Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə4/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   ...   245

12

* * *


Həsən babası ilə evdən çıxıb mədrəsəyə üz tutdu. Yol boyu 

kənd adamlarının Rəhim bəyə ehtiramla salam vermələri Həsənin 

çox xoşuna gəlirdi. 

Birdən gecə ağlamağı onun yadına düşdü:

– Baba, nə olar, mənim gecə ağlamağımı heç kimə söyləmə 

də, nə olar. Bir də mollaya o biri uşaqların babaları kimi, əti sənin, 

sümüyü mənim, demə, yaxşımı? 

– Demərəm, demərəm, Həsən. Sən mənim canımsan, qa nım-

san.  Kim  canından,  qanından  bir  parçasını  mollaya  verər.  O  elə 

bir sözdür deyiblər, yəni tənbeh et, öyrət. Sənə isə heç bir tənbeh 

gərək deyil!

Mədrəsə  həyəti  çox  cansıxıcı  idi.  Həyətə  girən  kimi  nəinki 

Həsənin, Rəhim bəyin özünün də ovqatı pozuldu. Elə bil bu həyətdə 

ağaclar əkildiyi gündən su içməmişdi. Susuzluqdan ağacların saralıb 

qarsımış  yarpaqları  tökülmüş,  azacıq  mehdən  titrəyib  xışıldayan 

xəzan  yarpaqları  adamın  qəlbində  kədərli  payız  ovqatı  yaradırdı. 

Divarın dibindəki su quyusu Rəhim bəyin diqqətindən yayınmadı.

“Bu hərdəmsiz molla Sadıq suyu ola-ola mədrəsənin həyətini 

qurudub, bundan uşaqlara da xeyir gəlməz,” – Rəhim bəy düşündü.

Üç  otaqlı,  palçıqdan  tikilmiş  mədrəsənin  qapısında  molla 

Sadıq Rəhim bəyi görcək özünü itirdi.

Rəhim bəy, xoş gəldiniz, səfa gətirdiniz. 

–  Xoş  gördük,  molla  Sadıq.  Bu  igid  oğlan  mənim  nəvəm 

Həsəndir.  Onu  sənin  yanına  gətirdim  ki,  bu  zamana  qədər  əldə 

etdiklərinin  ən  xeyirlisini  balaca  bəyə  öyrədəsən.  Amma  onu 

da  deyim,  Həsən  ərəb  əlifbasının  çox  hərfini  bilir.  Bəs  molla 

Məhəmməd hanı, gözümə dəymir?

– Bəy, – Molla Sadıq yaxına gələrək yavaşcadan sözünə davam 

elədi. – Pristavın əsgərini öldürən qaçaq Abdulla yadındamı, onun 

anası  rəhmətə  gedib.  Getdi,  gizlicə  onun  cənazə  namazını  qılıb 

qayıtsın.

– Gizli niyə, necə müsəlmanlıq olar ki, ölən namazsız torpağa 

tapşırılsın? Düşündünmü dediklərini, Molla Sadıq?



13

– Qurban olum, bəy, bizdən çox şeylər soruşulur. Belə gizli-

gizli  olsa  yaxşıdır,  yoxsa  mən  də  bilirəm,  belə  olmaz.  Bir  də 

görəcəksən, kafirlər doldu gecəylə həyətimə, bəy. İndi çox xatalı 

zamandır, qadan alım.

Həsənin  gözləri  alacalanmışdı.  Ölmək,  ölü  üstündə  namaz 

qılmaq,  kimlərinsə  ona  mane  olmağı  kafir  əməlidirsə,  bu  məd-

rəsədə cənazə namazı qılan yetişdirilirsə, bunun kimə xeyri var?

Birdən yadına nənəsinin söhbəti düşdü. İnsan öləndə qəbirə 

qoyulan  gecə  İnkir-Minkir  adlı  iki  mələk  öləni  sorğu-sual  edə-

cək lər. Savabı günahından çox olanlar bağışlanacaq, cənnətə gön-

dəriləcək. Günahı savabından çox olanlar...

Həsəni fikrindən mollanın səsi ayırdı. 

– Bəy, bir azdan mən də yasa gedib, ayaqüstü başsağlığı verib 

qayıdacam. 

Rəhim  bəy  xudahafizləşib  çıxdı.  O  gedəndən  sonra  Həsən 

özünü çox tənha hiss etdi. Hələ başqa uşaqlar da toplaşmamışdı. 

Birdən Həsən özündən asılı olmadan, amma çox ədəb-ərkanla izin 

alıb Molla Sadığa sual verdi: 

– Mən bir şeyi soruşa bilərəmmi?

– Buyur, oğlum.

Molla əmi, İnkir-Minkir kişidir, yoxsa qadın?

– Əstəğfürullah de, oğlum. Niyə soruşursan bunu? 

– Bax bu gün qaçaq Abdullanın anasını basdıracaqlar, gecə 

onu  dindirən  mələklər,  məncə,  mütləq  qadın  olmalıdır.  Yoxsa 

kə fənlənmiş  qadına  mələk  də  olsa,  Allah  baba  yol  verməz  ki, 

naməhrəm baxsın. Yəqin etmək istəyirəm ki, kişiləri kişi mələklər 

sorğu-sual edir, qadınları qadın mələklər?

– Oğlum, İnkir-Minkirin cinsi olmur, onlar mələkdirlər. Sən 

bunu yoldaşlarının yanında bir də demə. Əgər bunu başqa birisi 

desəydi, falaqqa otağında tənbeh olunardı. 

–  Oldu,  molla  əmi.  Amma  nənəm  deyir,  cənnətdə  hurilər, 

pərilər, qılmanlar var… 

– Oğlum… 

Molla ilk gündən sözünün ardını necə bitirəcəyini bilmədi. Bu 

uşağın ağlına, cəsarətinə, natiqliyinə heyran qalmışdı.




14

Molla Sadıq Rəhim bəyin nəvəsi ilə, deyəsən, işlərin heç də 

yaxşı  olmayacağını  düşündü.  Uşaqların  içində  əgər  belə  suallar 

tez-tez verilsə, nə edəcəkdi?

Rəhim bəy Həsəni mədrəsəyə ötürəndən sonra dərhal evə gəlib 

qaçaq Abdullanın anası Fatma qarının yasına getməyə tələsdi. Elə 

bu vaxt xanımı Mahtəvan, bəyi həvəslə sorğu-suala tutdu:

– Ay kişi, Həsən mədrəsəyə getdiyinə sevindimi? Molla Həsən 

haqqında nə dedi? Bu uşaq nə qədər oxuyacaq orada? Vallah, mən 

bu uşağa məəttəl qalmışam. Biz görmüşük uşaq daha çox anaya, 

ataya,  nənəyə  meyilli  olar.  Bu  uşaq  səndən  qopmur.  Nə  zaman 

uşaqlarla oynamaqdan qalıbsa, babam hanı? – səni soruşub. Ona 

görə Səlim dedi, Həsəni mədrəsəyə sən apararsan.

– Xanım, mən gəlinə də, Səlimə də deyəcəyəm, sənə də de-

yi rəm,  Həsən  adi  uşaq  deyil,  onun  tez  dil  açması,  tez  yeriməsi, 

hər gördüyü haqqında saysız suallar verməsini unutmusunuz? Bir 

də… əşi…

Bəy sözünün ardını gətirmədi. 

– Nə əşşi, bir də nə olub, ay kişi? Nəsə demək istədin, elə bil 

yarı yoldan qayıtdın. 

– Mən gözəl yuxuları öz-özümə yozub, “Tanrı xeyrə calasın” 

deyərəm. Arvad, Həsənin yuxusunu mən Həsən anadan olmadan 

görmüşdüm. Həccə gedən ili o müqəddəs yerdə çox qəribə bir yuxu 

gördüm. Gördüm ki, həyətimizdə bir armud ağacı bitib, sübh tezdən 

həyətə çıxıb ona baxıram. Bu an möcüzə baş verir. Quruyub yerimdə 

qalıram. Ağacın bir tərəfi gümüş, o biri tərəfi qızıl meyvələr gətirib. 

Külək ağacı yırğalayır, meyvələr yerə tökülür. Həyət boyu səpələnib 

işıq saçır. Göz önündə boy ataraq yüzlərlə yeni tingə çevrilir. Mən 

isə yerimdə donaraq şükür edib, dua oxuyuram. Yuxudan ayıldım. 

Hamı  gördüyü  yuxunu  bir-birinə  danışırdı.  Mən  bu  yuxunu  heç 

kimə danışmadım, qorxdum. Öz yuxumu o müqəddəs yerdə özüm 

yozdum.  Dedim,  ağac  da,  meyvə  də  övladdır.  Qayıdandan  sonra 

eşitdim,  Səlimin  övladı  olacaq.  Elə  bir  ay  sonra  Həsən  dünyaya 

gəldi. Mən onu ilk gördüyüm andan qulağına Azan oxudum, adını 

pıçıldadım.  O  andan  dərk  etdim  ki,  gördüyüm  yuxunun  müjdəsi 

elə bu uşaqdır. İndi məni çox əyləmə, Mahtəvan, dəfnə gedəcəm, 

Fatma qarı rəhmətə gedib. Sənsə gəlininə də de, özün də Həsəni 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə