Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

müstəqilliyi  üçün  ciddi  təhlükə  yaradan  bu  ittifaqa  Hacı  Çələbi  xan  başçılıq 

edirdi.

Xristian  məliklərinin  fitnəsindən  vaxtında  xəbər tutan  Pənahəli  xan  qalaya 



hücumun  qarşısmı  almaq  üçün tədbirlər gördü.  N əticədə Hacı  Çələbi  xanın və 

onun  müttəfiqlərinin  Bayat  qalasını  ələ keçirmək cəhdi baş tutmadı.  Qalanı  bir 

aydan artıq mühasirədə saxlayan Hacı  Çələbi xan məqsədinə çatmayıb geri  çə- 

kildi.  Bununla  Qarabağ  xanımn  nüfüzu  daha  da  artdı.  Bunu  hətta  Hacı  Çələbi 

xanın  özü  də  etiraf etmiş  və  geri  çəkilərkən  demişdi:  «Pənah  xan  bu  vaxtacan 

bir sikkəsiz gümüş idi, biz gəldik,  ona sikkə vurduq və qayıtdıq».14  Bayat sava- 

şından sonra Pənahəli  xan xristian məliklərini də özündən asılı  vəziyyətə saldı.

Bayat  qalası  beş  il  ərzində  Qarabağ xanlığının paytaxtı  oldu.15  Geniş  tikinti 

və abadlıq işlərinin aparılmasına baxmayaraq, Bayat qalası paytaxt üçün o qədər 

də  əlverişli  mövqedə  deyildi.  Odur ki,  Pənahəli  xan  strateji  cəhətdən  daha  əl- 

verişli mövqeyə malik olan yeni paytaxt-qala tikdirmək qərarma gəldi.  Xanlığın 

yeni paytaxtı üçün Ağdamdan  10 km aralıda yerləşən  Şahbulaq adlı yerdə tikinti 

işlərinə başlanıldı.  Şahbulaq qalasınm tikintisi çox sürətlə aparıldı və  1751/52-ci 

ildə,  əsasən,  başa  çatdırıldı.  M irzə  Camal  Qarabaği  yazırdı:  «Şahbulağındakı



Şuşa -  P ən ah abad qalasının gümüş açarları

20

Ş U Ş A - P Ə N A H A B A D

böyük  çeşmə  yanında  qala  tikərək,  onun  ətrafında  yüksək  yerdə  geniş  hasar 

hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər».16  Şahbulaq qalası 

hazır olduqdan  sonra Pənahəli xanın əm rilə  Bayat qalası  uçurduldu.17

Lakin Şahbulaq qalası da cəmi üç-dörd il ərzində Qarabağ xanlığınm paytaxtı 

oldu.  Qarabağ xanlığının məruz qaldığı  aramsız hücumlar nəticəsində  Pənahəli 

xan daha etibarh, daha əlverişli və düşmən hücumu üçün əlçatmaz olan yeni bir 

paytaxt-qala  tikdirməyə  məcbur oldu.  Bunun  üçün  toplanmış  məşvərət  məcli- 

sində  Pənahəli  xan  əyanlara  müraciətlə  demişdi:  «Biz  gərək  dağların  içində, 

möhkəm  və  keçilməz yerdə  elə  bir əbədi  və  sarsılmaz qala  tikək ki,  onu  güclü 

düşmən  belə  mühasirə  edə  bilməsin.  Qalanın  bir  tərəfı  dağlarda  olan  ellərin 

üzünə daim açıq olmalı  və mahallarla rabitəmiz,  əlaqəmiz bir an belə  kəsilmə- 

məlidir».18 Azərbaycanın dəniz səviyyəsindən  1300-1600  m  hündürlükdə olan 

qədim   yaşayış  məskəni  Şu- 

şanın  yerləşdiyi  əlçatmaz 

dağ  yaylası  bütün  bu  tələb- 

lərə cavab verirdi.

« Q a ra b a ğ n a m ə lə r» d ə  

Pənahəli  xanın  yeni  şəhər- 

qalanın salınması üçün çağır- 

dığı  məşvərət  məclisinin 

tarixi  göstərilmir.  Çox  gü- 

man ki,  bu hadisə  xanın  iqa- 

mətgahınm Bayat qalasından 

Şahbulaq  qalasına  köçürül- 

düyü  vaxt,  daha  doğrusu,

1750-ci illərin əvvəlində baş 

vermişdi. Görünür,  Şahbulaq 

qalasının təhlükəsizlik baxı- 

mından  xeyli  z əif olduğunu 

tez başa düşən Qarabağ xanı 

daha  etibarlı  qala  tikdirmək 

m əqsədilə  göstərilən  məş- 

vərət  məclisini  çağırmış  və 

elə  həmin  vaxt  da  Pənaha-

bad -  Şuşa qalasının  salınması 



Şuşaya -  Pənahabada gedən  y o l

21


Yaqub Mahmudov,  Camal Mustafayev

barədə  əmr  vermişdi.*  B elə- 

liklə,  azərbaycanlıların  q əd im  

yaşayış  m əskəni  olan  Ş uşa 

ərazisində  Qarabağ  xanlarının 

yeni  iqamətgahının  tikintisinə 

başlanıldı.  Yeni  şəh ər-q ala 

mövcud  olduğu  ilk  illərdə  öz 

banisinin  adı  ilə  Pənahabad, 

sonralar isə bu yerin qədim adı 

ilə  Şuşa  adlandırıldı  və  Q ara- 

bağ  xanlığınm  daimi  paytax- 

tına çevrildi.

Şəhərin  adının  etim oloji 

mənasımn  Azərbaycan  türk  

dilinə  mənsub  olması  heç  b ir 

şübhə  doğurmur.  Bu  ad  şə h ə - 

rin  salındığı  relyefə  uyğun 

olub  qədim türk  dilində  «yay- 

la»,  «piramida»,  «şiş  qaya» 

mənasım daşıyır.  Təsadüfi  de- 

yildir  ki,  bu  şəhər  xalq 

arasmda və bir sıra ədəbi əsər- 

lərdə  «Şişə»  kimi  də  m əşhur-



Şuşanın -  Pənahabadın  qala divarları 

^Ur‘

Beləliklə, ilk mənbələr təs-

diq  edir  ki,  Azərbaycanm  qədim  yaşayış  məskənlərindən  biri  olan  Şuşa  (Şişə)

ərazisində  -   m əşhur  yaylaq  yerində  müasir  Şuşa  şəhər-qalasmı  Azərbaycan

hökmdarı  Pənahəli  xan  Cavanşir  saldırmışdır.  1756-cı  ildə  Qarabağ  xanlığının

paytaxtı  Pənahabada -  Şuşaya  köçürüldü.

Şuşa XVIII əsrin sonlarında artıq Azərbaycanın iri şəhərlərindən biri idi.  Şə-

hərin  belə  sürətlə  böyüməsi,  ilk  növbədə,  onun  çox  əlverişli  strateji  mövqeyə

malik olması  ilə bağlı  idi.  Təxminən,  3-4 kvadrat verst ərazini əhatə edən Şuşa

üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdu.  Şəhərə yalnız dördüncü tərəfdən



* Pənahabad -  Şuşa qalasımn salınması haqqmda, həmçinin bax: Mirzə Adıgözəl bəy'9, Mirzə Camal20, 

Əhməd bəy Cavanşir2',  «Qafqaz» qəzetinin  185022 və  187123-ci il sayları.

22

Daşaltı  çayı


Q ızıl qaya

Ş U Ş A - P Ə N A H A B A D

-  

şimal-şərqdən keçən dar və çox dolanbac cığırla qalxmaq mümkün  idi.  Heç də 

təsadüfı deyil ki, bəzi müəlliflər bu cığırı qədim Yunanıstandakı Fermopil keçidi 

ilə müqayisə edir və göstərirdilər ki, burada mövqe tutmuş bir neçə adam böyük 

bir ordunun qabağını  saxlaya bilər.24

XVIII 


əsrin  sonu -   XIX  əsrin  əvvəllərində  Şuşada  olmuş  bütün  müəlliflər 

onun strateji  mövqeyindən  və təbii  mənzərəsindən çox böyük  heyranlıqla bəhs 

edirlər.25  Şəhərin  salındığı  ərazinin  relyefı  onun  möhkəm  müdafıə  qalası  kimi 

inşa olunmasına və memarlığına da çox güclü təsir göstərmişdi.

Şuşa  şəhərinin  salınması  üçün nəzərdə  tutulan  ərazi  yalnız  hərbi-strateji  ba- 

xımdan deyil, iqtisadi cəhətdən də əlverişli idi. İri hakimlərin bir-biri ilə apardıqlan 

ara müharibələrinin fasiləsiz davam etdiyi bir şəraitdə istənilən yaşayış məntəqəsi 

üçün qala divarları  həyati əhəmiyyətə malik idi.  Lakin o zaman qala divarlarının 

tikintisi olduqca böyük vəsait tələb edirdi.  Şuşanın salındığı ərazi  üç tərəfdən sıl- 

d ın m   qayalarla  əhatə  olunduğundan  onun  bu  hissələrinə  qala divarlannın  çəkil- 

m əsinə ehtiyac qalmırdı.  Bu da Pənahəli xanı əlavə xərclərdən azad edirdi.

Şuşa -  Pənahabad qalasından  b ir görünüş

25



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə