Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

42

bu  tikili  onunla  həmdövr  olmuş  və  dəfələrlə  təmir  edilmişdir. 

Böyük ehtimal ki, Şıxməzid Ağsu şəhərinin məhəllələrində aşkar 

olunmuş kompleks ola bilsin ki, elə həmin məscidin qalıqlarıdır. 

Bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər islam 

qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya 

daha maraqlı faktlar çıxıb. Maraqlıdır ki, əksər qəbirlərin üzəri 4, 

6 və ya 8 ədəd səhənglə örtülüb. Belə dəfn adətinə hələ ki, heç bir 

müsəlman ölkəsində rast gəlinməyib. 

Zəki  Vəlidi  Toğan  əslən  Polşa  tatarı  olan  alim  Cəmil 

Aleksandroviç Nasifiyə istinadən Nadir şahın dövründə Şirvanın 

paytaxtı kimi qəbul olunması ilə əlaqədar adı göstərilən Ağsunun 

hələ XIV əsrdə monqollar və Teymur zamanında böyük əhəmiyyətə 

malik  olduğunu  yazır.  Nasifi  Ağsunun  1,5  km  şimalında  olan 

Şeyx  Məzid  türbəsinin,  əvvəlcə  zənn  edildiyi  kimi,  XVII  əsrə 

aid abidə olmayıb daha qədim olduğunu göstərir. Rəvayətə görə, 

Şeyx Məzid bir təbib-alim imiş. Türbənin qapısında binanı tikən 

şamaxılı Şeyx Şəmsəddinin kitabəsində verilən yeddi yüz doqsan 

qeydindən  abidənin  1388/89-cu  ilə  aid  olduğu  bilinir.  Nasifi 

Ağsudan  3  km  şimali-şərqdə  alim  və  müctəhid  “Şeyx  Dursun 

ibn  Əhməd  bəy  əl-Gilani”nin,  üzərindəki  kitabəsindən  806-cı 

ilin  zilqədə  ayında  (may,  1404)  tikildiyi  bilinən,  türbəsini  [də] 

ziyarət etmişdir. Yəni hər iki abidə Teymurun və Şirvanşah Şeyx 

İbrahimin dövrünə aiddir. Xatırladaq ki, 1647-ci ildə Ağsuda olan 

Övliya Çələbi buranın min evli, cameli, karvansara və hamamlı, 

bağlı-bağçalı  abad  qəsəbə  olduğunu  yazır.  Övliya  Çələbi  eyni 

zamanda Ağsu  çayı  yanında  Fərruxzar  adlanan  kiçik  bir  şəhər 

barədə də məlumat verir.




43

         

 Xeyirbəy Qasımov

       tarix  elmləri doktoru                                                                                   

                     



ŞİRVANDA MEMARLIĞIN İNKİŞAFINA DAİR 

(XV-XVI ƏSRLƏR)

Şirvanın memarlıq abidələri meydana gəldiyi tarixi dövrün 

ictimai-siyasi,  iqtisadi,  ideoloji  hadisələrini,  tikinti-texniki 

səviyyəsini  əks  etdirən,  həmin  dövrün  digər  sənət  sahələri 

haqqında  xeyli  məlumat  verən  obyektlərdir.  “Çoxəsrlik  tarixi 

təcrübə  göstərir  ki,  şəhərsalma  sənəti  cəmiyyətin  siyasi-ictimai 

quruluşu,  iqtisadi  gücü,  məhsuldar  qüvvələri,  mədəniyyət  və 

incəsənətin inkişaf səviyyəsi ilə çox bağlıdır”.  O, xalqın taleyi ilə, 

qədim adət-ənənələri, milli xüsusiyyətləri, psixologiyası, habelə 

təbii-iqlim şəraiti ilə şərtlənən mürəkkəb yaradıcılıq sahəsidir. 

XIV  əsrin  sonlarından  etibarən  Şərq  ölkələrində  (eləcə  də 

Şirvanda   şəhərlərin əhəmiyyəti yenidən artmağa başladı, onların 

bir  çoxu  inzibati  mərkəzlərə  çevrildi.  Bu  dövrdə  hökmdarların 

iqamətgahları əvvəllər olduğu kimi uzaq və əlçatmaz qalalarda 

deyil,  məhz  şəhərlərdə  yerləşirdi.  Məsələn,  XV  əsrdə  Bakının 

Şirvanşahlar  dövlətinin  paytaxtına  çevrilməsi  prosesini, 

şəhərsalma  tədbirlərinin  miqyasını  xatırlamaq  kifayətdir.  Orta 

çağların  Azərbaycan  şəhərlərinin  çoxusu  müdafiə  funksiyası 

daşıyan  qala  divarları  ilə  əhatə  olunduğu  üçün  onların  inkişafı 

məhdudlaşmışdı.

Şəhər planının müdafiə sistemindən asılılığı onun strukturuna 

və  kompozisiyasına  böyük  dəyişiklik  gətirə  biləcək  əsaslı 

şəhərsalma  işlərinin  aparılmasını  çətinləşdirirdi.  Orta  əsrlər  

ərzində  Şirvanda  şəhərlərin  plan  quruluşunun  əsrlərlə  çox  az 

dəyişməsi səbəblərindən biri də məhz bu idi.

Bu  dövrdə  Şirvanda  memarlığın  inkişafını  zəruri  edən 

obyektiv şərtlər aşağıdakılar idi: 

1.  İslam  dini  ideologiyası  –  məscidlərin,  mədrəsələrin, 

müxtəlif dini təyinatlı obyektlərin inşasını tələb edirdi



44

2. Ticarət və sənətkarlığın artımı – müxtəlif tipli bazarların, 

dükanların, karvansaraların, ovdanların və s.-nin tikintisini zəruri 

etmişdi; 

3.  Şəhərlər,  ölkələr  arasındakı  inteqrasiya,  əlaqə  meyili  – 

ticarət yollarının, körpülərin və s.-nin salınmasını tələb edirdi;

4. Hakim sinfin mənafeləri – sarayların, saray komplekslərinin, 

müxtəlif təyinatlı emalatxanaların tikilişini zərurətə çevirmişdi;

5.  Yaşayış  məskənlərinin  qorunması  zərurəti  –  müxtəlif 

müdafiə  obyektlərinin  (qalaların,  qüllələrin,  qala  divarlarının), 

istehkamların inşasını labüd  edirdi. Hərbi-siyasi münaqişələrlə 

zəngin olmuş orta çağlarda bu zəruri şərtlər (xüsusilə sadalanmış 

son şərt – müdafiə zərurəti) daim yaşarı idi, fasiləsizliyi ilə diqqəti 

cəlb edirdi. 

Həmin  əsrin  Şirvan  abidələrinin  əsas  kütləsi  Bakıda  və 

Abşeron  kəndlərindədir.  Bunlar  məscidlər,  karvansaralar, 

hamamlar və xatirə tikililəridir. Yaxın və Orta Şərq regionunun 

ən nadir ansambllarından biri olan Şirvanşahlar saray kompleksi 

/Bakı/ Şirvan-Abşeron memarlıq məktəbinin tipik nümunəsidir. 

XV əsrin II rübündə yaradılmış bu kompleks saray, divanxana, 

Şirvanşahlar  türbəsi  /1435/,  ovdan  /1436/,  hamam  /1438/,  Şah 

məscidi  /1441/,  Keyqubad  məscidi  və  Seyid Yəhya  Bakuvinin 

türbəsindən ibarətdir.  Şirvanşahlar dövləti paytaxtının Şamaxıdan 

Bakıya köçürülməsi Bakını bu zamanın ən intensiv şəhərsalma 

obyektinə çevirmişdi (saray kompleksi və s.). “Planlaşma prinsipi 

və  memarlıq  bədii  həllin  ümumiliyi,  binaların  bir-birinə  yaxın 

illərdə tikilməsi və kompleksin qısa bir dövrdə formalaşması (XV 

yüzilin ikinci rübündə) belə bir fikir oyadır ki, Şirvanşahlar sarayı 

ansamblı bir memarın nəzarəti altında inşa edilmişdir. Ola bilsin 

ki, ansamblın “baş memarı” Şirvanşahlar türbəsinin baş tağındakı 

medalyonda adını yazmış Memar Əlidir” . “Şirvanşahlar sarayı 

kompleksi XV əsrin  «təxminən 10-сu illərində tikilmişdir”. Saray 

kompleksi  aydın  surətdə  düşünülmüş  plana,  sxemə  malikdir. 

Bu sxemə əsasən kompleks iki hissəyə (rəsmi və şəxsi istifadə 

məqsədli) ayrılır.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə