Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   ...   29

  
 
 
 
 
 
 
 
Kitab  müzakirəsi:  Oxucular  arasında  bədii  ədəbiyyatı 
təbliğ  etməyin  ən  geniş  yayılmış  şifahi  üsulu  kitab 
müzakirəsidir. Kitab müzakirəsi adətən hər hansı bir kitaba, 
oxucu  konfransı  isə  müəyyən  bir  mövzuya  və  ya  problemə 
(məsələn,  ictimai-siyasi  və  tarixi  hadisələrə,  beynəlxalq 
həyata və s. məsələlərə dair kitablar haqqında müxtəlif oxucu 
fikirləri)  həsr  edilir.  Kitab  müzakirələri  məktəblilərin  oxucu 
fəallığının artmasına, bədii-estetik zövqlərin formalaşmasına, 
kitab  üzərində  müstəqil  işləmək,  oxuduqları  çap  əsərləri 
haqqında sərbəst fikir yürütmə bacarığının yaranmasına təsir 
göstərir.  Müzakirələrdə  yüzlərlə  adam-gənclər,  yaşlılar, 
ziyalılar,  şagirdlər,  tələbələr  və  başqa  oxucular  fəal  iştirak 
edirlər.  Yazıçı  və  şairlərlə  oxucular  arasında  ünsiyyətin 
yaradılmasında,  bədii  ədəbiyyata  meylin  yaranmasında  belə 
müzakirələr  böyük  əhəmiyyət  kəsb  edir.  Kitab  müzakirəsi 
heç bir halda formal xarakter daşımamalıdır. Hər hansı bədii 
əsərin  müzakirəsi  ciddi  hazırlıq  tələb  edir.  Bir  qayda  olaraq 
müzakirəyə  həyat  həqiqətini  düzgün  əks  etdirən,  geniş 
ictimaiyyəti  həyəcanlandıran  problemlərlə  səsləşən,  vətən-
pərvərlik  hissləri  aşılayan  bədii  əsərlər  çıxarılmalıdır.  Kitab 
müzakirəsi  üçün  bədii  ədəbiyyat  nümunəsi  seçərkən  məktəb 
proqramı,  yaş  qrupları,  onların  maraq  və  sorğuları  nəzərə 
alınır.  Bədii  əsər  seçiləndən  sonra  plan  tərtib  olunur,  həmin 
hazırlıq  planını  bir qayda olaraq kitabxana fəalları müzakirə 
edirlər.  Müzakirə üç mərhələdə həyata keçirilir: 
1)  Müzakirə  olunacaq  mövzunun  və  ya  kitabın  seçilməsi 
və  işin  planlaşdırılması;  2)  Müzakirəyə  hazırılıq;  3) 
Müzakirənin keçirilməsi və yekunu.  
Hazırlıq  dövründə  şagirdlərin  mütaliəsinə  ardıcıl  nəzarət 
etmək,  mütaliənin  keyfiyyətini  yoxlayıb,  onlara  metodik 
cəhətdən  kömək  göstərmək  daha  faydalıdır.  Kömək  zamanı 
əsərin  necə  mütaliə  olunmasına  nəzarət  edilməlidir.  Bu 
zaman plakatlar, kitabın cildinin surəti, kitab haqqında rəylər 


  
 
 
 
 
 
 
 
və  nəhayət,  müzakirə  üçün  suallar  tərtib  edilib  nümayiş 
etdirilməlidir.  Bundan  başqa  kitabxananın  divar  qəzetində 
kitab  haqqında  materiallar  nümayiş  etdirilməlidir.  Həmçinin 
müzakirə  olunacaq  kitab  haqqında  məktəbin  saytında 
məlumat  yerləşdirmək,  internet  vasitəsilə  sual-cavab  keçir-
mək, müzakirələr aparmaq əhəmiyyətli rol oynayır. Müzakirə 
üçün  çıxışların  mövzusu    və  məruzə  olunacaq  məsələlər 
ədəbiyyat müəllimi ilə birlikdə hazırlanmalı və fəal oxuculara 
tapşırılmalıdır.    Bədii  əsərin  müzakirəsi  zamanı  aşağıdakı 
məsələlərə diqqət yetirmək lazımdır: 
1.Obrazlar 
səciyyələndirilsin, 
qəhrəmanların 
əxlaqi 
keyfiyyətləri  araşdırılsın  və  hadisənin  tarixi  şəraiti  dərk 
edilsin;  2.Yazıçının  təbliğ  etdiyi  ideyalar,  fikirlər  aydınlaş-
dırılsın; 3.Əsərin bədii dəyəri (süjet xətti, kompozisiyası, dili, 
sənətkarlıq xüsusiyyətləri və dil üslubu) qiymətləndirilsin; 4. 
Əsər haqqında şagirdlərin şəxsi mülahizələri öyrənilsin.  
Kitab  müzakirəsi  aparıcının  5-10  dəqiqəlik  giriş  sözü  ilə 
açılır.  Aparıcının  vəzifəsi  qısaca  olaraq  müəllifin  yaradıcı-
lığının əsas cəhətlərini nəzərə çatdırmaqdan, müzakirə olunan 
əsərin mühüm məqamlarını qeyd etməkdən, çıxışlara ümumi 
istiqamət  verməkdən  ibarət  olmalıdır.  Müzakirə  prosesində 
əvvəlcə  müzakirənin  məqsəd  və  vəzifəsi  haqqında  qısa 
məlumat  verilir,  sonra  sualların  şərhinə  keçilir,  əsəri  mütaliə 
edən şagirdlər verilmiş suallara uyğun olaraq çıxışlar edirlər; 
müzakirənin  sonunda  çıxışlar  təhlil  olunaraq  yekunlaşdırılır. 
Müzakirə  zamanı  tənqidi  yanaşmaq,  mübahisə  yaratmaq  və 
müasir həyatla əlaqələndirmək vacib şərtdir. Əsərin yazıldığı 
dövr,  kitabın  təsvir  etdiyi  dövr  və  müasir  dövr  üçün 
əhəmiyyəti burada ayrı ayrılıqda təhlil olunur.  
Kitab  təqdimatı:  Kitab  təqdimatı  bütün  kitablara  deyil, 
geniş  ictimaiyyət,  müxtəlif  yaş  qrupları  üçün  maraq  obyekti 
olan, ölkənin ictimai-siyasi həyatına, iqtisadiyyatına, təhsil və 
mədəniyyətinə,  xalqın,  dövlətin  həyatında  böyük  xidmətləri 


  
 
 
 
 
 
 
 
olan,  ictimai-siyasi  və  dövlət,  elm,  maarif,  mədəniyyət, 
ədəbiyyat  və  incəsənət  xadimlərinin  həyat  və  fəaliyyətlərini 
əks  etdirən  kitablara  həsr  olunur.  Kitab  təqdimatı  hazırlan-
ması və təşkili baxımından kitab müzakirəsinə oxşayır. Lakin 
kitab  təqdimatı  mahiyyətcə  və  məqsədinə  görə  kitab 
müzakirəsindən  fərqlənir.  Kitab  müzakirələrində  başlıca 
məqsəd  müzakirə  obyekti  olan  kitab  haqqında  oxucuların 
fikirlərini  bilmək,  onun  nə  dərəcədə  maraqla  oxunduğunu 
müəyyənləşdirməkdirsə,  kitab  təqdimatının  başlıca  məqsədi 
təqdimata yığışanları yeni kitab haqqında məlumatlandırmaq, 
onun  əhəmiyyəti  haqqında  təsəvvür  yaratmaqla  geniş  təbliğ 
olunmasına çağırış xarakteri daşıyır.  
Kitabların təqdimat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş 
sözü  ilə  başlayır.  O,  iştirakçıları  salamlayaraq,  kitabın  möv-
zusu,  təqdimatın  məqsədi  haqqında  məlumat  verir.  Aparıcı 
təqdim  olunan  kitabın  ya  özunu,  ya  da  fotoşəklini  nümayiş 
etdirir.  İnformasiya  mərkəzi  olan  məktəb  kitabxanalarında 
proyektorun  köməyilə  ekranda  kitabın  elektron  variantı 
göstərilir.  10-15  dəqiqə  ərzində  kitabın  kimlər  üçün  nəzərdə 
tutulduğu  haqqında  danışılır  və  elektron  variantda  kitabın 
içindəkilər  (mündəricatı)  göstərilir.  İştirakçılara  kitabın 
yerləşdiyi  İnternet  ünvanlar  çatdırılır.  10-15  dəqiqə 
oxucularla  dialoq  aparılır.  Kitabın  əhəmiyyəti  haqqında  rəy 
və mülahizələr öyrənilir və mövzuya uyğun suallar verilir. 5-
10  dəqiqəlik  son  sözdə  kitabın  əhəmiyyətindən  bir  daha 
danışılır,  kitabın  qiyməti,  haradan  almağın  mümkünlüyü 
haqqında məlumat verilir. Mərasimdə müəllifin iştirak etməsi 
daha  yaxşı  olar,  çünki  ortaya  çıxan  bir  çox  sualları  yalnız  o 
cavablandıra  bilər.  Tədbirdən  əvvəl  elan  hazırlanmalıdır. 
Elanda kitabın müəllifi və annotasiyası yazılmalı, oxucuların 
rəylərini yazmaq üçün “sorğu arayışı” paylanmalıdır. Bundan 
başqa imkan daxilində kitab haqqında buklet və dəvətnamələr 
hazırlamaq  olar.  Müəllif  və  kitab  haqqında  qısa  məlumat, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə