Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

  
 
 
 
 
 
 
 
görə orta və yuxarı sinif şagirləri üçün yaradılır. Böyük yaşlı 
fəalların  işinin  təşkilində  kitabxananın  nəzdində  təşkil 
edilmiş  klub  başlıca  rol  oynayır.  Ümumiyyətlə,  klubun 
yaradılması  haqqında  qərar  kitabxanaçının  yaradıcı 
potensialından asılıdır. Ancaq təcrübəli və geniş biliyə malik 
kitabxanaçı  oxucuları  işə  cəlb  edə  bilir,  təşkilatçılıq  və 
idarəçilik  qabiliyyətinə  malik  olur.  Klubun  işinin  idarə 
olunmasında  yaradıcılıq  əlaqələrinin  təşkili,  əlaqədar 
müəssisələrlə (muzey və mədəniyyət evləri, məktəbdənkənar 
müəssisələr və s.)  əlaqələrin qurulması da mühüm əhəmiyyət 
kəsb edir. Yeniyetmə klublarının təcrübəsi daha rəngarəngdir 
və bunlar daha çox diskussiya klublarıdır. İntellektual gənclər 
üçün müsabiqə xarakterli-“Breyn-rinq”, “Kim? Nə? Harada” 
yaradılır.  Yaradıcılıq  bacarıqlarını  nümayiş  etdirmək  üçün 
şagirdlərə  müstəqil  yaradıcılıq  klubları,  poetik  klublar  və  s. 
daha  geniş  imkan  yaradır.  Klub  üzvləri  özləri  görəcəkləri 
işlərin  proqramını  tərtib  edir,  nizamnaməsini  düzəldirlər, 
oxucu  bileti,  gerb,  nişan,  bəzən  hətta  himn  də  yaradırlar. 
Bunların  yaradılması  üçün  bəzən  ən  yaxşı  layihə  üzrə 
müsabiqə  də  keçirilə  bilir.  Bunlar  hamısı  klubun  reklam 
işlərinin bir hissəsi sayılır. Klub işinin planı işin nəticələrinə 
əsasən  -  uzunmüddətli  və  ya  qısa  zaman  (il,  yarımil)  üçün 
tutulur.  Klub  məşğələlərinin  forması  müxtəlif  olmalıdır  və 
kitabxanada kütləvi işlərin bütün formalarını əhatə etməlidir. 
Ədəbiyyat  təbliği,  mütaliə  və  idrak  qabiliyyətinin 
stimullaşdırılması  kitabxananın  maraq  klublarının  əsas 
vəzifəsidir.  İştirakçılar  oxucu  bülleteni  və  divar  qəzetləri 
buraxır,  klub  işlərinin  salnamələrini  yazırlar.  Klub  yaradılan 
zaman idarəedicilər - sədr, şura üzvləri və fəallar seçilməlidir.  
Məktəb kitabxanalarında maraq və  zövqlərinə  görə  oxucu 
birliklərinin  fəaliyyəti  müvəqqəti  səciyyə  daşısa  da  onların 
fəaliyyətləri  adətən  fəal  və  məqsədyönlüdür.  Məhz  belə 
birləşmələr  böyük  sayda  yeniyetmələri  müəyyənləşmiş 


  
 
 
 
 
 
 
 
mövzulara  dair  kitablarla  işləməyə  cəlb  edərək,  oxucu-
fəalların dairəsini genişləndirir.  
Dəyirmi  masa:  Məktəb  kitabxanasında  rayonların  təhsil 
şöbələrindən, müxtəlif təşkilatlardan dəvət edilmiş qonaqların 
iştirakı ilə dəyirmi masalar keçirmək olar. Bu cür tədbirlərdə 
Azərbaycan  xalqının  mədəniyyəti,  incəsənəti,  folkloru, 
unudulmuş milli adət-ənənələrimizin təbliği, ailə və cəmiyyət 
münasibətləri,  vətən,  torpaq  sevgisi,  dilimizin  şirinliyi  və  s. 
Bu  kimi  mövzular  müzakirə  oluna  bilər.  Eyni  zamanda 
kitabxana  işi  sahəsində  kitabxanaçıları  ən  çox  narahat  edən 
məsələlərlə,  problemlərlə  bağlı  mütəxəssislərin  iştirakı  ilə 
dəyirmi masalar təşkil edilir.  
 
Əyani təbliğat formaları 
 
Əyanilik  prinsipinə  əsaslanan  bu  təbliğat  forması 
oxucuların  nəzər  diqqətini  cəlb  etməklə,  onların  hər  birinə 
psixoloji  təsir  göstərir,  maraq  oyadır.  Ədəbiyyatın  əyani 
təbliği  tövsiyə  olunması  vacib  sayılan  çap  məhsullarının 
müəyyən  formada  bilavasitə  nümayiş  etdirilməsidir.  Bizim 
təfəkkürümüzün  qidalanması  bu  əksetdirmənin  nəticəsində 
baş verir. Çünki  təfəkkür cisim  və hadisələrin mahiyyətinin, 
onlar  arasındakı  əlaqə  və  asılılıqların  insan  şüurunda 
ümumiləşmiş  və  vasitəli  inikasından  ibarət  olan  idrak 
prosesidir.  Görmə  duyğularına  güclü  təsir  edə  bilmək 
cəhətdən  əyanilik  mühüm  əhəmiyyət  kəsb  edir  ki,  kitab 
təbliğində  kitabxanalar  üçün  vacib  sayılan  vasitədir.  Çünki 
gördüklərimiz  bizi  daha  çox  inandırır,  təsirləndirir  və 
yaddaşımızda  dərin  iz  qoyur.  Ona  görə  də  istər  dərketmə 
prosesində, istərsə də təbliğat-təşviqat, təhsil və tərbiyə işində 
əyanilik mühüm prinsip kimi qəbul edilmişdir. Bir cəhəti də 
qeyd  edək  ki,  kitabxanalarda  əyanilik  prinsipinə  müraciət 


  
 
 
 
 
 
 
 
olunması oxucuların idrak prosesinin üçüncü pilləsində, yəni 
təcrübi fəaliyyət zamanı xüsusi təsiredici rol oynayır.  
Məktəb  kitabxanalarında  ədəbiyyatın  kütləvi  təbliğat 
formaları  sırasında  əyani  təbliğat  mühüm  təsir  gücünə 
malikdir.  Əyani  təbliğatın  formalarında  sözün,  lazımi  fikrin 
nə qədər aydın ifadə edilməsinə baxmayaraq, ona əyanilik də 
lazımdır.  Əyani  təbliğat  tövsiyə  olunan  kitabların  bilavasitə 
göstərilməsi və ya görmək, qavramaq, mənimsəmək şəklində 
onların  məzmununun  meydana  çıxarılması  vasitəsilə  həyata 
keçirilir.  Onun  məqsədi  insanları  mütaliəyə  cəlb  etmək, 
onlarda  mütaliə  mədəniyyəti  formalaşdırmaq  və  kitab 
fondlarını  oxucular  qarşısında  açmaqdır.  Oxucularda  kitabın 
məzmunu və xarakteri haqqında iki üsulla təsəvvür yaratmaq 
mümkündür:  

 
Ədəbiyyatın bilavasitə  göstərilməsi- bu üsul müxtəlif 
kitab sərgilərinin təşkili vasitəsilə həyata keçirilir.  

 
Kitabların  təsviri  incəsənət  vasitələri  ilə  təbliği  -  bu 
üsula,  əsasən  albomlar,  plakatlar,  sxemlər,  cədvəllər, 
dioqramlar,  xəritə,  xəritə-sxem,  kartoqram,  kartodioqram, 
sitatlar, izahlı mətnlər, şəkillər, müxtəlif vitrinlər, çağırışlar, 
sərgilər və b. aiddir.  
Əyani  təbliğat  formasının  bütün  üsullarının  ümumi 
məziyyətləri  onların  təsirinin  və  seçilməsinin  uzunmüddətli 
olmasındadır.  Çoxrəqəmli  materialları  təsvir  etməyə  və 
qavramağa cədvəllər kömək edir. Sənaye və kənd təsərrüfatı 
istehsalının,  mədəni  inkişafın  dinamikasını  və  başqa 
prosesləri  qrafik  şəkillər,  dioqram  vasitəsilə  yaxşı  təsvir 
etmək  olar.  Dioqramlar  düzbucaqlı,  dairəvi  və  sektorlu  olur. 
Qrafikanı  daha  əyani  etmək  üçün  dioqramlara  müvafiq 
rəsmlər  əlavə  edilir.  Müvafiq  xəritəyə  köçürülmüş  sxemə 
xəritə-sxem  deyilir.  Coğrafi  xəritə  üzərində  ştrix  və  ya 
rənglərdə  hər  hansı  bir  hadisənin  intensivliyi  göstərilərsə, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə