Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   ...   29

  
 
 
 
 
 
 
 
keçirilməsinin  təşkili  və  hazırlığı    üç  əsas  mərhələdə 
planlaşdırılarsa o zaman daha uğurlu olar:   
1.Hazırlıq mərhələsi 

 
Mövzunun  seçilməsi,  məqsəd  qoyuluşu,  auditoriyanın 
təyin edilməsi.  

 
Planın tutulması. 

 
Tədbirin  quruluşunun  və  məzmununun  müəyyən 
edilməsi. 

 
Ədəbiyyatın seçilməsi və əldə olunması (lazım gələrsə 
digər kitabxanalardan alınması) 

 
Tövsiyə siyahısının tərtib edilməsi  

 
Metod və üsulların müəyyən olunması 

 
Ssenarinin hazırlanması 

 
Didaktik və çağırış materiallarının hazırlanması, atribut 
və rekvizitlər. 

 
Əyani vəsaitlərin, plakat və s. hazırlanması  

 
Mövzu üzrə, söhbət, icmal, mühazirə keçirilməsi. 

 
İştirakçıların müəyyən olunması 

 
Tapşırıqların  hazırlanması  və  bölgüsü,  şərtlərin  və 
qaydaların izahı və ya rolların bölüşdürülməsi.  

 
Mükafat və prizlərin müəyyənləşdirilməsi 

 
Yerin, vaxtın və keçirilmə tarixinin təyin olunması 

 
Rəhbərliklə razılaşdırmaq 

 
Təşkilati məsələlərin həlli 
2.
 
Korreksiya (düzəliş) mərhələsi    

 
Kitab sərgisinin təşkili 

 
Tərtibatın hazırlanması  

 
Avadanlığın  və  texniki  vasitələrin  yoxlanılması  və 
hazırlanması 

 
Məşq, ssenaridə düzəlişlər, böyük məşq 

 
Elan 


  
 
 
 
 
 
 
 

 
Tamaşaçıların və qonaqların dəvət olunması 
3.Əsas mərhələ 

 
Otaq və ya zalın tərtibatı 

 
Avadanlıqların və texnikanın qurulması 

 
Tədbirin keçirilməsi 

 
Bağlanışın keçirilməsi (elan edilməsi) . 
Kütləvin  tədbirin  əvvəlcədən  təhlil  olunması,  ssenarinin, 
rolların,  sualların  və  s.  məktəb  kollektivi  ilə,  əməkdaşlar  və 
qonaqlarla  müzakirələr  aparılması  da  tədbirin  uğurlu 
olmasında əhəmiyyətli hesab olunur.  
Ssenarinin hazırlanması və tərtibi: Tədbirin keçirilməsin-
də ssenarinin hazırlanması çox vacib yer tutur. O bütün mər-
hələləri  dəqiqliklə  planlaşdırmağa  və  onların  məntiqi  əla-
qəsini,  qoyulmuş  məqsədin  əldə  olunması  üçün  üsul  və  yol-
ların  düşünülməsini,  kitabxana  sisteminin  effektiv  istifadə-
sinə, səhvləri və yanlışları göz önündə tutmağa imkan verir.  
Ssenari  hazırlanarkən  aşağıdakı  sxemdən  istifadə  etmək 
lazımdır. 
Başlıq.  Epiqraf.  Forma.  Tema.  Kontingent.  (kimə 
ünvanlanıb) İştirakçılar. Aparıcı. 
Tədbirin quruluşu: 
I Hissə. Giriş 
Açılış  sözü;  mövzudakı  əsas  fikrin  açılması;  tədbirin 
məqsədi;  şərtlər,  iştirakçıların,  qonaqların  və  münsiflərin 
təqdimatı. 
II Hissə. Əsas  
Mövzunun  (problemin)  aktuallığının  və  auditoriyanın 
məlumatlılıq  dərəcəsinin  yoxlanılması;  iştirakçılarla  qısa 
sorğu.  
Məlumatın çatdırılması və dərk etmənin stimullaşdırılması 
( hekayə, çıxış, söhbət və s.)  


  
 
 
 
 
 
 
 
Quruluşa  görə  aparıcının  tapşırıqlarını  yerinə  yetirməklə 
iştirakçıların nəzəri və təcrübi biliklərini tətbiq etmək. 
III Hissə. Bağlanış. 
Yekun  söz;  müzakirə,  refleksiya,  nəticə,  yekun  və 
mükafatlandırma.  
Tədbirin 
ssenarisi 
A4 
vərəqində, 
1,5 
intervalla,  
yazılmalıdır.  Vərəqin  bir  üzündə  yazılır.  Titul  vərəqində 
kitabxananın tabe olduğu əsas müəssisənin adı, mövzu və ya 
ad, epiqraf,  hazırlayanın adı, soyadı, atasının adı və vəzifəsi, 
il,  lazım  olduqda  ünvan  və  telefon  yazılır.    İstənilən  halda 
möhür  qoyula  bilər.  Sonda  əlifba  sırası  ilə  istifadə  olunmuş 
ədəbiyyat siyahısı verilir. 
 
Kütləvi təbliğatın formaları 
 
Məktəb  kitabxanasında  keçirilən  tədbirin  forması  qoyul-
muş  məqsədin  həyata  keçirilməsində  az  əhəmiyyət  daşımır. 
Son  dövrlər  kitabla  aparılan  ənənəvi  təbliğat  formaları  daha 
yeni  daha  canlı  və  interaktiv    iş  formaları  ilə:  breyn-rinq, 
KVN,  əyləncəli  oyunlar,  virtual  səyahət    və  s.  əvəz 
olunmuşdur. Ancaq ucadan oxu, viktorina, ədəbi-bədii gecə, 
ədəbiyyat  xülasəsi,  səhərcik,  disput  və  s.  kimi  tədbirlər  bu 
gün də məktəb kitabxanalarında öz papulyarlığını qoruyur.  
Məktəb  kitabxanasında  kütləvi  tədbirlər  şifahi,  əyani  və 
yazılı (mətbuat, çap) formalarda həyat keçirilir.  
Şifahi  təbliğat  formaları:  Şifahi  təbliğat  özünün 
fərqləndirici  xüsusiyyətləri,  üstünlükləri  ilə  seçilir  ki,  bu  da 
onu  təbliğatın  daha  səfərbəredici  və  fəal  vasitəsinə  çevirir. 
Onun əsas üstünlüyü auditoriya ilə canlı ünsiyyətin olmasıdır. 
Oxucularla  canlı  ünsiyyət,  konkret  auditoriyanı,  onun 
intellektual  səviyyəsini,  marağını,  həvəsini  nəzərə  almaqla 
istənilən  nəticəni  verəcək  tədbir  keçirməyə  imkan  verir. 


  
 
 
 
 
 
 
 
Şifahi  üsullar  oxucu  qruplarına  eyni  vaxtda  təbliğat  təsiri 
göstərmək  məqsədilə  canlı  sözdən  istifadəyə  əsaslanır.  Bu 
zaman  həm  kitab  və  onun  məzmunu  ilə  oxucuların  tanışlığı 
təmin edilir, həm də onlara şəxsi təhsil, mütaliə vərdişləri və 
bacarıqları aşılanır.  
Ədəbiyyatın  şifahi  təbliği  öz  istiqamətinə  və  imkan 
dairəsinə  görə  4  metoda,  daha  doğrusu  3  əsas  və  1  köməkçi 
metoda bölünür:  

 
 Oxucuların  tənqidi-təhlili  fəallığının  inkişafına  təsir 
göstərən  metod  və  ya  qısaca  olaraq  tənqidi-təhlil  metodu; 
oxucuların  müzakirə  olunan  kitablara  maraqlı  münasibətini 
və söhbət mövzusu olan ədəbiyyatla ilkin tanışlığı təmin edir. 
Aparıcının  istiqamətləndirdiyi  fikir  mübadiləsi  nəticəsində 
əsər və onun dəyəri haqqında düzgün ictimai fikir formalaşır. 
Bu  metodun  əsas  növləri  bunlardır:-  Sahəvi  və  bədii 
ədəbiyyat  nümunələrinin  müzakirəsi;-  Müxtəlif  aktual 
problemlərə dair oxucu konfransları; bəzən əsər (hazırlanan 
mövzu  ilə  bağlı)  və  onun  motivləri  əsasında  çəkilmiş  film 
eyni  vaxtda  müzakirə  və  müqayisə  olunur.  Bu  oxucu  - 
tamaşaçı  konfransı  adlanır;-  Ucadan  oxular  (nağıllar, 
hekayələr,  romanlardan  parçalar  və  ya  qəzet  materialları  da 
ola  bilər)  -  bu  zaman  mütaliəçi  şəhrlər  verir,  dinləyicilərin 
suallarını  cavablandırır  və  çox  vaxt  tədbir  oxunmuş  mətnin 
müzakirəsi  ilə  başa  çatır:-  Sual-cavab  gecələri;-  Disputlar 
(belə  gecələrdə  müzakirə  obyekti  ən  aktual  mövzular, 
problemlər,  eləcə  də  hamını  düşündürən  məsələlərdən  bəhs 
edən kitab və digər materiallar olmalıdır).  

 
Pozitiv-illüstrativ  metod  -  buraya  oxucuları  çap 
əsərlərində təsvir edilən real, həyati faktlarla, hadisələrlə, bu 
əsərlərin müəlliflərinin həyat və fəaliyyətləri ilə tanış olmağa 
imkan yaradan üsullar daxildir: - Kitab müəllifləri ilə görüş;- 
Ədəbi-bədii  gecələr;- Musiqili  ədəbi  gecələr. Bu metodların 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə