Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   ...   29

  
 
 
 
 
 
 
 
əsər nümunələrinin izahlı, ifadəli  və dramatik oxusu keçirilir. 
VIII  siniflərdə  şagirdlər  nəsr  və  nəzm  əsərlərinin  ifadəli 
oxusunu,  nəzm  əsərlərinin  ritm  (vəzn),  dram  əsərlərində  isə 
personajların nitqinin dramatik ifa xüsusiyyətlərini ifa etməyi 
bacarmalıdırlar.  Bu  dövrdə  yalnız  ifadəli  qiraət  bacarığını 
yüksək səviyyədə inkişaf etdirmək və təkmilləşdirmək lazım 
gəlir.Qiraət  saatları  ardıcıl  və  siniflər  üzrə  aparılmalıdır. 
Ardıcıllığı təmin etmək üçün dünləyicilərin həmişəlik audito-
riyasını  təşkil  etmək  –silsilə  qiraətlər  keçirmək  məqsədə-
uyğundur. Bu zaman bir əsərin oxusu yox, bir mövzu üzrə bir 
neçə əsərdən ibarət ssenari hazırlanır, uşaqlar arasında bölüş-
dürülür və müəyyən məşqlərdən, hazırlıqdan sonra keçirilir.   
İzahlı  qiraət isə  hər  bir    söz,  abzas  və  cümlələrin  leksik, 
fonetik, morfoloji, sintaktik baxımdan izah edilməsi ilə mətn 
və  əsərlərin  oxunuşudur.  İzahlı  oxuda  qiraətin  bədiiliyi 
nəzərə alınmır.  
Qiraət prosesində giriş və yekun söhbəti böyük əhəmiyyət 
daşıyır.  Kitabxanaçı söhbət edərkən oxunacaq əsər haqqında 
qısa söhbət edir, çətin sözləri aydınlaşdırır, müəllif, hadisə və 
faktlar  haqqında  məlumat  verir.  Bununla  da  dinləyicilərdə 
oxuya  maraq  yaradır.  Qiraətin  sonunda  dinləyicilərlə  qısa 
yekun  söhbəti  aparılır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
mətnin  məzmunu  haqqında  qısa  qeydlər  yazmaq  uşaqların 
oxu  prosesindən  daha  çox  uzaqlaşmasına  səbəb  olur.  Mətn 
haqqında  şəkil  çəkməklərini  istəsəniz  bu  iştirakçıların  işə 
marağını  daha  çox  artıracaqdır.  Bu  zaman  şagirdlərin 
oxunmuş materialı nə dərəcədə mənimsədikləri və anladıqları 
aydınlaşdırılır.  
Bu işlərdə didaktik prinsiplərdən olan əyanilik başlıca rol 
oynayır.  Qiraət  zamanı  əyani  vasitələr-  müəllifin  portreti, 
şəkillər,  foto  sərgilər,  xəritələr,  plakatlar,  rəsmlər, 
“multimedia elektron resurlar”dan istifadə də çox əhəmiyyətli 
hesab  olunur.  Texniki  vasitələr  içərisində  “multimedia 


  
 
 
 
 
 
 
 
elektron resurslar” adlandırılan resurslar daha əhəmiyyətlidir. 
Bunlar,  təhsil  üçün  yaradılan  ən  güclü  və  maraqlı 
məhsullardır  ki,  bura  mətn,  şəkillər,  video,  audio  və  digər 
rəqəmsal  funksiyalar  daxildir.  Multimedia  resurslar,  qiraət 
olunan mövzunun müxtəlif yollarla, yəni qrafika, foto, video, 
animasiya  və  səslə  təqdim  olunmasıdır.  Başqa  sözlə,  bu 
məlumatlar, şagirdlərin gözlə və eşitmə orqanı vasitəsilə asan 
qəbul  edə  biləcəyi  məlumatlardır.  Məsələn,  tanınmış  media 
player,  şəkil,  video,  audio  və  mətnləri  növbəli  şəkildə 
nümayiş  etdirə  bilir.  Media  pleyer  iki  məqsədlə  istifadə 
olunur:  xüsusi  hazır  yazıların,  audio  kitabların  dinlənilməsi; 
digəri  isə  qabaqcadan  hazırlanmış  işin  gedişində  izahat 
aparmaq üçün mətn və şəkillərin  nümayişi.  Hər ikisi  paralel 
aparılarsa ifadəli qiraətin daha maraqlı keçməsinə səbəb olur. 
Bunlar  şagirdlərdə  müstəqilliyin  və  yaradıcılığın  inkişafına 
səmərəli imkan yaradır.  
Həmçinin məktəblərdə “Qiraət günləri”, “Qiraət həftələri”, 
“Qiraət  yarışları” adlı tədbirlər də keçirilə bilər. Bu tədbirlər 
hər  hansı  ictimai-siyasi  məsələlərə,  yeni  əsər  və  kitablara, 
yubileylərə həsr edilərək siniflər üzrə şagirdlər arasında yarış 
formasında  təşkil  edilir.  Belə  qiraətlər  prosesində  ədəbiyyat 
təbliği güclənir və şagirdlərdə mütaliəyə maraq artır. 
Mühazirə:  Mühazirə  -  problemin  dərindən  və  hərtərəfli 
izah  edilməsi,  təbliği  metodudur.  Mühazirə  müxtəlif  aktual 
mövzulara  həsr  edilməlidir.  Mühazirənin  mövzusunu 
seçərkən hazırki dövrdə izah edilməsi zəruri olan əsas vəzifə 
və  məsələlərdən  çıxış  etməli,  hansı  yaş  qrupu  üçün  təşkil 
edilməsi 
mütləq  nəzərə  alınmalıdır.  Mühazirəçi  ilə 
mühazirənin  adını  müəyyənləşdirmək,  aydın  və  ifadəli  ad 
tapmaq  üçün  məsləhətləşmək  lazımdır.  Mühazirəçi  bəzi 
məsələləri,  mühazirənin  əsas  planını,  mövzu  üzrə  ədəbiyyat 
mənbələrini  müəyyən  edir.  Hansı  xəritə,  kinofilm  və  başqa 


  
 
 
 
 
 
 
 
əyani  vasitələr,  illüstrasiya  materiallarını  hazırlamaq  barədə 
də mühazirəçi ilə məsləhətləşmək zəruridir.  
Söhbətlər:  kütləvi-şifahi  işin  ən  təsirli  və  geniş  yayılmış 
metodu  söhbətlərdir.  Yaş  qrupları  ilə  (siniflər  üzrə)  və  ayrı-
ayrı (fərdi) keçirilir və onu hər bir şəraitdə keçirməyə imkan 
verir. Söhbətin  əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin 
birgə  müzakirəsidir.  Söhbətin  müvəffəqiyyəti  mövzunun 
aktuallığından, oxucuların həmin mövzuya olan marağından, 
söhbət  aparanın  savad  və  hazırlığından,  problemin  kollektiv 
müzakirəsinə  iştirakçıları  cəlb  etmək  bacarığından  asılıdır. 
Söhbətin  əsas  məqsədi  şagirlədrin  mürəkkəb,  bəzən  qarışıq 
və ziddiyətli hadisələrdən ibarət olan əsərlərdən müstəqil baş 
çıxarmasına  kömək  etməkdir.  Söhbətə  hazırlıq  metodikası 
onun məqsədinin müəyyən edilməsindən, mövzunun seçilmə-
sindən,  planın  işlənməsindən,  materialın  seçilib  öyrənil-
məsindən,  əyani  materialların  toplanmasından  ibarətdir. 
Söhbəti  qəzet  və  ya  jurnal  məqaləsinin  oxunuşundan  və  ya 
kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq 
olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək 
üçün  oxuculara  veriləcək  suallar  diqqətlə  düşünülməlidir. 
Nəinki sualın xarakterinin, eləcə də onun qoyuluşunun, aydın 
ifadəsinin  böyük  əhəmiyyəti  vardır.  Söhbəti  istiqamətlən-
dirərkən  söhbət  aparan  şəxs  mövzunun  bütün  məsələlərini 
əhatə etməli, aydın, yadda qalan misallar gətirməli, inandırıcı 
sübutlar  göstərməli,  onu  müasir  dövrlə  əlaqələndirməlidir. 
Müzakirənin  vaxtında  yekunlaşdırılmasının,  çıxış  edənlərin 
hamısına diqqətlə yanaşılmasının, meydana çıxan suallar üzrə 
tədbir  görülməsinin  söhbətin  səmərəli  keçirilməsində  böyük 
əhəmiyyəti  vardır.  Mühazirə  və  söhbətlər  zamanı  texniki 
vasitələrdən  -  video  çəkilişlərdən,  sənədli  filmlərdən  və 
internet  səhifələrində  olan  məlumatlardan  istifadə  etmək 
məqsədəuyğundur.  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə