SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

                                            
69 
Pul əziz olmuş cahan əhlinə ol qayətdə kim,  
Ta sanıllar əskinası Cəbrəilin şəhpəri.  
Puldurur məbudu bu xəlqin, nə lazım mərifət,  
Simi "ya səttar!" oxurlar, zərrə derlər təngəri*  
Seyyida, Abbasə qıl daim dua kim, ol cavan  
Həzrəti-Əbbas ilə məhşur görsün məhşəri.  
Düşmani-Əbbas ola daim əbusən-qəmtərir,  
Görməsin əhbabı üqbadə sərari-Azəri. 
  


                                            
70 
BAKI ŞAİRLƏRİNİN TƏRİFLƏRİ 
Şirvanə Bakıdan yenə çox töhfələr gəlir,  
San Misr karvanı açılmış, şəkər gəlir.  
Nazil olubdu ayeyi-rəhmət Şəmaxiyə,  
Tulani şükrlər eləsin, müxtəsər gəlir.  
Əşari-ruhbəxşdi, ya möcüzi Məsih,  
Əzmi-rəmim zində olub tazətər gəlir.  
Abi-bəqayə yetməyimiz oldu aşikar,  
Zülmati-qəmdə Xızr bizə rahbər gəlir.  
Yəqubə yetdi pirəhəni-Yusifi-əziz,  
Çeşmi-ümidvarə ziyayi-digər gəlir.  
Oldu bahar fəsli, açıldı şükufələr,  
Noxli-ümidə, şükr ki, ey dil, səmər gəlir!  
Cürmi edibdi cürmümüzü ətv zahirən,  
O1 bəhrdən bu sahilə dürrü gühər gəlir.  
Səd şükr, əfv olubdu, könül, cürmi-maməza,  
Lütf aləminə ol şəhi-xurşid-fər gəlir.  
Etmiş o şəh qəzali-Xütən seydinə həvəs,  
Şerindən indi rayiheyi-müşki-tər gəlir.  
Salik nə silk şəxsdi zahir deyil bizə,  
Amma vücudi bizlərə əhli-himərgəlir.  
Şerində dərc olubdu məaniyi-bişümar,  
Mudən lətif nüktəsi bariktər gəlir.  
Şirayi-şeri nur veribdir Münirinin,  
Çərx üzrə müştəri ona şəmsü qəmər gəlir.  
Təbi-Müniri şəmsü qəmərdən münirdir,  
Baxdıqca şerinə gözə nuri-bəsər gəlir.  
Aşiq olubdu nəzmi-Sürəyyayə Fərqədan,  
Kəmtər sərayə bir bu sifət tacvər gəlir.  
Pərvin-misal nəzmi-Sürəyyadə lütf çox,  
O1 əxtəri-münirə Süha bisipər gəlir.  
Şirayi-şamdır, ona kəlbül-Cəbar mən,  
Bir üstüxani-lütf ilə ol şah əgər gəlir.  
Dilxun təxəllüsündə bu rəmz oldu aşikar:  
Aşiqdi, çeşmdən üzə xuni-cigər gəlir.  
Qan eyləyibdi könlünü bir lalə üzlü yar - 
  


                                            
71 
Kim, sinəsində dağləri sərbəsər gəlir,  
Mirzə Müsəvvirin qələmi-müşkbarına  
Çindir, desəm midadi-siyəh müşki-tər gəlir.  
Hər nəqşi-kilki Maniyi-nəqqaşi məhv edib,  
Ayineyi-xəyalinə rəngin süvər gəlir.  
Müştaqın iştiyaqı edib zar könlümü,  
Bilməm nə gün Şəmaxiyə ol xoşsiyər gəlir?  
Müddətdi Badkubəni ol məskən eyləyib,  
Nə bir peyami-qasidi, nə bir xəbər gəlir.  
Ey bivəfa, nədəndi bizi yad etməsən,  
Göndər dua o vəqt ki, badi-səhər gəlir.  
Tab etmədin cəfalərə qaçdın Şəmaxidən,  
Meydani-eşqdir, buna sahib-cigər gəlir.  
Verdin məni bu kafər olan bütlərə əsir,  
Bir bilmədin ki, başıma axır nələr gəlir.  
Qəm çəkmək oldu sən gedəni karü barımız,  
Sənsiz bəlalı başımıza yüz xətər gəlir.  
Bir səngdü nigarə giriftar olmuşam,  
Nə suzi-şəb, nə ahi-səhər kargər gəlir.  
Yadi-rüxilə çeşmimə aləm gəlir behişt,  
Zikri-ləbilə ağzıma təmi-şəkər gəlir.  
Çəksəm bəyanə surəti-hali-nizarımı,  
Ayineyi-xəyalüvə qəmdən kədər gəlir.  
Qoy söz açılmasın, qəmi biganə bilməsin,  
Hərçənd dağ xaməyə, cövlanə pər gəlir.  
Məndən deyin Müsəvvirə Şirvanə gəlməsin,  
Sərmayeyi-kəmalma gəlsə zərər gəlir.  
Qırxıb Şəmaxidən yola sallıq pəraq tək,  
Gər cəngi-Qafilə o səgi-kuzəgər gəlir.  
Bunlar zərafət idi ki, oldu Müsəvvirə,  
Çün təyyibat əhli-dilə niktər gəlir.  
Gəlsə bahar fəsli Müsəvvir Şəmaxiyə,  
Billah, baharın üstə bahari-digər gəlir.  
Bir yerdə kim, Müsəvvirə Seyyid qulam ola,  
Sairləri cənabına bir xaki-dər gəlir. 
  


                                            
72 
SƏFA HAQQINDA 
Açıl ey dil ki, novruz oldu, həngami-səfa gəldi,  
Açıldı qönçələr, güllər, bəhari-dügüşa gəldi,  
Çəmən səhnində çak üldu yenə pirahəni-Yusif,  
Züleyxa bəzmi tək gülzarə yüz zövqü səfa gəldi.  
Bihəmdüllah, qurtardıq ol zimistan macərasından,  
Yetişdi mahi-farvərdin, bu fəsli-canfəza gəldi!  
Tərəşşöh qıldı baran əbrlərdən səbzəzar üstə - 
Ki, guya Xızr üçün zülmatdən abi-bəqa gəldi.  
Uzandı ruz şəbdən, nur oldu zülmətə qalib,  
Çəməndən zağ getdi, bülbüli-dəstansəra gəldi.  
Səfərdən gəldi gül, qıldı çəməndə feyzlər zahir,  
Bu həm bir feyzi-digər kim, o yari-dilrüba gəldi.  
Məhəmməd nuri zahir oldu gün tək kainat içrə,  
Ziyalansın gözüm kim, aləmə nuri ziya gəldi.  
Gəl, ey ol Kəbeyi-didar üçün həsrət qalan könlüm,  
Dolan başinə, qurban ol ki, həngami-fəda gəldi!  
Bahar oldu, açıldı lalə, gəldi yari-gütruyim,  
Bu gəlməkdən dili-bimarıma yüz min şəfa gəldi,  
Gəl, ey mahım ki, sənsiz oldu zülfün tək günün qarə,  
Gəl, ey şahım ki, sənsiz başıma yüz min bəla gəldi!  
Açılsın, feyzə yetsin, giryədən bu kur olan çeşmim – 
Ki, xaki-məqdəmindən ol nigarın tutiya gəldi.  
Bu gün Şirvanə bir gün doğdu kim, görcək təcəllasın,  
Fələkdən, həm mələkdən yüz sədayi-mərhəba gəldi.  
Dili-məcruhə yetdi, şükrlillah, aqibət məlhəm,  
Şikəstə üstüxanımçün bu gün ol mumiya gəldi.  
Gədalıqdan qutardım, padşahi-ruzgar oldum – 
Ki, başım üzrə həqdən sayeyi-bali-hüma gəldi.  
Göründü zülfi-ənbərtan ol ahunigəh suxün,  
Açıldı Çin qatarı, nafeyi-dəşti-Xəta gəldi.  
Tərəhhüm qıl, həbibim, kəsmə lütfün aşinalərdən – 
Ki, sənsiz başımə biganələrdən çox bəla gəldi.  
Sürüdum naləvü əfğan, şərabım oldu göz yaşı,  
Nələr çəkdim gör, ey gül, başıma yüz min xəta gəldi! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə