Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə3/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   ...   245

9

görünən kəndləri, evlər suyun üzündə qalmışdı. “Yaxşı, bəs mən 

evə necə dönəcəyəm?” – Həsən düşünürdü. Bu an onun qənşərində 

əl  boyda  dördkünc  boşluq  göründü.  Üzünü  boşluğa  söykədi 

ki,  içində  nə  olduğunu  ay dın laşdırsın.  Suyun  üzü  ilə  kəndlərinə 

doğru dümağ işıqlı yol uzanırdı. Yolun o başında məcməyidə iri 

bir parça bəmbəyaz şan balı gözə dəyir, bir də yanan şam işarırdı. 

Həsən  çaşıb  qalmışdı,  bu  məsafəni  keçib  evlərinə  necə  çatsın? 

Bilmirdi üzə-üzəmi keçsin, yoxsa yeriyərək. Əsas məsələ, əvvəlcə 

bu kiçik boşluqdan keçmək və yola çıxmaq idi. Başını deşikdən 

içəri salmağa cəhd etdi. Bu an yol açıldı. Suyun üzərilə çətinliklə 

addımlayaraq çiynindəki torbanı töküb-dağıtmamağa çalışırdı. Yol 

elə  uzun  idi  ki…  Bu  bəmbəyaz  şan  balı  və  şamı  suyun  üzərinə 

kim qoy muş du? Kürün tanış iyi onun burnuna dəydi. Ağır yükü 

ilə birgə məcməyidəki balla şamı da kənd yoluna doğru daşıyırdı. 

Birdən  çiynindəki  heybədən  ulduzlar  suyun  üzərinə  səpələnərək 

əs ra rəngiz bir gözəllik yaratdı. Torba boşalsa da, çiynindəki ağırlıq 

artırdı. Yol gözəlliyindən bərq vurub yanırdı. Suyun üzərində izah 

olunmayan bu gözəllik onu valeh etmişdi. İrəlilədikcə yol uzanırdı. 

Həsən kənd yoluna çıxmağa çalışırdı. Ona elə gəlirdi, bu yol heç 

zaman bitməyəcək. 

Bu an qulağına qonub vızıldayan ağcaqanadın səsinə yu xu-

dan oyandı. Möhkəm tərləmişdi. Bu nə yuxu idi? Elə yorul muşdu, 

ayağa qalxmağa, mədrəsəyə hazırlaşmağa halı yox idi. 

Birtəhər  ayağa  qalxdı.  O,  həyətə  enəndə  bağban  Qasım 

samovarı yandırmışdı. Bu samovar onların evlərində ailə üzvü kimi 

əzizlənib qorunan əşya idi. Rəhim bəy gəzib-dolandığı yerlərdən 

qayıdanda  hər  ailə  üzvünə  hədiyyə  alıb  gətirərdi.  Həm  də  evini 

hədiyyələrlə “sevindirməyi” unutmazdı. Peterburq səfərindən gə-

ti ri lən bu samovar da ilk gündən evdə hamının sevimli əşyasına 

çevrilmişdi.  Səlim  bəy  oğlunun  bu  gün  çox  yorğun  olduğunu 

dərhal hiss etdi. 

–  Sabahınız  xeyir,  –  Həsən  titrək  səsilə  hamının  diqqətini 

çəkdi. 


– Sabahın xeyir, – Səlim bəy oğluna sarı döndü: – nə olub, 

xəstələnməmisən?




10

– Yox!


– Bəs niyə kefsizsən?

– Bilmirəm.

Hamıya elə bil hay düşmüşdü. Bir anda bütün ailə qoca tut 

ağacının altına  – süfrə başına toplaşdı. Hamıdan çox sevinən də 

Həsənin anası Mənzər xanım idi.

–  Həsənim,  ay  Həsənim,  söz  deməmiş  kövrəlib  inciyənim. 

Anasının bircəsi, necəsən? – Mənzər xanım oğlunu bağrına ba sa-

raq üz-gözündən öpdü, oxşadı. Bilirsənmi mən bu günü nə qədər 

gözləmişəm? Sən indi də hamıdan tez hafiz olarsan, mən də dün-

ya nın ən bəxtəvər anası olaram. Bax gör sənə nə saxlamışam: rəh-

mətlik atamın Quran rəhnəsini, hər tərəfi qızıl sikkə, firuzə qaşla 

işlənib. Sənə bir də “Covkan-kəbir” muskası verəcəyəm. Mən bu 

günü  çox  gözləmişəm.  Bunlar  mənə  biləsən  nə  qədər  əzizdirlər. 

Muskanı  mənə  atan  Xorasandan  gətirib.  Üstünə  gör  nə  yazılıb? 

Sən axı hərfləri oxuya bilirsən, – “Həsənin anası üçün… 1842… 

Səlim bəy… Xorasan…” Onda sən qucağımda 8 aylıq idin. 

Muska bəzəkli, dördkünc qızıl dua qabı idi.

–  Niyə  Səfərəlinin,  Həmdullanın,  Mehralının  adını  yox, 

mənim adımı yazdırıb? – Həsən maraqla soruşdu. 

Bilmirəm, onu atandan soruş... 

  Həsənin  iri,  mənalı  gözləri  ilk  baxışdan  onu  görənlərin 

təəssüratında  fərqli  bir  rəy  yaradırdı.  Nənəsi  həmişə  ona  “əziz-

xələf  qayınata”  deyərək  müraciət  edirdi.  Yarızarafat,  yarıciddi 

deyərdi  ki,  mən  bu  Həsəni  görəndə  özümdən  asılı  olmayaraq 

yaşmaq tutmaq istəyirəm. 

Bu  gün  nənəsi  Mahtəvan  xanım  tezdən  yuxudan  qalxaraq 

Həsənə  fəsəli  yaymışdı.  Bu  evdə  fəsəli,  qoğal  ancaq  nənəsinin 

əlindən çıxanda Həsən onu yeyərdi. 

Bu gün babası da zarafatından qalmadı: 

– Bəh, bəh, adam az qalır uşaq kimi təzədən mədrəsəyə gedə. 

O zaman mənim hər səhər fəsəli bişirən nənəm olsaydı, oxumağa 

nə vardı ki… 

Nənəsi Həsənin azacıq kefsizliyini görüb bilmirdi onu necə 

ovutsun:



11

– Həsən balam hamıdan gözəl öyrənəcək. Quranı elə əz bər lə-

yəcək ki, inşallah… Həsənin səsi də hamınınkından gö zəl dir. Mən 

öləndə o gözəl səsiylə “Yasin” oxuyacaq. Babası, o gü nü Həsən 

uşaqlarla ağaca çıxmışdı. Təbrizli aşığın sözlərini oxuyurdu:

“Ağ ciyərin yeddi yerdən bəndi var,

Zalım İbiş əmioğlumun fəndi var”.

–  Nənə,  yaxşısı  budur,  sən  heç  ölmə,  çünki  mən  “Yasin” 

oxumayacam.  Ağacda  oxuyan  mən  deyildim,  sən  həmişə  bizi 

qarışdırırsan, əmimin oğlu Hidayətiydi.

– Bıyy, başıma xeyir, a bala, necə yəni, Həsən, “Yasin” oxu-

muyassan? Ay kişi, Quranı oxumayacaqsa, bu uşağın mədrəsədə 

nə işi?

Babası Həsənin gözünün üstünə tökülən telini arxaya tumar-



layaraq, qaragül papağını başına qoydu. 

– Mən balamdan arxayınam. Harada olsa, başımızı uca edəcək. 

Rəhim  bəyin  Həsənə  olan  böyük  ümidlərinin  izahı  çox  idi. 

Nəvələrinin içində fərqli bir duyğu ilə sevdiyi Həsəni o daha böyük 

məktəblərdə oxutmaq istəyirdi.

–  Oğlum,  dayan,  sənə  mədrəsə  üçün  qızıl  düyməli  arxalıq 

tikdirmişəm, bu gün onu gey! – nənəsi dilləndi.

– Yox! 


– Sən Rəhim bəyin nəvəsi, Səlim bəyin oğlu Həsən bəysən, 

mən qardaşların üçün də tikdirmişdim, onlar da geydilər.

– Mən onu geyinməyəcəm! Məcbur etsəniz, heç mədrəsəyə 

də getməyəcəm.

Nənəsi  donub  qalmışdı.  Sakit  bildiyi  bu  oğlan  indi  odlu, 

kəsərli danışığı ilə əsl “qayınata”lığını, böyüklüyünü sübut edirdi. 

Səlim bəy də, Rəhim bəy də gülə-gülə başlarını tərpətməklə 

Həsənlə həmrəy olduqlarını bildirdilər.

 Səlim bəy:

– Sən bu gün ilk dəfə, deyəsən, içinin səsinə qulaq asıb qərar 

verdin, Həsən. Əhsən! Həmişə belə ol!



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə