Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Carnal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

Yaqub Mahmudov,  Carnal Mustafayev

Şuşada  istehsal  edilən  xalçalar öz təyinatlarına  görə  də  bir-birindən  fərqlə- 

nirdilər.  Otağın  döşəməsinə  salınmaq  üçün  nəzərdə  tutulan  xalçaların  eni  2, 

uzunluğu isə 5-7 xan arşını olurdu.  Bu xalçalarm kənarlarına salınmaq üçün nə- 

zərdə  tutulan  yun  xalçaların  uzunluğu  5-7,  eni  isə  1  xan  arşını  olurdu.  Taxtın 

üstünə  salmaq və divardan asmaq üçün nəzərdə tutulan gəbə  3x 1  xan  arşını  öl- 

çüsündə  toxunurdu.  Daha  kiçikölçülü  xalçalar  «xah  balası»  və  canamaz  adla- 

nırdı.138 Bütün bu xalçaların dəst halında toxunaraq satılması da geniş yayılmışdı.

Şuşada  inkişaf etmiş  sənət  sahələrindən  biri  də  boyaqçılıq  idi.  Əslində,  to- 

xuculuq və gön-dəri məmulatı istehsalınm yekun mərhələsi  olan  bu sənət hazır 

məhsulların  bədii  zövqlə  bəzədilməsinə  xidmət  edirdi.  Q arabağ  ərazisinin 

müxtəlif növ boyaq bitkiləri  ilə zəngin olması burada boyaqçılıq  sənətinin inki- 

şafına güclü təsir göstərmişdi. Qırmızı rəng və onun müxtəlif çalarlarını almaqda 

əvəzsiz xammal hesab edilən boyaqotu (qızılboya) tədarükü Qarabağ xanlığında 

da  inkişaf etmişdi.  Burada hər il tədarük olunan  10  min  pud139 boyaqotunun bir 

hissəsi  xarici  bazarlara  çıxarılır,  digər  qismi  isə  yerli  istehsala  s ə rf olunurdu. 

Azərbaycanın  digər yerlərində  olduğu  kimi,  Şuşada  da  boyaqçılar  tut  yarpağı, 

cövüz  gərzəyi,  nar qabığı,  alma,  ərik,  heyva,  gavalı,  şaftalı,  səndəl  ağacı  və  s. 

bitkilərdən  istifadə  edərək,  öz  məhsullarına  50-yə  qədər rəng  çaları  verməyi 

bacarırdılar.



Corab.  X IX  əsr

Başmaq.  X IX  ə s r

Ş U Ş A - P Ə N A H A B A D

1. 

Aynalı güm üş kəm ər.  X lX əsrin  sonu; 2.  Aynalı gümüş kəmər.  X X  əsrin  əvvəli; 

3-4.  Gümüş kəm ər.  X X əsrin   əvvəli; 5.  Gümüş qolbaq.  X X  əsrin əvvəli; 6.  Q ızıl Quran 

qabı.  X X  əsrin  əvvəli;  7.  Q ızıl toqqa.  X X  əsrin ə w ə li;  8.  Gümüş toqqa.  X X  əsrin  əvvəlı

85


Yaqub Mahmudov,  Camal Mustafayev

Qarabağda  boyaqçılıq  sənəti- 

nin  əsas  mərkəzi  Şuşa  şəhəri  idi. 

XIX  əsrin  əvvəllərində  burada 

fərdi  şəkildə  işləyən  boyaqçı  sə- 

nətkarlardan əlavə, 3 böyük boyaq- 

xana fəaliyyət göstərirdi.  Bu haqda 

məlumat  verən  m ənbələrdən  bi- 

rində göstərilirdi:  «Şuşada pambıq 

ipliyini,  ipək  və  yunu  boyamaq 

üçün  3  boyaqxana var ki,  onlardan 

birində ancaq göy rəngə, qalan iki- 

sində  isə  göy rəngdən başqa digər 

müxtəlif rənglərə boyayırlar».140

Zaman  keçdikcə  toxuculuğun, 

xüsusilə  də  xalçaçılıq  sənətinin 

daha  da  inkişafı  boyaqçılıq  işinin 

də  inkişafına  güclü  təkan  verdi. 

Artıq XIX əsrin sonlarında Şuşada 

fəaliyyət  göstərən  boyaqxanaların 

sayı 8-ə çatmışdı.  XX əsrin ə w ə l- 

lərində Şuşa boyaqxanalarınm illik 



Gümüş xəncərlər.  X X əsrin  ə w ə li 

istehsal  gücü  daha  da  artaraq

69500 rubla çatdı.141

Şuşa  şəhəri  həm  də  Azərbaycanm  gön-dəri  məmulatı  istehsalınm  da  əsas 

mərkəzlərindən biri hesab olunurdu. Qarabağ xanlığında qoyunçuluq və maldar- 

lığın  yüksək  inkişafı  burada  həmin  sənətlə  məşğul  olan  sənətkarların  ucuz və 

keyfıyyətli xammalla təmin olunmaları üçün əlverişli şərait yaradırdı.  XIX əsrin 

əvvəllərinə aid olan bir məlumata görə, Qarabağ xanlığında  100 min iribuynuzlu 

mal-qara,  300  min  qoyun  və  20  min at  saxlamlırdı.142  Xanlıqda  tədarük  olunan 

müxtəlif növ dərilərin əsas hissəsi Şuşa dabbağlan tərəfındən emal  edilirdi.  Şə- 

hərdə  fəaliyyət göstərən 20 dabbağxanada 40  nəfər işçi  çalışırdı.  Bu emalatxa- 

nalarda  ildə  2000  ayaqqabı  altlığı  üçün  dəri,  eləcə  də  ayrıca  olaraq  1400  ədəd 

keçi və  1600 ədəd qoyun dərisi emal olunurdu.143

Bir  tərəfdən  xammal  ehtiyatlarınm  bolluğu,  digər  tərəfdən  isə  Şuşa  şəhə- 

rində və  onun ətrafında yerləşən yaşayış  məntəqələrində bu xammaldan  hazır-

Ş U Ş A - P Ə N A H A B A D

lanan məmulatlara tələbatın böyük olması  Şuşada çəkməçilik,  sərraclıq, papaq- 

çılıq və kürkçülüklə məşğul olan xeyli sənətkann cəmləşməsinə səbəb olmuşdu. 

Papaq, səndəl və başmaq istehsal edən sənətkarlann sayı daha çox idi. XIX əsrin 

əvvəllərində  Şuşada 21  nəfər səndəlçi,  22 nəfər başmaqçı və  20 nəfər papaqçı 

fəaliyyət göstərdiyi halda,144 sonrakı illərdə şəhərdə əhalinin sayının sürətlə art- 

ması  ilə  əlaqədar  bu  sənətlərlə  məşğul  olan  sənətkarlarm  sayı  da  xeyli  çoxal- 

mışdı.  XX  əsrin əvvəllərində  ayaqqabı  istehsalı  ilə artıq  70  nəfər,  papaqçılıqla 

isə  123 nəfər sənətkar məşğul olurdu.145

Azərbaycanda  sənətkarlıq məhsullan  istehsalının  mühüm  sahələrindən biri 

olan metalişləmə sənəti Şuşada da inkişaf etmişdi. Burada metalişləmə sənətinin 

silahsazhq,  dəmirçilik,  misgərlik və  zərgərlik kimi  sahələri  ilə məşğul  olan  sə- 

nətkarlar  çalışırdılar.  XVIII  əsrin  ikinci  yansı  -  

XIX əsrin əw əllərində Azərbaycan xanlıqlan ara- 

sında  gedən  m üharibələr və  vaxtaşırı  baş  verən 

xarici  hücumlar, ölkənin başqa yerlərində olduğu 

kimi, Şuşada da silah istehsalını zəruri edirdi. Bu- 

nunla əlaqədar şəhərdə həm soyuq,  həm də odlu 

silahlar  istehsal  edən  sənətkarlar  çalışırdılar.

XIX əsrin ə w ə lin ə  aid mənbədə  Şuşada silah is- 

tehsalı  ilə  məşğul  olan  sənətkarların  6  nəfəri 

«xəncərsaz»,  3  nəfəri  «çaxmaqsaz»,  2  nəfəri  isə 

«qundaqsaz»  kimi  qeydə  alınmışdı.  Burada  fəa- 

liyyət  göstərən  6  nəfər dəmirçi,  3  nəfər misgər,

1  nəfər kotançı,  1  nəfər çilingər əhalinin metaldan

Z ərgərlik məmulatı



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə