Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Züljuqar H acıbəyli 

(1 8 8 4 -1 9 5 0 )

Üzeyir  H acıbəyli 

(18 8 5 -1 9 4 8 )

N iyazi 

(1 9 1 2 -1 9 8 4 )

Soltan H acıbəyli 

Fikrət Əmirov 

Süleyman  Ə ləsg əro v

(1 9 19-1974) 

(1 9 2 2 -1 9 8 4 ) 

(1 9 2 4 -2 0 0 0 )

Zakir Bağırov 

ƏşrəfAbbasov

L ə tif  K ərim ov

(1 9 1 6 -1 9 9 6 ) 

(1 9 2 0 -1 9 9 2 ) 

(1 9 0 6 -1 9 9 1 )

S adıqcan

( 1 8 4 6 -1 9 0 2 )

Ə bdülbaqı  Zülalov 

C abbar Qaryağdıoğlu 

S eyid Şuşinski

(1 8 4 1 -1 8 2 6 ) 

(1 8 6 1 -1 9 4 4 ) 

(1 8 8 9 -1 9 6 5 )

K eçəçi oğlu M əhəm m əd 

( 1 8 6 4 -1 9 4 0 )

M əşədi M əm m əd Fərzəliyev 

(1 8 7 2 -1 9 6 2 )

M əşədi  C əm il Əmirov 

(1 8 7 5 -1 9 2 4 )


Bülbül 

Xan Şuşinski 

R ə şid  B ehbudov

(1 8 9 7 -1 9 6 1 ) 

(1 9 0 1 -1 9 7 9 ) 

( 1 9 1 1 -1 9 8 9 )

S əm əd bəy M ehmandarov 

(1856-1931)

Yaqub  Q uliyev 

( 1 9 0 0 -1 9 4 2 )

X ə lil M əm m ədov 

(1 9 1 6 -1 9 8 9 )

X osrov b əy Sultanov 

Aslan  Vəzirov

(1 8 7 9 -1 9 4 1 ) 

( 1910-J988)

m

ä

ŞUŞANIN -  PƏNAHABADIN ƏHALİSİ

Azərbaycanın  görkəmli  dövlət  xadimi,  Qarabağ  xanlığınm  banisi  Pənahəli 

xan  Cavanşir  tərəfındən  xanlığın  paytaxtına  çevrilmiş  Şuşanın -   Pənahabadın 

əhalisi Azərbaycan türklərindən ibarət idi.  Bunu şəhərin bütün m əhəllə adlannın 

(Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli,  Saatlı, Köçərli, Xoca Mərcanlı və s.) 

Azərbaycan türkcəsində olması da sübut edir.

Şuşanın Azərbaycan şəhəri olduğunu, burada yaşayan əhalinin əksəriyyətini 

azərbaycanlılar təşkil  etdiyini  Rusiya işğalından sonra -  XIX əsrin əvvəllərində 

rus  məmurlan  tərəfındən  tərtib  edilmiş  rəsmi  sənədlər  də  təsdiq  edir.  Belə  sə- 

nədlərdən birinin verdiyi məlumatdan aydın olur ki, Şuşamn ən qədim məhəlləsi 

olan,  sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsində yaşayan  162 ai- 

lənin hamısı azərbaycanlılardan ibarət idi.81 Bu həm də onu sübut edir ki, Şuşanın 

əsası  qoyulan dövrdə orada ancaq azərbaycanlılar yaşamışlar.  Sonrakı  dövrlərdə 

şəhərdə əhalinin sayı başqa yerlərdən köçüb gələnlərin hesabına sürətlə artmışdı. 

Bir tərəfdən  çox əlverişli  coğrafı  mövqeyə malik olması,  digər tərəfdən  isə Qa- 

rabağ xanlığımn inzibati mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali 

üçün çox cəlbedici edirdi. Elə bunun nəticəsi idi ki, XVIII əsrin sonu —

 XIX əsrin 

ə w əllərin d ə  Şuşada  yaşayan  əhalinin  xeyli  hissəsini  xanlığın  Dəmirçihəsənli, 

Kəbirli,  Dizaq,  Cavanşir,  Otuziki,  İyirmidörd,  Xaçın  və  başqa  mahallarmdan 

köçüb  gələnlər  təşkil  edirdi.  İlk  m ənbələr  sübut  edir  ki,  XVIII  əsrin  sonu  —

XIX əsrin əw əllərin d ə şəhərdə 2 mindən çox ailə yaşayırdı.8-  Bu da o deməkdir 

ki,  həmin dövrdə Şuşa şəhərinin əhalisi təqribən  10 min nəfərə bərabər idi.

Şuşanın qısa müddət ərzində sürətlə böyüyərək mühüm ticarət və sənətkarlıq 

mərkəzinə çevrilməsi Qarabağ xanhğında əhalinin xeyli  hissəsinin buraya köç- 

məsinə  səbəb oldu.  Köçüb gələnlər arasında mənşəcə alban olan,  lakin erməni 

kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhalinin nümayəndələri 

də var idi.83



59


Yaqub Mahmudov,  Camal Mustafayev

Gənc Şuşa  bəyi

G əncŞuşa  xanımı

XVII 


əsrdə və XVIII əsrin əvvəlində Qa- 

rabağın  dağlıq  hissəsində  beş  alban  xristian 

məlikliyi  (Xaçın,  Çiləbörd,  Gülüstan,  Və- 

rəndə və  Dizaq) mövcud  idi.  Bu  məlikliklər- 

dən  Xaçın  məlikliyinin  tarixi  daha  qədim 

olub,  vaxtilə  Albaniyanı  idarə  etmiş  Mehra- 

nilər  sülaləsinə  gedib  çıxır.84  XIII  əsrdə  bu 

quruma  başçıhq  etmiş  H əsən  Calal  özünü 

«Alban  çarı»,  «Alban  hüdudlarının  hakimi», 

«Xaçın və Arsax (Ərsak -  Y .M ., C.M.) ölkə- 

sinin knyazı» adlandırırdı.85

Xaçın məlikliyi  istisna olmaqla qalan dörd 

alban məlikliyi Qarabağa gəlm ə idilər.  Mirzə 

Adıgözəl  bəy  yazır  ki,  Dizaq  hakimi  olan 

Məlik Yeqan Qarabağa XVIII  əsrin əvvəllə- 

rində  gəlmiş  və  daşıdığı  «m əlik»  tituluna 

Nadir şah tərəfındən layiq görülmüşdü.86 Və- 

rəndə məlikliyinin Qarabağda yaranma tarixi 

1603-cü  ilə  aiddir.87  Bu  m əlikliyin  əsasını 

Göyçə  əsilzadələrindən  olan  v ə  yaşadığı 

yerdə məruz qaldığı təqiblərdən yaxa qurtar- 

maq üçün  Qarabağa  qaçmış  M əlik  Şahnəzər 

qoymuşdu.  Mirzə  Adıgözəl  bəyin  Talış  ad- 

landırdığı  Gülüstan  m əlikliyinin  hakimləri 

Qarabağa  Şirvandan  gəlm işdilər.88  Çiləbörd 

məlikliyinə başçılıq etmiş Məlik Yesai  1687-ci 

ildə Sünik hakimini öldürdükdən sonra Qara- 

bağa  qaçmış  və  XVIII  əsrin  30-cu  illərində 

Nadir şahın  Osmanlı  Türkiyəsinə  qarşı  apar- 

dığı müharibələr zamanı «göstərdiyi xidmətə 

görə» sultan tituluna  layiq görülm üşdü.89

Beləliklə,  m ənşəcə  alban  olan  Qarabağ 

məlikliklərinin  əhalisinin  etnik  m ənşə  ba- 

xımından  müasir  erm ənilərlə  heç  bir  əla- 

qəsi yoxdur.  Və  bu  məlikliklərin  dördünün

Ş U Ş A - P Ə N A H A B A D

(Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq) 

əhalisi  Qarabağın  yerli  əhalisi  deyildi.

Qarabağa Azərbaycanın başqa yerlərin- 

dən köçüb gəlmişdilər.

XIX 


əsrin  əvvəllərinə  aid  statistik 

məlumatlar  göstərir  ki,  xristian  əhali 

Qarabağ  xanlığınm  əhalisinin  olduqca 

az  bir  qismini  təşkil  edirdi.  «Qarabağ 

əyalətinin  təsviri»ndə  verilmiş  məlu- 

matlardan  aydın  olur  ki,  1823-cü  ildə 

Qarabağ xanlığında yaşayan 20035 ailə- 

dən  15729-unu  azərbaycanlı,  4366-smı 

isə m ənbədə düzgün olmayaraq «ermə- 

ni»  kimi  qələm ə  verilən  alban-xristian 

ailələri  təşkil  edirdi.90

Yeri gəlmişkən, haqqında bəhs etdi- 

yimiz  «Qarabağ  əyalətinin  təsviri»  de- 

moqrafık  proseslərin  heç  də  azərbay- 

canlılar üçün əlverişli olmayan bir dövrdə 

tərtib edildiyindən bölgədəki etnik mən- 

zərəni olduğu kimi əks etdirmir.  Belə ki,

1804-1813-cü  illər Birinci  Rusiya-İran

müharibəsinin törətdiyi kütləvi aclıq, da-

ğıntı  və xəstəliklər,  eləcə də müharibə-

dən  sonrakı  illərdə  Qarabağ xanlığında

tətbiq edilən amansız işğal rejimi burada

azərbaycanhlann sayının kəskin şəkildə

,  , 

,

,

 

„  



Gənc şuşah  tacır M əhəm m əa bəy

azalmasına səbəb olmuşdu.  Rus generalı 

Me/jparə 

xammla

P.S.Kotlyarevskinin bu dövrə aid raport-

lanndan  birində  göstərilirdi  ki,  Qarabağ xanlığının  Rusiyanın  tərkibinə  qatıldığı

1805-ci 


ildən  keçən  7  il  ərzində bu  xanlıqda yaşayan 4845  azərbaycanlı  ailəsi  öz 

yaşayış  yerini  tərk  edərək  İrana  qaçmağa məcbur olmuşdur.fl  Bu  proses  sonrakı 

illərdə  də  davam  etmişdir.  Rusiya  işğal  rejiminin  amansız  təqiblərinə  tab  gətirə 

bilməyən sonuncu Qarabağ xanı Mehdiqulu xan  1822-ci ildə İrana qaçmağa məc- 

bur olmuş və bu zaman özü ilə xeyli azərbaycanlı ailəsini də aparmışdı.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə