Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Camal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Yaqub Mahmudov,  Camal Mustafayev

şəhərlərinin bir çoxunda, o cümlədən Dərbənd, Gəncə və Şəki şəhərlərində İç 

qala Narınqala32 adlanırdı.  Orta əsr şəhərlərinin tikintisi, adətən, Iç qaladan baş- 

lanırdı.33 Bu, şəhər hakimlərinin öz təhlükəsizliklərini təmin etmək qayğısından 

irəli  gəlirdi.  Ətrafı  hündür və  möhkəm  qala  divarları  ilə  əhatə  olunmuş  iç  qa- 

laların  daxilində  düşmən  hücumu  və  mühasirəsi  zamam  yaşayış  üçün  zəruri 

olan hər şey olurdu. XVIII əsrin əvvəllərində inşa edilmiş Gəncə Narmqalasınm 

timsalmda  iç  qalaların  quruluşunu  aydın  təsəvvür  etmək  mümkündür.  Ətrafı 

1500 arşın uzunluğunda qala divarları ilə əhatə olunmuş Gəncə Narınqalasında 

şəhər  hakiminin  və  onun  yaxın  adamlarımn  yaşaması  üçün  nəzərdə  tutulmuş 

30 yaşayış binası, məscid,  sikkəxana, 40 sənətkar emalatxanası, hamam və də- 

yirman tikilmişdi.34

Qarabağ xanlığımn tarixinə həsr olunmuş mənbələrin təhlili göstərir ki,  Pə- 

nahəli xanın hakimiyyəti dövründə Şuşa şəhərində Azərbaycanın yuxarıda adlan 

çəkilən  şəhərlərinə  xas  olan  mükəmməl  bir İç  qala olmamışdır.  Bəzi  tədqiqat- 

çılar bunu şəhərin sıldırım qayalarla əhatə olunması və düşmən hücumu zamam



M amayı  bulağı

Turistlər Şuşa -  P ənahabad qalası  ilə tanış olur


Meydarı bulağının görünüşü

Ş U Ş A - P Ə N A H A B A D

xan ailəsinin sığmması üçün şəhərin  hüdudlarından kənarda, əlçatmaz bir yerdə 

tikilm iş Xəzinə qalası  ilə  izah  edirlər.35 Lakin  Qarabağ tarixçiləri  Mirzə Camal 

Q arabaği  və  Baharlı  X əzin ə  qalası  adlandırılan  bu  qəsrin  tikintisini  Pənahəli 

xanın deyil,  İbrahimxəlil xanın adı  ilə bağlayırlar.  Baharlı yazır ki,  İbrahimxəlil 

xan hakimiyyət başma gəldikdən sonra düşmən hücumu zamanı özünün,  ailəsi- 

nin v ə  əmlakınm təhlükəsizliyini təmin etmək məqsədilə Xəzinə qalası adlanan 

y erd ə,  iki qayanm arasında yeddi və ya səkkiz otaqdan ibarət olan sığınacaq-qəsr 

tikdirm işdi.36 Şuşa qalasına gedən yeganə dar yolun üstündə tikilmiş bu qəsr ya- 

nm dairəvi bürc və divarlarla əhatə olunmuşdu.

Beləliklə,  Şuşada şəh ərin  yarandığı dövrdə İç qalanın olmamasım yalmz yu- 

xarıd a  göstərilən  səbəblərlə  izah  etmək  özünü  doğrultmur.  Görünür,  bu  məsə- 

ləd ə vaxt məhdudluğu həlledici rol oynamışdı.  Hər an düşmən hücumuna məruz 

qalacağından  ehtiyat  edən  Pənahəli  xan  İç  qalanı  şəhərin  daha  əlverişli  yerlə- 

rin d ə   kiçik  qalalan  xatırladan  imarətlərlə  əvəz  etməyə  məcbur  olmuşdu.  Mir 

M eh d i  Xəzani  yazırdı  ki,  Pənahəli  xan  özü və  oğlanlarından  İbrahim,  Mehrəli 

və  Talıbxan üçün «imarəti-mərqub yapmışdı ki,  düşmən qalaya gələn çağda  la- 

zım i yerləri mühafizə edə».37 Xarici görünüş və quruluş baxımından bu imarətlər 

bir-birilərini təkrar edirdilər:  onların hamısınm ətrafina künclərində bürcləri olan 

qala  divarları çəkilmişdi.38

Şuşada  İç  qalanın  tikintisi  İbrahimxəlil  xanm  hakimiyyəti  dövrünə  aiddir. 

O nun  hakimiyyəti dövründə şəhərin Gəncə qapıları yaxınlığında uca bir təpənin 

ü stü n d ə  bütün zəruri memar- 

lıq  ünsürlərinə malik olan  İç 

q ala  tikildi.  Qalanın  içəri- 

sin d ə   divanxana,  iki  böyük 

im a rə t  və  yardımçı  binalar 

tik ilm işd i.  Mir  Mehdi  X ə- 

zani  y azır  ki,  İç  qaladakı  bu 

im arətlərin   birində  M ehdi- 

qulu  xanın anası Xurşidbanu 

b ə y im ,  digərində  isə  Car- 

B alak ən   hakimi Ö m ərxanm  

(Ü m m ə  xanın)  bacısı  Bikə 

ağa  yaşayırdı.39  Maraqlı  bu- 

rasıd ır  ki,  Pənahəli  xanın



G əncə qapısının  qala  içərisindən görünüşü

33


Yaqub Mahmıtdov,  Camal Mustafayev

dövründə  tikilmiş  im arətlər- 

dən fərqli olaraq,  İbrahimxəlil 

xanın tikdirdiyi  im arətlər bila- 

vasitə  müdafıə  qurğuları  ilə 

əhatə  olunmamışdılar.  İç  qa- 

laya  məxsus  müdafıə  divarla- 

rının  mövcudluğu  h ə r  bir 

imarətin  ayrılıqda  qala  divar- 

ları ilə əhatə olunması zərurə-

tini  aradan qaldırırdı.

Bununla belə, İbrahimxəlil

xanın  hakimiyyəti  dövründə

xan  ailəsinin  üzvləri  üçün  İç

qaladan kənarda qəsr-qalalann

tikintisi  davam  etdirilirdi.  Rus

tarixçisi N.Dubrovinin verdiyi

məlumata  görə,  İbrahim xəlil

xanın  böyük  oğlu  M əhəm -

m ədhəsən  ağa  üçün  tikilm iş

imarət  Şuşanın cənub-şərq tə-

rəfində,  sıldınm   qayamn  lap

kənannda  yerləşirdi.  1797-ci

ildə  Şuşanı  ələ  keçirən  Ağa

„  . 

M əhəm m əd  şah  Qacar  m əhz



Çolqala  m ənəlləsı 

y

bu  imarətdə  düşərgə 

sal-

mışdı.40  Onu  da  göstərmək  lazımdır ki,  istər  Qarabağ  xanlarımn  özləri,  istərsə



də onların övladları  üçün tikilmiş  imarətlər Şuşanın  hakim sülaləyə mənsub  ol-

mayan  varlı  adamlarmm evlərindən o qədər də fərqlənmirdilər.41

Şuşanın bir şəhər kimi formalaşmasını şərti olaraq üç əsas m ərhələyə bölmək 

olar.  Şəhərin əsasımn qoyulduğu vaxtdan Pənahəli xamn ölümünə qədər davam 

etmiş birinci m ərhələdə tikinti  işləri çox sürətlə və bir qədər tələsik aparılmışdı 

ki, bu da özünü bir tərəfdən İç qalanm olmamasında, digər tərəfdən  isə müdafiə 

qurğularının və ictimai binalarm istər monumentallıq,  istərsə də keyfiyyət baxı- 

mından sonralar inşa edilmiş tikililərdən xeyli aşağı səviyyədə olmasında göstə- 

rir.  Bu  fıkri  bütün  müsəlman  şəhərlərinin  memarlıq  strukturunda  mühüm  rol

Ş U Ş A - P Ə N A H A B A D

oynayan və adətən, möhtəşəm xarakter daşıyan Cümə məscidinin Pənahəli xanın 

dövründə qarğıdan tikilməsi42 də təsdiq  edir.

XVIII 


əsrin  ikinci  yansı-X IX   əsrin  əvvəllərində  Şuşada  olan  məhəllələrin 

formalaşması tarixi, əslində, şəhərin yaranması və inkişafı tarixini tam aydınlıqla 

əks  etdirir.  Şəhərin ən  qədim  məhəlləsi  olan  «Aşağı  m əhəllə»  Pənahəli  xanın 

hakimiyyəti dövründə salınmışdı.  Mirzə Camalın verdiyi məlumatdan aydın olur 

ki, əvvəllər heç kimin yaşamadığı bu ərazi yaxınhqda yerləşən Şuşakəndin əkin 

yeri və otlaqları  idi.43 Sonralar şəhərin relyefınə uyğun olaraq, «Aşağı məhəllə» 

adlandınlan bu m əhəllə yarandığı ilk dövrdə «Təbrizli» adlandırılmış və Qarabağ 

xanlığınm  ləğv  edilməsinə  qədər bu  adla tanınmışdı.  M əhəlləyə  bu  adın  veril- 

m əsi  Şuşaya  ilk  köçürülən  sakinlər  arasmda  vaxtilə  Bayat  və  Şahbulaq  qalala- 

rında  məskunlaşmış  Təbriz  və  Ərdəbildən  gəlmiş  sənətkarlarm  üstünlük  təşkil 

etm əsi  ilə izah  olunur.

Şuşanın yuxarıda göstərilən bu ilk böyük məhəlləsi, yəni  Aşağı m əhəllə və 

ya  Təbrizli  m əhəlləsi  aşağıda  adları  çəkilən  kiçik  m əhəllələrdən  ibarət  idi: 

Çuxur, Qurdlar, Culfalar,  Seyidli, Quyular,  Hacı Yusifli, Merdinli, Qazançalı və 

Çöl  qala.44  1823-cü  il  məlumatına görə bu məhəllələrdə  162  ailə yaşayırdı.45



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə