Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə64/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

tətbiq  edilməli  olan  qanunlann  qüvvəsini  heçə  endirir.  Hüquq  sistemi  isə  birbaşa  qüvvəsi  olan  qanunlara 
arxalanmalıdır. [278 - 279] 
Kimin və hansı dərəcədə hüquqi tənzimetmənin subyekti olması haqqında məsələ də özünün elmi cəhətdən 
əsaslandırılmasım  tələb  edir.  Qanunvericilik  problemi  situasiyanı  tədqiq  edərkən  onun  qanunvericilik  həllinə  olan 
tələbatı, müvafiq hüquqi aktın qəbulunun və ya qəbul olunmamasının dövlətin vətəndaşlan üçün nəticələri müəyyən 
edilməlidir. 
Əlbəttə,  real  həyat  müəyyən  hallarda  meydana  çıxmış  problemlərin  qanunvericiliklə  tənzimlənməsində 
qanunvericidən yüksək operativlik tələb edir. Lakin bu, heç də o demək deyildir ki, qanunyaratma prosesi özbaşına və 
ancaq  təbii  axan  ilə  gedən  bir  prosesdir.  Bu  proses  planlaşdırılır  və  məhz  belə  bir  şəraitdə  qanun  layihələrinin 
hazırlanması  zamanı  qanunvericilik  təşəbbüsü  hüququnun  bütün  subyektlərinin qarşılıqlı  razılaşması  təmin  olunur. 
Dünya  təcrübəsində  qanunyaratma  prosesinin  hüquqi  tənzimlənməsinə  aid  xeyli  nümunələr  mövcuddur.  Məsələn, 
Yaponiyada 1898-ci ildən «Qanunlar haqqında ümumi əsasnamə» fəaliyyət göstərir. Almaniyada federal hökumətin 21 
oktyabr 1949-cu il tarixli - «Normativ - hüquqi aktlann qüvvədə olan hüquqa uyğunluğu haqqında» qanunvericilik aktı 
qüvvədədir və s. 
Qanunyaratma fəaliyyətində əlaqələndirmə mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Bu əlaqələndirmə 
nəyə  nail  olmağa  imkan  verir?  Birincisi,  qanunvericilik  təşəbbüsünün  axın  prosesini  tənzimləyir.  İkincisi,  hüquqi 
tənzimləyicilərin yaradılmasını və təzələnməsini tələb edən ictimai münasibətlər sferasının üstünlüyünü müəyyən edir. 
Üçüncüsü,  qanunyaratma  prosesində  hakimiyyətin  bütün  budaqlannm  qarşılıqlı  münasibətlərini  tənzimləyir. 
Dördüncüsü, milli parlamentin faydalı ənənələrinin bünövrəsini qoyur. 
Qanunvericiliyin  dövlət  səviyyəsində  inkişaf  etdirilməsi  strategiyasında  aşağıdakı  iki  əsas  istiqaməti 
fərqləndirmək olar: 
Birincisi,  əsas  qanunlann  yaxın  və  uzaq  perspektivlərinin,  dövlətin  və  onun  vətəndaşlanmn,  cəmiyyətin 
iqtisadi, siyasi, sosial və mənəvi inkişaf sferasmdakı tələbatlan əsasında [279 - 280] bu qanunların qəbulu ardıcıllığının 
müəyyən  edilməsi.  Burada  əsas  qanunlar  qismində  adətən  Konstitusiya  qanunlan,  habelə  qəbul  edilmələri  birbaşa 
Konstitusiyada nəzərdə tutulan qanunlar çıxış edir. 
İkincisi,  hüququn  hər  bir  sahəsinin  inkişaf  perspektivlərinin  müəyyənləşdirilməsi.  Burada  da  əvvəlcə  əsas 
qanunlar qismində müvafiq hüquq sahəsi ilə tənzim edilən, ictimai münasibətlərin mənasını və məzmununu müəyyən 
edən  əsas  qanunlar  fərqləndirilir.  Bu  qanunlar  birinci  növbədə  qəbul  edilməlidir.  Sonra  isə  sahəvi  əsas  qanunlar 
əsasında müvafiq qanunlar hazırlanmalı və qəbul edilməlidir. 
Qanunlann  qəbul  edilməsi  hələ  dövlətin  hüquq  sisteminin  yaradılması  sahəsində  bütün  problemlərin  həlli 
demək  deyildir.  Bundan  əlavə,  hüququn  hər  bir  sahəsində  və  ayn-ayn  hüquq  institutlannda  boşluqlann  aradan 
qaldıniması, əsas sahəvi və sahədaxili qanunlann qəbulu ilə əlaqədar cari qanunvericilikdə dəyişikliklər və ona əlavələr 
edilməsi  üzrə  qanunvericinin  böyük  işi  tələb  olunur.  Qanunvericilik  eksperimentinin  apanimasmda  qanunvericilik 
sosiologiyasının  mövcud  imkanlanndan  istifadə  edilə  bilər.  Qanunvericilik  eksperimenti  apanlarkən  nəzarətedici 
eksperimental amil qismində müəyyən zaman ərzində eksperiment zonasında qüvvədə olan hüquq norması çıxış edir. 
Adətən  federativ  idarəçilik  formasına  malik  olan  dövlətlərin  ayn-ayn  subyektlərində  hüquqi  aktlann  tətbiqini  belə 
eksperimentə nümunə göstərmək olar. Lakin belə hüquqi aktlann federasiyanm subyektlərində zamana görə qüvvə 
hədləri  müvafiq  federal  qanunlann  qəbulu  ilə  müəyyən  olunur.  Belə  hüquqi  aktlar  federasiyanm  subyektlərində 
Konstitusiyanın ayn-ayn müddəalarının realizə olunmasına xidmət edir. Müəyyən sahənin tənzimi ilə əlaqədar qəbul 
edilmiş  qanuna  xidmət  edən  qanunvericilik  eksperimenti  sosioloqlar  üçün  geniş  fəaliyyət  sahəsidir.  Belə  fəaliyyət 
prosesində  həmin  qanunun  səmərəliliyini,  əhalinin  ona  olan  münasibətini  və  onun  realizə  olunmasına  nəzarət 
mexanizmini aydınlaşdırmaq zəruridir. [280 - 281] 
111 


XVI
 FƏSIL
 
AILƏNIN 
SOSİOLOGİYASI 
1.
 
Ailənin mahiyyəti 
Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü 
deyil.  O,  özündə  sosial  təşkilatın,  sosial  strukturun,  institutun  və  kiçik  qrupun  xassələrini  təcəssüm  etdirir.  Ailə 
sosiologiyası  daha  geniş  problemlər  dairəsinin  -  sosiallaşdırmanm,  təhsilin,  siyasətin  və  hüququn,  əməyin, 
mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik, miqrasiya 
və  demoqrafik  dəyişikliklər  proseslərini  daha  mükəmməl  başa  düşməyə  imkan  verir.  İstehsal  və  istehlakm  əksər 
sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir. 
Ailəyə maraq geniş məzmunlu çoxfunksionalhğm öyrənilməsində əlavə unikal vasitəçi roluna idrakı maraqla 
dəstəklənir;  onun  bir  fenomen  kimi  sosiomədəni,  sərhəd  mahiyyətli,  sosiumun  istənilən  konstruksiyalaşdıniması 
zamanı  strukturların  kəsişməsində,  makro  və  mikroanalizin  sərhəddində  qərarlaşan  təbiəti  xüsusilə  əhəmiyyətlidir. 
Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasmı həyata keçirmək və empirik yolla 
tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına malikdir. 
Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı və burada, 
hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri defmisiyada toqquşmamalı, əksinə, üst-üstə 
düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin, nikahını və 
qohumluğun [281 - 282] müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə definisiyalan əldə etmək 
mümkündür. 
Ailə  yaradan  münasibətlər  kimi  ailənin  həyat  fəaliyyətinin  müxtəlif  tərəflərini  vurğulayan  çoxsaylı  ailə 
definisiyalan mövcuddur (məsələn, ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadlan olan və ya bir yerdə yaşayan 
şəxslər  qrupudur;  ailənin  əlamətlərinin  əhatəli  sıralanması  da  bu  qəbildəndir).  Əhalinin  nəsilartırma  meyarlanm  və 
sosial-psixoloji tamlığını nəzərə alan ailə definisiyalan arasında sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat 
yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq 
əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına 
cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur. 
Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın və seksual portnyorluğun, 
uşağın dünyaya gəlməsi ilə nəticələnən formalannın leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin daha dolğun 
anlaşılması  üçün  ailənin  məkanda  lokallaşmasını  (yaşayış  yeri,  ev,  mülkiyyət)  və  ailənin  iqtisadi  bünövrəsini  - 
valideyn və uşaqlann məhdud məişət və iaşə hüdudlanndan kənara çıxan iqtisadi əsaslarım nəzərdə tutmaq lazımdır. 
Beləliklə,  ailə  ər-arvadhq-valideynhk-qohumluq  əlaqələri  ilə  bağlanmış  və  bununla  əhali  arhmmı  və  ailə 
ənənələrini,  varisliyini,  həmçinin  uşaqlann  sosiallaşdırılmasmı  və  ailə üzvlərinin  mövcudluğunu  təmin  edən,  vahid 
ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur. 
Yalnız  ər-arvadlıq  -  valideynlik  -  qohumluq  üçər  münasibətlərinin  varlığı  ailənin  yaradılmasmdan  ciddi 
formada  danışmağa  imkan  verir.  Bu  münasibətlərdən  birinin,  yaxud  ikisinin  olmaması  haçansa  məhz  ailə  olmuş 
qrupların fraqmentarhğmı səciyyələndirir. 
Belə vəziyyət ölkənin bəzi ailələrində müşahidə olunur. Bundan əlavə, ailə qurmayan insanlar ya ər-arvadlıq 
münasibətləri  [282  -  283]  olmayan  valideynlərdən,  ya  da  faktik,  yaxud  legitim  övladsız  nikahla  yaşayanlardan 
ibarətdir. Bu fraqmentar «qınq» ailə formasına «ailə qrupu» termini uyğun gəlir: burada birgə ev təsərrüfatı və yalnız 
qohumluq, yaxud valideynlik və ya ər-arvadlıq əlaqələri ilə birləşən insanlar qrupu nəzərdə tutulur. 
Adətən ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları bu «özəyə» 
uşaqlann, qohumlann, qaynana və qaynatalann əlavə olunmasından asılı olaraq apanlır. Sosioloji baxımdan ailənin əsas 
tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin üçəp vəhdəti bərqərar olan ailəni əsas götürmək 
düzgündür.  Üç  münasibətdən  biri  olmayanda  yaranan  ailəvi  birlikləri  isə,  yuxanda  deyildiyi  kimi,  ailə  qruplan 
adlandırmaq  məqsədə  müvafiqdir.  Bu  dəqiqləşdirmə  onunla  əlaqədardır  ki,  son  zamanlar  Qərbdə  və  bəzi  hallarda 
ölkəmizdə  ailə  sosiologiyasında  onun  mahiyyətini  üç  əlamətdən  hər  hansı  biri  ilə,  əsasən  ər-arvadlıq,  yaxud  hətta 
portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfi deyildir ki, M. Sasmen və 
S.  Stenmetsin Amerika ensiklopediyasında nikah və ailəyə dair bir neçə fəsli ailənin «alternativ formalanna», yəni 
112 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə