Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   2   3   4   5   6   7   8   9   ...   29

  
 
 
 
 
 
 
 
uğuru  istifadə  olunan  yeniliklərdən,  əsərlərin  oxuculara 
məlum 
olmayan 
cəhətlərinin 
açılmasından 
asılıdır. 
Oxucuların maraq dairələrini nəzərə alaraq kitabxanaçı tədbir 
başlamazdan öncə mövzu ilə bağlı ədəbiyyatı təbliğ edir.  

 
Tövsiyə-məlumat  metoduna  aşağıdakılar  daxildir:  - 
biblioqrafik  icmallar;-  şifahi  icmallar;  Bu  tədbirlərin 
keçirilməsinin  məqsədi  oxucularda  tövsiyə  olunan  əsərlərə 
maraq  oyatmaq,  onları  həmin  əsərləri  oxumağa  sövq 
etməkdir.  Ədəbiyyat  təbliğinin  vasitəli  metodu  əsasən  2 
üsulla  həyata  keçirilir:  -  Kitabxanaların  fəaliyyətini  işıqlan-
dıran  oxucu  konfransları;-  Fəal  oxucular  cəlb  etməklə 
keçirilən  kitabxana  müşavirələri.  Kitabxanada  hər  bir 
metodun  vaxtaşırı  səmərəli  şəkildə  istifadə  edilən  özünə-
məxsus üsulları vardır.  
Ucadan oxu və  qiraət. Müasir dövrdə məktəb kitabxana-
larında pedaqoji kollektivlə keçirilən qiraət işi kütləvi mütaliə 
formalarının ən əlverişlisidir. Məktəb kitabхanalarında ifadəli 
охu  və  nəqlеtmə  üsullarından  istifadə  еdilir  ki,  bunlar  kiçik 
yaşlı məktəblilərin marağına səbəb оlur. İfadəli охu balacalar 
arasında bədii ədəbiyyatın ən yaхşı tövsiyə forması, təbliğatın 
özəyi  оlub,  kitaba  və  mütaliəyə  dərin  məhəbbət  оyadır. 
Kitabхanalarda  təbliğat  işinin  şifahi  üsulları  kütləvi 
kоmmunikasiya  vasitələrinin  ağlagəlməz  inkişafı  dövründə 
bеlə öz üstünlüyünü qоruyub saхlayır. Ən əsası isə budur ki, 
bu  zaman  охucularla  birbaşa  əlaqə  saхlayan  və  üzbəüz 
ünsiyyətdə  оlan  kitabxanaçı  oxucunun  rеaksiyasını  dərhal 
öyrənmək və məsələni dəqiqləşdirərək onun diqqətini lazımi 
istiqamətə yönəltmək imkanına malik olur. Burada kitabxana-
çının nitq mədəniyyəti, ifadə vasitələrinin zənginliyi mühüm 
əhəmiyyət  kəsb  еdir.  Оna  görə  də  hər  bir  kitabxanaçı  öz 
ünsiyyət  mədəniyyəti  ilə  yanaşı,  nitq  mədəniyyətinə  də  fikir 
vеrməlidir. Müşahidələr göstərir ki, məktəblilərin əksəriyyəti 
bu  və  ya  digər  mətni  məntiqi  vurğulara  riayət  etmədən, 


  
 
 
 
 
 
 
 
yeknəsək  və  qüsurlu  oxuyur  və  beləliklə,  məzmununu 
dinləyiciyə dolğun çatdıra bilmir. Ona görə də düzgün qiraət 
aşılamaq üçün kiçik yaşlı şagirdlərlə uzun müddət və ardıcıl 
işləmək  lazımdır.  Qiraətin  məzmunca  -  izahlı  qiraət,  ifadəli 
qiraət  və  ucadan  oxu  növlərindən  istifadə  olunur.  Məktəb 
kitabxanalarında  qiraət  təlimə  kömək  etmək  məqsədilə 
müəyyən tədbirlərlə əlaqədar geniş istifadə olunur.  
Ucadan oxu müəyyən mətn və əsərlərin fonetik, orfoepik 
və  sintaktik  qaydalara  riayət  edilməklə  oxunuşudur.  Burada 
məqsəd  orfoepiya  qaydalarını  mənimsətmək  və  həmçinin 
mətnin məzmununu izahsız öyrətməkdir. Ucadan oxunun I-II 
sinif  şagirdləri  üçün  keçirilməsi  daha  məqəsədəuyğun  hesab 
olunur. Bu I sinif şagirdlərinə oxu texnikasına yiyələnməkdə 
kömək  etmiş  olur.  Həmçinin,  onların  oxuduğu  söz,  ifadə  və 
cümlələri  yadda  saxlamaqlarına  kömək  edir.  Ona  görə  də 
aşağı sinif şagirdlərinin sinifdənxaric qiraətlə oxu texnikasını 
inkişaf  etdirmək    və  təkmilləşdirmək  lazımdır.   Ucadan  oxu 
təkcə  ibtidai  siniflərdə  deyil,  orta    və  yuxarı  sinif  şagirdləri 
arasında  da  müzakirə  və  konfranslar  zamanı  mütaliə 
mədəniyyətini təkmilləşdirmək məqsədilə keçirilir.  
İfadəli qiraət ədəbi qiraət normalarına riayət edib, ucadan 
(əzbər  və  ya  kitabdan)  oxumaqla  mətnin  ideya  –  obraz 
məzmununu  vermək  üsuludur.  Pedaqoji  nöqteyi  –nəzərdən 
qiraət  I-II  siniflərdə  20-25  dəqiqə,  III-IV  siniflərdə  30-35 
dəqiqə çəkməlidir. Bu vaxt ərzində seçilmiş əsər və  ya mətn 
tam  oxunmalıdır.  Lakin  böyük  həcmli  mətn  və  ya  əsərin  bu 
vaxt ərzində oxunuşu başa çatmırsa, onda o hissələr bölünüb 
ardıcıllıqla  oxunmalıdır.  Həmçinin  çətin  başa  düşülən  və  ya 
yorucu olan hissələr şifahi formada çatdırılmalıdır ki, mətnin 
məzmununu  uşaqlar  başa  düşsün.  Qiraət  üçün  seçilmiş  mətn 
şagirdlərin yaş və bilik səviyyəsinə, idrak imkanlarına uyğun 
olmalı,  öz  bədiiliyi,  məzmun  gözəlliyi,  dilinin  sadəliyi  və 
zənginliyi  ilə  fərqlənməlidir.  İfadəli  qiraətin    aparıcısının 


  
 
 
 
 
 
 
 
nümunəvi  oxusu  əsərin  məzmununun  şagirdlər  tərəfindən 
dərk  edilməsini  qabaqlayır.  Şagirdin  ifadəli  oxusu  isə  əsərin 
dərk  və  tədqiq  etmə  prosesini  tamamlayır,  təhlilini 
yekunlaşdırır.  Qiraətin  mövzusunun    düzgün  seçilməsi 
xüsusilə  böyük  əhəmiyyət  daşıyır.  Seçilmiş  kitab  yüksək 
bədiiliyi,  parlaq  və  dinamik  məzmunu,  ədəbi  dili,  böyük 
tərbiyəvi  qüvvəsi  ilə  fərqlənməli,  şagirdlərin  diqqət  və 
marağını özünə cəlb etməlidir. I-IV sinif şagirdləri üçün kiçik 
hekayələrin,  nağılların,  dastanlardan  müəyyən  parçaların 
ifadəli  qiraətini  keçirmək  məsləhət  görülür  və  burada  ancaq 
praktiki  vərdişlər  yaradılmasına  üstünlük  verilməlidir. 
Görüntülü  qəhrəmanların  uşaqların  yaddaşında  daha  yaxşı 
qaldığını  nəzərə  alaraq  ucadan  oxuya  cizgi  filmlərindən 
parçalar  da  daxil    etmək  olar.  Əgər  ucadan  oxu  videofraq-
mentlərlə  müşayət  olunarsa  onları  sonda  nümayiş  etdirmək 
lazımdır. Çünki, görüntü vasitələri şagirdlərə daha emosional 
təsir  edir  və  bunlardan  sonra  auditoriyanın  diqqətini  yığmaq 
və  sakitləşdirmək  çətin  olur.  Əgər  kitabxanaçı  oxu  zamanı 
sakitliyi  pozan  hallarla  qarşılaşarsa  oxunu  dayandırmaq  və 
irad tutmaq olmaz. Qaydanı pozanların diqqətini cəlb etməyə 
çalışmaq lazımdır ki, digərləri üçün də effekt pozulmasın. 
İfadəli  bədii  qiraət  pedaqoji  nöqteyi  nəzərdən 
düşünülmüş, qabaqcadan tərtib edilmiş plan əsasında oxunan 
əsər  və  mətnin  öyrədilməsinin  elə  bir  əyani  və  konkret 
formasıdır  ki,  arada  giriş  və  yekun  söhbəti,  oxu  prosesində 
bəzən  izahat,  oxunmuş  materialın  nağıl  edilməsi  və  digər 
əyani işlər nəzərdə tutulur.  
V-VIII  siniflərdə  oxuyan  şagirdlərin  psixi  inkişaf 
səviyyəsi  xeyli  yüksək  olur.  Onların  təfəkkürü,  nitqi,  iradi 
yaddaşı,  diqqəti,  qavrayışı  yüksək  inkişaf  etmişdir  və 
ədəbiyyat  proqramı  üzrə  müxtəlif  ədəbi  janr  nümunələri  ilə 
tanışdırlar. Onlar üçün kitabxanalarda sinifdənxaric oxularda 
hekayə,  povest  və  romanlardan  parçaların,  dram  və  poetik 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə