Tədris-istehsalat təcrübəsinin keçirilməsinə dair mövzular I həFTƏ I mövzu. TƏLƏBƏLƏRƏ TƏDRİS-İstehsalat təCRÜBƏSİNİn aparilmasi və onun məQSƏDİ haqqinda məlumat verməK. DİAlektoloji TƏCRÜBƏNİn keçİRİLMƏSİNİn məQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 43,64 Kb.
səhifə2/15
tarix03.03.2022
ölçüsü43,64 Kb.
#84309
1   2   3   4   5   6   7   8   9   ...   15
Praktika Mövzuları

Tədris-təcrübi məqsəd. Tələbələr təcrübə zamanı bir fənn kimi, bir elm sahəsi kimi azərbaycan dialektologiyası üzrə biliyini genişləndirir, dərinləşdirir, dilimizin məhəlli müxtəlifliyini əyani olaraq duyur və özü onun ədəbi dildən ayrılan cəhətlərini fərqləndirməyə səy edir.

  • Elmi-tədqiqat məqsədi. Bu təcrübə zamanı biliyini praktikada yoxlayan tələbələr müşahidə və qeydləri əsasında ümumiləşdirmək, seçmək, ayırmaq vərdişləri qazanır, ilkin elmi tutuşdurmalar aparır.

  • Peşə və pedaqoji hazırlıq məqsədi. Bütün bu dialektoloji işlər tələbələri dil faktlarına öz gələcək ixtisasları baxımından qiymət verməyə hazırlayır. Onların qarşısında belə bir pedaqoji vəzifə qoyur ki, kənd məktəblərində o, belə faktlarla qarşılaşacaqdır. Ona görə tələbə indidən şivə xüsusiyyətlərini xarakterinə görə qruplaşdırmağa alışmalı, gələcəkdə şivəçiliyin ədəbi dili, onun normalarını öyrətməkdə nə kimi çətinliklər törədəcəyini hiss edib onların aradan qaldırılmasına hazırlaşmalıdır. Axı hər bir müəllim, xüsusən dil-ədəbiyyat müəllimi işlədiyi məktəbdə şagirdlərin nitqindəki şivəçiliyi aradan qaldırmaq üçün xüsusi işlər görməlidir. O şagirdlərin nitqində olan şivə xüsusiyyətlərini müşahidə etdikcə qeydlər aparıb onları asan və çətin dərəcələrinə görə qruplara ayırmalı, sonra isə həmin məhəlli xüsusiyyətləri şagirdlərin nitqindən yox etmək üçün bir çox metodiki priyomlardan istifadə etməlidir. Nəticədə ədəbi dilə yiyələnmək yolunda bir maneə olan şivəçiliyi şagirdlərin nitqindən yox etməyə çalışmalıdır.

    Dialektologiyadan çöl təcrübəsi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, ədəbi dildə şivələrin oxşar və ayrılma nöqtələrini dərindən başa düşməsinə, onların ixtisas biliyinin dərinləşməsinə, habelə gələcəkdə dialektoloq kadrların hazırlanmasına kömək edəcək işdir. Bu təcrübə zamanı həm də tələbələr dilin qədim dövrlərinə aid dil faktlarının şivələrdə yaşadığını müşahidə edir, bu canlı tarixi mənbəyin bir çox əlamətdar cəhətlərinin şahidi olurlar. Ona görə də bu təcrübəyə təlimin bir növü kimi yanaşılmalıdır.

    Azərbaycan dili şivələri ədəbi dildən bir çox fərqli xüsusiyyətlərə malikdir. Ona görə də o, məhəlli fərqlərin ümumi və oxşarlığı əsasında, coğrafi prinsip üzrə 4 qrupa ayrılır: Şimal, cənub, şərq və qərb şivələr qrupu. Belə coğrafi cəhətlərə görə bölgü, şübhəsiz nisbi və şərtidir. Çünki şivələrin sərhəddini inzibati və ya coğrafi bölgü əsasında aparmaq o qədər də elmi deyildir. Şivələrin yayılma coğrafiyası, onların onların bölgüsü yalnız faktlar, əsasında ayrıcı dialektoloji xəritə ilə sərhədlənə bilər. Bax buna görə Azərbaycan dili şivələrinin indiki bölgüsü nisbi, təxmini və ümumi bölgü hesab edilir. Odur ki, hələlik bütün obyektlər- rayon və kəndlər tam öyrənilib qurtarmayınca dialektoloji xəritə və ya bölgü natamam ola bilər. Ümumi bölgü əsasında getməklə bərabər onu da qeyd edək ki, şivə qruplarının birində o birinin və əksinə xüsusiyyətlərin olması da təbii haldır. Məs. Şimal qrupu şivələrində qərb qrupu şivələrinin bəzi xüsusiyyətləri olduğu kimi, həm də cənub qrupu şivələrinin də bəzi əlamətləri vardır. Hətta bu şivə qruplarının kəsişmə sərhəddində olan və “keşid şivələri” adlanan bölgü də nisbidir. Bunları bir növ qarışıq şivələr adlandırmaq olar. Çünki şivələr qrupunun sərhədləri bu ərazidə qarışır, qovuşur. Ona görə də belə şivələrdə şivə xüsusiyyətləri qarışıq olur. Bu növ qarışmada yeni keyfiyyətlərin yaranmasına və şivələrin ədəbi dildə sürətlə yaxınlaşmasına təkan verir.




    Yüklə 43,64 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə