SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

                                            
310 
AĞA BƏY SOLTANZADƏYƏ 
Qəsidə 
Alişana, Ağa bək, eyni sənün xidmətüvə,  
Baş əgər Ərəbü Xurşidü fələk hər saat. 
Omrün olduqca bu saati-fələkdən şəbü ruz  
Derdə görmiyəsən hiç mükəddar saat. 
Düşmənün qoynuna saat qoya gər ziynət üçün,  
Nişi-əqrəb tək ola xəsminə niştər saat. 
Ol sabir ki, gəlür saat içindən guşə  
Eyliyür ismi-hümayunuvi əzbər saat. 
Sahiba, məqsudi-Seyyid sənə xud zahirdür,  
Bunca kim qafiyədə oldi mükərrər saat. 
Varmı yadunda ki, Bakudə didüm saat alaq,  
Vədə verdün, verəsən sən mənə digər saat. 
İmdi üç aydu ki, dörd ayə gedür, yox əsəri,  
Quş olub, yoxsa gögə uçdi, tapub pər saat. 
Gərçi mövcud isə bəs illəti-təxiri nədür?  
Yoxsa yadundan olub məhv o kafər saat. 
Haşəlillah bu nə zənndür ki, səxadən qalasan,  
Nəzəründə bilürəm xakə bərabər saat. 
Sahiba, çatdı qəzadən mənə saat qabi, qəzadən mənə!  
Olmadı heyf o qab içrə müyəssər saat 
Məni bu dərd necə əgməsün, ey kani-kərəm? – 
Ki, qoyub qoynuna hər bisərüpalər saat. 


                                            
311 
Dün fələkdən bu hekayətdə şikayət elədim,  
Dedim: ey çərx, qoyub qoynuna hər xər saat. 
Mən ki, ey çərx, sənün şişəvə daş atmamışam,  
Nə olur, həm qoya bu Seyyidi-müztər saat. 
Tənilə verdi cəvabim fələki-minayi, - 
Ki, nə layiq qoya övladi-peyəmbər saat. 
Bir baban var idi kim, tapmaz idi iki çörək,  
İmdi sən xahiş edürsən qoyəsən bər saat. 
Dedim: ey çərx, mənim va, Ağa bəg tək şahim,  
İstəsə yer yüzü hər gün olu yeksər saat. 
Ol Ağa bəg kim, onun şəfqətü əltafından  
Qoyub ikramilə hər pirü qələndər saat. 
Saat üçün fələkə hökmü ola gər cari,  
Oli filhal dönüb mahi-münəvvər saat. 
Müxtəsər, tuli-kəlamımdən, əya kani-kərəm.  
Seyyidi-zarə gərəkdür ola zivər saat. 
Bu təmənnadə gümanım budu kim, eyb degila,  
Öz ağasından əgər istəsə çanər saat. 
  


                                            
312 
HACI ÖMƏR BƏY ŞİRVANİYƏ 
Qəsidə 
Olub rəncidəxatir ki könlüm bir nəfər bəydən,  
Həras eylər ilan vurmuş öküz tək indi hər bəydən. 
Məzaqımda betərdir xasiyətdə zəhri-qatildən,  
Əgər bimar könlüm hasil etsə gülşəkər bəydən. 
Eşitmişki, bəylər himmətindən şər dönər xeyrə,  
Bəşərdən nişam nifrət ki, xeyrim oldu şər bəydən. 
Dəxi bəylər büsatın görməyə hərgiz gözüm yoxdur,  
Əgər xeyrim ola hər gündə dünyalar qədər bəydən. 
Təqərrüb eylədim hər bəylə, mən bədbəxtlik gördüm,  
Xoşa ol şəxslər kim, oldu onlar bəxtəvər bəydən! 
Mənim xud danə immidiylə axır şəhpərim sındı,  
Əgərçi bağlayıb dünyadə çoxlar balü pər bəydən. 
Dirəxti-biddən etmək səmər ümmidi asandır,  
Vəli müşküldü xeyli  tutmaq ürnmidi-səmər bəydən. 
Şikayət eyləyərdim dün gecə yüz ahü zar ilə,  
Çəkirdim rişteyi-nəzmə ki, çəkmişdim nələr bəydən. 
Zəbani-rənd açıb bir yari-danadil ki, ey Seyyid,  
Qiyas etmə təmamən bəyləri sən bir nəfər bəydən. 
Tutaq ki, bəylərin vardır ziyanı qeyri-kəslərçün,  
Təvəqqe  əhlisən sən, şairə olmaz zərər bəydən. 


                                            
313 
Gözündən gəlsin ol ənamü ehsanlar, o nemətlər- 
Ki, aldın gah buğda, gah pul, gah atü xər bəydən. 
Belə bədxərclik kim, səndə var tab eyləməz dərya,  
Əgər mədən ola, canım, qutarır simü zor bəydən. 
Gərəkdir səndən etsin əlhəzər bəylər əcəbdir bu,  
Utanmazsan ki, bəs sən eyləyirsən əlhəzər bəydən? 
Yadından çıxdı yoxsa ol bürünci-tazəvü birənc,  
Gəlirdi xitteyi-Şirvanə yük-yük hər səfər baydən. 
Bu nə kufrani-nemətdir, bu nə asari-bidətdir,  
Qılırsan nə şikayətdir bu ol sahibhünər bəydən? 
Hanı ondan səva, insaf qıl, bir bəy ki, tutsun əl,  
Məgər məqsud olur hasil cahan mülkündə hər bəydən? 
Bu il bəs hanı buğdan, hansı bəydən xeyrə çatdın sən,  
Muradın hasil oldu söylə hansı taci-sər bəydən? 
Filan bəydən nə oldu hasilin, yainki behmandan,  
Bu il nəfin nədir, gəl vazeh eylə müxtəsər bəydən. 
Dedim ey dust, xamuş ol ki, bu təqsir səndəndir,  
Təmənna etdiyim yoxdur bu il bir mahəzər bəydən. 
Təmənna eyləsəm hər şey ki, ol dünyadə mümkündür,  
Təvəqqüfsüz olur hasil bu gün Hacı Ömər bəydən. 
Muradım olsa buğda buğda tək çak ctmənəm sinə,  
Təvəqqe eylərəm Hacı Ömər b;ıy ktmi nər bəydən. 
Nədir buğda ki, ondan ötrii Adəm tək olam qəmgin,  
Olur hasil təmənna eyləsəm ləlü gühər bəydən. 


                                            
314 
Həvayi-qeyr ilə hər ləl tək qan eyləmə bağrın,  
Tələb qıl rəngkarın, ey dil, ol xurşidfər bəydən. 
Əla, ey saniyi-Faruq, əla ey mədələt kani,  
Ömər qılsın fəxarət sən kimi sahibzəfər bəydən. 
Qılıncın kəskin olsun Zülfüqari-paki-Heydər tək,  
Səni xəllaqi-aləm eyləsin mümtaz hər bəydən. 
Bu il bir mərhəmət qıl Seyyidin həqqində, cy sərvər,  
Desinlərkim, olubdur, şükrlillah, bəxtəvər bəydən. 
  


                                            
315 
MÖHSÜN BƏYƏ 
Qəsidə 
Əyyami-bahar oldu, açıldı gülü latə,  
Aldı gülü lalə ələ bağ içrə piyalə. 
Bu mövsüm əgər, saqi, deyil mövsümi-işrət,  
Bəs cam nədəndir ki, alıb dəstinə lalə?! 
Gər badi-bahari deyil İsa, nə səbəbdən  
Yüz nitqi-fərəhbəxş verir bülbüli-lalə? 
Tərlər, necə ki, arizi-məşuqə həyadən  
Hər sübh gül üstə düşər ol növ ilə jalə. 
Məhbubə yanında necə ki, yalvarır aşiq,  
Bülbül gülü görcək edir ol növ ilə nalə. 
Təsiri-bahar ilə olur şimdi tənavür,  
Sərma ilə hər nəxl ki, dönmüşdü ufalə. 
Dumalər oxur gah Əşiran, gəh Əbülçəp,  
Gah şəkli-müsəlləs, gah urar cümləsi halə. 
Gülşəndə qiyamətdi ki, bu xakdən, cy dil,  
Güllər götürüb başını, əhsəntü, bu halə! 
Gülşəndən əyan oldu yenə cənnəti-mövid,  
Süni-əzəii yetdi gülüstanda kəmalə. 
Gəh bad çəkər türreyi-sünbüllərə şanə,  
Gəh qazələr eylər yədi-qüdrət güli-alə. 
Aşiq təki nərgis gözün açmış nigərandır,  
Guya ki, alıb səbrin onun bir gözü alə. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə