Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

Şuşa şəhərində tikinti  işlərinin ikinci mərhələsi  İbrahimxəlil xanın hakimiy- 

yəti  illərini  əhatə  edir.  Onu da göstərmək  lazımdır ki,  Pənahəli  xanın  dövrü  ilə 

müqayisədə bu dövrdə Qarabağ xanlığında vəziyyət xeyli sabitləşmişdi.  Belə ki, 

bir tərəfdən Qarabağ xanlannın hakimiyyətinə  qarşı  çıxan  xristian-alban məlik- 

lərinin  müqaviməti  qırılaraq  asılı  vəziyyətə  salınmış,  digər  tərəfdən  isə  şəkili 

Hacı  Çələbinin,  M əhəmm ədhəsən xan Qacann və  Fətəli  xan  Əfşarın  Qarabağa 

hücumları iflasa uğramışdı.  Bütün bunlardan sonra Qarabağ xanlığı uzun müddət 

xarici hücumlara məruz qalmamış, dinc quruculuq işləri üçün əlverişli imkan ya- 

ranmışdı. Elə bunun nəticəsi idi ki, İbrahimxəlil xanın hakimiyyəti dövründə həm 

Şuşada,  həm  də  Qarabağ  xanlığının  digər yerlərində  inşa  edilmiş  müdafiə  qur- 

ğuları, saraylar, karvansaralar, məscidlər və digər ictimai binalar daha keyfıyyətli 

və daha möhtəşəm idilər. Bəzi məlumatlara görə bu dövrdə Şuşada apanlan tikinti 

işlərinə görkəmli dövlət xadimi və şair Molla Pənah  Vaqif rəhbərlik etmişdi.46

Şuşanın  sonralar  «Yuxarı  məhəllə»  adlandırılan  ikinci  m əhəlləsi  İbrahim- 

xəlil xanın hakimiyyəti dövründə salınmışdı.  Şəhərsalma üçün əlverişli olan bi- 

rinci  məhəllənin  yerindən  fərqli  olaraq,  ikinci  m əhəllənin  salındığı  ərazi  bu  iş 

üçün  o  qədər də  yararlı  deyildi.  Dağ yamacında yerləşən bu  ərazi  sıx meşə  ilə 

örtülü  olduğundan  onu  yaşayış  evlərinin  tikilməsi  üçün  əlverişli  hala  salmaq

Əskəran  qalası

Yuxarı  G övhər ağa m əscidi



G övh ər ağa məscidinin  m in arələri

Ş U Ş A - P Ə N A H A B A D

lazım  gəlmişdi.  Daha  doğrusu,  tələbat 

yarandıqca ərazi  meşələrdən təmizlənir 

və  onun  yerində  m əhəllələr  salımrdı.

Təxminən,  1763— 1806-cı  illər  ərzində 

Şuşada  8  yeni  kiçik  m əhəllə  salındı.

Həmin m əhəllələr aşağıdakılar idi: Xan- 

lıq,  Saatlı,  Köçərli,  Mamayı,  Xoca 

Mərcanlı, 

Dəmirçi, 

Hamamqabağı,

Təzə.47


Şəhərin dağlıq ərazidə salınmış «Qa- 

zançalı» adlanan üçüncü böyük məhəllə- 

sinin  tikintisi  1806-cı  ildə  Qarabağ 

xanlığı Rusiya tərəfındən işğal edildikdən 

sonra  başlanmış  və  bütün  XIX  əsr  ər- 

zində davam etmişdi. On  iki kiçik məhəl- 

lədən  ibarət olan bu m əhəllə  Şuşanın ən 

çox  əhali  yaşayan  m əhəlləsi  olmuşdur.

Şəhərin  bu  hissəsində  Çiləbörd,  Dərə,

Bağlar və  digər  kiçik  m əhəllələr yerlə- 

şirdi.48

Orta əsrlərdə,  hətta  kifayət qədər möhkəm  müdafıə qurğularına  malik  olan 

böyük  yaşayış  m əntəqələrinin  ətrafında,  daha  çox  isə  bu  m əntəqələrə  gedən 

strateji əhəmiyyətli  yollar üzərində də  qalaçalar və  keşikçi  qüllələri  kimi  əlavə 

qurğular inşa edilirdi.  Bu qurğularda yerləşdirilən keşikçi dəstələri düşmənin  ilk 

zərbəsini  öz üzərinə götürür və  eyni  zamanda  şəhər əhalisini  hücum  təhlükəsi 

haqqında  xəbərdar  edirdi.  Qarabağ  xanlığında  Qarqarçayın  hər  iki  sahilindəki 

Əskəran qalaları  da,  ilk  növbədə,  Şuşanın  təhlükəsizliyini  təmin etmək  məqsə- 

dilə tikdirilmişdi.

Qarabağ  tarixçilərindən  Baharlı49  Əskəran  qalalarınm  tikintisini  Pənahəli 

xanın,  Əhməd  bəy  Cavanşir50  Mehrəli  bəyin,  Mirzə  Camal  Qarabaği51  və  Mir 

Mehdi  Xəzani52  isə  İbrahimxəlil  xanın  adı  ilə bağlayırlar.  Qeyd  etmək  lazımdır 

ki, adları çəkilən müəlliflərdən ancaq  Mirzə Camal Əskəran qalalarınm tikildiyi 

tarixi  dəqiq  göstərir  və  bu  hadisəni  1788/89-cu  ilə  aid  edir.53  Onu  da  nəzərə 

almaq  lazımdır ki,  bu qalaların  adı  nə  Pənahəli  xanın,  nə də  Mehrəli  bəyin  ha- 

kimiyyətləri  dövründə  baş  vermiş  heç  bir  hadisə  ilə  əlaqədar  çəkilmir.  Çox



İsa  bulağı


Yaqııb Mahmudov,  Camal Mustafayev

güman  ki,  Pənahəli  xan  bu  cür  qalaların  tikintisinin  zəruriliyini  başa  düşürdü. 

Lakin bu planı həyata keçirməyə onun vaxtı və imkanı çatmamışdı.  Bu ehtimahn 

həqiqətə  uyğunluğunu  Mir  Mehdi  Xəzani  də  təsdiq  edir:  «İbrahim  xam n  bir 

ümdə  əsəri  dəxi  Əskəran  dağının iki  qalasıdır.  Çünki  Şirvan,  Şəki  və  Dağıstan 

xalqı Pənah xan ilə düşmən idilər. Ehtiyatən vəsiyyət elədi ki,  İbrahimxəlil xan 

bu iki dağın arasında iki qala təmir edə».54

Digər tərəfdən nəzərə almaq lazımdır ki, adları çəkilən m üəlliflərdən ancaq 

Mirzə Camal XVIII əsrin sonlarında Qarabağ xanlığmda baş vermiş hadisələrin 

canlı şahidi olmuş və  1797-ci ildə M.P.Vaqifin öldürülməsindən sonra İbrahim - 

xəlil  xanın vəziri təyin edilmişdi.  Bütün bunlar Mirzə  Camalm Əskəran  qalala- 

rının  İbrahimxəlil  xanın  dövründə  tikilməsi  fıkrinin  həqiqətə  daha  uyğun

olduğunu göstərir.

Pənahəli xanın  başdaşı

Şuşa şəhərindən 25 km  aralıda, Qar- 

qarçayın  h ər iki  sahilində  tikilən  Əskə- 

ran qalaları, h ər şeydən ə w ə l, düşmənin 

Şuşaya  düzənlikdən  baş  verə  biləcək 

hücumlarmın  qarşısını  almaq  üçün  nə- 

zərdə  tutulmuşdu.  Qalaların  çayın  sağ 

sahilində yerləşən hissəsi uzunluğu  250 

metrə  çatan  ikiqat  divardan  ibarət  idi. 

Çay daşı  ilə  hörülmüş qala divarınm eni

2,  hündürlüyü  isə bəzi  yerlərdə 9  m etrə 

çatırdı.55  Əskəran  qalaları  çox  əlverişli 

mövqeyə  malik  idilər.  Belə  ki,  Q arqar- 

çayın  sahilləri  çox  hündür  və  sıldırımlı 

olduğundan  düşmən  bu  qalaları  ə lə   ke- 

çirmədən  Şuşaya  doğru  irəliləyə  bil- 

məzdi. Çayın hövzəsi ilə hərəkət etm ək 

məcburiyyətində qalan düşmənin yolunu 

isə  burada  tikilmiş  iki  bürc  kəsirdi.56 

Mirzə Camal yazırdı: «Müharibə zamanı 

bu  qalalarda  azacıq  piyada  qoşun  olsa, 

düşmən oradan keçib Şuşa qalasına gedə 

bilməz».57

40

İbrahimxəlil xam n qızı,  A zərbaycan şairəsi Ağabəyim  ağanm  (1 7 8 1 -1 8 3 1 )  qəsri



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə