Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

  
 
 
 
 
 
 
 
oxucuların,  eləcə  də  kitabxana  işçilərinin  adından  görüşə 
gələn şəxsə təşəkkürünü bildirməlidir 
Ədəbi-bədii  gecə:  Məktəb  kitabxanalarında  təbliğat 
ədəbi-bədii gecələr vasitəsilə də həyata keçirilir. Ədəbi-bədii 
gеcələr  tanınmış  şair  və  yazıçılardan  birinin  yaradıcılığına, 
habеlə  bir  və  ya  bir  nеçə  ədəbi  əsərə  həsr  оluna  bilər.  Bu 
tədbirlər  böyük  təhsil  və  tərbiyə  əhəmiyyəti  kəsb  еdir,  bədii 
əsərə sеvgi оyadır, bədii zövqü fоrmalaşdırır, ciddi mütaliəyə 
maraq  yaradır.  Keçiriləcək  tədbirin  kompozisiyasından  asılı 
olaraq  xüsusi  proqram,  ssenari  tərtib  edərək,  teatrlaşdırılmış 
səhnəcik  qurmaq  olar.  Gecəyə  hazırlaşmaq  yaradıcılıq 
qabiliyyəti tələb edir. Kitabxanaçı gecənin əvvəlindən sonuna 
kimi  bütün  elementləri  (çıxış,  rəy,  qonaqlara  söz  vermə, 
musiqi  nömrə-  lərini)  ssenaridə  əks  etdirir.  Ssenari  tərtib 
edilərkən  seçilən  şeir  parçalarının,  çıxışların,  diktor  replika-
larının  məzmununun  iştirakçıların  ideya-siyasi  tərbiyəsinə 
müsbət  təsiri  diqqət  mərkəzində  saxlanmalıdır.  İştirakçıların 
yerləşdirilməsi,  diktorların  yeri,  qonaqların  qarşılanması, 
ədəbi-bədii  gecə  keçiriləcək  zalın  mövzuya  uyğun  bəzədil-
məsi, lazımi stend, sərgi, ədəbi bülleten və albomların hazır-
lanması  əvvəlcədən  planlaşdırılmalıdır.  Gecədə  müəllifin 
əsərlərinin  tərcümələrindən  də  istifadə  olunmalıdır.  Adından 
məlum olduğu kimi ədəbi-bədii gecə iki hissəyə bölünür. Hər 
bir  ədəbi  gеcənin  əsasını  məruzə  təşkil  еdir.  İkinci  hissə  isə 
tədbirin  mövzusu  ilə  bağlı  şeir,  bədii  qiraət,  ədəbi 
kоmpozisiya  və  səhnəciklərlə  tamamlanır.  Gеcənin  mövzu-
suna  uyğun  ədəbiyyat  sərgisi,  viktоrina,  ədəbi  оyunlar 
hazırlana  bilər.  Yerləşdiyi  ərazidəki  məktəbdə  rəssamlığa, 
memarlığa  maraq  göstərən  şagirdlərin  rəssamlıq,  memarlıq 
qabilliyyətlərini aşkara çıxarmaq və maraqlarını təmin etmək 
üçün  ədibin  əsərlərinə  çəkiləcək  ən  yaxşı  illüstrasiyalar, 
hazırlanacaq  maketlər  üçün  müsabiqə  elan  edilə  bilər. 
Müəllifin  həyat  və  yaradıcılığına  aid  tərtib  edilmiş  maraqlı 


  
 
 
 
 
 
 
 
ədəbi viktorinanın da ssenariyə əlavə edilməsi məqsədəuyğun 
olardı.  Sənətkarın  dram  əsəri  varsa,  kitabxanaçı  şagirdlərin 
ifasında tamaşa üçün səhnəcik hazırlamalı, yazıçının belə bir 
əsəri  yoxdursa,  onun  hekayə,  povest,  yaxud  romanından  bir 
parçanın  səhnələşdirilməsini  nəzərdə  tutmalıdır.  Gecələrin 
keçirilməsində proyektorlardan, dekorasiya, aktyor geyimləri, 
audiovizual  materiallardan  məharətlə  istifadə  edilməlidir. 
Ədəbi-bədii  gecələr  aşağıdakı  estetik  tələblərə  cavab 
verməlidir: 
Musiqi 
və 
poeziyanın  vəhdəti  nümayiş 
etdirilməli;  -  Sənət  əsərinin  ifaçılarına,  natiqlərin  nitqinə, 
aparıcıların- çıxışına yüksək tələbkarlıqla yanaşılmalı; poetik 
parçalar  həm  ideya-siyasi,  həm  də  emosionallıq-  cəhətdən 
kamil  olmalı;    emosionallığı  artırmaq  üçün  video 
görüntülərdən,-  dekorasiya,  aktyor  geyimlərindən  istifadə 
edilməli;  müəyyən  mövzu  ilə  əlaqədar  şagirdlər  tərəfindən- 
çəkilmiş  illüstrasiyalar,  portretlər,  hazırlanmış  maketlər, 
albomlar,  stend  və  sərgi  materialları  yüksək  zövq  meyarı  ilə 
qiymətləndirilməli və seçilməlidir.  
Tematik gecələr: Digər bir kütləvi tədbir forması tematik 
gecələrdir.  Mövzu  müəyyən  edildikdən  sonra  kitabxanaçı 
mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, maraqlı 
faktlar əsasında tədbirin ssenarisini tərtib etməlidir. İştirakçı-
ların  yaş  həddi  nəzərə  alınmalı,  onların  dünyagörüşünün 
formalaşmasına,  ölkəmizin  tarixi  keçmişinə  yaxından  bələd 
olmasına,  milli  mənəvi  dəyərlərimizə  hörmət  hisslərinin 
aşılanmasına diqqət  yetirilməlidir. Adətən belə  gecələr kiçik 
məruzə  və  mühazirə  ilə  başlayır.  Gecə  tədbirdə  iştirak  edən 
ziyalı  fəalların  çıxışları  ilə  başa  çatır.  Tədbir  keçirilən  zal 
gecənin  mövzusunu  əks  etdirən  xüsusi  şüarlar,  plakatlar, 
fotomontajlar  ilə  bəzədilir.  Çox  vaxt  gecədə  kitab  sərgiləri, 
ədəbiyyat siyahıları nümayiş etdirirlər.  
Disput:  Şagirdlərin  humanist,  estetik,  vətənpərvərlik  və 
hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında disputların 


  
 
 
 
 
 
 
 
keçirilməsinin  çox  böyük  tərbiyəvi  və  tədrisi  əhəmiyyəti 
vardır.  Disput  digər  kütləvi  tədbirlərdən  onunla  fərqlənir  ki, 
bu tədbirdə gənclər qarşısında onları maraqlandıran müəyyən 
əxlaqi-etik problemlər və məsələlər qoyulur. Həmin problem-
lər  müəyyən  məqsədlər  əsasında  müzakirə  edilir,  şagirdlər 
düzgün və məqsədəuyğun istiqamət alırlar. Disputun canlı və 
maraqlı  keçməsi  üçün  mövzuların  seçilməsi  başlıca  şərtdir. 
Elə  mövzu  seçmək  lazımdır  ki,  şagirdlər  onun  hazırlıq  və 
müzakirəsi  prosesində  demokratiya  quruculuğunun  əxlaq 
kodeksinin  tələblərini  mənimsəyə  bilsinlər.  Disputlar  3 
problemi əhatə edə bilər. 

 
əxlaqi-etik; 

 
estetika və estetik zövq; 

 
siyasi və beynəlxalq hadisələr.  
-  Əxlaqi–etik  problemlər  üzrə:  “Qəhrəman  necə  olmalı-
dır?”, “Əsil vətəndaş kimdir?”,  “Mən böyüyəndə kim olmaq 
istərdim?” , “İş insanın cövhəridir”, “Dostluq nədir?”  və s. 
-  Estetika  və  estetik  zövq  problemləri  üzrə:  “Ən  çox 
sevdiyim  ədəbi  qəhrəman”,  Dünyanı  gözəllik  xilas  edəcək”, 
“Təbiəti  necə qorumalıyıq?” və s. 
- Siyasi və beynəlxalq hadisələr üzrə “ Qarabağı necə xilas 
edək?”, “ Bir millət iki dövlət”, “ Oğuzlar kimdir?” və s.  
Həmçinin,  disput  müəyyən  problem  əsasında  bədii 
ədəbiyyatın, jurnal və qəzet məqalələrinin, radio və televiziya 
verilişlərinin, teatr tamaşalarının, kinofilmlərin müzakirəsi ilə 
də  keçirilə  bilər.  Belə  hallarda  qarşıya  qoyulmuş  problem 
müzakirənin  süjet  xəttini  təşkil  edir,  tənqidi  aparılır, 
mübahisə  yaranır  və  nəticə  müasir  həyatla  əlaqələndirilir. 
Disputun  mövzusu  məktəb  kollektivinin  rəyi  ilə  müəyyən-
ləşib  elan  edilməlidir.  Mövzu  seçilərkən  şagirdlərin  arzu  və 
tələbatı,  yaş  və  maraqları  da  nəzərə  alınmalıdır.  Mövzunun 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə