Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
Bir  hədisdə  buyurulur:  “Elə  bir  bəndə  olmaz  ki,  Allah 
yolunda bir gün oruc tutsun, lakin Allah o günün müqabilində 
həmin bəndəsinin üzünü yetmiş oddan uzaq etməsin”. 
İslamın  beş  şərtindən  biri  olan,  insanı  günahlarından 
təmizləyən, mələkləşdirən və  Allaha  yaxınlaşdıran oruc həm 
də orqanizm üçün çox faydalıdır. Tibb elmi sübut edir ki, bir 
ay  müddətində  oruc  tutarkən  böyrəküstü  vəzlər  məşq 
etdiklərindən  bu  vəzlərin  fəaliyyəti  artır.  Beləliklə,  ilin 
gələcək  aylarında  əgər  orqanizm  aclığa,  soyuğa  məruz 
qalarsa, xəstəliklərə tutularsa, bu vaxt orqanizm bunlara qarşı 
mübarizə aparıb insanı təhlükədən qurtarar. 
Oruc  tutanın  orqanizmində  karbohidratların,  zülalların, 
yağların oksidləşməsi, yanması sürətlənir. Sübut olunmuşdur 
ki, orqanizmdə əmələ gələn zəhərli maddələri neytrallaşdıran 
qara  ciyər  və  maddələr  mübadiləsi  prosesində  lazımsız 
maddələri  süzüb  orqanizmdən  çıxaran  böyrəklər  orucluq  ayı 
ərzində  az  işlədiklərinə  görə  bir  qədər  istirahət  edir.  Bu 
səbəbdən  də  sonra  bu  üzvlərin  fəaliyyəti  yaxşılaşır.  Hazırda 
bir  çox  ölkələrdə  bəzi  ağır  xəstəlikləri  həkimlər  aclıqla 
müalicə edirlər. 
Oruc tutmaq inamı  artırır. Oruc öz növbəsində xüsusi bir 
ibadət  olduğundan  insanın  nəfsini  pis  əməllərdən  qoruyur. 
Orucun  bədənə  verdiyi  fayda  böyükdür.  Belə  ki,  oruc 
tutanlarda  gündüzlər  qanın  həcmi  bir  qədər  azaldığından 
yüksəlmiş  qan  təzyiqi  nisbətən  azalır,  ürək  rahatlığı  yaranır, 
əsəb  sistemi  sakitləşir,  psixoloji  rahatlıq  və  ruh  yüksəkliyi 
əmələ  gəlir.  Bu  səbəbdən  oruc  tutan  insanlarda  mərhəmət 
çoxalır, onların əxlaqı nizamlanır. 
Orucluq  qurtaranda,  Ramazan  ayının  sonunda  zəkat 
verilir.  Zəkat  təmizlik,  böyümə  və  artma  mənasını  verir. 
Zəkat  fəqir  ilə  zəngin  arasında  kini  yox  edir.  Zəkat  Allah-
təalanın əmrinə itaət, insanlara yaxşılıq etməkdir. 
Qurani-Kərimin  “əl-Bəqərə”  surəsinin183-cü  ayəsində 
buyurulur:  “Ey  iman  gətirənlər,  oruc  tutmaq  sizdən  əvvəlki 
ümmətlərə fərz qılındığı kimi, sizə də buyuruldu. Bəlkə buna 
görə siz pis əməllərdən çəkinəsiniz”. 
 


  
 
 
 
 
 
 
 
QURBAN    BAYRAMI 
 
Qurban  bayramı  müsəlman  dünyasının  ən  əziz  və 
müqəddəs bayramlarından sayılır. Adətən orucluqdan 70 gün 
keçdikdən  sonra  keçirilən  bu  böyük  bayram  hər  il  Məkkəyə 
ziyarət  mərasiminin  başa  çatdığı    vaxta  düşür.  Qurban 
bayramının  tarixini  və  necə  yaranmasını  bilmək  sözsüz  ki, 
hər  bir  müsəlman  üçün  maraqlıdır.  Dini  rəvayətə  görə 
İbrahim  peyğəmbər  Tanrı  yolunda  oğlunu  qurban  kəsmək 
istədikdə  Allahın  ona  rəhmi  gəlmiş,  əvəzində  cənnətdən  ona 
qoyun  göndərmişdir.  Ona  görə  də  Qurban  bayramı  xalq 
arasında “İsmayıl qurbanı” da adlandırılır. 
Qurban  bayramında  müsəlmanlar  yaxınlarına,  qohum-
larına,  dostlarına  qonaq  gedir,  hədiyyələr  aparır,  bir-birini 
təbrik  edirlər.  Qurban  kəsənlər  ilk  növbədə  əti  imkansız 
insanlara paylayır. Allah yolunda kəsilmiş qurban halallıq və 
səxavətlə  paylanmalıdır.  Bu  bayramda  insanların  qəlbində 
mərhəmət  və  yardım  etmək  hissi  daha  güclü  olur.  Bayram 
tədbirlərində  və  mərasimlərində  kin,  düşmənçilik  hissləri 
unudulur.  
Bütün  dünya  müsəlmanları  kimi  Azərbaycan  xalqı  da 
Qurban  bayramını  böyük  təntənə  ilə  qeyd  edir.  Sovet 
hakimiyyəti  illərində  bu  müqəddəs  bayramın  keçirilməsi 
qadağan olunsa da azərbaycanlılar Qurban bayramını məhdud 
və  gizli  şəkildə  qeyd  edirdilər.  Ölkəmiz  müstəqillik  qazan-
dıqdan sonra isə bütün məhdudiyyətlərə son qoyuldu, Qurban 
bayramı  xalqın  ən əziz və müqəddəs bayramlarından birinə 
çevrildi.  Bayram  günlərində  insanlar  bir-birlərini  təbrik 
etməklə  yanaşı, torpaqlarımızın bütövlüyü, müstəqilliyimizin 
dönməzliyi  uğrunda  şəhid  olanların  xatirəsini  əziz  tutaraq 
dərin ehtiramla yad edirlər. 
 
 
         
 


  
 
 
 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ  
DÖVLƏT RƏMZLƏRİ 
 
Maddə  23.  Azərbaycan  dövlətinin  rəmzləri 
(Konstitusiya maddəsi) 
I.  Azərbaycan  Respublikasının  dövlət  rəmzləri 
Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbay-
can  Respublikasının  Dövlət  gerbi  və  Azərbaycan 
Respublikasının Dövlət himnidir. 
II.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 
bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq 
mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və 
qırmızı  zolağın  ortasında  bayrağın  hər  iki  üzündə  ağ 
rəngli  aypara  ilə  səkkizguşəli  ulduz  təsvir  edilmişdir. 
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 
III.  Azərbaycan  Respublikası  Dövlət  bayrağının  və 
Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri, 
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və 
mətni Konstitusiya qanunu ilə müəyyən edilir. 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
DÖVLƏT BAYRAĞI 
 
Azərbaycanda  üçrəngli  dövlət 
bayrağı  ilk  dəfə  1918-ci  il  noyabr 
ayının  9-da  Azərbaycan  Xalq 
Cümhuriyyəti  hökumətinin  qərarı 
ilə  qəbul  edilmişdir.  1920-ci  il 
aprelin  28-də  Xalq  Cümhuriyyəti 
süqut  etdikdən  və  Sovet  hakimiy-
yəti  qurulduqdan  sonra  Azərbaycanda  bu  bayraqdan  imtina 
edilmişdir. 
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisinin  qərarı  ilə  bərpa  edilmiş 
və  Muxtar  Respublikanın  dövlət  bayrağı  kimi  qəbul 
edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali 
Məclisi  Azərbaycan  SSR  Ali  Soveti  qarşısında  üçrəngli 
bayrağın  Azərbaycanın  rəsmi  dövlət  rəmzi  kimi  tanınması 
haqqında vəsatət qaldırmışdır. 
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali 
Soveti  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
vəsatətinə baxmış və üçrəngli bayrağın  Azərbaycanın  dövlət 
bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. 
Azərbaycan  Respublikasının  dövlət  bayrağı  bərabər  enli 
üç  üfüqi  zolaqdan  ibarətdir.  Yuxarı  zolaq  mavi,  orta  zolaq 
qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan 
xalqının türk mənşəli olmasını, qırmızı rəng-müasir cəmiyyət 
qurmaq,  demokratiyanı  inkişaf  etdirmək  istəyini,  yaşıl  rəng-
islam  sivilizasiyasına  mənsubluğunu  ifadə  edir.  Qırmızı 
zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə 
səkkizguşəli  ulduz  təsvir  edilmişdir.  Bayrağın  eninin 
uzunluğuna nisbəti 1:2-dir. 
 
 


  
 
 
 
 
 
 
 
DÖVLƏT GERBİ 
 
Azərbaycanın  dövlət  gerbi  haqqın-
da  Azərbaycan  Xalq  Cümhuriyyəti 
hökuməti  1920-ci  il  yanvarın  30-da 
müsabiqə  elan  etmiş  və  müsabiqədən 
keçəcək  gerb  nümunəsinin  həmin  ilin 
mayın 28-də qəbul ediləcəyi haqqında 
qərar  çıxarmışdır.  Lakin  1920-ci  il 
aprel  ayının  28-də  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  süqut  etməsi  nəticə-
sində gerb qəbul edilməmişdir. 
1990-cı  il  noyabrın  17-də  Naxçıvan  Muxtar  Respub-
likasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə 
edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın 
Dövlət  gerbinin  hazırlanması  üçün  yeni  müsabiqənin  elan 
olunması haqqında vəsatət qaldırmışdır. 
Müsabiqə  1991-ci  il  fevralın  5-də  Azərbaycan  Respub-
likası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci 
illər  ərzində  müsabiqəyə  Dövlət  gerbinin  onlarla  layihəsi 
təqdim  olunmuş,  müzakirələr  zamanı  1919-1920-ci  illərdə 
hazırlanmış  layihələrdən  birinin  qəbul  edilməsi  ilə  bağlı 
təkliflər də səslənmişdir. 
Azərbaycan  Respublikasının  Ali  Soveti  1993-cü  il 
yanvarın  19-da  qəbul  etdiyi  Konstitusiya  Qanunu  ilə  1919-
1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini 
müəyyən  dəyişikliklərlə  Azərbaycan  Respublikasının  Dövlət 
gerbi kimi təsdiq etmişdir. 
Azərbaycan  Respublikasının  Dövlət  gerbi  Azərbaycan 
dövlətinin  müstəqilliyi  rəmzidir.  Dövlət  gerbi  palıd  budaq-
larından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq 
qalxanının  təsvirindən  ibarətdir.  Qalxanın  üstündə  Azərbay-


  
 
 
 
 
 
 
 
can  Respublikasının  Dövlət  bayrağının  rəngləri  fonunda 
səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. 
 
Dövlət gerbinin qabarıq təsviri: 
 
Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahına  və 
xidməti kabinetinə; 
Azərbaycan  Respublikası  parlamentinin  binasına,  iclas 
salonuna və parlament sədrinin xidməti kabinetinə; 
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi 
tribunallarının  binalarına,  məhkəmə  iclaslarının  salonlarına, 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  və  Ali 
Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə
Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə 
tutulmuş hallarda dövlət orqanlarının binalarına; 
Azərbaycan  Respublikasının  diplomatik  və  ticarət  nüma-
yəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur. 
 
DÖVLƏT HİMNİ 
 
1920-ci  il  yanvarın  30-da  Azərbaycan  Xalq  Cümhuriy-
yətinin  Nazirlər  Şurası  Cümhuriyyətin  milli  himninin 
hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq 
Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-
ci  il  aprelin  28-də  Xalq  Cümhuriyyətinin  süqutu  Azərbay-
canın milli himnini qəbul etməyə imkan vermədi. 
1992-ci  il  mayın  27-də  parlament  "Azərbaycan  Respub-
likasının Dövlət  himni haqqında" Qanun qəbul  etdi. Qanuna 
əsasən,  1919-cu  ildə  böyük  bəstəkar  Üzeyir  Hacıbəyov  və 
şair  Əhməd  Cavad  tərəfindən  tərtib  edilmiş  "Azərbaycan 
marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. 
 
Musiqisi: Üzeyir Hacıbəyovun 
Sözləri: Əhməd Cavadındır 


  
 
 
 
 
 
 
 
 
  
 Azərbaycan, Azərbaycan! 
 
Ey qəhrəman övladın şanlı Vətəni! 
Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
Üç rəngli bayrağınla məsud yaşa! 
Minlərlə can qurban oldu, 
Sinən hərbə meydan oldu! 
Hüququndan keçən əsgər! 
Hərə bir qəhrəman oldu! 
Sən olasan gülüstan, 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 
Namusunu hifz etməyə, 
Bayrağını yüksəltməyə, 
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən, şanlı Vətən! 
Azərbaycan, Azərbaycan! 
 
 
 
 
   
 
Nə  qədər  ki,  torpaqlarımız  erməni  tapdağı  altındadır 
aşağıdakı tarixləri heç bir azərbaycanlı unutmamalıdır! 
 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
İŞĞAL OLUNMUŞ RAYONLAR 
Ağdam 
İşğal olunmuşdur - 1993-cü il 23 iyul 
• Ərazisi - 1154 km
2
 
• Əhalinin sayı - 158000 
• Şəhid olmuşdur - 538. 
• Əlil olmuşdur - 587 
• Milli qəhrəmanlar - 17 
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan 
olunmuşdur: 
• Sənaye və tikinti obyekti - 48 
• Mədəni-məişət obyekti - 598 
• Qəsəbə və kənd – 122 
• Tarixi abidə - 27 
 
Cəbrayıl 
İşğal olunmuşdur - 1993-cü il 23 
avqust 
• Ərazisi - 1050 km
2
 
• Əhalinin sayı - 52049 
• Şəhid olmuşdur - 347 
• Əlil olmuşdur - 172 
• Milli qəhrəmanlar - 4 
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan 
olunmuşdur: 
• Mədəni-məişət obyekti - 197 
• Qəsəbə və kənd - 90 
• Tarixi abidə - 27
 
 
Füzuli 
 
İşğal olunmuşdur - 1993-cü il 23 
avqust 
•Ərazisi - 1112 km
2
 
•Əhalinin sayı - 95940 
•Şəhid olmuşdur - 528 


  
 
 
 
 
 
 
 
•Əlil olmuşdur - 1309 
•Milli qəhrəmanlar - 6 
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan 
olunmuşdur: 
• Mədəni-məişət obyekti - 145 
• Qəsəbə və kənd - 54 
 • Tarixi abidə - 15
 
 
Kəlbəcər
 
İşğal olunmuşdur - 1993-cü il 2 aprel 
•Ərazisi - 1936 km
2
 
•Əhalisinin sayı - 55000 
•Şəhid olmuşdur - 217 
•Əlil olmuşdur - 49 
•Milli qəhrəmanlar - 2 
Erməni işğalçıları tərəfindən 
dağıdılmış, yandırılmış və talan olunmuşdur: 
• Sənaye və tikinti obyekti - 29 
• Mədəni - məişət obyekti - 134 
• Qəsəbə və kənd - 132 
• Tarixi abidə - 87
 
 
Qubadlı
 
 
İşğal olunmuşdur - 1993-cü il 31 
avqust 
•Ərazisi - 826 km
2
 
•Əhalinin sayı - 33800 
•Şəhid olmuşdur - 232 
•Əlil olmuşdur - 146 
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan 
olunmuşdur: 
• Mədəni-məişət obyekti - 205 
• Qəsəbə və kənd 94 
• Tarixi abidə - 12 
 


  
 
 
 
 
 
 
 
Laçın
 
İşğal olunmuşdur - 1992-ci il 18 may 
•Ərazisi - 1875 km
2
 
•Əhalinin sayı - 60000 
•Şəhid olmuşdur - 259 
•Əlil olmuşdur - 225 
•Milli qəhrəmanlar - 6 
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan 
olmuşdur: 
• Mədəni-məişət obyekti - 575 
• Qəsəbə və kənd - 26 
• Şəhər, qəsəbə və kənd - 10 
• Tarixi abidə - 12
 
 
 Şuşa 
İşğal olunmuşdur - 1992-ci il 8 may 
•Ərazisi - 289 km
2
 
•Əhalinin sayı - 24900 
•Şəhid olmuşdur - 193 
•Əlil olmuşdur - 102 
•Milli qəhrəmanlar - 5 
Erməni işğalçıları tərəfindən 
dağıdılmış, yandırılmış və talan olmuşdur: 
• Sənaye və tikinti obyekti - 27 
• Mədəni-məişət obyekti - 103 
• Şəhər, qəsəbə və kənd – 31 
• Tarixi abidə və muzeylər - 249 
• Tarixi abidə - 17 
 
Xocalı
 
 
•İşğal olunmuşdur - 1992-ci il 26 fevral 
•Ərazisi 970 km
2
 
•Əhalinin sayı 11567 
•Şəhid olmuşdur 613. Əlil olmuşdur 
657 


  
 
 
 
 
 
 
 
•Milli qəhrəmanlar 10 
Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan 
olunmuşdur: 
• Sənaye və tikinti obyekti 29 
• Mədəni-məişət obyekti 80
 
 
Zəngilan 
 
•İşğal olunmuşdur - 1993-cü il 29 
oktyabr 
•Ərazisi - 707 km
2
 
•Əhalinin sayı - 35500 
•Şəhid olmuşdur - 191 
•Əlil olmuşdur - 110 
•Milli qəhrəmanlar - 2 
Erməni işğalçıları tərəfindən 
dağıdılmış,yandırılmış və talan 
olunmuşdur: 
• Mədəni-məişət obyekti 138 
• Qəsəbə və kənd 81 
• Tarixi abidə 13 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
 
Tərtibçi-müəllifin  rəsmi  razılığı  olmadan  metodik 
vəsaitin  və  ya  onun  hər  hansı  bir  hissəsinin  təkrar  çapı, 
yayılması,  elektron  və  ya  mexaniki  üsulla  surətinin 
çıxarılması qadağandır. 
Müəllif hüquqları qorunur! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
RespublikaElmiPedaqojiKitabxanası 
Azərbaycan, AZ 1110   
Tel/Fax: (+994 12) 465 20 16 
Bakı, KoroğluRəhimovküç.,108. 
 
 
REPK_1983@mail.ru
 
www.repk.az
 


  
 
 
 
 
 
 
 
- ÍßØÐÈÉÉÀÒÛ
ÿðýèç 
 
Baş direktor: Hidayət Musabəyli 
 
Korrektor: Yasəmən İsmayılova 
Dizayn: Ülviyyə Quliyeva 
Texniki redaktor: Sitarə Musayeva 
 
 
Çapa imzalanmışdır: 05.07.2016 
Kağız formatı: 60x84 1/16 
Həcmi: 34 çap vərəqi 
Tiraj: 500 nüsxə; Sifariş: 1035 
 
 
Azərbaycan Respublikası Mətbuat və İnformasiya 
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır. 
Şəhadətnamə № 45. 
Ünvan:8-ci km qəsəbəsi, R.Rüstəmov küç.36 
Nəşriyyatla əlaqə telefonları: 
012-323-69-53 
050-738-37-22 
 
nesriyyat.nergiz@mail.ru 
 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə