C A V A D X A N
V Ə S R İ N X A N I
(Cavad Xan Dəftərxanası)
Cavad xan, Cavad xan Şahverdi xan oğlu
Ziyadoğlu Qacar 1748, Gəncə — 1804, Gəncə
yaxınlığı) — Qacarlar nəslindən olan böyük
Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə
xanlığının sonuncu hökmdarı. 1786-cı ildən
Gəncəni idarə edən Cavad xan 1804-cü ilin
yanvarın 3-dən 4-nə keçən gecə general Pavel
Sisianovun başçılığı ilə uzun müddət şəhəri
mühasirədə saxlayan rus işğalçı qoşunları ilə
qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə
qəhrəmancasına həlak olmuşdur.
Cavad
xan
Gəncədə
XVI
əsrdən
hökmranlıq edən Ziyadoğlular nəslindəndir.
Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından
olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən
mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan
1786
—
1804
,
3 yanvar
Tacqoyma:
1786
Sələfi:
Rəhim xan
Xələfi:
Xanlıq ləğv edilib
Varisi:
Hüseynqulu bəy
Milliyəti:
Azərbaycan
Dini:
Şiə
İslam
Təvəllüdü:
1748
Gəncə
Vəfatı:
3 yanvar
1804
(56
yaşında)
Gəncə
Dəfn yeri:
Gəncə
,
Cavad xan türbəsi
Sülalə:
Qacarlar
Atası:
Şahverdi xan
Ziyadoğlu Qacar
Anası:
Şərəf Cahan bəyim
Həyat
yoldaşı:
Şükufə bəyim
Məliknisə bəyim
Uşaqları:
oğlanları:
Ələddin bəy,Uğurlu bəy, Əliqulu bəy,
Hüseynqulu bəy;
qızları:
Tuti bikə, Püstə bəyim, Balaca bəyim
xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və
Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə
istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən
qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü
şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər.
Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən
qarşısında tək qalır.
Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə
mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir
qəhrəmanlıqla həlak olur.
H Ə Y A T I
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi
xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası
Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti
bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə
Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının
bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-ci
ildə, ikincisi isə 1830-cu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun
ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını
dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad
xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə,
Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə
Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər.
Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla
evlənib.
Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir
müddət keçəndən sonra isə 1786-cı ildə onun qardaşı Cavad xan gəlir. Görünür,
Cavad xan hakimiyyətə İraklinin köməyi ilə gəlmişdi. Belə ki, bundan sonra bir
neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi.
Həmin asılılıqdan və gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından
can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə
yürüşə gedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları
geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da
gərkinləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma
xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla
başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı
döyüşçüləri geri göndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.
Cavad xanın siyasəti və Qafqazda rus maraqları
Rus imperatriçəsi ll Yekaterina Çar İraklinin ölümündən sonra Cavad xan
Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri
qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər
olur. O öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə
1796-cı ildə onun favoriti Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı
altında rus qoşunlarının Qafqaza yürüşü başlanır.
(Rus imperatriçəsi ll Yekaterina)
Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd
xanın pozduğu əmin-amanlığın bərpa olunması
göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala
döyüşsüz və müqavimətsiz Azərbaycanın demək
olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar.
Xanların bir çoxu aralarında türk və İran meyllilər
də olmalarına baxmayaraq, xanlığın və xan
hakimiyyətinin saxlanılması şərti ilə Rusiyanın
himayəsi altına keçməyə məcbur olur. Qafqaz
korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general
Aleksandr Rimski-Korsakovun başçılığı ilə gəlir.
Cavad xanın özü şəhərdən çıxıb, rus ordusunun
qarşısına gələrək, qalanın açarlarını Rimski-Korsakova şəxsən təqdim edir.
(Gəncənin sərhədləri (o cümlədən bütün Azərbaqycan xanlıqları)) (Valerian Aleksandroviç Zubov)
Əvvəlcə Azərbaycan
türkləri
ilə
rusların
arasındakı
münasibət
normal idi. Lakin Zubovun
müşaviri
təyin
olunan
Arqutinskinin
Qarabağ
məliklərinə
müraciətlərindən sonra bu
münasibətlər gərginləşir.
O,
Zubovun
razılığı
olmadan bəyan edir ki,
guya ruslar Azərbaycana
ona görə gəliblər ki,
"erməniləri müsəlmanların təcavüzündən qurtarsınlar." (Halbuki Qarabağ məlikləri
erməni deyil, qriqoryanlaşmış Qafqaz albanları idilər və o zaman Qarabağda
erməni yox idi.[Mənbə göstərin]) Lakin bu bəyanat da əsassız verilməmişdi.
Qafqaz yürüşünə kömək müqabilində ruslar sonradan gürcülərə bu bölgədə
hegemonluq üçün imkan yaradacaqlarına vəd də vermişdilər. Bufer xristian dövləti
yaratmaq məqsədilə İrəvan və Qarabağ xanlıqlarını buraya İran və Osmanlıdan
köçürülmüş ermənilərlə məskunlaşdırmaq da planlaşdırılırdı. Həmin siyasət bizim
günlərə qədər davam etməkdədir. "Böyük Ermənistan" iddiası ilə bu bölgəyə o
vaxtdan etibarən 1 milyon yarımdan çox erməni yerləşdirilmiş və oradan bir o
qədər Azərbaycan türkü də zorla köçürülmüşdür.
Cavad Xanın Gəncə uğrunda qəhrəmancasına mübarizəsi
(Gəncə Xanlığının hücum zamanı ruslar tərəfində ələ keçirilmiş bayrağı)
Hiyləgər general Sisianov əvvəlcə diplomatiyaya
üstünlük verdi. 1803-cü il 25 fevral tarixli birinci
məktubunda ona iltifatla yanaşır, Rusiya himayəsinə
keçmək üçün dilə tuturdu. O, yazırdı: "...Sizin şərafətli
etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi
nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə
göndərərsiniz. O, burada ləyaqətinə və hörmət sahibi olacaqdır. Bu təmənnam
yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin
olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm".
(Gəncə Xanlığının bayrağı)
Cavad xan Sisianova ehtiyatlı və ikibaşlı cavab
məktubu yazır və onun təklifini rədd edir. 1803-cü ilin 22
noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət
edirlər. Cavad xanın kömək üçün qoşunu xanlıqlara
müraciəti isə cavabsız qalırdı. Onu daha çox hiddətləndirən
Qacar şahı Fətəli şahın qorxaqlığı idi. əgər Fətəli şah ona
kömək göstərsə idi, xan rusların cənuba gedən yolunu
həmişəlik kəsərdi. Gəncənin itirilməsinin Azərbaycan elecə də Qacarlar üçün nə
kimi nəticələr verəcəyini Fətəli şah dərk etmirdi. Sisianov da boş dayanmırdı.
əzmkar xanı yenə bilməyəcəyini görüb imperatora məktubu-məktuba calayırdı.
Ondan hərbi kömək istəyirdi. Nəticədə yardım gəlib çatdı. Dağıstan alayları Tiflisə
çatıb onun sərəncamına verildi. Bir neçə gündən sonra Gəncəyə çatıb onu
mühasirəyə aldı. Qala fasiləsiz olaraq top ateşinə tutuldu. memarlıq abidələri,
evlər, saraylar dağıdıldı. Rus qoşunları içərisində olan şahidlərdən biri yazırdı:
(Gürcüstanın əsas komandiri knyaz Pavеl Sisianov)
"Su boruları insan cəsədləri ilə dolmuşdu, şəhər
sakinləri məcbur olub bu sudan içirdilər. Xəstəlik
tüğyan edirdi. Buna baxmayaraq, Cavad xan təslim
olmurdu".
Şəhərin yaxınlığında dayanan Sisianov 1803 29
dekabr tarixli son məktubunu Cavad xana yazır, şəhəri
təslim etmək barədə ultimatum verir. Məktubda
deyilirdi:
"Qalanı xoşluqla vermək meyliniz olmadığını
görüb axrıncı dəfə təslim şərtlərini sizə göndərməyi
özümə borc bilirəm... Məktubuma təcili cavab
istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab
edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət
olunmalıdır. Buna görə də ümidvaram ki... sabah günortadan qabaq məktubumun
cavabını ala biləcəyəm". Məktubda daha sonra təslim şərtləri irəli sürülür: "Gəncə
şəhərinin təslimi aşağıdakı maddələrlə qəbul edilə bilər:
(Cavad xanın general Sisyanova cavabı)
1. Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə
Ümumrusiya padşahının təbəəliyinə and içir;
2. Qala tamamilə təmizlənir və ora rus qoşununun
topları, hərbi sursatı yerləşdirilir;
3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində
olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya
ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman
1804-cü ildə həmin məbləği təcili ödəyir;
4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla
təmin edir;
5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar
artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər;
(Cavad xanın buncuğu)
Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad
xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın
baş idarə edicisinin yanında həmişəlik qalmaq üçün
əmanət verir".
Bu cür təhqiramiz şərtləri vətənpərvər Cavad
xanın qəbul etməsi mümkün deyildi. Ona görə də o,
Sisianovun bu şərtlərini qətiyyətlə rədd etdi.Cavad xan
cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə
edəcəkdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin
də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın
adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir.
Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi
yaxınlığında, Quru qobu adlanan yerdə baş verir.
Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil
və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın
darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar da şəhərə girərək, qalanı dörd
bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisiyanovun ultimatumlarına Cavad xan
birmənalı şəkildə eyni cür cavab verir: "Şəhəri verməyə gəlincə, bu niyyətindən
çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə
bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür."
Qabaqdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisiyanov 1804-cü ilin
3 yanvarında qalanı hücumla almaq qərarı verir. Hücumçu dəstələrə general-mayor
Portyagin və polkovnik Koryagin başçılıq edirdilər. Güclü top atəşinin Qarabağ
darvazası tərəfdən açdığı yarıqdan qalaya doluşan əsgərlər ilk hücumda qalanı
asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. İkinci həmle də
uğursuzluqla nəticələndi. Ruslar hücum istiqamətini dəyişdilər. Bu hücum
qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Ruslar bu dəfə alınmaz
hesab olunan Tiflis qapılarından nərdivanlar vasitəsilə divara çıxdılar. Cavad xan
bu tərəfdən hücum gözləmirdi. O, düşməni qarşılamaq üçün ora yollandı.
Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar
qalanın əsas qüllələrini ələ keçirirlər. Artıq qalanın iki bürcü rusların əlində idi.
Qala divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-
nə keçən gecə, səhər saat 4-də düşmən gülləsindən həlak olur. Qala divarları
uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasını n adına layiq bir
şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq
ləğv olunur. Cavad xanın səhvi onda idi ki, o erməniləri şəhərdən qovmamışdı.
Belə ki, ruslar hücuma keçən kimi ermənilər Tiflis kapılarını onların üzrinə
açmışdılar. Ermənilər namərdcə hərəkət edərək, əhalini susuzluğa düçar etmək və
yoluxucu xəstəlikləri yaymaq üçüncü mal-qaranı kəsib qanını şəhərə gələn suya
axıdırdılar. Rusların şəhərdə törətdiyi anlamsızlığı, erməni xəyanətkarlığını rus
tarihçisi Dubrovin də təsdiq edərək yazıldı: "Şəhərin bir yerində qan lap sel kimi
axırdı. 500-ə qədər tatar məsciddə gizlənmişdi... Bir nəfər erməni bizim əsgərlərə
xəbər çatdırdı ki, onların içində bir neçə Dağıstan ləzgisi var. Ləzgi adının dilə
gətirilməsilə məsciddə olanların ölümünə işarə verildi". 1826-cı ilin 26 iyulunda
Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də
olsa, xanlığı bərpa edə bilmişdi.
(Cavad Xanın Movzaleyi)
Uğurlu xan qeyri-adi cəsarəti
və
sərkərdəlik
bacarığı
ilə
fərqlənirdi.
O,
sonradan
da
özünün kiçik dəstəsi ilə iki dəfə
Azərbaycanın içərilərinə doğru
irəliləmiş, hətta yenidən Gəncəni
ələ keçirməyə cəhd göstərmişdi.
Cavad xan Gəncədə Şah I Abbas
tərəfindən tikilmiş məşhur Cümə
məscidində dəfn olunur. 1962-ci
ildə
yaxınlıqdakı
meydanın
rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin, vətənpərvərlər Cavad
xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayırlar və artıq 1990-cı ilin 27
martında öz əvvəlki yerində torpağa tapşırılır. Xoşbəxtlikdən həmişə elmi
axtarışlarda olan Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbrüstü
abidəsinin foto-surətini tapır və təcili olaraq, həmin
şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı
hazırlanır. Onun üzərində gözəl nəstəliq xətti ilə
fars dilində aşağıdakı sözlər həkk olunmuşdur:
"Bu məzarda Gəncə bəylərbəyisi Qacar
tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur. Elə
ki, qara torpaq oldu onların məskəni
İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
Gəncədə bu məqbərəni bina etdi Mərhum,
rəhmətlik Cavad xan.
Kərbəla şəhidlərinin torpağından O astadan
çoxlu torpaq gətirib Həmin türbəni malaladı. Öz
ölüləri üçün əmin-aman bir ev yaratdı.
Allahı tanıyan cənnətlik Cavad xan min iki
yüz on səkkizinci ildə (1804-cü il) öldü. Ondan
sonra bu məqbərəda dəfn olundular O fatehin nəsli
və ailəsi."
Rusların Gəncənin fəthinə verdiyi dəyər
Rusiyanın Cavad xan üzərində qələbəyə və Gəncənin işğal olunmasına necə
böyük bir diqqət yetirdiyini sadəcə olaraq, bu hadisə ilə əlaqədar buraxılmış təltif
və xatirə medalları da sübut edir.
Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işğalı münasibətilə gümüşdən
"1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması
zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci
dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı
"Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu.
Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa
başlamışdı.
Cavad xanın ölümündən sonra Ziyadoğlular şəcərəsi
(Gəncə Qalasının alınması)
Cavad xanın hakimiyyəti dövründə
Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif
sənət sahələri inkişaf edir. Yaşayış binaları,
karvansaralar, məscidlər tikilir. Cavad xanın
sarayında alimlər, yazıçılar və şairlər
toplaşırdı. Orada görkəmli Azərbaycan şairi
Mirzə Şəfi Vazehin atası Kərbəlayı Sadıq da
çalışmışdır. Gəncə ruslar tərəfindən işğal
olunduqdan sonra Cavad xanın qızı Püstə
xanım Mirzə Şəfini öz yanında idarə işinə
götürür, Şəmkir döyüşündən sonra Uğurlu xan
bacısını özü ilə İrana aparır.
Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və
sonuncu Qarabağ xanı Mehdiqulu xanın həyat
yoldaşı Bədircahan bəyim tanınmış şairə və
ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli
xan Müsahib Azərbaycan və fars dillərində
gözəl şerlər yazıb. Cavad xanın qardaşı Fətəli
bəy Ziyadoğlu Xali Gəncəli tanınmış şair olub. Onun əsasən, Azərbaycan dilində
yazılmış divanı indi Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılır.
Görkəmli Azərbaycan yazıçısı Möhsün Nasiri də Cavad xanın sarayında yaşayıb-
yaratmışdır. O, Cavad xanın sifarişi ilə qədim hind nağıllarının əsasında yaradılmış
"Tutinamə"nin Azərbaycan versiyasını yazmışdı. Cavad xanın xələflərindən bir
neçəsi Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov soyadını almışlar. İndi
də onların bir çoxunun törəmələri Bakıda və Gəncədə yaşayırlar.
Həmçinin bax
1.
Cavad xan (film, 2009) – Cavad xan haqqında film.
-
(link:
https://www.youtube.com/watch?v=aO3apfsAmsk
)
2.
Gəncə qalasının işğalı
-
(link:
https://az.wikipedia.org/wiki/Gəncə_qalasının_işğalı
)
3.
Gəncə xanlığı
-
(link:
https://az.wikipedia.org/wiki/Gəncə_xanlığı
)
Dostları ilə paylaş: |