Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Carnal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

Yaqub Mahmudov,  Carnal Mustafayev

m əhv  etdi.  Yalmz  toplardan  atılan  bir saatlıq  atəşdən  sonra  qayıqlardan  düzəl- 

dilmiş  sədd dağıdıldı  və  çay öz əvvəlki  məcrasına qayıtdı.73  İbrahimxəlil  xanın 

keçirdiyi bu uğurlu əməliyyat nəticəsində Qacar ordusu Araz çaymı keçmək üçün 

ən azı  bir həftə vaxt itirməli  oldu.

Lakin  Qacar ordusunun  Şuşa istiqamətində  hərəkəti  Araz çayını  keçdikdən 

sonra da asan olmadı.  Jan Gevr yazır ki,  cəsur Qarabağ döyüşçüləri yerli  şəraitə 

bələd  olmayan  Qacar  ordusu  üzərinə  qəfıl  hücumlar  edir və  ona  ağır zərbələr 

vururdular.  Belə hücumlardan birində Qacar ordusu 2 min əsgər itirmişdi.74 Qacar 

ordusunu bütün yol boyu təqib etmək və ona vaxtaşırı zərbələr endirmək barədə 

əm r verən  İbrahimxəlil  xan əsas  diqqəti  Şuşanın  müdafıəsinə yönəltmişdi.  Şə- 

hərin  qala  divarlarının  çox  etibarlı  olduğuna  əmin  olan  Qarabağ  xanı  uzun- 

müddətli mühasirəyə hazırlaşırdı. Onun əmri ilə yaradılmış xüsusi dəstələr ətraf 

kənd  və  qəsəbələrdən  ərzaq  tədarük  etməklə  məşğul  idi.  Ş əhər  əhalisinə  isə



Topxarıa m eşəsi

Ş U Ş A - P Ə N A   H A   B A D

mümkün qədər çox ərzaq  ehtiyatı  toplamaq tapşırığı verilmişdi.  Bütün  bu  işləri 

başa  çatdırmaq  üçün  isə  Şuşa  istiqamətində  hərəkət  edən  Qacar  ordusunu 

mümkün qədər ləngitmək  lazım idi.  Bu vəzifənin öhdəsindən isə Əskəran qala- 

larının müdafıəçiləri  gəldilər.

Əskəran qalalarına yaxınlaşan Qacar ordusu onu mühasirəyə alaraq güclü top 

atəşinə  tutmağa  başladı.  Lakin  şahın  topları  çox  möhkəm  olan  qala  divarlarmı 

dağıda bilmədi.  Bundan sonra düşmən əsgərləri  qala divarlarınm altından lağım 

atıb onu barıtla partlatmaq qərarına gəldilər.  Lakin az sonra məlum oldu ki, qala 

divarlan sərt qayalar üzərində tikildiyindən onun altını qazmaq mümkün deyil.75 

Belə olduqda Ağa M əhəm m əd şah öz topçularma qalanın içərisini fasiləsiz atəşə 

tutmaq  haqqında  əm r  verdi.  Qalanın  müdafıəçiləri  isə  düşmənə  təslim   olmaq 

niyyətində  deyildilər.  Jan  Gevrin  məlumatına  görə,  Qacar  ordusu  ən  azı  dörd 

gün ərzində qalanın müdafıəçilərinin müqavimətini qıra bilmədi.  Hücum nərdi- 

vanları  vasitəsilə  qalaya  daxil  olmaq  cəhdi  də  uzun  müddət  istənilən  nəticəni 

vermədi.  Divarların üstünə qalxan düşmən əsgərləri qala müdafıəçilərinin sərrast 

atəşi  ilə yerə  sərilirdilər.  Buna  baxmayaraq,  Ağa  Məhəmməd  şah  hücumu  da- 

yandırmamağı əm r etdi.  Yalnız bundan sonra düşmən şərq tərəfdən qalanın içə- 

risinə  daxil  ola  bildi.  Əlbəyaxa  döyüşə  başlayan  qala  müdafıəçiləri  son  nəfərə 

qədər həlak olsalar da, düşmənə təslim olmadılar. Qacar ordusu Əskəran uğrunda 

gedən  döyüşlərdə  iki  min  əsgər  itirdi.76  Ən  başlıcası  isə  Əskəran  qalalarınm 

müdafıəçiləri Qacar ordusunun Şuşaya yaxınlaşmasını bir neçə gün  ləngitməklə 

İbrahimxəlil xana şəhərin müdafıəsi üçün zəruri olan bütün işləri başa çatdırmaq 

üçün vaxt qazandırdılar.

Əskəran qalalarını ələ keçirən Qacar ordusu Şuşaya yaxınlaşdı və onu müha- 

sirəyə aldı. Ağa M əhəm m əd şah öz topçularına dağıntı əm ələ gələnə qədər qala 

divarlarının eyni nöqtəsinə atəş açmağı əm r etdi.  Bunun heç bir nəticə vermədi- 

yini görüb Təbrizdən gətirdiyi  dörd ağır topu işə saldı.  Yalnız bundan  sonra Şu- 

şanm  qala  divarlarında  müəyyən  dağıntılar yaranmağa  başladı.  Lakin  düşmənə 

təslim olmağı  ağıllarına belə gətirməyən şuşalılar düşmənin gecələr top atəşinə 

fasilə  verməsindən  istifadə  edib qala divarlarınm  uçurulmuş  yerlərini  bərpa et- 

m əyə nail  oldular.  Belə  olduqda Ağa  M əhəmm əd  şah  qalanı  gecə-gündüz  fasi- 

ləsiz top atəşinə tutmağı əm r etdi.  Bununla da şuşalılar qala divarlarımn dağılmış 

yerlərini  bərpa etm ək  imkanmdan məhrum oldular.77

Şuşanın Qacarın əlinə keçməsi təhlükəsinin getdikcə reallaşdığmı  görən İb- 

rahimxəlil xan vəziyyətdən çıxmağın yeganə yolunu düşmən artilleriyasım məhv




Yaqub Mahmudov,  Camal Mustafayev

etməkdə gördü.  O,  yaxşı  silahlanmış kiçik dəstə  ilə  qəflətən  şəhərdən  çıxaraq, 

Qacar ordusunun topxanasına hücum etdi.  Qarabağ xanının niyyətini başa düşən 

Ağa  M əhəmm əd  şah  əks-tədbir gördü.  O,  ordusunu  iki  hissəyə  bölərək,  onun 

bir  hissəsinə  hücum  edən  qarabağlıların  qarşısım  almağı,  digər  hissəsinə  isə 

mümkün  olarsa,  qala  divarlarının  dağıdılmış  hissəsindən  şəhərə  daxil  olm ağı, 

bu,  mümkün  olmadıqda  isə  İbrahimxəlil  xamn  geriyə  qayıdan  yolunu  kəsm əyi 

əm r etdi.  Lakin  Şuşanın müdafiəçiləri qala divarlarımn uçurulmuş yerini sürətlə 

bərpa edərək düşmənin planını pozdular.78

İbrahimxəlil  xanın  başçılıq  etdiyi  dəstə  isə  düşmənin  dəfələrlə  üstün  olan 

ordusu  ilə  qanlı  döyüşə  girdi.  Qarabağlılar bu  döyüşdə  böyük  itki  versələr  də, 

öz  məqsədlərinə  çatdılar.  Düşmənin topxanası,  demək olar ki,  tamamilə  m əh v  

edildi.  Lakin hücum edənlərin arxaya yolu kəsildiyindən onlar düşmən m ühasi- 

rəsindən çıxaraq  şimala tə rə f hərəkət  etməyə  başladılar.  İbrahimxəlil  xam  ə lə  

keçirməyə  çalışan  Ağa  M əhəm m əd  şah  onun  arxasınca  iki  min  nəfərlik  ordu 

göndərdi.  Bu ordu İbrahimxəlil xanı Tərtər çayını keçərkən haqlasa da, öz m əq- 

sədinə  çata  bilmədi.  Onu  təqib  edənlərə  ağır zərbə  vuran  Qarabağ  xanı  özünü 

Car-Balakənə -  qohumu Ö m ər xanın yanına çatdıra bildi.79

İbrahimxəlil  xamn  Şuşanı  tərk  etməsi  onun  müdafiəçiləri  arasında  ciddi 

qorxu  və  məyusluq  yaratdı.  Yaranmış  vəziyyətdən  istifadə  edən  Ağa  M əhəm - 

məd şah şuşalılara müqavimət göstərməyin mənasız olduğunu bildirdi və şəhəri 

təslim etməyi tələb etdi.  Şah şuşalılara söz verirdi ki, təslim olacaqları halda on- 

ların həyatı və əmlaklarınm toxunulmazlığına təminat verir. Əks təqdirdə o,  Şu- 

şam da Kirman və Tiflis şəhərləri kimi dağıdacağı, bütün kişiləri edam edəcəyi, 

qadınları  isə əsgərlərə paylayacağı  ilə  hədələyirdi.  Şəhər başçıları  uzun  müza- 

kirələrdən sonra əhalinin təhlükəsizliyinə təminat almaq şərti  ilə Şuşanı Qacara 

təslim etmək qərarına gəldilər.  İbrahimxəlil xanın Qacar ordusunun topxanasını 

məhv  etməsindən  iki  gün  sonra Ağa M əhəmməd  şah  Şuşaya  daxil  oldu.  Lakin 

onun  Şuşada  hökmranlığı  uzun  çəkmədi  və  tezliklə  öz  xidmətçiləri  tərəfindən 

qətlə yetirildi.80 Başsız qalan  İran ordusu tələsik  Şuşanı tərk etdi.  Beləliklə,  Şu- 

şada  hökmranlıq  etmək  istəyən  Ağa M əhəmməd  şah  burada  həyatını  itirdi.  Az 

sonra  Şuşaya  qayıdan  İbrahimxəlil  xan  Qarabağ  xanlığında  öz  hakim iyyətini 



davam  etdirdi.

ŞUŞANIN -  PƏNAHABADIN 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

M olla  Pənah  Vaqif 

(1 7 1 7 -1 7 9 8 )

Xurşidhanu Natəvan 

(1 8 3 2 -1 8 9 7 )

M ir Möhsün N əvvab 

(1 8 3 3 -1 9 1 8 )

N ə c ə fb ə y   Vəzirov 

(1 8 5 4 -1 9 2 6 )

Firidun h əy K öçərli 

( 1 8 6 3 -1 9 2 0 )

Qasım b əy Zakir 

(1 7 8 4 -1 8 5 7 )

Əbdürrəhim həy H aqverdiyev 

Əhm əd b əy Ağaoğlu 

Yusif Vəzir Çəm ənzəm inlı

(1 8 7 0 -1 9 3 3 ) 

(1 8 6 9 -1 9 3 9 ) 

(1 8 8 7 -1 9 4 3 )


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə