SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

                                            
41 
Gərək əvvəl çapa, başlarını fövci-üləma,  
Çünki onlardı bu işlərdə rəisül-füqəra,  
Sonradan baş çapalar xan, əmirül-üməra,  
Nə ki hər bisərü pa, lutiyi-meydan, əxəvi! 
Heç eşitdinmi çapıb başın imami-Cəfər?  
Ya ki Musiyyü Riza, Əskəriyi-xəstəcigər,  
Bizdən onlar məgər öz cəddini az istərlər?  
Niyə bəs vermədilər bu işə fərman, əxəvi? 
Bu yəqinimdir əgər olsa özü zində imam,  
Hökm edər: çapma başın, nəhydi bu feli-həram.  
Yenə hər il çapacaq başını bu qövmi-əvam,  
Demə kim, tərki-təbiət ola asan, əxəvi! 
Qudyal əhli bu işə rağib olur bizdən çox,  
Baş çapıb, qıfl taxıb, cismə keçirdərlər ox.  
Nə məzəmmət eləyim, onlara bir töhmət yox;  
Göz açıb böylə görüb, adət edib can, əxəvi! 
Doğrudur, baş çapırıq biz dəxi cəmiyyət ilə,  
Bunu lazımdır həlal eyləməyə hüccət ilə,  
Nə olur bir göz açıb baxmaq işə ibrət ilə,  
Bəlkə yoldan çıxarıbdır bizi şeytan, əxəvi! 
Ey Həsənbəy ki, gəlib ləbimə mərdanə bu söz,  
Bilirəm ki, dəyəcək Hadiyi-kaptana bu söz,  
Çap qıl, ta dağıla səfheyi-dovranə bu söz,  
Qoy məni həcv eləsin həzrəti-kaptan, əxəvi! 
Ey bu nadanlar əlindən yetişən canə Həsən,  
Səbr qıl təneyi-hər cahilü nadanə,  
Həsən, Sən də Seyyid kimi ver pəndi-həkimanə, Həsən,  
Bəlkə bir söz qana bu zümreyi-nadan, əxəvi! 


                                            
42 
  
HƏSƏN QARA HADİYƏ 
Ey olan hadiyi-ərbabi-zəlalət, Hadi,  
Ey müzillini edən həqqə hidayət, Hadi.  
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi, 
 Elə bəs aləmə təbliği-risalət, Hadi! 
"Əhsənül-qaidənin" sahibi, yaxud özü bəg,  
Yazmış idi, nə rəva xəlq oiur, ağköynək?  
Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,  
Nə üçün eylədin izhari-ədavət, Hadi?! 
İnşaallah saba-birgün yetişir, mahi-əza,  
Gey kəfən, yar başuvi, tök yaşuvi, bağla qəra,  
Səni meydanda görən kimsə desin namxuda,  
Eləyibdir yenə aləmdə qiyamət Hadi! 
Əlüvi tutmadi bir kimsə ki, qardaş, sənin,  
Can sənin, cism sənin, tiğ sənin, baş sənin.  
Cəm ola baxmaq üçün sünni, qizılbaş sənin,  
Baxıban onlara sən eylə fəxarət, Hadi! 
Leyk siz bir para büdətlər edibsiz iycad,  
Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!  
Sizə bu təziyədən özgə həvəslərdi murad,  
Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi! 
Bu deyilmi qərəzin başuvi sən çapmaqdan,  
Yəni ki, canımı cananə edərdim qurban,  
Maluvi bəs nə üçün eyləməyirsən ehsan,  
Quru baş çapmağa sən etmisən adət, Hadi! 
Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza,  
Sənə nifrin edəcək padşəhi-Kərbübəla,  
Bədənin zəhmətinə şərdə yoxdur fitva,  
Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi? 
  


                                            
43 
Leyk peyğəmbər olan həcv eləməz ümmətini,  
Kişi lazımdı çəkə ümmətinin qeyrətini, 
Gərçi həcv eyləyənin yoxdu kəsən 
 
Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi! 
Xaçpərəstlər hamısı açdi gözün düşdü qabaq,  
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!  
Bəs nə vəqti bizə qismət olacaq göz açmaq?  
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi! 
Bu hədisi nə zaman zikr qılıb peyğəmbər – 
Ki, olur rus diliylən oxuyan kəs kafər?  
Allah, Allah, bu nə böhtandır, əya hiylətgər,  
İxtüafati-lisandır bizə nemət, Hadi! 
Kim ki, bir dil bilə, bir nemətə ol vasildir,  
Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir,  
Leyk aləmdə hər ol kimsə ki, naqabildir,  
Edəcək qeyr lisanı o məzəmmət, Hadi! 
Kim deyər ağlama sən Kərbübəla sərvərinə?  
Canımız cümlə fəda olsun onun Əkbərinə,  
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,  
Onu inkar edənin zatına lənət, Hadi! 
Biz də müddət "zərəbə Zeyd" kitabın oxuduq,  
Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq, 
Bari biz taifə əzzəldə yenə bir   
Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi! 
Tut, Həsənbəy bizə təlim eləyir dərsi-zəlal,  
Götürüb boynuna ol, kafər olub, vizrü vəbal,  
Niyə təlimə siz ətraflı qılırsız irsal,  
Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi? 


                                            
44 
Oxudur cümlə uşaqlarını xanü bəgüvüz,  
Neməti-rus ilə pərvərdə olub cəmdəgüvüz,  
Bilməyən rus dilini bəlkə ola tək-təkivüz,  
Sizdə var hamıdan artıq ona rəğbət, Hadi! 
Şükrlillah ki, bizim padşəhi-kişvəri-Rus,  
Ol zamandan ki, edib təxti-üdalətdə cülus.  
Bizləri eyləməyib elmü ədəbdən meyus,  
Doldurub aləmi insafli ədalət, Hadi! 
Mərhəba mülki-Qarabağın əzadarləri,  
Tan əfzun eləsin siz təki dindarləri,  
Seyyida, bəsdi, əgər görsə bu əşarləri,  
Çəkəcək tutduğu kirdarə xəcalət Hadi. 
  


                                            
45 
HÜMAYİNİ HƏCV 
Ey Hümayi, bu nə ətvardi izhar elədin,  
Çərxi-bədmehr kimi zülmü pədidar elədin,  
Sübhi-kazib kimi sadiq yüzünü tar etədin,  
Sadiqin sabiti-əşkin yüzə səyyar elədin,  
Şəfəqi-əşk ilə rüxsarını gülnar elədin? 
Dostluqda nə üçün gozləmədin əndazə,  
Düşmən oldun niyə ol sərvqədü tənnazə,  
Qəleyi-Şişəyə saldın gedibən avazə - 
Ki, filani rüxi-zibayə urardı ğazə,  
Şahidi-qismətə məşşatəlik izhar elədin. 
Sadiqin naməsi gəldi mənə, ey talibi-raz,  
Sanki yazmışdı onu naz ilə Məhmudə Əyaz,  
Leyk başdan-ayağa şikvə idi, suzü güdaz,  
Görünür eşqi-həqiqin demisən eşqi-məcaz,  
Ey bəradər, nə üçün sən belə rəftar elədin? 
Sadiqin vəsfini dastanə gətirdin sən özün,  
Gedibən kişvəri-Şirvanə gətirdin sən özün,  
Töhfə tək bəzmi-Süleymanə gətirdin son özün,  
Mindirib rəxşini meydanə gətirdin son özün,  
Vəsfini aləmə firdovs kimi car elədin. 
Ey əzizim, gəlibən şur ilə göftarə özün,  
Eylədin xəlqi Züleyxa rüxi-dildarə özün,  
Çəkdin ol Yusifi-gülçöhrəni bazarə özün,  
Eylədin ərz mətaini xəridarə özün,  
Sonra döndün niyə bəs təlqi-xəridar elədin? 
Ey Hümayi, qəsəm ol padşəhi-qəhharə - 
Ki, veribdir qulağa səm, gözə nəzzarə,  
Hüsndə yusif ola gər o məhi-səyyarə,  
Olmayıb pirəhəni-isməti hərgiz parə,  
Yox yerə sən bu işi bir qərəzin var elədin. 
    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə