Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   ...   26

Azərbaycaıt Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına 

Tarix lnstitutu Elmi Şurasımn qərart ilə çap olunur

Layihənin rəhbəri:



Yaqub Mahmudov,

AMEA-mn müxbir üzvü,

Əməkdar elm xadimi

Naşiri:


Bəhruz Axundov,

Azərbaycan  Yazıçılar Birliyinin üzvü,  dosent

Məsləhətçilər:



Bayram Səfərov,

«Azərbaycan Respublikast Dağltq Qarabağ Bölgəsinin 

Azərbaycanlı icmast» lctimai Birliyi idarə heyətinin  sədri, 

Şuşa Rayon İcra Hakinıiyyətinin başçtst 

Zahid Abbasov,

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 

Şuşa Rayon Mədəniyyət

 və 


Turizm şöbəsinin nıüdiri

Yaqub  Mahmudov, Camal  Mustafayev 

M31  Şuşa -  Pənahabad.  Bakı, «Təhsil»,  2012,  152 səh.

İyirmi  il  bundan  qabaq  Ermənistan  silahlı  qüvvələrinin  işğalına 

m əruz  qalmış  Şuşa  Azərbaycan  xalqının  ən  qədim  yaşayış  m əskənlə- 

rindən biri, nadir memarlıq  nümunəsi olan şəhər-qalası,  Qarabağın tacı, 

m əd ən iyyət  beşiyidir.  Pənahəli  xan  Cavanşirin  əsasını  qoyduğu  bu 

şəhər-qala adı,  şöhrəti  ölkəm izin  hüdudlarını  aşmış  qəhrəmanlar,  sər- 

kərdələr,  ədiblər,  şairlər,  bəstəkarlar,  xanəndələr yetirmişdir.

Kitabda  Şuşanın  tarixi  keçm işi,  unikal  tarixi  memarlıq  abidələri, 

görkəmli  şəxsiyyətləri haqqında məlumatla yanaşı,  şəhərin erməni van- 

dallarının  işğalından əvvəlki  v ə  işğaldan  sonrakı  m ənzərəsini  əks etdi- 

rən  fotosənədlər də  öz əksini  tapmışdır.

..4 7 0 2 0 6 0 2 0 4

-----053------  012 



® «Təhsi,»’ 2012

ÖN SÖZ

ŞUŞA-PƏNAHABAD: 

Qarabağın sinəsində Azərbaycan  möcüzəsi

Şuşa  Azərbaycamn  qədim  tarixə  malik  olan  şəhər 

mədəniyyətinin  nadir və təkrarsız incilərindən biridir.

Azərbaycan xalqının yaradıcılıq dühasımn möcüzəsi 

olan Şuşa şəhəri zəngin və şanlı  tarixi keçmişə malikdir. 

Mənsub  olduğu xalqın  tarixi ənənələrinin simvolu  olan 

Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin  (e.ə.  ikinci 

minilliyin  II yartsı  -  birinci  minilliyin  əvvəlləri)  əhatə 

dairəsinə  daxil  olan  ən  qədim yaşayış yerlərindən  bi- 

rində yaranıb  və  daimi  insan  məskəninə  çevrilib.  Şuşa 

ətrafındakı  qədim yaşayış yerləri,  o  cümlədən  məşhur 

Ctdır düzündəki Şuşa mağarası  (Üçmtx dağında)  buyer- 

lərin Azərbaycan ərazisində ən qədim  insan düşərgələ- 

rindən biri  olduğunu sübut edir.

Şuşa Azərbaycan xalqı  üçün  son  dərəcə  müqəddəs, 

ziyarətgah qədər  əziz olan yurdyeridir.  Çünki  dünyamn 

bu füsunkar guşəsi bütün tarixi dövrlərdə Azərbaycamn 

cənnəti  olan  Qarabağın  sinəsində  ona  həyat  verən  bir 

ürək kimi  döyünmüş,  aranlt-yaylaqlı  bütün  Qarabağın 

mərkəzi  olmuşdur.

Düzənli-dağlı  Qarabağ  üçün,  bütün  Azərbaycan  el- 

lərindən  ötrü  uzun  tarixi  dövr ərzində  uca,  şiş  dağlar

9


Yaqub Mahmudov,  Camal Mustafayev

başında səfalı bir yaylaq yeri olan Şuşa el arasında, xal- 

qın  təfəkküründə və ədəbiyyatında Şişə kimi də məşhur 

olmuşdur.

XV III əsrin  ortalarına yaxın Azərbaycan  ərazisində 

müstəqil xanlıqlar dövrü  başlandıqda  qədim yu rd  yeri 

olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoydu.  Azər- 

baycamn görkəmli dövlət xadimi,  Qarabağ xanı Pənah- 

əlixan Cavanşir əsası 1750-ci illərin əw əlində qoyulmuş 

Şuşanı möhkəm qalaya çevirdi və Pənahabad adlandırdı. 

Qarabağ  xanlığının  paytaxtı  Pənahabada-Şuşaya 

köçürüldü.

1756-1823-cü illərdə Azərbaycanın qüdrətli xanlıq- 

larından biri olan  Qarabağ xanlığının paytaxtı olan Pə- 

nahabad-Şuşa  sürətlə  inkişaf etdi.  Şəhər hərbi-siyasi 

m ərkəz olmaqlayanaşı, Azərbaycanın ən mühüm sənət- 

karlıq,  ticarət və mədəniyyət mərkəzlərindən birinə çev- 

rildi.

XVIII yüzillikdə Azərbaycanm paytaxt şəhərlərindən 

biri olan Pənahabad-Şuşa tipik Azərbaycan şəhəri kimi 

form alaşm ış  və  1992-ci  ildə  erməni  vandalları  tərəfın- 

dən  işğal olunana  qədərki bütün  dövrlərdə  öz tarixi si- 

masını  olduğu  kimi  qoruyub  saxlamışdır.  Belə  ki, 

yarandığı  vaxtdan  etibarən Şuşanın-Pənahabadın  əha- 

lisi ancaq  azərbaycanlılar idi.  Və şəhərdəki  bütün  mə- 

həllələrin,  küçələrin,  tarixi  abidələrin,  imarətlərin, 

bulaqların adları bu şəhəri yaradan,  onun aborigen əha- 

lisi olan  azərbaycanlılara  məxsus  idi.  Şəhər  17 məhəl- 

lədən  ibarət  idi.  H ər  bir  məhəllənin  öz  məscidi,  öz 

bulağı,  öz təndiri və öz hamamı vardı.  Qarabağ xanlığı- 

nın paytaxt şəhərinə çevrilən Pənahabad -  Şuşa sürətlə 

böyüdü

 və 


genişləndi.

Pənahabad-Şuşa şəhərinin  üç qapısı  vardı.  Üçü  də 

qədim Azərbaycan  ellərinə açılırdı:  Gəncə  qapısı,  İrə- 

van qapısı, Ağoğlan qapısı.  Şəhərdəki bütün məhəllələrin

Ş U Ş A - P Ə N A H A B A D

adları  da  Azərbaycan xalqına  məxsus  idi:  Çuxur  mə- 

həllə,  Qurdlar məhəlləsi,  Culfalar məhəlləsi,  Seyidli mə- 

həlləsi,  Quyular  məhəlləsi,  Hacı  Yusifli  məhəlləsi, 

Merdinli  məhəlləsi,  Qazançalı  məhəlləsi,  Çölqala  mə- 

həlləsi, Xanlıq  (Ağadədəli)  məhəlləsi,  Saatlı məhəlləsi, 

Köçərli  məhəlləsi,  Mamayı  məhəlləsi,  Xoca  Mərcanlı 

məhəlləsi,  Dəmirçi  məhəlləsi,  Hamamqabağı  məhəllə, 

Təzə məhəllə və s.

Pənahabadın-Şuşanın  bir şəhər kimi etnik və tarixi- 

memarlıq mənzərəsini müəyyən edən bütün karvansara- 

lar  (Uğurlu  bəy  karvansarası,  Hacı  Əmiraslan  kar- 

vansarası,  Hacı Hüseyn  bəy karvansarası,  Hacı Abbas 

karvansarası,  Qatırçı Murad karvansarası,  Şeytan bazar 

karvansarası,  Xanlıq  Muxtar  karvansarası,  Mirsiyab 

oğlu  karvansarası  və  s.),  şəhərdə  olan  17  məscid,  o 

cümlədən  cümə  məscidləri  (İbrahimxəlil xan  məscidi, 

Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi), 

hamamlar  ( Əbdüsəməd bəy  hamamı,  Uğurlu  bəy  ha- 

mamı,  Qazı  Mirzəli  hamamı  və s.),  bulaqlar  (Xan  qızı 

bulağı,  Şor bulağı v ə s .),  qalalar  (Xəzinə qalası,  Əskə- 

ran qalaları),  məşhur saray və imarətlər  (Pənahəli xan 

sarayı,  Qaraböyük xanım sarayı,  Kərim bəy Mehmanda- 

rov imarəti,  Hacı  Məmmədov  imarəti,  İsgəndər Rüstə- 

mov  imarəti,  Səfıbəyov  imarəti,  Hacıqullar  imarəti, 

Zöhrabbəyovlar imarəti və s.) Azərbaycan xalqına məx- 

susdur və məhz onun  tarixi keçmişidir.

Şuşa Azərbaycan mədəniyyətinin ən mühüm  mərkəz- 

lərindən  biridir.  Azərbaycan  ədəbiyyatımn  inkişafında 

mühüm  rol  oynamış  Molla  Pənah  Vaqif,  Qasım  bəy 

Zakir,  Süleyman  Sani  Axundov,  Mir  Möhsün  Nəvvab, 

Xurşidbanu Natəvan,  Yusif Vəzir  Çəmənzəminli,  N ə c ə f 

bəy  Vəzirov,  Əbdürrəhim  bəy  Haqverdiyev

  və 


onlarla 

digər görkəmli mütəfəkkirlər Şuşa  ədəbi  mühitinin ye- 

tirmələridir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə