SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

                                            
51 
QAZİ HACI MOLLA MƏHƏMMƏD MƏLİKKƏNDLİYƏ 
Görmüşəm xitteyi-islamdə bihəd qazi,  
Var hər mülkdə yüz mollavü həm səd qazi,  
Rəsmi-qanundu əzəldən ki, olur bəd qazi,  
Leyk mən görməmişəm bir belə mürtəd qazi,  
Hansı qazi? - desələr, Molla Məhəmməd qazi. 
Vəh nə qazi ki, ləin ibn ləin ibn ləin,  
Mülhidü müfsidü mərdudü şəqi, düşməni-din,  
Olacaqdır ona axırda qənim şəri-mübin – 
Ki, qılıb qaziliyi cifeyi-dünyayə kəmin,  
Eyləyibdir özünü nəfsə müqəyyəd qazi. 
İki kəs şərə gedib, versə biri iki manat,  
Söz onundur ki, verib pul, nə qəmi, tapdı nicat,  
Tez yazıb hökm verir qaziyi-şirinhərəkat,  
Bu tərəfdən verə məğbun olan üç danə manat,  
Filfövr yazdığı hökmün eləyər rəd qazi. 
Təng olubdur bu şəririn sitəmindən aləm,  
Yoxdu bir kimsə ki, şərrindən onun çəkməyə qəm,  
Füqərayə bu qədər kim, eləyir cövrü sitəm,  
Bu sözü bavər edin, qadiri-qəhharə qəsəm,  
Yanacaq nari-cəhənnəmdə müxəlləd qazi. 
Dursa öz qaziliyində döyü çox da nöqsan, 
 Deyərik: - neynək, edib qaziliyi hiyieyi-nan, 
 Gündə bir surətə təbdil olu misli-şeytan 
 Gah yasovuldu, gəhi mirzə, gəhi rüşvətalan, 
 Döyü bıı fasiqi-zənqəhbə mücərrəd qazi. 
Gah gedir Misrə, gəhi Kufəyə, gahi Hələbə,  
Gah əfəndi olu, gah suxtə, gahi tələbə,  
Gah edir qaziliyi pişə misali-kəsəbə, 
 Qorxuram seyyid ola, əl qata axır nəsəbə, 
 Məni bari götürə övladına cəd qazi. 
  


                                            
52 
Annamaz heç sözün heysabü biheysabısın, 
İsqıyar gündə minib kəndləri qırxıq yabısın, 
 Cəra edib başına harda adamın qullabısın,  
İldə bir yol tanımaz məscidü məbəd qapısın, 
Etdi müfrədxananı məscidü məbəd qazi. 
Getdi səd heyf, a köpək, Tarxanovun dövrani – 
Ki, tapaydm ona bir mahsifət oğlani,  
Hac Kamal oğlu Təqi kimi tapaydın nani,  
Eyləyəydin yenə qazi oluban divani,  
Eyləyəydi səni bu mülkə mücəddəd qazi. 
İstəsən xəlqin əgər könlünü razi edəsən, 
 Cümlə təshiri-dili-əhli-ərazi edəsən, 
Bəs gərək arvaduvun felini mazi edəsən, 
 Cəhd qıl ki, bala qardaşuvu qazi edəsən, 
 Lotular tovlamağa yaxşıdı əmrəd qazi... 
  


                                            
53 
BİR NƏFƏR DOSTA YAZILAN ZARAFATDIR 
Alicaha, qənimin qadiri-sübhan olsun 
Qəzəb ayatı sənə ayeyi-Quran olsun. 
Səni suzan eləsin ayeyi-fihün fihi, 
Mənzilin ruzi-cəza əsfəli-niran olsun. 
Düşəsən dur görüm sən bu imarətlərdən. 
Yatacaq yer sənə bir künci-dəyirman olsun. 
Ay ötə, həftə ötə, heç dilüvə dəyməyə ət, 
Bilmənəm il dolana bəlkə ki, qurban olsun. 
Gozəsən küçələri, gəşt edəsən şamü səhər, 
Bir qəpikdən ötəri göz yaşin əfşan otsun. 
Yastığın qırmızı kərpic, döşəyin köhnə həsir, 
Bir dənə yırtıq əba üstüvə yorğan olsun. 
İstirahətlə sənə olmaya bir mənzili-xas, 
Camədar Mirzəli tək mənzilin külxan olsun. 
Can verəndə yığıla üstüvə cinn ilə pəri 
Əməlin kisəsinin məxzəni şeytan olsun. 
Şatır Abdulla, Qubuş Qarə nənə , Şölti Təqi,  
Qardaşım vay! – deyib,  üstündə nəvaxan olsün. 
Nə ki.... var isə qənşərində zikr desin, 
Əl çalan Cəfər Ağa, mütrübün Tatyan olsun. 
Gürcüvan çaxırı pişvazə gələ qənşərüvə,  
Nuş bər nuş deyən şeytəni-dəğvan olsun. 
Ərəsatə bu təhər kefli, xuraman gələsən – 
Ki, görənlər səni bu şəkldə heyran olsun. 
  
  


                                            
54 
Xəlq səni loti bilir, amma ki, sən xudkeşsən, 
Qoy dəlilin gətirim, aləmə bürhan olsun. 
Bir gəlir yadüvə sabiqdə keçən kohnə dükan? 
Qoy ki, faş eyləməyim bu sözü, pünhan olsun. 
Səni mən mərd bilib dərgəhüvə üz tutdum, 
Fərz bildim bu kişi sahibi-ehsan olsun. 
Demə sən zatı qəliz Hacı Türabın birisən, 
Qara eşşək nədi kim, daxili-insan olsun? 
Sən deyirsən ki, atam müctəhidi-aləmdir, 
 Bu sözə bavər edən sən kimi heyvan olsun. 
Müctəhid oğlu gərək qabil ola atası tək 
Yoxsa, sən kimi lotu nayibi-lulan olsun. 
Taci-sər, həcv deyildir bu ki, mən eyləmişəm, 
Qərəz oldur ki, sənə bir neçə həzyan olsun. 
Vay əgər haluva məndən olusan rəncidə 
 Həcv qıllam ki, səni şöhreyi-Şirvan olsun. 
  


                                            
55 
Müxtəlif 
şerlər


                                            
56 


                                            
57 
QƏZET NƏDİR 
Dün sual etdi bir nəfər cahil – 
Ki, qəzetdən nədir bizə hasil? 
Bu Həsənbəy nə istəyir bizdən, 
Doldurub aləmi quru sözdən 
Danışır gah əkin, ziraətdən 
Gah maşın, gah özgə sənətdən. 
Şərh edir, gah süd qayırmağı – 
Ki, qatıqdan belə çəkin yağı. 
Pendiri öyrədir ki, böylə tutun, 
Saxlayıb artıcaq bahaya satın 
Gah Amcrikadan eyləyir kim yad 
Bu sifət bir maşın olub icad.  
Nəyə lazımdı bizlərə maşın, 
Nə üçün xəlqin aldadır başın? 
Babamız görməmişdi maşın işi 
İngilis kimi tovlayır bu kişi. 
Dad edir ki, gərəkdir elm oxumaq,  
Çəkmə tikmək və ya ki çit toxumaq 
Biz məgər bümirik yağı tutmaq,  
Pendiri saxlayıb pula satmaq?  
Çöldə hər övrəti-Qarabaği 
Nehrədə çalxayır gözəl yaği. 
Biz məgər bilmirik taxıl biçmək?  
Nəyə lazımdı maşın öyrənmək? 
Şöxmə vacibdi çünki beş cüt kəl, 
Biçinə çin gərəkdi, xırmana vəl.  
Nə gərəkdir yazib ki, ol sadə
Fəhlələr cəng edir Amerkadə
Bilməmiş rəmzini bu dünyanın  
Söyləyir halını Amerkanın 
Hiç doğru deyil bunun nəfəsi,  
Nə qəzetdir? Tamam pul tələsi.  
Dedim: - Ey cahili-kərihxitab, 
Gərçi nadanə yoxdu hiç cavab. 
     


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə