SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   2   3   4   5   6   7   8   9   10   ...   73

                                            
31 
Nəhsü bidin, nəcisül-eyn, şəqavət kani.  
Eldar oğlu da qoyub başına bir vəqt sarıq,  
Belinə taxdı qılınc, aldı ələ qalxani.  
Dedi ki, o da mənəm hüccəti-islam bu gun,  
Mənə lazımdı ki, aləm gətirə iymani.  
Sarıtorpaqlıların hüccəti Eldar oğlu,  
Qələbazar ələsin öz başına samani.  
Santorpaqda Eldar beçəyə ümmət olan,  
Biri taqqa Babadır kim tanıyıbdır ani.  
Biri qəssab Bağırdır yuva bilməz...  
Açıban kuçədə təfsir eləyir Qurani.  
İddəası budu mən Mehdini hər gün görürəm,  
Gözlərim feyzi-cəmalından olur nurani.  
Əcəb oğlan idi o Kərbəlayı İsmail,  
Həqqi onda yox idi bir əməli-nəfsani.  
Bilmədim noldu səbəb axırı oldu məlun,  
Nə səbəb oldu ki, bu tutdu rəhi-şeytani?  
Mollayi-Rumi kitabinə baxardı şebü ruz,  
Xali olmazdı kişi moizədən bir ani.  
Əhli-dalan ayırıb sovça, kasasın ondan,  
Qovdular cümləsi anın başını qırxani.  
Afərin əhli-dalan yaxşı müsəlmanlar imiş,  
Filhəqiqət, hamıdan yaxşı imiş iymani.  
Lafi-hüccətlik edərmi o da ya rəb, görəsən,  
Bu ləvənd oğlunun aya nə sayaqdır şani?  
Mən eşitdim bu qoduq hər gecə meracə gedir,  
Danışır gündüz olanda süxəni-ruhani. 
Qayıra bilmədi çün əhli-dalandan ümmət,  
Tovladı bir neçə bimərifəti-Qazyani.  
Birisi Məşhədi Cəfərdi, Xorasan lotusu – 
Ki, salır gündə İmamlı içinə qovqani.  
Biri sərrac Maciddir ki, o da babı olur,  
Hər yetən şəxs ilə söhbət eləyir ürfani.  
Sənə nə vaqe olubdur ki, olubsan babi?  
De görək səndə hanı mərifəti- insani?  
Get bürün paltonuva, düş Əli Cabbar yanına,  
Gah da bir gir dükana, vur meşinə bəxyani 
  


                                            
32 
Biri İsa, biri Musa, birisi Yunis olur, 
Hərə bir ad götürürlər özünə ruhani. 
Hər əlif-bey oxuyan gər ola peyğəmbəri-həq, 
Mən də peyğəmbərəm, aya kim edir küfrani? 
Var mənim də dəxi həm kəşfü kəramətdə yədim, 
Mirzə Cəfər atası indi gəzir səhrani. 
Kostinin atası Tiflisdə dönüb çal qabana, 
Eldarın ruhi girib eşşəyə, var palani. 
Kəlbə İsmailin atası olubdur porsuq, 
Ulayır indi qəmişlikdə, çəkir əfqani. 
Hacı molla Təği oğlu, birisi aşnam Ağa, 
Cümlə şairlər içində yerə soxum ani! 
Nə mürid olmaq idi Seyyidə əvvəl, gedibən 
Sonra söymək nədi dalınca onun pünhani? 
Kişi də xovfə düşüb hiç imamini söyər? 
Eyləməz bu işi bilmərrə çölün çobani. 
Bir deyən yoxdur, ay eşşək, sənə məzhəb nə gərək, 
Eylə məzhəb özüvə bir üzügül canani. 
Şairin məzhəbi hər yerdə olur bir üzügül, 
Neyləyir şair olan məzhəbi, ya ərkani? 
Taqi-əbrusin elə özüvə mehrab o məhin, 
Elə təsbih özüvə türreyi-mişkəfşani. 
İçgilən badeyi-gülnar, oxugü şerü qəzəl, 
Mən təki çal... Aləmü mafihanı, 
Bircə fikr eyləyin, ey əhli-kəmali-Şirvan, 
Kimdi bu babilıyin aşiqi-sərgərdani? 
Gər səzavar İsə hərgah yekə bığ babi ola, 
Biz də babi eləyək gəl yasovul Osmani. 
Bilmədim, heyf, bu laməzhəb olan taifələr, 
Nə səbəbdəndi ki, tərk eylədilər ədyani? 
Uydular cümləsi naseyyidi-şeytan sifətə - 
Ki, təqəllübdə köpək oğlu ötüb şeytani. 
Şiəməzhəbdə nə gördü bular aya, nə üçün - 
Ki, edib tərk onu, eylədilər tüğyani?! 
Hərəsi bir cürə bir ayəyə məna oxuyub, 
"Zəbərü zir" ifiə eylə eləyib böhtani. 
Ağa Seyyid Hüseyn bir neçə il dərs oxuyub, 
  


                                            
33 
Edir iqrar ki, hala bilirəm Qurani.  
Nə köpək oğlu köpəkdir ki, o qəssab Bağır  
Çıxıban kuçədə təfsir eləyib furqani?  
Hafizin gər bilə mənasını mən eşşək olum,  
Nə Bağır, cümlə bu babi ki, edir dəvani.  
Bu nə sözdür ki, bu dünyadədi düzəx, cənnət?  
Hər kimin dövləti var isə, tapıb rizvani.  
İndi bu halda cənnətdədi bəs Mahmud ağa,  
Evi cənnət, meyi kövsər, gədəsi qılmani.  
Mindiyi atları Düldüldü, Buraqü Rəfrəf,  
Gündə birin minibən seyr eləyir səhrani.  
Eldar oğlu nəçidir bəs nə qələt eyləyir o?  
Öz sözüylə ki, cəhənnəmdədir ol moltani.  
Xəbti var babilərin cümlə, o mövla həqqi,  
Onları hamı tutubdur qəzəbi-rəbbani.  
Seyyida, lənəti-həq daim ola babilərə,  
Öylə lənətlər kim, olmaya heç payani! 
  


                                            
34 
QUBA TƏZİYƏDARLARI VƏ X 
EYMƏNİ QARƏT EDƏNLƏRƏ 
Ey badis edən dəhrdə büdət, köpək oğlu!  
Etdiz nə səbəb xeyməni qarət, köpək oğlu? 
Yoxsa əlivüz çıxmış idi Kərbübəladən,  
Düşdü ələ dövranda bu fürsət, köpək oğlu? 
Qarət elədin xeyməgəhi-ali-rəsulu, 
Gör olmusuz axır nəyə nisbət, köpək oğlu! 
Yoxsa o kəsin nəslisiz, ey qövmi-şəqavət – 
Kim etmiş idi özgəyə beyət, köpək oğlu! 
Mərcanə sizi yoxsa doğub yeddi zinadən,  
Həddəndi ziyadə bu şərarət, köpək oğlu! 
Şövkətdə əgər tay olasız siz ki,Yezidə,  
Getməz başa bu şən, bu şövkət, köpək oğlu! 
Ey Əzrəqin övladləri, bu nə xətadır,  
Qasim otağını nədi qarət, köpək oğlu! 
Bu zülm ki, siz eyləmisiz Hərmələ etməz,  
Sizdən yetişib qəlbə cərahət, köpək oğlu! 
Vardır sizə nisbət Öməri-Səddə insaf,  
Kimdə tapılır bunca nəhusət, köpək oğlu! 
Bu zülm haçan oldu Sənan ibn-Ənəsdən,  
İnsandan uzaqdır bu zəlalət, köpək oğlu! 
Dərbəndliyə kəllə deyib mərdümi-aləm,  
Amma yenə olmaz sizə nisbət, köpək oğlu! 
Ata-baba şirvanlıya biar deyirlər, 
Hər namdə var bir neçə hikmət, köpək oğlu! 


                                            
35 
  
Məcmuəsinin hikməti məlumü əyandır,  
Bir kəs edə bilməz ona diqqət, köpək oğlu! 
Amma bu təəccübdü ki, donquzlara "ceyran"  
Kim qoydu adı, əhli-zəlalət, köpək oğlu! 
Bais nə idi ta ki qəbul eyləmədiz siz,  
Ağsaqqal edən vəqtdə nəsihət, köpək oğlu! 
Hər əmrdə lazıimdı sizə mürşüdi-kamil,  
Bimürşid olurmu bu təriqət, köpək oğlu? 
Zülmatdə İsgəndərə bir Xızr gərəkdir,  
Xassə ki, tutub aləmi zülmət, köpək oğlu! 
Yainki olubdur aduvuz şieyi-xalis,  
Şayistə deyil böylə şəniət, köpək oğlu! 
Baş yarmağa, ox taxmağuva hiç sözüm yox,  
Bir siz təki yox sabibi-cürət, köpək oğlu! 
Amma ki, bu iş mərifət ilə ola xoşdur,  
Biganə bizə etməyə töhmət, köpək oğlu! 
Gözlər açılıb, iş dəyişib, haldır özgə,  
Ancaq bizi tutmuş bu cəhalət, köpək oğlu! 
Bari elə olmaq ki, bizə gülməyə düşmən,  
Hər şəhrdə var xarici millət, köpək oğlu! 
Hər növ ilə ki, büdətə siz mürtəkib olduz,  
Yazdıq onu naçar şəriət, köpək oğlu! 
Məmul elədiz dəhrdə hər feli-hərami,  
Tapdıq onun icazına səhhət, köpək oğlu! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə