Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Şuşa -  Pənahabad realni m əktəbi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Şuşa -  Pənahabad realni m əktəbi

ŞUŞA -  ALINMAZ QALA

XVIII 


əsrin  ikinci yarısı  Şuşa şəhəri tarixinin ən şanlı  səhifələrindəndir.  Bu 

dövrdə  şəhər aramsız hücumlara məruz qalsa da,  düşmən qarşısında baş əymə- 

miş,  özünün  alınmaz qala  olduğunu  dəfələrlə  sübut etmişdi.  M əhəmmədhəsən 

xan Qacar, Fətəli xan Əfşar və Ağa M əhəmm əd xan Qacar kimi m əşhur sərkər- 

dələr də qəhrəman  Şuşa qalasmı ala bilməmişdilər.  Pənahəli  xanın və  İbrahim- 

xəlil  xanın  mahir azərbaycanlı  ustalarının  əli  ilə yaratdıqları  müdafıə  qurğuları 

düşmən hücumlarının d ə f edilməsində  mühüm  rol oynamışdı.

Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtına çevrildiyi  XVIII əsrin  50-ci  il- 

lərində  İranda  və  Cənubi  Azərbaycanda  hakimiyyət  uğrunda  ara  miiharibələri 

özünün ən yüksək həddinə çatmışdı. Azərbaycan-Qacarlar sülaləsinin nümayən- 

dəsi  M əhəmmədhəsən  xan  əsas  rəqibləri  olan  Fətəli  xan  Əfşar və  Kərim  xan 

Zənd üzərində müvəqqəti  üstünlük qazandı  və  Azərbaycanın  şimal  torpaqlarım 

da ələ keçirmək qərarına gəldi.  Əsas hücum hədəfı  kimi getdikcə güclənən Qa- 

rabağ  xanlığı  seçildi.  M əhəm m ədhəsən  xan  yürüşün  uğurla  nəticələnməsini 

təmin  etmək  m əqsədilə  Azərbaycanm   digər  xanlarını  da  Qarabağ  üzərinə 

hücuma  cəlb  etməyə  cəhd  göstərdi.  Lakin  M əhəm m ədhəsən  xamn  təklifı  ilə 

ancaq Qaradağ hakimi  Kazım xan və Gəncə hakimi  Şahverdi  xan Ziyadoğlu ra- 

zılaşdı.  Digər Azərbaycan  xanları  onun  tələbi  ilə  Muğana hərbi  dəstə göndərə- 

cəklərinə vəd versələr də,  buna əm əl  etm ədilər.58

M əhəm m ədhəsən  xan  1757-ci  ilin  avqustunda  30  minlik  ordu  ilə  Şuşaya 

hücuma başladı. Qacar ordusunun əsasını Astrabad,  Mazandaran və Gilandan top- 

lanmış döyüşçülər təşkil edirdi.  Düşmən ordusu Xatın arxı  deyilən yerdə düşərgə 

salaraq  Şuşanı  mühasirəyə  aldı.  Bir  aydan  artıq  davam  edən  mühasirə  zamanı 

Qacar ordusunun Şuşanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər uğursuzluqla 

nəticələndi. Mirzə Adıgözəl bəy yazır ki, Şuşanın qəhrəman müdafiəçiləri düşmən 

əsgərlərini qırır, «azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını




Yaqub Mahmudov



Carnal Mustafayev

qarət edib apanrdılar».59 Böyük itki verən və ac- 

lığa davam gətirməyən düşmən ordusunda döyüş 

intizamı  pozuldu.  N əticədə  M əhəm m ədhəsən 

xan Qacar Şuşa qalasım ələ keçirə bilmədi və çox 

böyük itkilər verərək geri döndü.

M əhəm m ədhəsən  xan  Qacarın  məğlubiy- 

yətindən  az  sonra  Şuşa  daha  bir hücuma  -  Ur- 

miya  hakimi  Fətəli  xan  Əfşarın  hücumuna 

məruz  qaldı.  Faktiki  olaraq  Qaradağ,  Marağa, 

Urmiya  və  Təbriz  xanlıqlarınm  hakiminə  çev- 

rilmiş  Fətəli  xan  1760-cı  ildə  Azərbaycanm 

şimal  xanlıqlarmı  da  ələ  keçirmək  qərarma 

gəlmişdi.  O,  ilk  növbədə,  Cənubi  Qafqazın 

açan  hesab  edilən  Qarabağ  xanlığmı  tabe  et- 

məyə cəhd göstərdi.

A.  Bakıxanov yazır ki, Nadir şahın əsas məmurlarmdan olmuş və İran taxtmı 

ələ keçirməyə çalışan Fətəli xan Əfşar Cənubi Azərbaycanı ələ keçirdi və öz or- 

dusu  ilə Qarabağa gəldi.60

Fətəli  xan Əfşarın bu hücumu haqqında məlumat verən  Mirzə Camal yazır: 

«Urmiya hakimi əvvəllər Pənah xanın yamna mahir elçilər göndərib, onu itaətə 

və  ittifaqa dəvət etdi.  Lakin  Pənah xan belə sərdarlara itaət etməyi  haqlı olaraq 

özü üçün əskiklik və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı».61  Pənahəli 

xandan  rədd  cavabı  alan  Fətəli  xan  30  min  nəfərlik  ordu  ilə  Qarabağa  yürüşə 

başladı.  Lakin onun  Şuşanı  qəfil  hücumla ələ  keçirmək planı  baş  tutmadı.  Belə 

olduqda  o,  Şuşanı  mühasirəyə  alaraq  şəhərin  müdafiəçilərini  aclıqla  taqətdən 

salıb öz məqsədinə çatmağa cəhd göstərdi.  Əhməd bəy Cavanşir yazır ki, Fətəli 

xan  Əfşar Pənahəli  xandan narazı  olan bir çox  yerli  hakimləri  və  qonşu xanları 

öz ətrafına toplayaraq,  Şuşanın  17  verstliyində  olan Xocalı  kəndində  möhkəm- 

ləndi.  Beləliklə,  müharibə partizan  müharibəsi  xarakteri  aldı.  Qara  Murtuz bəy 

və  Pənahəli  xanın  başqa silahdaşlan  bu yerlərə  bələd  olmayan düşmən  qüvvə- 

lərini  müvəffəqiyyətlə  tələyə  salaraq qınrdılar.62  Şuşanın  altı  aya  qədər davam 

etmiş  mühasirəsi  zamanı  Fətəli  xanın ordusu  ciddi  itkilərə məruz  qaldı.  Şəhəri 

ələ keçirmək üçün təşkil  edilmiş sonuncu  hücum əməliyyatı  xüsusilə ağır oldu. 

Mirzə Camalın verdiyi məlumatdan aydm olur ki, bu hücum zamanı Urmiya xanı, 

ölənlər və əsir düşənlərlə birlikdə 2 min nəfər əsgər itirmişdi.63



İbrahim xəlil xan  Cavanşir

Rəssamı Rizvan

44

k

Ş U Ş A - P Ə N A H A B A D

Ağa  M əhəm m əd şah  Qacar

Şuşa  şəhərini  döyüşlə  ələ  keçirməyin 

mümkün olmadığmı başa düşən Fətəli  xan hiy- 

ləyə əl atdı. O, öz qızını Pənahəli xanın oğlu İb- 

rahimxəlil  ağaya  ərə  vermək  və  bununla  da 

guya  düşmənçiliyə  son  qoymaq  istədiyini  bil- 

dirdi.  Uzun  sürən döyüşlər zamanı  xeyli  qüvvə 

itirmiş və zəifləmiş Qarabağ xam təklifin hiylə 

olduğunu başa düşsə də,  buna razılıq verdi.  Fə- 

təli  xanın  düşərgəsinə  gələn  İbrahimxəlil  ağa 

həbs edildi və Urmiyaya aparıldı. A.Bakıxanova 

istinad edən V.N.Leviatov yazır:  «Urmiya xanı- 

nın  ordusunun  məğlub  edilməsi  haqqında  mə- 

lumat olsa da, bağlanmış sülhə görə, Pənah xan 

oğlu  İbrahimi  Fətəli  xanın  qızına  evlənm ək 

üçün  onun  düşərgəsinə  göndərməli  oldu.  Lakin  Fətəli  xan  İbrahimi  əsir 

götürdüw.64 Bununla belə, Fətəli xan Əfşar əsas məqsədinə nail olmadı.  Şuşa qa- 

lasım ələ keçirə bilmədi.

Şuşa  qalası  XVIII  əsrin  90-cı  illərində  daha  güclü  hücumlara  məruz  qaldı. 

Bu  dövrdə  Azərbaycan  türklərinin  Qacarlar  tayfasından  olan  Ağa  M əhəmməd 

xan hakimiyyət uğrunda mübarizədə əsas rəqibləri üzərində qələbə çalaraq İranı 

və Cənubi Azərbaycanı öz nəzarəti altına ala bildi.  O, bundan sonra əsas diqqəti 

Cənubi  Qafqazın,  o  cüm lədən  Qarabağ  xanlığının  tabe  edilm əsinə  yönəltdi. 

Azərbaycan  xanları  isə  öz  müstəqilliklərini  qoruyub  saxlamaq  üçün  yollar 

axtarırdılar. Cənubi Qafqaz hakimləri, o cümlədən Azərbaycan xanları çox güclü 

rəqib  olan  Ağa  M əhəm m əd  xanın  gözlənilən  hücumu  qarşısında  birləşm əyə 

cəhd  göstərirdilər.  Bu  işdə  Qarabağ  xanı  İbrahimxəlil  xan  daha  fəal  rol  oy- 

nayırdı.  Onun  xahişi  ilə  Car-Balakən  hakimi  Ö m ər (Ümmə)  xan  öz  ordusunun 

bir  hissəsini  Şuşaya  göndərmişdi.  A zərbaycanın  İrəvan,  Lənkəran,  Xoy  və 

Urmiya xanları  da bu  m əsələdə  İbrahim  xanla  müttəfıq  idilər.65  Bundan  başqa, 

İbrahim xan  özünün keçmiş müttəfiqi  Kartli-Kaxetiya çan  II  İrakli  ilə də barış- 

mışdı.  Həmin dövrdə Azərbaycanda baş vermiş  hadisələrin şahidi  olmuş Mirzə 

Camal yazırdı:  «Tiflis valisi  İrakli  xan,  İrəvan  hakimi  M əhəmməd xan və Talış 

hakimi Mir Mustafa xan Ağa M əhəm m əd şahın itaətini qəbul etməyəcəkləri və 

bir-birinə  kömək  edib,  müttəfıq  olacaqları  haqqında  İbrahim  xana  and  içmiş- 

dilər».66




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə