Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

  
 
 
 
 
 
 
 
maraqları və s. haqqında fikir formalaşır. Sonra müəllimlərin 
iştirakı  ilə  konfransın  proqramı  hazırlanır.  Proqramda  “nəyi 
oxumalıyıq”;  “kitab  oxumaq  mədəniyyəti”;  “kitabla  rəftar 
mədəniyyəti”; “kiçik yaşlı məktəblilərin mütaliəsinə kömək”; 
və  s.  mövzulara  yer  verilməlidir.  dərs  ilinin  əvvəlində 
keçirilən  məsləhət  konfransında  xüsusilə  şagirdləri  mütaliə 
üçün  tövsiyə  ounan  yeni  ədəbiyyatın  adları  və  onların  qısa 
məzmunu ilə tanış etmək lazımdır.  
Tematik  konfranslar  hər  hansı  müasir  siyasi,  elmi, 
tərbiyəvi  problemlərə  həsr  edilir.  Konfrans  bir  kitaba,  hər 
hansı  bir  müəllifin  yaradıcılığına,  yaxud  mövzu  və  ideyaca 
bağlı olan bir neçə müəllifin kitablarına və s. tərbiyəvi məsələ 
və  problemlərə  həsr  edilə  bilər.  Tematik  konfranslar  digər 
konfranslarla  müqayisədə  əhatəlidir  və  onların  təşkili  və 
keçirilməsi  də  gərgin  iş  tələb  edir.  Tematik  konfranslar 
məzmunca aşağıdakı növlərə bölünür:  

 
elmi-praktik konfranslar;  

 
elmi-nəzəri konfranslar;  

 
elmi-metodik konfranslar.  
Elmi-praktik  konfranslarda  elmi  və  publisistik  kitablar, 
görkəmli  elm  və  mədəniyyət  xadimlərinin  həyat  və 
yaradıcılıqları müzakirə edilir. Müzakirədə aktual problemlər 
və  məsələlər  praktiki  işlərlə  əlaqələndirilir.  Yəni  müzakirə 
prosesində  həm  elmi,  həm  də  praktiki  işlər  müqayisə  edilir, 
tənqidi yanaşılır, nöqsanlar, çatışmazlıqlar aşkar edilir.  
Elmi  nəzəri  konfranslarda  şagirdlər  mütaliə  prosesində 
müəyyən  praktik  biliklərə  yiyələnməklə  bərabər,  əsərlərə  öz 
münasibətlərini  bildirir,  müəyyən  nəzəri  problem  və 
məsələlərlə  bağlı  təklif  və  arzularını  söyləyirlər.  Elmi 
metodik  konfransların  məzmunu  və  forması  məsləhət 
konfranslarını  xatırladır.  Ancaq  bunlar  bir-birindən 


  
 
 
 
 
 
 
 
fərqlənirlər.  Belə  ki,  elmi-metodik  konfransları  böyük 
yaşlılar-maarif,  mədəniyyət  işçiləri,  istehsalat  qabaqcılları, 
ictimai  və  siyasi  təşkilatlar  təşkil  edirlər.  Həmin  konfrans-
larda onlar öz iş üsullarından, metodik və pedaqoji fəaliyyət-
lərindən  danışırlar.  Belə  konfranslar  qabaqcıl  təcrübənin 
yayılmasında,  gənc  nəslin  təlim-tərbiyəsində  mühüm  rol 
oynayır.  Bu  cür  konfranslar  yuxarı  sinif  şagirdləri  üçün 
nəzərdə tutulur.  
Hesabat konfransları yarım ildə bir dəfə, ilin ortasında və  
ilin  sonunda  keçirilir.  Bu  cür  konfranslarda  şagirdlər 
oxuduqları kitablar, əldə etdikləri bilik, bacarıq və vərdişlər, 
onların  faydası  və  s.  haqqında  çıxışlar  edirlər.  Hesabat 
konfransları  məktəblərdə  müxtəlif  formalarda  aparılır. 
Kitabxanaçı  oxucuların  mütaliəsinin  vəziyyətini  öyrənir, 
konfransı  yekunlaşdırır,  qüsurları  qeyd  edir,  oxuculara 
məsləhətlər  verir  və  nəhayət,  gələcəkdə  oxucu  mütaliəsinə 
necə  rəhbərlik  etmək  üçün  müəyyən  nəticələr  çıxarır.  İlk 
olaraq kitabxanaçı oxuculara sual-cavab anketləri doldurtdu-
rur,  nümunəvi  və  məhsuldar  oxucuları  müəyyənləşdirir, 
mütaliə  gündəlikləri  ilə  tanış  olur,  nümunəvi  oxuculardan 
bəzilərinə  hansı  kitabları  oxuduğuna,  şəxsitəhsilə,  öz  üzərin-
də  işləməsinə  dair  çıxarışlar  tapşırır.  Suallar  düşündürücü 
olmalı  və  il  ərzində  şagirdlərin  mütaliə  bilik,  bacarıq  və 
vərdişlərinin  kəmiyyət  və  keyfiyyətini  nümayiş  etdirməlidir. 
Konfrans  şagirdlərin  qiraətləri,  deklomasiyaları,  musiqi 
nömrələri ilə başa çatır.  
Görüşlər:  Kitab  müəllifləri  ilə  keçirilən  görüşlər  çox 
əhəmiyyətlidir.  Görüş  zamanı  oxucu  bilavasitə  müəlliflə  
canlı  ünsiyyətdə  olur,  kitab  haqqında    fikirlərini  müəlliflə 
bölüşür.  Görüş  iki  cəhətdən  əhəmiyyət  kəsb  edir.  Birincisi, 
görüş  zamanı  oxucu  ilə  yaradıcı-müəllif  arasında  canlı 
ünsiyyət  yaranır  və  ikincisi,  bu  canlı  ünsiyyət  zamanı  kitab 
haqqında  yazılmamış,  mətbuatda  açıqlanmamış  fikirlər  üzə 


  
 
 
 
 
 
 
 
çıxır. Bu iki cəhət nəticəsində həm üzbəüz dialoq üçün şərait 
yaranır,  həm  müəllifin  fikri  ilə  oxucu  fikrinin  qarşılıqlı 
uzlaşması  baş  verir,  həm  də  natiqlik  məharəti  vasitəsilə 
mənəvi  tərbiyə  sahəsindəki  bir  çox  məsələlərə  aydınlıq 
gətirilir.  Görüşdə  iştirak  edəcək  yaradıcı  ziyalılar,  mühazirə-
çilər, çıxışçılar həm də natiqlik məharətlərinə görə seçilməli-
dirlər.  İştirakçıların  diqqətini  cəlb  etmək,  mənəviyyatımızın 
sirlərinə  hərtərəfli  bələd  olmaqdan  ötrü  tarixi,  mənəvi 
zənginliyimiz  haqqında  maraqlı  məlumatları  yüksək  natiqlik 
məharəti 
ilə 
çatdırmaq,  sözün  qiymətini  artırmaq, 
iştirakçılarda dərin təəssürat yaratmaq böyük əhəmiyyət kəsb 
edir.  Görüşlərin  səmərəli  və  keyfiyyətli  təşkilində  müasir 
texniki  vasitələrin  gücündən,  indiyə  qədər  çap  olunmuş 
materiallardan  bəhs  edən  lent  yazılarından,  audio-video 
materiallardan  istifadə  olunmalıdır.  Təəssüratların  uzun  illər 
yaşamasında  görüşlərdə  iştirak  edən  maraqlı  şəxsiyyətlərin 
çıxışları  mühüm  əhəmiyyət  kəsb  edir.  Məktəblilər  ideallaş-
dırdıqları,  əlçatmaz  bildikləri  həmin  şəxsiyyətlərlə  üzbəüz 
təmasda  olduqdan  sonra  özləri  də  bu  zirvəni  fəth  etmək 
arzusunda  olurlar,  onlarda  müsbət  keyfiyyətlər  formalaşır, 
inkişaf  edir.  Oxucuları  yazıçı  və  şairlərin,  müharibə 
iştirakçılarının, deputatların və digər görkəmli şəxslərin həyat 
və yaradıcılığı ilə daha yaxından tanış etmək üçün keçiriləcək 
görüşlər  qabaqcadan  planlaşdırılmış  şəkildə  hazırlanmalıdır. 
Gecəni aparıcının giriş sözü ilə başlamaq olar. Aparıcı gecəyə 
dəvət  olunanları  tədbirin  iştirakçıları  ilə  tanış  edir,  qısaca 
həyat  və  yaradıcılıqlarından  danışır,  sonra  sözü  onlara  verir. 
Bundan sonra tədbir iştirakçıları suallar verir, bəzən isə təklif 
və rəylərlə çıxış edirlər. Bir çox hallarda görüşü keçirilən şair 
və yazıçının əsərlərinin mövzusunda klubun bədii özfəaliyyət 
üzvlərinin  xüsusi  konsert  çıxışları  təşkil  edilir.  Sonda 
oxucular  çıxış  edə  və  görüşə  çağırılmış  şəxsə  suallarla 
müraciət  edə  bilərlər.  Tədbirin  sonunda  kitabxanaçı 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə