Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   ...   29

  
 
 
 
 
 
 
 
iştirakçıların sayı nəzərə alınaraq məktəbin digər otaqlarında 
və  ya  akt  zalında  həyata  keçirilir.Tədbirin  həyata  keçirilmə 
zamanı  iştirakçılar  və  qonaqlarla  razılaşdırılır.  Sistemli 
kütləvi  tədbirin  təşkili  oxucu  qruplarının  yaş  və  hazırlıq 
səviyyəsindən tədbirin formasından, çatdırılacaq  mövzuların 
xarakterindən  asılı  olaraq  müəyyən  edilir.  Məsələn,  orta  və 
yeniyetmə  yaşlı  oxucular  üçün  keçirilən  mühazirə  45-50 
dəqiqə,  söhbətlər15-20  dəqiqədən  çox  aparılmamalıdır. 
İllüstrasiyalı  kitab  sərgilərinin  müddəti  2-3  həftədən  artıq 
olmamamlıdır.  Tematik  gecə  və  bu  qəbildən  olan  tədbirlər 
1,5-2  saat  uzadıla  bilər.  Kütləvi  tədbirin  aparıcısını,  iştirakçı 
və  qonaqları  proqramın  gedişatı  haqqında  qabaqcadan 
xəbərdar etmək azımdır.   
Çıxış  edənlər  və  təşkilatçılar  -  kitabxanada  təşkil  olunan 
kütləvi  tədbirlərin  təşkilatçıları  və  çıxış  edənlər  əsasən 
kitabxanaçı,  fənn  müəllimləri  və  şagirdlər  olur.  Onların 
köməyi  ilə  kütləvi  tədbirə  hazırlıq  və  oxucu  maraqlarının 
öyrənilməsi  həyata  keçirilir.  İri  miqyaslı  tədbirlərin 
keçirilməsi  zamanı  təhsil  və  mədəniyyət  işçiləri,  məktəbdə 
tərbiyə  işləri  üzrə  müavin  (təşkilatçı),  uşaq  və  gənclər 
birliyinin  rəhbəri,  valideyinlər,  pedaqoji  kollketivin  digər 
üzvləri də işə cəlb olunur.    
Təbliğat  reklamı  –  kütləvi  tədbirin  uğurla  həyata 
keçirilməsi  təbliğatsız  mümkün  deyil.  Təbliğat  formaları  –
reklam,  elan,  dəvətnamələr,  afişa,  divar  qəzeti  ilə 
məlumatlandırma və s.-dir. Məlumat və elanlar lakonik, eyni 
zamanda  yetərincə  informasiyalı,  aydın  və  əhatəli  olmalıdır. 
Həmçinin,  onlar  təlim-tərbiyə  və  mütaliə  mədəniyyəti 
çərçivəsində  yazılmalıdır.  Dəvətnamələrin  üzərində  tədbirin 
həsr  olunduğu  mövzuya  aid  tövsiyə  olunan  ədəbiyyat 
siyahıları  və  ya  tədbir  həsr  olunmuş  müəllifin  yaradıcılığı 
haqqında  məlumat  verilə  bilər.  Eyni  zamanda  seçilmiş 


  
 
 
 
 
 
 
 
mövzunu  kitabxananın  görünən  yerlərində  də  oxşar  
məlumatlar yerləşdirilməsi məqsədə uyğun hesab olunur.   
 Oxucu  auditoriyasının  formalaşdırılması  -  kitabxanada 
keçirilən  kütləvi  tədbirlər    hazırlıq  səviyyəsinə  və  aktivlik 
dərəcəsinə  görə  müxtəlif  qruplardan  olan  oxucuları  fərqli 
maraqlar  ətrafında  toplaya  bilir.  Son  dövrlərdə  sərbəst 
ünsiyyət yönümlü kütləvi tədbirlərin əhəmiyyəti artmaqdadır. 
Buna  görə  də  belə  tədbirlərin  gedişatında  oxucu  hazırlığı 
əhəmiyyətli  rol  oynayır.  Bu  baxımdan  iştirakçı  seçimində 
onun  şəxsi  keyfiyyətlərini  və  potensialını,  ünsiyyət 
səviyyəsini, mədəni nitq qabiliyyətini, bədii zövqünü  nəzərə 
almaq lazımdır. 
Kütləvi  tədbir keçirilən  zaman istifadə olunan  materiallar 
əhval  ruhiyyəyə  təsir  etməli,  həyəcanlandırmalı,  ünvanlı  və 
müəyyən  olunmuş  mövcud  şərtlərə  uyğun  formada  həyata 
keçirilməlidir. Çalışmaq lazımdır ki, geniş oxucu kütləsi cəlb 
edilsin  və  hər  kəs  aktiv  iştirak  etsin.  Kütləvi  tədbir  təşkil 
olunarkən  oxucuların  yaş  və  psixoloji  xüsuisyyətləri  də 
nəzərə  alınmalıdır.  Məsələn,  məktəblilərə    həyatı  oyunla 
tanıtmağa  çalışmaq    xüsusi  əhəmiyyət  daşıyır.    Bu  zaman 
kiçik  yaşlı  uşaqların  yaddaşının  möhkəmləndirilməsi,  diqqət 
və  qavrayışın,  emosiyaların  inkişaf  etdirilməsi,  yaşıdlarıyla 
yarış mühitinin yaradılmasına  və s. diqqət etmək vacibdir.  
Nəhayət  onu  demək  olar  ki,  kitabxanada  keçirilən  kütləvi 
tədbirin əsas mahiyyəti onun mütaliə və mütaliənin təbliği  ilə 
bağlılığıdır.    Ona  görə  də  hansı  mövzuda  və  formada 
keçirilməsindən  asılı  olmayaraq  hər  bir  kütləvi  tədbir  ilk 
növbədə  kitabın  və  mütaliənin  təbliği  istiqamətində  
aparılmalıdır.   
Kütləvi tədbirin keçirilməsinə hazırlıq mərhələsi.  Kütləvi 
tədbirə  hazırlıq  və  keçirilməsi  onun  formasından  asılı 
olmayaraq bir neçə mərhələdən və  əməliyyatdan ibarət  olur.  
Kitabxanaçı    mövzunu  seçməli,  auditoriyanın  tərkibini, 


  
 
 
 
 
 
 
 
tədbirin  keçirilmə  məqsədini  təyin  etməlidir.  Bundan  sonra 
işin  bütün    mərhələlərini  və  istiqamətini  əhatə  edən    plan 
tutulur.  Bura daxildir:  
-Vaxt  seçilməsi,  ssenarinin  yazılması,  komandanın 
formalaşdırılması,  iştirak  edənlərlə  görüş,  tədbir  haqqında 
informasiyanın hazırlanması. 
- hazırlıq mərhələsi:  
-  kitab  sərgilərinin  təşkili,  ədəbiyyat  xülasələrinin  keçiril-
məsi, iştirak edənlərlə hazırlıq, rekvizitlərin hazırlanması. 
-tədbirin keçirilməsi:  
-yekun  mərhələ:  məktəblilərlə  və  müəllimlərlə  tədbirin 
müzakirə  edilməsi,  çıxışların  yazılması,  hesabat,  albom  və  
çağırışların  hazırlanması. 
Kütləvi tədbirin keçirilmə texnologiyası. 
Kütləvi  tədbirlər  kitabxana  işinin  effektiv  formalarından 
hesab  olunur.  Məhz  tədbirlər  sayəsində  kitabxanaçı  özünü 
yaradıcı  şəxs  və  öz  işinin  peşəkarı  kimi    göstərir,  kitab  və 
mütaliəyə cəlb edərək oxucuya təsir edir. Kütləvi tədbirlərin 
keçirilməsi  sayəsində  qazandığı  təcrübə  kitabxanaçıya 
kommunikativ  və  konstruktiv  təcrübə  və  bacarıqlarını,  peşə 
ustalığını  inkişaf  etdirməyə  imkan  verir.  Açıq  kütləvi  tədbir  
metodik tədbirlərdə, seminar və kurslarda təcrübə mübadiləsi 
zamanı  kitabxanaçının  peşə  ustalığının  və  təcrübəsinin 
yoxlanılmasında  mühüm  rol  oynayır.  Onu  da  qeyd  etmək 
lazımdır ki, kütləvi tədbirin təşkili və hazırlanması o qədər də 
asan  iş  deyil.  Bu  işin  uğurla  həyata  keçirilməsi  bir  çox 
amillərdən  asılıdır  və  bunları  hər  bir  kitabxanaçı  mütləq 
bilməli,    nəzərə  almalı  və  əməl  etməlidir.  Məsələn,  hər  bir 
seçilmiş tədbir forması mütləq keçirilən tədbirin məzmununa 
cavab verməlidir.  
Kütləvi  tədbirin  tərtibatında  hazırlıq  zamanı  istifadə 
olunan üsul və vasitələr, keçirilmə forması, mövzu istiqaməti, 
yaş həddi, əhatəlilik də vacib şərtlər sayılır. Kütləvi tədbirin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə