyektə keçilir ki, onların topladığı materiallar gələcək elmi tədqiqat işi üçün nə əhəmiyyətli olsun. Bunu da unutmaq olmaz ki, bütün pedaqoji instutlar bu işi əlaqələndirməlidir. Ona görə əlaqlələndirici mərkəz yaradılmalı və bütün dialektoloji təcrübələrin yeri buradan idarə olunmalıdır. Sistemi və planlı aparılan belə təcrübələr bir illik və ya müvəqqəti, keçici deyil, bu uzun illərə aid çox faydalı bir işdir. Tələbələr təcrübəyə yola düşməzdən bir gün əvvəl onlarla məsləhət yığıncağı keçirilməlidir. Burada kimin özü ilə nə götürəcəyi müəyyənləşdirilməlidir. Təcrübəçi ona daha vacib əşyaları götürməlidir. Buraya ümumi dəftər, karandaş,qab-qacaq, yatacaq, geyim şeyləri daxildir. Hətta qrup üçün apteçka da götürülməlidir. Əgər təcrübə uzaqda keçəcəksə, onda əvvəlcədən oraya bir nəfər nümayəndə göndərilir ki, o həmin yerdə bir çox hazırlıq işləri görsün. Təcrübə yerinə əvvəlcədən göndərilmiş şəxs birinci olaraq partiya komitəsinin təbliğat və təşviqat şöbəsilə, sonra mədəniyyət şöbəsilə, habelə maarif şöbəsi və kommunal təsərrüfatı idarələri ilə əlaqə yaratmalı və bir çox təşkilatı işlər görməlidir. Hətta burada yerli qəzetin əməkdaşları ilə də görüşməlidir. Bu zaman hər bir təşkilatla əlaqədar məsələlər razılaşdırılmalıdır. Dialektoloji təcrübə keçiləcək yerin seçilməsi və müəyyənləşdirilməsi də işin keyfiyyətli aparılmasına ciddi təsir edən amillərdəndir.




Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə