SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   2   3   4   5   6   7   8   9   ...   73

                                            
27 
Var bu bəylər kimi çox alinəsəblər, oların,  
Sidqü ixlas ilə dərgəhlərinin dərbani. 
Biridir Hacı Ağa bəy, biri Ağa Rza bəy,  
Onların yavəri olsun kərəmi-rəbbani. 
Seyyida, sən bu iki sərvən-alınəsəbın,  
Mədhü övsaflərin gün kimi qıl nurani. 
  


                                            
28 
ŞAMAXI BABİLƏRİ HAQQINDA 
Nitqə gəl bülbüli-təbim, nə təğafül dəmidir,  
Şəkəristani-xəyalatda qıl cövlani.  
Babilik şöhrət edib sahəti-Şirvan içrə,  
Ələ zən-qəbbələr almış yenə gör meydani.  
Bir neçə fasiqü mərdudi-əbəd, müfsid olan  
Hərcü mərc eylədilər məmləkəti-Şirvani.  
İbtidadan eləsəm şərh bu əhvali əgər,  
Uzanıb rişteyi-söz, nəzm düşər tulani.  
Seyyidi-Bab o gündən ki, mürəxxəs olunub,  
Mənzil etmışdi, gəlib, xitteyi-Hactərxani,  
Şuru düşmüşdü onun məmləkəti-Şirvanə,  
Babilər olmuş idi aşiqi-sərgərdani,  
Hər nəfəs burdan uçarlardı həvasilə onun,  
Eyləyərdi pər açıb cümləsi baləfşani.  
Qiblə Hactərxanı etmişdi bu qövmi-məlun,  
Tərk edib Məkkəni, mənsux eləyib Minani.  
Ta o günlərdə ki, izhardı əyyami-bahar,  
Hicrətin min iki yüz səksən ikiydi sani,  
Çıxdı nagəh bu xəbər kim, Bakıdan ağa gəlir,  
Çıxdı pişvazına bu qövmi-Əbu-Süfyani.  
Baqi-Sərdar kənarında mülaqat olacaq,  
Vacddən çəkdi hamı naleyi-vaşövqani.  
Kimi torpağə yıxıldı, başını qoydu yerə, 
Kimisi qoydu ayağı yerinə 
 
Etdilər səcdə tamam surəti-nəhsini görüb,  
Qjldılar nisbət ona mərtəbeyi-Səlmani.  
Şeytanın qeyrəti, əlhəq ki, bulardan çox imiş,  
Etmədi Adəmə səcdə görübən zülmani.  
"Ənə xeyrün" - deyibən eylədi rədd əmpi-həqi,  
Satdı bir qeyrətinə bağçeyi-rizvani.  
Mən bəni-Adəm üçün görməmişəm səcdə ola,  
Səcdə etməklik üçün hanı həqin fərmani?  
Müxtəsər kim, Ağalarov evinə etdi nüzul,  
Neçə kəs olmuş idi ol qapının dərbani.  
Qoydular ad ona kim, bu kişi həzrət Əlidir, 
  


                                            
29 
Bu gəlibdir ki, hidayət eləsin dünyani.  
Vay bu firqə üçün ki, gedib iymanları,  
Kimə nisbət eləyirlər, görün ol mövlani!  
Getdi çox kimsənələr məclisinə oldu mürid,  
Qıldı ixlas ki, budu vəliyi-rəbbani.  
Çox adam əhlü əyalın aparıb, qoydurub əl,  
Xəlq hərçənd deyir özgə təhər böhtani.  
Çün filani bu aralıqda çox arif görünür,  
Mən inanmam bu qəbih işin ola imkanı.  
Nəçidir axır o babi, nə şəfa sahibdir,  
Nəçidir ki, çəkə əl, gözlü edə əmani?  
Heyf, sod heyf ki, bu məzhəbi-isnaəşəri  
Zaye etdi bu zinazadələrin dastani!  
Bir deyən yoxdu ki, ey müfsidi-mərdudi-əbəd,  
Nə salıbsız bu qədər məmləkətə qovğani?  
Bu nə ayinü nə məzhəb, nə təriqətdir bu,  
Nə səfahətdä ki, məmlüvv eləyib dünyani.  
Bu nə sözdür ki, çıxıb ruh girər it...  
O sənin öz atanın ruhudur, ey moltani!  
Var peyğəmbərimiz yüz iyirmi dörd min,  
Hər birinin neço yüz illər olub dövrani.  
Nuhü Musavü Süleymanü Xəlilü İsa,  
Həm Məhəmməd ki, şərəfyab elədi Bəthani.  
Buların heç birisi münkiri-miad deyil,  
Buların heç birisi etmədi bu dəvani.  
Biri vermibdi xəbər siz gətirən məzhəbdən,  
Birisi etmədi peyda siz edən sövdani.  
Əjdaha olmadı səhharə əsayi-Musa,  
Olmadı aləm ara Nuh-nəbi tufani?  
Münkir olduz tutalım "möcüzi-şəqqülqəmərə",  
Necə danmaq olu bəs möcüzeyi- Qurani?  
Eləyirsiz nə üçün qəbr əzabın inkar- 
Ki, dirilməz bu bədən vəqt ki, oldu fani.  
Münkiri-qüdrəti-qəyyum olursuz, billah,  
Məgər acizdi verə bir də bu cismə cani?  
Gətirən kətmi-ədəmdən hamını iycazə,  
Bir də müşküidü məgər həyy edə bu əzani? 
  


                                            
30 
İysiyi-Məryəmi kim, sayiri-ədyan yazıb,  
Etmədi zində məgər Qarzini-Yuvani.  
Bu nə sözdür ki, gəlir yüz yol adam dünyayə,  
Gah öküz, gah eşşək!!...Söyləməyin hədyani!  
Hər adam neçə kərə dirili, dünyayə gəli,  
Bu gəlib-getməyin olmazmı məgər payani?  
Olmayım siz təki raən duzəxə hərgah qail,  
Mən əgər siz təki inkar eləsəm mizani.  
Gecə-gündüz içərəm bade pərivəşlər ilə,  
Çəkmərəm qəm, dəxi bibak elərəm üsyani.  
Qəsəm ol xaliqə bir kəs edə kər ləvvatə,  
Gecə-gündüz içə zövq ilə meyi-səhbani,  
Yenə min mərtəbə çox yaxşıdı ki, babi ola,  
Etiqadata yetişməz əməlin nöqsani.  
Etiqad əsl kötükdür, hər əməl şaxəvü bərg,  
Yüz əgər şax qurusa, kötük olurmu fani?  
Yüz güruhun neçə kəs silsiləcünbani olub,  
Saldılar rövnaqə yeksər bu rəhi-bütlani. 
Birisi maliki-duzəx Qara Mirzə Cəfər,  
Deyəsən həq yamayıbdır üzünə qətrani.  
Birisi Ağa Mikayıl-yekəgöz, əyri ağız,  
Götürübdür özünə mərtəbeyi-Səlmani...  
Neçə hüccət olu bir əsrdə mən bilməyirəm,  
Buların hansına axır gətirmək iymani?  
Biri Təbrizdə çıxdı ki, mənəm Mehdiyi-əsr,  
Biri çıxdı ki, hidayət eləsin Tehrani.  
Nasirəddin şahı atdı neçəsi güllə ilə,  
Öldürüblərdi ədavətlə şəhi-İrani.  
Birisi sahəti-Zəngandan oldu zahir,  
Odu kim, indi də viranə qoyub Zəngani.  
Birisi babı seyiddir ki, təzə hüccət olub,  
Qıymıram kim, ona nisbət eləyim Qeyvani.  
Gözü göy, burnu yekə, boynu uzun, saqqalı ağ,  
Deyəsən tanrı dirildib genə Ağ Qurbani.  
"Yörifül mücrimü"
*
 zahir rüxü simasından, 
 
 

                                                          
*
 Günahkar üzündən tanın   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə