Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

Bununla belə, Qarabağ xanları -  istər Pənahəli xan,  istərsə də onun oğlu  İb- 

rahimxəlil  xan (1763-1806)  Şuşanı  hərbi  cəhətdən daha da möhkəmləndirmək 

üçün  təbii  müdafıə vasitələri  ilə kifayətlənməyərək bir sıra güclü müdafiə qur- 

ğuları  da  inşa etdirmişdilər.  Bu  qurğular içərisində  hər iki  xanın tikdirdiyi  qala 

divarları  mühüm əhəm iyyət kəsb edirdi.

Yuxanda qeyd edildiyi kimi, şəhərin təhlükəsizliyini təmin etmək üçün onun 

yalnız şimal tərəfində qala divarlan tikdirmək kifayət idi. Daimi hücum təhlükəsi 

Pənahəli  xanı bu  işi sürətlə görməyə məcbur etmişdi.  Görünür,  elə bunun  nəti- 

cəsi idi ki, tikintini tez başa çatdırmaq üçün xeyli işçi səfərbər olunmuşdu. Mirzə 

Yusif Qarabaği yazırdı:  «Bu işdə kənd əhli,  mahalların məlikləri,  ellərin başçı- 

ları...  bir  yerdə  çalışaraq  beş  arşın  hündürlüyündə,  iki  arşın  enində  bir  divar 

hördülər».25  Bununla  belə,  Şuşanın  ilk  qala  divarları  çox  sürətlə  və  qısa 

müddətdə tikildiyindən onun möhkəmliyinə  lazımi  diqqət vermək mümkün ol- 

mamışdı.  Çox güman ki, Pənahəli xanın əmri ilə tikilmiş bu divarlar tezliklə ya- 

rarsız  hala  düşərək  əhəm iyyətini  itirməyə  başlamışdı.  İbrahimxəlil  xanın



Şuşanın -  Pənahabadın  G ən cə qapısı

26

M

Ş U Ş A - P Ə N A H  A B  A D

hakimiyyəti dövründə Şuşanın ətrafina yeni qala divarlannın çəkilməsinə ehtiyac 

yaranması da, görünür, elə bunun nəticəsi idi.  Uzunluğu 2,5 km olan bu divarların 

tikintisi, Mirzə Camalın məlumatına görə,  1783/84-cü ildə başlanmış və üç il ər- 

zində başa çatdınlm ışdı.26

Şuşanın  İbrahimxəlil  xanın  dövründə  tikilmiş  qala divarları  Pənahəli  xanm 

dövründə  tikilmiş  divarlara  nisbətən  daha  möhkəm  idi.  Qarabağ  tarixçilərinin 

məlumatlarından  aydın  olur  ki,  İbrahimxəlil  xan  xanlığın  ərazisində  tikilmiş 

müdafiə qurğularının möhkəmliyinə xüsusi fikir vermiş və bu cür işləri yüksək- 

ixtisaslı  m ütəxəssislərə  həvalə etmişdi.  Mirzə  Adıgözəl bəy  bu  məsələni  qeyd 

edərək yazırdı:  «Hünərli  ustalar,  sənət  sahibi  və  iş bilən  memarlar  ban,  hasar, 

bürc və divar çəkdilər».27 Mirzə Adıgözəl bəyin bu fikrini daha da inkişaf etdirən 

M irzə Y usif Qarabaği  isə  yazırdı:  «Bu  divardan  nə top  gülləsi,  nə  də  başqa bir 

şey  keçməzdi.  Çünki divar daş və əhənglə bərkidilmişdi».28

Fransız  müəllifi  Jan  Gevrin  Ağa  M əhəmm əd  şah  Qacarın  həyat  və  fəaliy- 

yətinə həsr olunmuş «Xacə şah» adlı tarixi romanmda Şuşanın müdafiə qurğuları



Şuşa -  P ənahabad şəhərin də  P ən ahəli xanın  q əsri


Yaqub Mahnıudov,  Canıal Mustafayev

haqqında  çox  maraqlı  məlumat- 

lar  verilir.  M üəllif yazır:  «Ağa 

M əhəm m əd  xan  Qacarın  döv- 

ründə  Şuşa kiçik,  gözəl  şəhərdi, 

möhkəm  hasarının  hündürlüyü 

şəhərin bütün cəhətlərində bəra- 

bərdi,  hasann  elə  yerləri  var  idi 

ki, oradan mühacimlərin (hücum 

edənlərin  -  Y.M.,  C.M.)  başma 

daş,  qaynar su və  ya ərimiş  qur- 

ğuşun tökmək olurdu».29

Pənahəli  xamn  hakimiyyəti 

dövründə  Şuşanın  xarici  aləmlə 

əlaqəsini təmin etmək üçün dörd 

qala qapısı tikilmişdi.  Bu qapılar- 

dan  üçünün  -   G əncə,  Ağoğlan 

və İrəvan qapılarmm adlan bizim 

dövrümüzədək  gəlib  çatmışdır. 

Dördüncü  qapının  isə  nə  adım, 

nə  də  yerini  indiyədək  müəy- 

yənləşdirmək mümkün olmamış- 

dır.  Ola  bilsin  ki,  qala  divarları 

İbrahimxəlil  xan  tərəfindən  ye- 

nidən tikilərkən həmin qapı ləğv 

Saatlı  m əscidinin m inarəsi 

edilmişdi.

Qarabağ xanlığı  Rusiya tərəfindən işğal edildikdən sonra Yelizavetpol qapısı 

adlandırılan Gəncə qapısı Şuşa qalasınm şimalında yerləşirdi. Şuşanın əsas qapısı 

rolunu  oynayan  bu  qapımn  tikintisi  Pənahəli  xanm  dövrünə  aiddir.  Düşmən  or- 

dusunun hücumu zamanı onun şəhərə birbaşa yaxınlaşmasına yol verməmək üçün 

bir tərəfi Gəncə qapısına birləşdirilən müdafiə divarı tikilmişdi.  Keşikçilərin ya- 

şaması üçün tikilmiş bina isə şəhər tərəfdən Gəncə qapısmm kənarına söykənirdi.

İrəvan qapısı  şəhərin  qərb  hissəsində yerləşirdi  və buradan Xəlfəli  kəndinə 

də  yol  getdiyindən  həm in  qapı  bəzən  Xəlfəli  qapısı  da  adlandırılırdı.  Ənənəvi 

üslubda  — çatma  tağ  formasında  tikilmiş  bu  qapının  h ər  iki  tərəfində  döyüş 

bürcləri  yerləşirdi.



28

Ş U Ş A - P Ə N A H A B A D

Şəhərin şərq hissəsində yerləşən Ağoğlan qapısı həm də «Şuşakənd qapısı» 

və ya «Topxana qapısı»  kimi  tanınırdı.  Çox sadə üslubda tikilmiş bu qapı,  hətta 

bürclərlə də təchiz edilməmişdi.30

Tədqiqatlar göstərir ki,  Şuşanın bir şəhər kimi  yaşaması  üçün zəruri olan ti- 

kililərin  inşası  ilk  dövrlərdə  çox  qısa  müddət  ərzində,  sürətlə  və  hətta  tələsik 

aparılmışdı.  Belə  ki,  hər an  gözlənilən  dağıdıcı  hücumlar Pənahəli  xana imkan 

vermirdi  ki,  şəhərin tikintisində  ləngiməyə yol versin.  Görünür,  elə  bu tələsik- 

liyin  nəticəsi  idi  ki,  Pənahəli  xanın  dövründə  Şuşada  aparılan  tikinti  işlərinin 

keyfiyyətinə lazımi diqqət yetirmək mümkün olmamışdı.  İbrahimxəlil xanın ha- 

kimiyyəti illərində həm in tikintilərin əsaslı  şəkildə təmir edilməsi və yaxud ta- 

mamilə yenidən  inşa edilməsi 

bunu bir daha sübut edir.

Digər tərəfdən  Şuşa şəhə- 

rinin əsasmın Qarabağ xanlığı- 

nın çox ciddi hücumlara məruz 

qaldığı  bir  dövrdə  qoyulması 

və eyni zamanda əlverişli stra- 

teji  mövqeyə  malik  olması 

onun quruluşuna da ciddi  təsir 

göstərmişdi.

Məlumdur ki, orta əsrlərdə 

bütün  müsəlman  şərqində  ol- 

duğu  kimi,  Azərbaycanda  da 

şəhərlərin  əksəriyyəti  bir-bi- 

rindən qala divarları ilə ayrılan 

üç  hissədən -   İç  qala,  Şəhris- 

tan  və  Bayır  şəhərdən  ibarət 

olurdu.  Bunu  Dərbənd  və 

Gəncə  kimi  şəhərlərin  nümu- 

nəsində də aydın görmək olar.

XVIII 


əsrin  əvvəllərində 

Dərbənddə  olmuş  İ.Gerber 

yazırdı  ki,  onun  h ər  üç  hissə- 

sinin  ətrafına  ayrıca  qala  di-

varlan çəkilmişdi,11 Azərbaycan 



Pənahabadda Xan evi



29


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə