Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini', millətini sevən


Yaqub Mahmudov,  Canıal Mustafayev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix30.12.2017
ölçüsü0,63 Mb.
#18847
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

Yaqub Mahmudov,  Canıal Mustafayev

ribələrinin  dağıdıcı  təsirinin  hələ 

o  qədər də  dərinləşm ədiyi  XIX  əsrin 

ilk  onilliyində  burada  «m üxtəlif ipək 

parçalar istehsal edən  500 toxucu dəz- 

gahı  işləyirdi».126

İstər pambıq, istərsə də ipək parça- 

lar  istehsalınm  geniş  miqyas  alması 

sənətkarlığın  bu  sahəsində  kapitalist 

münasibətlərinin meydana gəlməsi üçün 



Arxalıq 

əlverişli şərait yaradırdı. XIX əsrin əv-

vəllərinə  aid  m ənbələrdə  bu  dövrdə 

Şuşada fəaliyyət göstərən iri toxuculuq 

m üəssisələri  «manufakturalar»  kimi 

təqdim  olunur.  1809-cu  ilə  aid  olan 

belə mənbələrdən birində  göstərilirdi: 

«Şuşa qalasında manufakturalar var və 

onlarda  500-ə  qədər  dəzgahdan  isti- 

fadə  olunur».127  Bu  m üəssisələr  ilkin 

kapitalist manufakturaları  idilər.  «Kar- 

xana» adlandınlan  bu  istehsal  müəssi- 

sələrində  daxili  əm ək  bölgüsü  vardı.

Qadın geyim i

Qadın  tumanları

Hər bir toxucu dəzgahında müxtəlif 

əm əliyyatların  yerinə  yetirilməsi 

üzrə  ixtisaslaşmış  bir  neçə  işçi  ça- 

lışırdı. Belə m üəssisələrdə əsas işçi 

qüvvəsi  kimi  muzdlu  fəhlələrdən 

istifadə  edilirdi.  Əmək  bölgüsünün 

və  ixtisaslaşmanm  getdikcə  daha 

çox dərinləşməsinin nəticəsi idi ki, 

karxanalarda  əm ək  məhsuldarlığı 

adi  sənətkar  emalatxanaları  ilə 

müqayisədə  xeyli  yüksək  idi. 

XIX əsrin əw əllərin d ə Şuşada fəa- 

liyyət göstərən toxuculuq karxana- 

larının h ər birinin gündəlik istehsal 

gücü  14  min  ədəd  ipək  və  yaxud 

pambıq parçaya bərabər idi.128

Bununla belə, XIX əsrin ə w əl- 

lərində Azərbaycanda hökm sürən 

hərbi-siyasi  şərait,  xüsusilə  Ru- 

siya-İran  və  Rusiya-Osmanlı  mü- 

haribələri  Şuşada  da  sənətkarhq

M —

Ş U Ş A - P Ə N A H A B A D



Yaqub Mahmudov,  Camal Mustafayev

Şuşa xalçası 

Xovlu  «Xanlıq» xalçası

məhsulları istehsalmın zəifləm əsinə və sənətkarların sayının azalmasına səbəb 

olmuşdu. Həmin dövrün mənbələrində verilən məlumatlardan aydın olur ki,  Şu- 

şada  cəmisi  250-260  nəfər  sənətkar qalm ışdı.129  Bu  rəqəm  Şuşa  tarixinə  həsr 

olunmuş tədqiqat əsərlərində də təkrarlanır.130 Heç şübhəsiz ki, bu,  Rusiya- İran 

müharibələri  dövründə  Şuşa  əhalisinin,  o  cüm lədən  sənətkarların  doğma  şə- 

hərlərini  müvəqqəti  olaraq  kütləvi  surətdə  tərk  etməsi  ilə  bağlı  olub,  real  və- 

ziyyətdən çox uzaq idi.

XIX  əsrin  30-cu  illərində,  daha  doğrusu,  hərbi-siyasi  şəraitin  sabitləşməsi 

nəticəsində əhalinin tədricən öz daimi yaşayış yerlərinə qayıtdıqları dövrdə Şu- 

şada sənətkarların sayı yenidən sürətlə artaraq 823  nəfərə çatmışdı.131

XIX əsrin ikinci  yarısmda kapitalist m ünasibətlərinin sürətli  inkişafı  Şuşada 

ipək toxuculuğunun fabrik-zavod istehsalı  səviyyəsinə yüksəlməsinə gətirib çı- 

xardı.  Bu özünü ipəksarıma sənayesində  daha aydm göstərirdi.  Artıq XIX əsrin 

60-cı illərində Şuşada illik istehsal gücü 78 min rubla bərabər olan  16 ipəksanma 

fabriki  fəaliyyət  göstərirdi.  Çox  keçm ədən  həm in  m üəssisələrin  illik  istehsal 

gücü  artaraq  117  min  rubla  çatdı.  Bu  m üəssisələrdə  çalışan  fəhlələrin  ümumi 

sayı  144 nəfər idi.132



Ş U Ş A - P Ə N A H A B A D

Şuşa Azərbaycanda xalça istehsahnın da mühüm mərkəzlərindən biri idi. Qa- 

rabağ xalçaçılıq məktəbinə mənsub olan Şuşa xalçaları qrupu Azərbaycamn bədii 

sənətkarhğında mühüm yer tutur.  Şuşada və onun ətrafında yerləşən Mahbəyli, 

Tuğ,  Daşbulaq və b.  kəndlərdə toxunmuş xalçalar hazırda kamil sənət nümunə- 

ləri  kimi  dünyanm  bir  çox  muzeylərində  saxlanılır.  Şuşa  xalçaları  özlərinin 

rənglərinə,  toxunma texnikasına və  forma müxtəlifliyinə  görə  Qarabağın  digər 

yerlərində  toxunan  xalçalardan  fərqlənirdilər.  1908-ci  ildə  Qarabağın  əsas  xal- 

çaçılıq mərkəzi sayılan Şuşaya ezam olunmuş Qafqaz Kustar Komitəsinin əmək- 

daşları  yerli  bəy  və  tacirlərə  məxsus  600  xalçam  tədqiq  etmiş  və  yalmz  Şuşa 

xalçalarına  məxsus  20  naxış  müəyyənləşdirmişdilər.133  Bu  dövrdə  Qarabağda 

olmuş müasirlərdən biri yazırdı: «Şuşada yerli istehsalın məhsulu olan gözəl xal- 

çalar tapa bilərsiniz. Onlar naxışlanna, rənglərinə və möhkəmliklərinə görə İran 

xalçalarından  nəinki  geri  qalmır,  yerli  sakinlərin  fıkrincə,  hətta Xorasan xalça- 

larından da üstündür».134

XIX  əsrin  sonlannda  dünya bazarlannda  Azərbaycan  xalçalanna  olan tələ- 

batm artması Şuşada xalçaçılığm daha da inkişaf etməsinə səbəb oldu.  «Qafqaz» 

qəzetinin yazdığma görə,  bu dövrdə  şəhərdə h ər il ümumi  dəyəri  50  min rubla 

çatan xalça məmulatı istehsal edilirdi.135 Şuşa xalçaları özlərinin yüksək keyfıy- 

yəti ilə də şöhrət qazanmışdı.  Şuşa xalçaçılıq məktəbi yalnız Azərbaycanda deyil,



Şuşa -  P ən ahabad xalçalarının  Tiflisin Şeytan  bazarındakı sa tış m ərkəzi

81


Yaqııb Mahmudov,  Carnal Mustafayev

qonşu bölgələrdə  də  xalçaçılıq  sənətinin  inkişafına  güclü  təsir göstərirdi.  Şuşa 

şəhərinin  bütün  Cənubi  Qafqazda  xalça  toxuculuğu  sahəsində  bədii  zövqlərin 

formalaşmasında əvəzsiz rol oynadığmı xüsusi vurğulayan m üasirlərdən biri ya- 

zırdı: «Burada bütün bölgədə xalça istehsalına ton verən ən mahir xalçaçı qadın- 

lar çalışırlar».136

Şuşa  xalçaları  öz  bədii  xüsusiyyətlərinə  görə  iki  böyük  qrupa -   omamentli 

və  süjetli  xalçalara bölünürdü.  Əsasən,  XVIII-XIX  əsrlər üçün  xarakterik olan 

omamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.  Bu tip xalça- 

lara misal olaraq,  «Bağçada güllər»,  «Nəlbəki gül»,  «Saxsıda güllər» və başqa- 

larını  göstərmək olar.

XIX əsrin sonlarmdan Şuşada süjetli xalçaların toxunması da geniş miqyas al- 

mışdı. Bu xalçalar arasında «Atlı-itli», «Üç padşah», «Maral-ceyran», «Rüstəm və 

Söhrab», «Yusif və Züleyxa» kimi süjetli xalçalar daha çox şöhrət qazanmışdılar.

Şuşa  xalçaçıları  XX  əsrin  əvvəllərində  baş  vermiş  siyasi  hadisələrlə  bağlı 

süjetli xalçalar da toxumuşlar. Xalçaçı Humay Həsənzadə tərəfmdən toxunub ha- 

zırda  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  saxlamlan  xalça  1905-1911-ci 

illər İran  inqilabımn qəhrəmanı  Səttarxana həsr olunmuşdur.137



Süjeth xalça  (bu xalça xalq arasında  «Atlı-itli» xalça  adı  ilə m əşhu rdu r). X IX  əsr

Ş U Ş A - P Ə N A H A B A D

«Ç ələbi» xalçası.  1897-ci il

i  't W W W  

'l

.

1



 r .v ///v .v .

f f  


1

I - \


v

\

v



V  V •-  i *  *

«Bəhmənli» xalçası.  X X  əsrin  əvvəli


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə